ƏDƏBİYYAT
1. Həsənli B. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Müəllim, 2014, 424 s.
2. Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı: Təhsil, 2002, 454 s.
3. Yusifov F. Ədəbiyyatın tədrisi metodikası. Bakı: ADPU , 2014, 293 s.
4. Paşayev Ə., Rüstəmov F. Pedaqogika. Bakı: Elm və təhsil, 2012, 464 s.
РЕЗЮМЕ
ПОДГОТОВКА УЧИТЕЛЯ ЛИТЕРАТУРЫ И ПРОБЛЕМЫ ОБУЧЕНИЯ
Асланов Ю.Ю., Рафиева А.И.
Ключевые слова: межпредметная связь в преподавании литературы, модель
управления, кадровая подготовка, информацонно-коммуникационная
технология, тесты, вступительные экзамены, организация лекций и
практических семинаров
Проблемы обучения и подготовки учителя литературы в соответствии с направлением
современной системы образования реализуется в период решения вопросов соблюдения
этапов интерактивного урока, взаимосотрудничества, построения диалогов, использования
ИКТ, усовершенствования тестов, учета интереса к профессии во время приемных экзаменов
и др.
SUMMARY
A LITERARY TEACHER TRAINING AND TEACHING PROBLEMS
Aslanov Y.Y., Rafiyeva A.I.
Key words: integration in literature training, management model, cadre preparation,
information communication technology, tests, entrance exams, organization
lectures and practice seminars
Literature teacher training and teaching problems adapting to the direction of modern
education system, the stages of interactive lesson, mutual corporation, dialogues instruction, using
information communication technologies, improvement of tests, accounting of an interest in
profession during entrance exams and ETC have been realized in the period of solving problems.
Daxil olma tarixi:
Ilkin variant
18.05.2015
Son variant
Ədəbiyyat müəllimi hazırlığı və tədris problemləri
53
UOT 847
MÜXTƏSƏR VƏ GENIŞ CÜMLƏNIN TƏDRISINDƏ FƏAL/INTERAKTIV TƏLIM
METODLARINDAN ISTIFADƏ
ƏŞRƏFOV RÜSTƏM QULU oğlu
Sumqayıt Dövlət Universiteti, dosenti
e-mail: rustam.eshrefov@gmail.com
Açar sözlər: sintaksis, cümlə, sadə cümlə, cüttərkibli cümlələr, müxtəsər cümlə, geniş cümlə,
fəal/interaktiv təlim metodları.
Məzmun mətndə ifadə olunan bitkin fikir, forma isə həmin məzmunu ifadə edən maddi
qabıqdır. Bu baxımdan müxtəsər və geniş cümlənin tədrisində məzmun və formanın qarşılıqlı
əlaqəsinə əsaslanmaq, onları vəhdətdə götürmək son dərəcə vacibdir.
Dünyada gedən dərin ictimai-siyasi və tarixi-mədəni dəyişikliklər Azərbaycan təhsilinin
fəal-interaktiv təlim əsasında aparılmasını, ayrı-ayrı fənlərin kurikulumun tələblərinə uyğun
öyrədilməsini aktuallaşdırır. Bu, ciddi və həlli yolları axtarılan təhsil sistemi Azərbaycan dilini
ümumtəhsil məktəblərində tədris etməkdə yeni yanaşma mövqeyi, metod, üsul və vasitələrdən
istifadə etməyi tələb edir. Əsas tələb dinləyib-anlama və danışma, oxu, yazı və dil qaydaları
məzmun xətləri üzrə təlim nəticələrinin həllini tapmasına istiqamətləndirilir. Azərbaycan dili fənni
üzrə təhsil proqramında (kurikulumda) bu məsələ vacib tələb kimi nəzərdə tutulmuş, şagirdlərin
dinlədiyi məlumatları ümumiləşdirmə bacarıqlarını formalaşdırmaq təlim nəticəsi kimi
göstərilmişdir
1,61-62
.
