Uot heydəR ƏLİyevin nitqində MÜRƏKKƏb cüMLƏLƏRDƏN İSTİfadə Üsullari



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə12/13
tarix26.02.2017
ölçüsü1,07 Mb.
#9791
1   ...   5   6   7   8   9   10   11   12   13

 

 

ƏDƏBİYYAT 

1. Əliyev R., Əzizov Ə. Kimya təliminin prinsipləri və priyomları. Bakı: 2002.  

2.  Bilqeys  Hüseynova  “Kimya  və  biologiyanın  tədrisi”.  //  “Azərbaycan  məktəbi”  jurnalı, 

1994. 


3. Murad Vəliyev “Olimpiada xarakterli məsələlərin həlli”. Bakı: 2004, № 3 

4. Abbasov M., Mahmudov T., Abışov N., Zeynalov Z., Abbaszadə S. Kimyadan olimpiada  

məsələləri . Bakı:  2009. 

 

РЕЗЮМЕ  



МЕТОДИКА РЕШЕНИЯ ЗАДАЧ ПО ХИМИИ, ТРЕБУЮЩИХ  

ОСОБЕННЫХ СПОСОБНОСТЕЙ  

Идрисова С.Ш., Байрамова Ф.Ч. 

 

Ключевые  слова:  сознание,  самостоятельная  работа,  способность,  личная 

деятельность 

В  данной  статье  рассмотрены  методы  формирования  у  учеников  способности 

самостоятельно  решать  задачи,  а  также  задачи,  отвечающие  тематическому  плану 

обучению курса химии в средних школах, а также задачи повышенной сложности. 

 

 

Xüsusi qabiliyyət tələb edən kimya məsələlərinin həlli metodikası 



 

 

83 


 

 

SUMMARY 



METHOD OF CHEMICAL PROBLEMS REQUIRING SPECIAL ABILITIES 

Idrisova S.Sh., Bayramova F.Ch. 

 

Key words: consciousness, independent work, ability, personal activity 

In the article the methods of student’s independent study in the form of issues in accordance 

with curriculum in schools are investigated. 

 

 



 

Daxil olma tarixi: 

Ilkin variant 

22.05.2015 

 

Son variant 



 

İdrisova S.Ş., Bayramova F.Ç. 

 

 


 

84 


 

 

UOT 

 

ZOOLOGİYADAN QUŞLAR SİNFİNƏ DAİR ÇƏTİN MƏNİMSƏNILƏN MÖVZULAR  

 

BAXŞALIYEV ARZU YELMAR oğlu 

Sumqayıt Dövlət Universiteti, dosent 

SULTANOVA NATELLA HƏSƏNXAN qızı 

Sumqayıt Dövlət Universiteti, dosent 

AXUNDOVA SEVİL MƏHƏRRƏM qızı 

Sumqayıt Dövlət Universiteti, baş müəllim 

QƏHRƏMANOVA AİDƏ YARIŞ qızı 

Sumqayıt Dövlət Universiteti, assisent 

e-mail: Baxsaliyev-Arzu@mail.ru 

 

Açar sözlər: sarkomastiqaforlar, sporlular, infuzorlar, embrioloji və filogenetik



Zoologiya kursunda əvvəl ibtidailər, sonra isə çoxhüceyrəli heyvanlar tədris edilir. Sonda 

xordalılar  tipinin  məzmunu  öyrədilir.  Bu  tipin  quşlar  sinfinin  nümayəndələrinin  xarakterik 

xüsusiyyətlərinin öyrənilməsi olduqca maraqlı mövzulardan biridir. Orta məktəb şagirdləri üçün 

quşların uçması, tənəffüsü və digər xüsusiyyətləri bu baxımdan daha böyük maraq doğurur

Şagirdlərin  həyati  bacarıqlarının,  bioloji  biliklərin  öyrədilməsi  təlim  və  tərbiyəsi  tərtib 

olunan  proqramlarda  əksini  tapan  mövzuların  məzmunundan  asılıdır.  Bu  isə  öz  növbəsində 