Məlumdur ki, müxtəsər və geniş cümlələrin tədrisində təqdim olunan anlayışların,
qrammatik məfhumların mənimsənilməsi, nəzəri materialların möhkəmləndirilməsi, bu işin
qarşısında qoyulan məqsədin həyata keçirilməsini təmin etmir. Əksinə, şagirdlər Azərbaycan
dilindəki müxtəsər və geniş cümlələrin tədrisində təqdim olunan hər hansı fakt və hadisəni, qaydanı
ona oxşar olanlardan ayırmağı, fərqli cəhətləri müəyyənləşdirməyi, ayrı-ayrı faktlardan
ümumiləşmiş nəticələr çıxarmağı, başqa sözlə, nəzəriyyədən praktikaya, praktikadan nəzəriyyəyə
doğru irəliləməyi bacarmalıdırlar
2, 8-15
.
Müxtəsər və geniş cümlələrin tədrisində nəzəri materiallar praktik çalışmaların köməyi ilə
dərindən mənimsədilir, qazanılan biliklər möhkəmləndirilir, orfoqrafiya və nitq inkişafı sahəsində
zəruri vərdişlər aşılanır. Müəllim həm dərsliklərdəki çalışmalardan, həm də ehtiyac duyduqda
dərslikdəki çalışmaların məzmununda, quruluşunda, sistemində dəyişiklik aparmaqla özünün
hazırladığı müxtəlif xarakterli çalışmalardan istifadə edir
3, 30-31
.
Yeni təlim texnologiyalarından istifadə etmədən müasir şagird konteksini yüksək
intellektual səviyyəli şəxsiyyət kimi yetişdirmək mümkün deyildir. Odur ki, dərslərimizdə fəal
(interaktiv) təlim metodlarına üstünlük verilir, VIII sinifdə Azərbaycan dili fənnindən “Müxtəsər və
geniş cümlə” mövzusunun tədrisinə 4 saat vaxt ayrılmışdır. Ancaq baş üzvlərdən və ya təkcə
xəbərdən ibarət olan cümləyə müxtəsər cümlə deyilməsi, ikinci dərəcəli üzvü və ya ikinci dərəcəli
üzvləri olan cümləyə geniş cümlə deyilməsi, rabitəli nitqin inkişafında sadə, geniş cümlələrdən
istifadənin əhəmiyyəti proqramda geniş yer tutmuşdur
4,132-138
.
Nəzəri dilçiliyin sintaksis bölməsində baş üzvlərin iştirakına görə sadə cümlə iki növə
bölünür: cüttərkibli cümlələr, təktərkibli cümlələr.
Hər iki baş üzvün iştirak etdiyi cümlələrə cüttərkibli cümlələr deyilir.
Məsələn: Zəng vurulur. Dərs başlanır. Müəllim sinfə daxil olur. Şagirdlər ayağa qalxırlar və
s. I və II şəxslərin tək və cəmində mübtədası nəzərdə tutulub, lakin buraxılan cümlələr də cüttərkibli
cümlələr sayılır.
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 11 №3 2015
54
Cüttərkibli cümlələr ikinci dərəcəli üzvlərin iştirakına görə iki növə bölünür: müxtəsər və
geniş.
Yalnız baş üzvlərdən ibarət olan cümlələr müxtəsər cümlə, baş üzvlərlə yanaşı, ikinci
dərəcəli üzvlərin də iştirak etdiyi cümlələr isə geniş cümlə sayılır.
Məsələn: Qapı açıldı (müxtəsər). Qapı taybatay açıldı (geniş). Cüttərkibli cümlələrin hamısı
eyni zamanda şəxsli cümlələrdir. Qrammatikada “şəxs” dedikdə mübtəda nəzərdə
tutulur.Cüttərkibli cümlələrdə mübtəda ya iştirak edir, ya da asanlıqla bərpa olunur
5, 157-159
.
Mövzu:
Müxtəsər və geniş cümlə.
Məqsəd:
Şagirdlərə müxtəsər və geniş cümlələri öyrətmək:
a)
Leksik mənasını anlatmaq;
b)
Qrammatik xüsusiyyətlərini öyrətmək;
c)
Quruluşca sadə cümlə olduğunu anlatmaq;
d)
Adi danışıq dilimizdə (məişətdə) və bədii ədəbiyyatda işlənmə mövqeyi;
e)
Müxtəsər və geniş cümlələrin fərqli və oxşar cəhətlərini aydınlaşdırmaq.
İş forması: Bütün siniflərlə iş, qruplarla iş.
İş üsulu:
Beyin həmləsi (klaster) şaxələndirmə, müzakirə, diskussiya, Venn diaqramı.
Təchizat:
8-ci sinif üçün dərslik (müəllifləri: Q.Kazımov, F.Şahbazlı), sxemlər, iş
vərəqləri, elektron vəsait, tabaşir.
I mərhələ: Dərsin motivasiyası.
Liderlər seçildikdən sonra onlara ev tapşırıqlarını yoxlamaq tapşırılır. Liderlər ev
tapşırıqlarını kəmiyyətcə yoxlayıb məlumat verdikdən sonra tapşırıqları keyfiyyətcə yoxlamaq
məqsədilə ayrı-ayrı qrup şagirdlərinə cümlələri bir-bir oxutdurub, lazım gələrsə, nöqsanları
düzəltdiririk.
Əqli hücum üsulundan istifadə edərək keçmiş mövzuya aid kiçik müsahibə təşkil edilir.
Müəllim: Söz birləşmələri quruluşca neçə cür olur?
Şagird: Söz birləşmələri quruluşca sadə və mürəkkəb olur. İki sözdən ibarət olan
birləşmələrə sadə, üç və daha artıq sözdən ibarət olan birləşmələrə mürəkkəb söz birləşmələri
deyilir.
Müəllim: Kim sadə söz birləşmələrinə aid nümunələr deyə bilər?
Şagird: Vətən sevgisi, dərs əlaçısı, şəhərin küçələri, dənizin dalğaları, yaxşı oxumaq,
tapşırıqları yazan, ağac əkəndə və s.
Müəllim: Kim mürəkkəb söz birləşmələrinə aid nümunələr söyləyə bilər?
Şagird: Nar ağacının budaqları, İmranın papağının rəngi, dəslərə birlikdə hazrlaşmaq, ev
tapşırıqlarını yazan, yoldaşları ilə məktəbə gedəndə və s.
Müəllim: Bəs cümlə üzvləri quruluşca neçə cür olur?
Şagird: Cümlə üzvləri də quruluşca iki cür olur: sadə və mürəkkəb.
Müəllim: Sadə cümlə üzvü nəyə deyilir?
Şagird: Bir sadə, düzəltmə və ya mürəkkəb sözdən ibarət olan üzvə sadə cümlə üzvü deyilir.
Müəllim: Bəs tərkibində mürəkkəb üzvü olan cümlə haqqında nə deyə bilərsiniz?
Şagird: İki və daha çox sözlərdən ibarət olan üzvlərə mürəkkəb üzvlər deyilir.
Müəllim: Kim tərkibində mürəkkəb üzvü olan cümlə deyə bilər?
Şagird: Azərbaycan Respublikası öz təbii sərvətləri ilə bütün dünyada məşhurdur. Bu
cümlədə “Azərbaycan Respublikası” mürəkkəb adla ifadə olunmuş mürəkkəb mübtədadır.
Sinfin təşkilindən dərhal sonra qruplar yaranır və liderlər seçilir. Hər bir qrupa ad verilir:
1-ci qrup
-
“Azərbaycan”
2-ci qrup
-
“Qarabağ”
3-cü qrup
-
“Vətən”
4-ci qrup
-
“Qələbə”
Müəllimin sualı: Nə üçün qruplarınıza belə adlar verdiniz?
Müxtəsər və geniş cümlənin tədrisində fəal/interaktiv təlim metodlarından istifadə
55
1-ci qrupun cavabı:
Biz öz qrupumuzu “Azərbaycan” adlandırmışıq. Məqsədimizi Ə.Cavadın aşağıdakı şeiri ilə
bildiririk:
Torpağına can demişəm,
Suyuna mərcan demişəm,
Canımı qurban demişəm
Canım, gözüm, Azərbaycan.