şagirdlərin  biliklərinin  sistemləşdirilməsinə,  ümumiləşdirilməsinə,  məntiqi  və  tənqidi  

təfəkkürünün  inkişafına  xidmət  etməlidir.  Bu  baxımdan,  biologiya  fənni  şagirdlərin  həyata 

hazırlanmasında,  onların  müasir  bilik  və  bacarıqlarının  inkişafında  və  formalaşmasında  böyük 

praktik  əhəmiyyət  daşıyır.  2013-cü  ilə  qədər  VII  sinifdə  şagirdlərin  botanikadan  bilikləri 

yekunlaşdırılır və ikinci yarım ildə heyvanlar aləminin öyrənilməsinə, yəni heyvanlar kursunun 

tədrisinə  başlanılırdı.  Burada  ilk  növbədə,  sistem  və  ardıcıllıqla  kiçik  ölçülü  heyvanlar, 

birhüceyrəlilər  öyrədilirdi.  5  tipin  daxil  olduğu  ibtidai  heyvanların  3  tipinin  – 

sarkomastiqaforlar,  sporlular  və  infuzorlar  tiplərinin  xüsusiyyətləri,  xarakterik  nümayəndələr 

üzrə öyrənilirdi. Sonra isə çoxhüceyrəli heyvanlar tədris edilirdi. Bunlardan bağırsaqboşluqlular 

tipi, yastı qurdlar tipi, sap qurdlar tipi, həlqəvi qurdlar  tipi, molyusklar tipi öyrədilirdi. Hazırda 

isə  VII  sinifdə  biologiya  fənni  kurikulum  proqramı  üzrə  tədris  olunur.  VIII  sinif  proqramında 

buğumayaqlılar  tipi,  dərisitikanlılar  tipi  kimi  böyük  tiplərin  quruluş  xüsusiyyətləri,  inkişafı, 

anatomik, fizioloji xüsusiyyətləri, əhəmiyyəti və s. məsələlər, sonda xordalılar tipinin məzmunu 

öyrədilir.  Zoologiya  kursu  məzmunca  xeyli  mürəkkəbdir  və  buraya  morfoloji,  anatomik, 

fizioloji,  ekoloji,  embrioloji,  sistematik  və  filogenetik  anlayışlar  daxildir  (1).  Ancaq  biz  quşlar 

sinfinə dair çətin mövzular haqqında qısada olsa məlumat verməyi məqsəd kimi qarşıya qoyduq.  

Quşlar  genetik  cəhətdən  sürünənlərə  yaxın  olub,  ali  onurğalıların  uçmağa  uyğunlaşmış 

sinfidir. Onların bədən temperaturu sabit olub, ətraf mühit temperaturundan asılı deyil. Quşlarda 

ön  ətraflar  qanadlara  çevrilmişdir,  bədən  lələklərlə  örtülmüşdür,  uçmağa  uyğunlaşmaq  isə 

quşların xarakterik xüsusiyyətidir. Quşların uçmaqdan başqa həm də quruda gəzməsi, qaçması, 

ağaca dırmanması və bir çox növün suda üzməsi onların həyat fəaliyyətinin ümumi səviyyəsini 

yüksəltmişdir (2).  

  Quşlar  sinfinin  istər  morfoloji,  istərsə  də  anatomik  quruluşu  və  hər  bir  orqanın  ayrı-

ayrılıqda  funksiyası  haqqında  məlumatları  şagirdlərə  dəqiqliklə  və  onların  yaxşı  qavrayacağı 

şəkildə açıb göstərmək üçün ilk istifadə olunan material orta məktəb dərsliyidir. 

Orta  məktəb  şagirdləri  üçün  quşların  uçması  hadisəsi  olduqca  maraqlı  mövzulardan 

biridir.  Belə  ki,  quşların  uçması  prosesi  və  bu  prosesdə  rol  oynayan  amillər,  o  cümlədən, 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 11                       №3                   2015 

  


 

85 


 

quşlarda  hava  kisələrinin  müvcudluğu,  onların  ikiqat  tənəffüsdə  rolu,  ümumiyyətlə,  uçuşunu 

təmin edən orqanların quruluş və funksiyaları haqqındakı biliklərə yiyələnmələri şagirdlərin elmi 

dünyagörüşlərinin formalaşdırılmasında bilavasitə rol oynayır. Lakin təəssüflə qeyd edək ki, orta 

məktəb dərsliyində quşların uçması və bu prosesdə rol oynayan amillər şagirdlərin qavrayacağı 

səviyyədə öz əksini tapmayıb. Bu baxımdan, quşlar sinfinin nümayəndələrinin tənəffüs sistemi, o 

cümlədən, ikiqat tənəffüs prosesi və bu prosesdə əsas rol oynayan hava kisələri haqqında verilən 

bilgilərin tədrisi şagirdlər tərəfindən çətin mənimsənilən mövzular sırasına aiddir.  Bu səbəbdən 

də  zoologiyanın  tədrisi  zamanı  quşlar  sinfinin  öyrənilməsində  vacib  yer  tutan  bioloji 

proseslərdən biri də onların tənəffüs sisteminin quruluş və funksiyasının aydınlaşdırılmasıdır.   

Quşlarda nəfəs borusu bəzən bədənin ölçüsündən uzun olur. Bu halda nəfəs borusunun alt 

hissəsində qırışlar əmələ gəlir ki, bunlar da döş sümüyü darağında, döş əzələləri ilə dəri arasında, 

yaxud da bədən boşluğunda yerləşə bilər. Səs orqanı kimi fəaliyyət göstərən alt qırtlaq  – nəfəs 

borusunun  son  halqaları,  bronxların  isə  ilk  halqalarından  təşkil  olunmuşdur.  Bu  zaman 

halqalardan bir hissəsi qonşu halqalarla bitişir, bəzi halqalar isə hərəkətli olaraq qalır və halqaları 

birləşdirən  yumşaq  pərdə  halqanın  hərəkəti  zamanı  bronx  boşluğunun  daxilinə  tərəf 

istiqamətlənə bilər. Bronxların nəfəs yoluna yaxın hissəsində onların divarlarını saxlayan qığır-

daqlı halqaların içi dolu olmur. Bronx divarlarının daxili hissəsində üçbucaq formalı, eləcə də səs 

qəbul  etmək  funksiyasını  yerinə  yetirən  yumşaq  hissələr  qalır.  Quşun  bütün  bədəninə  nisbətən 

ağciyərləri çox kiçik olub xüsusi bağlar vasitəsilə döş qəfəsi içərisinə hərəkətsiz surətdə gərilmiş 

olurlar. Onun arxa tərəfi onurğa fəqərələri və qabırğaları ilə sıx bitişmişdir. Bronxlar ağciyərlərə 

daxil olduqdan sonra ciyər içərisi ilə onun xarici divarlarınadək uzanır. Bronxların ağciyərə daxil 

olduğu  ayrı-ayrı  budaqları  çox  nazik  pərdəli  hava  kisələrinə  açılırlar  ki,  bu  kisələrin  həcmi 

ağciyərlərin  həcmindən  xeyli  çox  olur.  Hava  kisələri  quşun  bütün  daxili  orqanları  arasında 

yerləşir  və  bunların  çoxlu  miqdarda  çıxıntıları  isə  əzələlər  arasında,  dəri  altında  və  sümük 

boşluğuna daxil olmuş vəziyyətdə olur.  Hava kisələrinin başlıca vəzifəsi uçuş zamanı tənəffüsə 

xidmət etməklə yanaşı, həm bədəni qızdırmaq, həm də yüngülləşdirməyə xidmət etməkdir. 