2-ci qrupun cavabı:
Qarabağ Azərbaycanın dilbər guşəsidir. Unutmamalıyıq ki, hər bir azərbaycanlının bir
“Qarabağ dərdi” var:
Mən aşiqəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
3-cü qrupun cavabı:
Vətən mənə 2 gözümdən əzizdir. A.Səhhətin sözləri ilə desək:
Vətəni sevməyən insan olmaz,
Olsa, o şəxsdə vicdan olmaz.
4-cü qrupun cavabı:
Xalqımızın “Qarabağ yarası” sağalacaq. “Qələbə” adını qrupumuza ona görə verdik ki,
qələbə bizimlədir.
Sinfə cümlə haqqında suallar verib şagirdlərin dilin ən böyük və mükəmməl vahidi olan
cümləyə dair biliklərini yada salırıq. Daha sonra Klaster – şaxələndirmə üsulundan istifadə edirik.
Lövhənin mərkəzində “cümlə” sözünü yazır və şagirdlərlə birlikdə cümləyə dair bilikləri yada
salaraq şaxələrə ayırırıq.
Cümlələrin içərisində müxtəsər və geniş cümlə xüsusi olaraq nəzərə çarpdırılmaq üçün
başqa rəngdə yazılır. Yenidən sinfə müraciət edirik: Siz cümlə haqqında kifayət qədər biliyə
maliksiniz. Onda deyə bilərsinizmi ki, (problemli sual) cümlə haqqında doğrudanmı hər şeyi
bilirsiniz?
Müxtəlif cavablar alınır. Şagirdlərin cavablarından məlum olur ki, onlar müxtəsər və geniş
cümlə haqqında o qədər də geniş məlumata malik deyillər (baxmayaraq ki, müəyyən şəxsli cümlə
bəhsində bu barədə məlumat verilir).
Əvvəlcə müxtəsər sözünün leksik mənasını izah edirik. Ərəb sözüdür. Mənası qısa, yığcam
dəməkdir. Geniş sözünün antonimidir.
Bundan sonra kompüterdən istifadə edirik. Vaxt məhdudiyyəti aradan qaldırılır. Monitorda
aşağıdakı sxemlər görünür.
II mərhələ - Tədqiqatın aparılması
Şagirdlərə hər qrup üçün iş vərəqləri paylanır. Fikirləşmək üçün vaxt verilir.
I qrup
1.
Baş üzvlər əsasında formalaşan müxtəsər cümlələrdə 2-ci dərəcəli üzvlər də iştirak edə
bilərmi? Fikrinizi əsaslandırın.
2.
Verilmiş cümlələrin içərisindəki geniş cümlələri qruplaşdırın.
1)
Zərifə çiçəkləri suladı.
2)
Körpə beşikdə mürgülədi.
3)
Şəhərin küçələri təmizlənir.
4)
Məktəbin şagirdləri olimpiadanın qalibləridir.
5)
M.Kaşğari türkologiyanın banisidir.
6)
Kitab böyük müəllimdir.
Əşrəfov R.Q.
56
a)
1, 2, 6 b) 1, 2, 5
c) 3, 4, 5
d) 1, 5, 6
e) 4, 5, 6
3.
Geniş cümlə nəyə deyilir?
II qrup
1.
Mübtədası olmayan bir neçə müxtəsər cümlə yazın.
2.
Tərəfləri söz birləşmələri ilə ifadə olunmuş müxtəsər cümlələri seçin.
1)
Hava qaraldı.
2)
Qatar yola düşdü.
3)
Şahinin atası təyyarə mühəndisidir.
4)
M.Kazımbəy rus şərqşünaslığının atasıdır.
5)
Qəhrəmanlar ölmürlər.
a)
1, 2, 5 b) 1, 4, 5
c) 3, 4
d) 3, 5
e) 2, 3
3.