Quşların tənəffüsü həmişə eyni olmur: məsələn, ördək sakit dayanarkən dəqiqədə 10-16 

dəfə,  havaya  qalxarkən  isə  dəqiqədə  90-120  dəfə  nəfəs  alır,  göyərçin  sərbəst  oturan  zaman 

dəqiqədə 26, gəzəndə 77, uçanda isə 400 dəfə tənəffüs edir. Quşların uçan zaman belə intensiv 

tənəffüs etməsinə səbəb maddələr mübadiləsi və xüsusilə ATF-in oksidləşməsi və bərpası üçün 

çoxlu miqdarda oksigenin tələb olunmasıdır (4). 

 Quşun  ehtiyatla  yarılması  zamanı  qarın  hava  kisələrini  asanlıqla  görmək  olar.  Xüsusi 

birləşdirici toxumalı əzələ kələfi ilə təchiz olunmuş pərdə hər tərəfdən ağciyərə, döş sümüyünə 

və qabırğalara bərkidilmişdir. Bu pərdə ağciyər diafraqması adlanır və nəfəs alıb, nəfəs verərkən 

agciyəri  dartılmış  vəziyyətdə  saxlayır.  Hava  kisələrində  olan  hava  tərkibinə  görə  atmosfer 

havasından az fərqlənir və yalnız  1%-ə  yaxın  CO

 malikdir. 



Orta  məktəb  dərsliyində  göstərilir:  “Quş  qanadlarını  endirdikdə  hava  kisələri  sıxılır,  ön 

hava  kisələrindəki  oksigensiz  hava  bronxlardan  ətraf  mühitə  yayılır,  agciyərlərdəki  istifadə 

olunmuş hava ön hava kisələrinə dolur, arxa hava kisələrindəki təmiz hava isə agciyərlərə keçir 

və quş təkrar tənəffüs edir. Deməli, quş uçarkən nəfəsalma və nəfəsvermə zamanı tənəffüs edir” 

(3).  Orta  məktəb  dərsliyində  ikiqat  tənəffüs  prosesinin  bu  cür  verilməsi  şagirdlərdə  yanlış 

təsəvvür yaradır. Qarın əzələsinin hərəkəti zamanı, eləcə də uçuş zamanı əzələlər vasitəsilə hava 

kisələri  sıxılır.  Sıxılan  hava  kisələri  həcmcə  gah  böyüyüb,  gah  da  kiçilərək  bir  qədər  dartılmış 

ağciyərlərdən xaricə daha çox hava qovurlar. Quşlarda tənəffüs aktı uçmadıqları vaxtda döş qəfə-

sinin  genişlənməsi  və  sıxılması  yolu  ilə  gedir,  bu  da  döşün  onurğadan  uzaqlaşdırılması  və 

yaxınlaşdırılması  ilə  əldə  edilir.  Lakin  uçuş  zamanı  döş  əzələləri  intensiv  surətdə  işlədiyindən 

agciyərlərdən xaricə daha çox hava qovurlar. Deməli, quşlarda tənəffüs aktı uçmadıqları vaxtda 

döş qəfəsinin genişlənməsi və sıxılması yolu ilə gedir, bu da döşün onurğadan uzaqlaşdırılması 

və yaxınlaşdırılması ilə əldə edilir. Lakin uçuş zamanı döş əzələləri intensiv surətdə işlədiyindən 

Baxşalıyev A.Y., Sultanova  N.H., Axundova  S.M., Qəhrəmanova A.Y.