Geniş cümlələrdə mübtəda buraxıla bilərmi? Fikrinizi nümunələrlə əsaslandırın.
Müxtəsər cümlə
Mübtəda və xəbərdən ibarət olan cümlələrə, yaxud təkcə xəbərdən ibarət
olan cümlələrə müxtəsər cümlə deyilir.
Yalnız xəbərdən ibarət
olanlar.
Səhərdir.
Axşamdır.
Mübtəda və xəbərdən
ibarət olanlar.
Zəng çalındı.
Dərs başlandı.
Geniş cümlə
İkinci dərəcəli üzvləri olan cümlələrə geniş cümlələr deyilir.
Mübtədası olanlar:
Ana dili xalqın milli-mənəvi
sərvətidir.
Mübtədası olmayanlar:
Ayazlı, şaxtalı bir qış axşamı
Yeddi yoldaş olub yola düzəldik.
Müxtəsər və geniş cümlənin tədrisində fəal/interaktiv təlim metodlarından istifadə
57
III qrup
1.
Tərkib hissələri müxtəsər cümlələrdən ibarət olan 2 mürəkkəb cümlə yazın. Həmin
cümlələrin qrammatik əsasını şərti işarələrlə göstərin.
2.
Verilmiş cümlənin geniş cümlə olduğunu əsaslandırın və 2-ci dərəcəli üzvlərin ifadə
vasitələrini müəyyən edin:
“Mədəndən qayıdan fəhlələr avtobusa mindilər”.
3.
“Dəfələlrlə dəniz limanından geri qayıtmışdıq” cümləsinin mübtədasını bərpa edin və həmin
cümlələrin müxtəsər və ya geniş cümlə olduğunu göstərin. Bu cümlədə hansı sintaktik əlaqə
vardır?
IV qrup
1.
Müxtəsər cümlənin tərkib hissələri arasında hansı sintaktik əlaqələr olur? Misal deyin. Əsas
və asılı tərəfləri göstərin.
2.
Verilmiş sxemlərə uyğun müxtəsər və ya geniş cümlələr düzəldin.
a)
___________
b)
___________
__________
3.
Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə, xalça nə lazım?
İçək saf suyundan buz bulaqların,
Lilpər olan yerdə, dolça nə lazım?
Şeir parçasını diqqətlə oxuyun. Mübtədası buraxılmış cümlələri müəyyənləşdirib uyğun
gələn sözü yerinə qoyaraq nəsrə çevirin. Cümlənin müxtəsər və ya geniş olduğunu əsaslandırın
6,
87-95
.
III mərhələ: Məlumat mübadiləsi və müzakirəsi.
Şagirdlərin cavabları alınaraq, səhv və ya düzgün olduğu şagirdlərlə birlikdə müzakirə
edilib qiymətləndirilir. (Həm şagirdlər bir-birinə, həm də müəllim şagirdlərə qiymət verir).
Azərbaycan dili və ədəbiyyat ayrı-ayrı fənlər kimi tədris edilsə də, onlar bir-biri ilə qırılmaz
surətdə bağlıdır. Odur ki, ədəbi nümunələr və xalq deyimləri müxtəsər və geniş cümlələrdə öz
əksini necə tapdığı şagirdlərlə birlikdə araşdırılır. Nümunələr aşağıdakı kimi olur:
Bu zaman dil qaydaları ədəbiyyata inteqrasiya edilir.
1.
Elm ağlın çırağıdır. (Atalar sözü) müxtəsər cümlə.
2.
İş insanın cövhəridir. (Atalar sözü) müxtəsər cümlə.
3.
Ehtiyat igidin yaraşığıdır. (Atalar sözü) müxtəsər cümlə.
4.
Ağılsız köpəklər ulduza hürər (S.Vurğun. “Vaqif) geniş cümlə və s.
Bu səpkidə deyimlər istənilən qədərdir və şagirdlərin tərbiyəsində mühüm rol oynayır.
IV mərhələ : Nəticələrin çıxarılması.