 


 

86 


 

bu cür tənəffüs mümkün deyil. Buna görə də uçma zamanı tənəffüs hava kisələrinin köməyi ilə 

baş verir (5). Belə ki, qanadlar qaldırıldıqda kisələr dartılır və ağciyərdən gələn hava ilə dolur, 

qanad  endirildikdə  isə  kisələr  sıxılır  və  onların  daxilindəki  hava  yenidən  ağciyərlərdən  xaricə 

çıxır. Hava kisələrinin özündə qan oksidləşmir. Bunların həcmi ağciyərin həcmindən daha  artıq 

olduğundan  kisələrə  daxil  olan  havanın  ancaq  bir  qismi  ağciyərlər  tərəfindən  istifadə  olunur. 

Nəfəs  verilən  zaman  oksigenlə  zəngin  olan  hava  yenə  ağciyərdə  qanı  oksidləşdirir.  Qan  həm 

nəfəs  alma  və  həm  də  nəfəs  vermə  zamanı  oksidləşir.  Belə  ki,  mürəkkəb  sistemə  malik  olan 

kisələrin  və  boşluqların  daxilində  qalan  hava  atmosfer  havasından  az  fərqləndiyindən  quşlarda 

tənəffüs  prosesi  təkcə  havanın  mərkəzəqaçma  hərəkəti  ilə,  yəni  ağciyərlərdən  hava  kisələrinə 

deyil,  eləcə  də  mərkəzdənqaçma  axını  şəklində,  yəni  hava  kisələrindən  ağciyərlərə  ötürülməsi 

baş verir. Bu hadisə ikiqat tənəffüs adlanır. Uçuş zamanı intensiv iş ilə əlaqədar olaraq quşlara 

lazım olan qaz mübadiləsi bu cür əldə edilir.  

Dərs prosesi zamanı müəllim ikiqat tənəffüsün necə getməsini şagirdlərin nəzər-diqqətinə 

dəqiqliklə və onların yaxşı başa düşə biləcəyi səviyyədə çatdırmalıdır. Hava burun dəliklərindən  

daxil  olaraq traxeya, bronxları  keçərək  ağciyərə gəlir. Oraya daxil olan havanın hamısı tənəffüs 

prosesində  iştirak  etmir,  bir  hissəsi  hava  kisələrinə  keçir.  Deməli,  birinci  tənəffüs  hava  ətraf 

mühitdən  orqanizmə  daxil  olan  zaman  baş  verir.  Quş  uçan  zaman  qanadlarını  çaldıqda  hava 

kisələri  yığılaraq  içərisindəki  havanı  yenidən  ağciyərlərə  qaytarır  və  həmin  hava  ikinci  dəfə 

tənəffüs prosesində iştirak edir. Buna  görə də ümumi tənəffüs ikiqat  tənəffüs adlanır. Quşların 

ikiqat tənəffüsə malik olma cəhəti ilə onların bir sıra quruluş xüsusiyyətləri və qabiliyyətləri ilə 

izah olunur. Belə ki, quşlar təngənəfəs olmurlar. Çünki, quş qanadını nə qədər qüvvətli çalsa, bir 

o  qədər  də  yaxşı  nəfəs  alar.  Belə  ki,  qanadlar  vasitəsilə  gücləndirilmiş  hərəkət,  boyunun  bir 

hissəsi,  körpücükaltı  və  döş  kisələrini  sıxan  əzələlər  də  tənəffüsü  gücləndirir.  Kisələrin  olması 

həm də, təxminən 10%-ə qədər quşların xüsusi çəkisini azaldır.   

Bu mövzunu həmçinin beyin həmləsi (strategiya), klaster (şaxələndirmə), ziqzaq və digər 

fəal təlim metodlarından istifadə etməklə tədris etmək olar. Belə təşkil  edilmiş dərslər maraqlı, 

həmdə yadda qalan olur.  



 

ƏDƏBIYYAT 

1.

 



Babayev M., Məcidov M. Biologiyanın tədrisi metodikası. Bakı: 2008. 

2.

 



Abbasov H.S., Mustafayev Q.T.və b. Onurğalılar zoologiyası Bakı:1999. 

3.

 



Abbasov  H.S.,  Qasımov  Ə.H.,  Əliyev  S.V.,  Əliyev  T.R.  və  b.  Zoologiya:  7–8 

ümumtəhsil məktəbləri üçün dərslik. Bakı: Çaşıoğlu, 2002. 

4.

 

 Бровкина Е.Г., Казмина Н.Й. Уроки зоологии. М.: Просвещение, 1987. 



5.

 

Школьник Ю.К. Животные. Москва: Эксмо, 2008. 



 

РЕЗЮМЕ

 

СЛОЖНО УСВАИВАЕМЫЕ ТЕМЫ ПО ЗООЛОГИИ, ОТНОСЯЩИЕСЯ К 

КЛАССУ ПТИЦ (ЛАТ. AVES)   

Бахшалиев А.Е., Султанова Н.Г., Ахундова С.М., Гахраманова А.Ю. 

 

Ключевые слова:  саркомастигофоры,  апикомплексы, инфузории, эмбриологический  

и филогенетический

В  курсе  зоологии  сначала  изучаются  одноклеточные,  а  потом    многоклеточные 

животные.  Завершается  обучение  изучением  типа  хордовых.  Изучение  характерных 

особенностей  представителей  класса  птиц  этого  типа  является  одним  из  самых 

интересных тем. Полет, дыхание и другие свойства птиц представляют большой интерес 

при изучении данной темы. 



 

Zoologiyadan quşlar sinfinə dair çətin mənimsənilən mövzular  

 

 

87 


 

SUMMARY 

           COMPLICATED SUBJECTS ON BIRDS CLASSIFICATIONS  



(Lat. AVES) IN ZOOLOGY  

Bakhshaliev A. E., Sultanova N.H., Akhundova S. M., Gahramanova A. Y. 

     

  Key words: sarcomastigophoras, apicomplexa, ciliate, embryological and phylogenetic. 

At first  unicellular, then multicellular animals  are taught  in  zoology course. After all, the 

contests  of  the  Phylum  Chordates  are  taught.  Learning  characteristic  features  of  birds  of  this 

phylum is one of the most interesting themes. Flying, breathing and other characteristics of birds 

arose great interest for secondary school pupils. 

 

  

  



Daxil olma tarixi: 

Ilkin variant 

02.06.2015 

 

Son variant 



 

Baxşalıyev A.Y., Sultanova  N.H., Axundova  S.M., Qəhrəmanova A.Y.

 


 

88 


 

MÜNDƏRİCAT 

 

 



Dilçilik 

 



Zamanov N. Heydər Əliyevin nitqində mürəkkəb cümlələrdən istifadə üsulları 



Əhmədov N.Ş. Qərbi Azərbaycanın Qaraqoyunlu bölgəsinin dialekt leksikası 



13 



Eminli   B.İ. Müəllim  sözü müraciət forması kimi 

19 



Zeynalov R.S. Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərində atalar sözləri və 



zərb məsəllərdə işlənən ismi birləşmələr 

24 


 

 

Ədəbiyyatşünaslıq 

 

 

 

 

 

 



 

 

 

 

 

 

Tarix və sosiologiya 

 



Məmiyev C.M., Bünyadov Z.V. Məhbuslarla sosial işin təşkili xüsusiyyətləri 

28 

 

 

İqtisadiyyat 

 



Hüseynov Q.S. Elektrik enerjisinin qiymətinin əmələ gəlməsi ilə bağlı olan 

məsələlər 

33 



Abdullayev L.İ., Osmanov İ.O. Azərbaycanda logistikanın tətbiqi və inkişafı



 

38 




Ağayev T.D., Alməmmədli M.G., Hüseynova L.İ. Abşeron iqtisadi rayonunun təbii 

sərvətlərindən təsərrüfatda istifadə imkanları  

43 

 

 



Pedaqogika, psixologiya, metodika 

 