Venn diaqramından istifadə edilərək müxtəsər və geniş cümlələrin fərqli və oxşar cəhətlərinin
müqayisə edilməsinə nail olunur. Venn diaqramını yazı taxtasına çəkir, müxtəsər və geniş cümlələr
haqqında şagirdlərin öyrəndikləri müzakirə edilir, fərqli və oxşar cəhətləri üzə çıxarılır
7, 207-210
.
V mərhələ: Yaradıcı tətbiqetmə.
Şagirdlərin cavablarını yekunlaşdıraraq “Vətən” mövzusunda kiçik bir inşa yazını evdə
yerinə yetirmək tapşırılır, bu inşa yazıda bacardıqca sadə və müxtəsər cümlələr qurmaq və yeri
gəldikcə atalar sözləri, məsəllər və başqa bədii ifadələrdən də istifadə etmək şagirdlərə məsləhət
görülür.
Nəhayət, dərs prosesində keçirilən bilik yarışının nəticələri bütün mərhələlər üzrə
yekunlaşdırılır, qalib komandalar elan edilir və qiymətləndirilir. Hər 4 komandanın üzvlərinə
dərslərində uğurlar arzu edildikdən sonra dərsdə fəal iştirak edənlərə bayraqcıqlar və kiçik
hədiyyələr verilir. Evə tapşırıq üçün dərslikdə olmayan test tapşırıqlarını yerinə yetirmək tapşırılır
8, 38-48
.
Əşrəfov R.Q.
58
Nümunəvi dərsin təşkili göstərdi ki, müxtəsər və geniş cümlələrin tədrisinin bu cür
aparılması onlarda bilik, bacarıq və vərdişləri daha da dərinləşdirir, qazanılan biliklərini
möhkəmləndirir, onların nitq və təfəkkürlərini inkişaf etdirir. Nəticə etibarı ilə məktəblilər bu
qazandıqlarına əsasən digər fənləri də (Ədəbiyyat fənni də) dərindən və şüurlu mənimsəyir,
öyrəndikləri nəzəri materialları praktik çalışmalara bacarıqla tətbiq edə bilirlər. Şübhəsiz, bu da
onların doğma dilə həssas münasibətlərinin, dünyagörüşlərinin formalaşmasına güclü təsir göstərir
9, 66-67
.
Elmi yeniliyi: Məqalədə sintaksisin müasir problemləri tədqiq olunur, təlimdə müxtəsər və
geniş cümlənin nəzəri əsasları dəqiqləşdirilir, bunun Azərbaycan dili dərslərində yeri, rolu və
əhəmiyyəti göstərilir.
Tətbiqi əhəmiyyəti: Təlimdə müxtəsər və geniş cümlənin nəzəri və praktik əhəmiyyəti
araşdırılır ki, bu da Azərbaycan dilinin tədrisində müəllimlərə fəal interaktiv təlim metodlarından
daha geniş istifadə etməyə imkan yaradır.
ƏDƏBIYYAT
1.
Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulum). Bakı, 2006.
2.
Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, 2009.
3.
Veysova Z. Fəal (interaktiv) təlim. Müəllimlər üçün vəsait. Bakı: Elm, 2007.
4.
Azərbaycan dili. VIII sinif. Bakı: Təhsil, 2012.
5.
Azərbaycan dili. Bakı: Təhsil, 2002.
6.
Həsənov N. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. Bakı: 1987.
7.
Kərimov Y.Ş. Təlim metodları bakı, 2007.
8.
Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dili proqramları. Bakı: 2002.
9.
Abdullayev N. Fəal təlim zamanı qruplarla işin təşkili. “Azərbaycan məktəbi” jurnalı №6,
2013.
10.
Balıyev H.B., Balıyev A.H. Azərbaycan dilinin tədrisi metodikası. Bakı: 2014
РЕЗЮМЕ
ПРИМЕНЕНИЕ АКТИВНОГО /ИНТЕРАКТИВНОГО МЕТОДА ОБУЧЕНИЯ В
Dostları ilə paylaş: |