Aslanov Y.Y., Rəfiyeva A.İ. Ədəbiyyat müəllimi  hazırlığı və tədris problemləri 

48 


10  Əşrəfov R.Q.  Müxtəsər və geniş cümlənin tədrisində fəal/interaktiv təlim 

metodlarından istifadə 

53 

11  Şirinova M.M. Sintaksisdə söz birləşmələrinin tədrisi ilə bağlı bəzi məsələlər 



60 

12  Salamova K.B. Rəhbərliyin və liderliyin psixoloji xüsusuyyətləri 

65 

13  Heydərova M.N. Riyaziyyat dərslərində fəallaşdırıcı təlim metodlarının tətbiqi 



yollari 

68 


14  Quliyeva G.N., Abdullayeva H.B. Blum taksonomiyasının istifadənin  kimya 

dərslərində rolu 

75 

15  İdrisova S.Ş., Bayramova F.Ç. Xüsusi qabiliyyət tələb edən kimya məsələlərinin 



həlli metodikası 

79 


16  Baxşalıyev A.Y., Sultanova N.H., Axundova S.M., Qəhrəmanova A.Y. 

 

Zoologiyadan quşlar sinfinə dair çətin mənimsənilən mövzular  

84 

 


 

89 


 

СОДЕРЖАНИЕ 

 

 



Языковедение 

 

 

Заманов Н.Способы употребления сложных предложений в речи Гейдара 

Алиева 

 

 



Ахмедов Н.Ш. Толковый словарь диалектных слов региона гарагоюнлу 

Западного Азербайджана 

 

 

Эминли Б.И. Слово «муэллим» как форма обращения 



 

 

Зейналов Р.С.Именные словосочетания употребляемые в пословицах и  

поговорках  в произведении Махмуда Кашгари “дивани лугат-ит турк” 

 

 



 

Литературоведение 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

История и социология  

 

 

Мамиев Д.М., Буньядов З.В. Особенности организации социальной работы  

с заключенными 

 

 



 

Экономика  

 

 



Гусейнов Г.С. Вопросы ценообразования электроэнергетической энергии 

 

 



Абдуллаев Л.И., Османов И.О. Применение и развитие логистики в 

Азербайджане 

 

 

Агаев Т.Д., Алмаммадлы М.Г.,Гусейнова Л.И. Возможности использования 



природных ресурсов в хозяйстве апшеронского экономического района 

 

 



 

Педагогика, психология, методика 

 

 



Асланов Ю.Ю., Рафиева А.И. Подготовка учителя литературы и проблемы 

обучения 

 

 

Ашрафов Р.Г. Применение активного /интерактивного метода обучения в 



изучении нераспространенных и  распространенных предложений 

 

 



Ширинова М.М. некоторые вопросы изучения словосочетаний в 

преподавании курса синтаксиса 

 

 

Саламова K.Б. Психологические oсобенности лидерства и руководства 



 

 

Гейдарова М.Н. Пути внедрения активизирующих методов обучения  

на уроках математики  

 

 



Гулиева Г.Н. , Абдуллаева Г.Б.  Роль таксономии блума на уроках химии 

 

 



Идрисова С.Ш., Байрамова Ф.Ч. Методика решения задач по химии

требующих  особенных способностей  

 

 

Бахшалиев А.Е., Султанова Н.Г., Ахундова С.М., Гахраманова А.Ю. Сложно 



усваиваемые темы по зоологии, относящиеся к классу птиц (лат. Aves)   

 

 



 

90 


 

CONTENTS 

 

 

Philology 

 

 

Zamanov N.T. The methods of using complex sentences in Heydar Aliyev’s 

speech  

 

 



Akhmedov N.Ş.Dialectological lexics of qaraqoyunlu reqion in the Western 

Azerbaijan. 

 

 

Eminli B.İ. The word "teacher" as an application form 



 

 

Zeynalov R.S. Noun phrases used in proverbs and sayings in the work of Mahmud 

Kashgari «Divani lugat-it-turk» 

 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin