ƏDƏBİYYAT
1. Əliyev R., Əzizov Ə. Kimya təliminin prinsipləri və priyomları. Bakı: 2002.
2. Bilqeys Hüseynova “Kimya və biologiyanın tədrisi”. // “Azərbaycan məktəbi” jurnalı,
1994.
3. Murad Vəliyev “Olimpiada xarakterli məsələlərin həlli”. Bakı: 2004, № 3
4. Abbasov M., Mahmudov T., Abışov N., Zeynalov Z., Abbaszadə S. Kimyadan olimpiada
məsələləri . Bakı: 2009.
РЕЗЮМЕ
МЕТОДИКА РЕШЕНИЯ ЗАДАЧ ПО ХИМИИ, ТРЕБУЮЩИХ
ОСОБЕННЫХ СПОСОБНОСТЕЙ
Идрисова С.Ш., Байрамова Ф.Ч.
Ключевые слова: сознание, самостоятельная работа, способность, личная
деятельность
В данной статье рассмотрены методы формирования у учеников способности
самостоятельно решать задачи, а также задачи, отвечающие тематическому плану
обучению курса химии в средних школах, а также задачи повышенной сложности.
Xüsusi qabiliyyət tələb edən kimya məsələlərinin həlli metodikası
83
SUMMARY
METHOD OF CHEMICAL PROBLEMS REQUIRING SPECIAL ABILITIES
Idrisova S.Sh., Bayramova F.Ch.
Key words: consciousness, independent work, ability, personal activity
In the article the methods of student’s independent study in the form of issues in accordance
with curriculum in schools are investigated.
Daxil olma tarixi:
Ilkin variant
22.05.2015
Son variant
İdrisova S.Ş., Bayramova F.Ç.
84
UOT
ZOOLOGİYADAN QUŞLAR SİNFİNƏ DAİR ÇƏTİN MƏNİMSƏNILƏN MÖVZULAR
BAXŞALIYEV ARZU YELMAR oğlu
Sumqayıt Dövlət Universiteti, dosent
SULTANOVA NATELLA HƏSƏNXAN qızı
Sumqayıt Dövlət Universiteti, dosent
AXUNDOVA SEVİL MƏHƏRRƏM qızı
Sumqayıt Dövlət Universiteti, baş müəllim
QƏHRƏMANOVA AİDƏ YARIŞ qızı
Sumqayıt Dövlət Universiteti, assisent
e-mail: Baxsaliyev-Arzu@mail.ru
Açar sözlər: sarkomastiqaforlar, sporlular, infuzorlar, embrioloji və filogenetik.
Zoologiya kursunda əvvəl ibtidailər, sonra isə çoxhüceyrəli heyvanlar tədris edilir. Sonda
xordalılar tipinin məzmunu öyrədilir. Bu tipin quşlar sinfinin nümayəndələrinin xarakterik
xüsusiyyətlərinin öyrənilməsi olduqca maraqlı mövzulardan biridir. Orta məktəb şagirdləri üçün
quşların uçması, tənəffüsü və digər xüsusiyyətləri bu baxımdan daha böyük maraq doğurur.
Şagirdlərin həyati bacarıqlarının, bioloji biliklərin öyrədilməsi təlim və tərbiyəsi tərtib
olunan proqramlarda əksini tapan mövzuların məzmunundan asılıdır. Bu isə öz növbəsində
şagirdlərin biliklərinin sistemləşdirilməsinə, ümumiləşdirilməsinə, məntiqi və tənqidi
təfəkkürünün inkişafına xidmət etməlidir. Bu baxımdan, biologiya fənni şagirdlərin həyata
hazırlanmasında, onların müasir bilik və bacarıqlarının inkişafında və formalaşmasında böyük
praktik əhəmiyyət daşıyır. 2013-cü ilə qədər VII sinifdə şagirdlərin botanikadan bilikləri
yekunlaşdırılır və ikinci yarım ildə heyvanlar aləminin öyrənilməsinə, yəni heyvanlar kursunun
tədrisinə başlanılırdı. Burada ilk növbədə, sistem və ardıcıllıqla kiçik ölçülü heyvanlar,
birhüceyrəlilər öyrədilirdi. 5 tipin daxil olduğu ibtidai heyvanların 3 tipinin –
sarkomastiqaforlar, sporlular və infuzorlar tiplərinin xüsusiyyətləri, xarakterik nümayəndələr
üzrə öyrənilirdi. Sonra isə çoxhüceyrəli heyvanlar tədris edilirdi. Bunlardan bağırsaqboşluqlular
tipi, yastı qurdlar tipi, sap qurdlar tipi, həlqəvi qurdlar tipi, molyusklar tipi öyrədilirdi. Hazırda
isə VII sinifdə biologiya fənni kurikulum proqramı üzrə tədris olunur. VIII sinif proqramında
buğumayaqlılar tipi, dərisitikanlılar tipi kimi böyük tiplərin quruluş xüsusiyyətləri, inkişafı,
anatomik, fizioloji xüsusiyyətləri, əhəmiyyəti və s. məsələlər, sonda xordalılar tipinin məzmunu
öyrədilir. Zoologiya kursu məzmunca xeyli mürəkkəbdir və buraya morfoloji, anatomik,
fizioloji, ekoloji, embrioloji, sistematik və filogenetik anlayışlar daxildir (1). Ancaq biz quşlar
sinfinə dair çətin mövzular haqqında qısada olsa məlumat verməyi məqsəd kimi qarşıya qoyduq.
Quşlar genetik cəhətdən sürünənlərə yaxın olub, ali onurğalıların uçmağa uyğunlaşmış
sinfidir. Onların bədən temperaturu sabit olub, ətraf mühit temperaturundan asılı deyil. Quşlarda
ön ətraflar qanadlara çevrilmişdir, bədən lələklərlə örtülmüşdür, uçmağa uyğunlaşmaq isə
quşların xarakterik xüsusiyyətidir. Quşların uçmaqdan başqa həm də quruda gəzməsi, qaçması,
ağaca dırmanması və bir çox növün suda üzməsi onların həyat fəaliyyətinin ümumi səviyyəsini
yüksəltmişdir (2).
Quşlar sinfinin istər morfoloji, istərsə də anatomik quruluşu və hər bir orqanın ayrı-
ayrılıqda funksiyası haqqında məlumatları şagirdlərə dəqiqliklə və onların yaxşı qavrayacağı
şəkildə açıb göstərmək üçün ilk istifadə olunan material orta məktəb dərsliyidir.
Orta məktəb şagirdləri üçün quşların uçması hadisəsi olduqca maraqlı mövzulardan
biridir. Belə ki, quşların uçması prosesi və bu prosesdə rol oynayan amillər, o cümlədən,
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 11 №3 2015
85
quşlarda hava kisələrinin müvcudluğu, onların ikiqat tənəffüsdə rolu, ümumiyyətlə, uçuşunu
təmin edən orqanların quruluş və funksiyaları haqqındakı biliklərə yiyələnmələri şagirdlərin elmi
dünyagörüşlərinin formalaşdırılmasında bilavasitə rol oynayır. Lakin təəssüflə qeyd edək ki, orta
məktəb dərsliyində quşların uçması və bu prosesdə rol oynayan amillər şagirdlərin qavrayacağı
səviyyədə öz əksini tapmayıb. Bu baxımdan, quşlar sinfinin nümayəndələrinin tənəffüs sistemi, o
cümlədən, ikiqat tənəffüs prosesi və bu prosesdə əsas rol oynayan hava kisələri haqqında verilən
bilgilərin tədrisi şagirdlər tərəfindən çətin mənimsənilən mövzular sırasına aiddir. Bu səbəbdən
də zoologiyanın tədrisi zamanı quşlar sinfinin öyrənilməsində vacib yer tutan bioloji
proseslərdən biri də onların tənəffüs sisteminin quruluş və funksiyasının aydınlaşdırılmasıdır.
Quşlarda nəfəs borusu bəzən bədənin ölçüsündən uzun olur. Bu halda nəfəs borusunun alt
hissəsində qırışlar əmələ gəlir ki, bunlar da döş sümüyü darağında, döş əzələləri ilə dəri arasında,
yaxud da bədən boşluğunda yerləşə bilər. Səs orqanı kimi fəaliyyət göstərən alt qırtlaq – nəfəs
borusunun son halqaları, bronxların isə ilk halqalarından təşkil olunmuşdur. Bu zaman
halqalardan bir hissəsi qonşu halqalarla bitişir, bəzi halqalar isə hərəkətli olaraq qalır və halqaları
birləşdirən yumşaq pərdə halqanın hərəkəti zamanı bronx boşluğunun daxilinə tərəf
istiqamətlənə bilər. Bronxların nəfəs yoluna yaxın hissəsində onların divarlarını saxlayan qığır-
daqlı halqaların içi dolu olmur. Bronx divarlarının daxili hissəsində üçbucaq formalı, eləcə də səs
qəbul etmək funksiyasını yerinə yetirən yumşaq hissələr qalır. Quşun bütün bədəninə nisbətən
ağciyərləri çox kiçik olub xüsusi bağlar vasitəsilə döş qəfəsi içərisinə hərəkətsiz surətdə gərilmiş
olurlar. Onun arxa tərəfi onurğa fəqərələri və qabırğaları ilə sıx bitişmişdir. Bronxlar ağciyərlərə
daxil olduqdan sonra ciyər içərisi ilə onun xarici divarlarınadək uzanır. Bronxların ağciyərə daxil
olduğu ayrı-ayrı budaqları çox nazik pərdəli hava kisələrinə açılırlar ki, bu kisələrin həcmi
ağciyərlərin həcmindən xeyli çox olur. Hava kisələri quşun bütün daxili orqanları arasında
yerləşir və bunların çoxlu miqdarda çıxıntıları isə əzələlər arasında, dəri altında və sümük
boşluğuna daxil olmuş vəziyyətdə olur. Hava kisələrinin başlıca vəzifəsi uçuş zamanı tənəffüsə
xidmət etməklə yanaşı, həm bədəni qızdırmaq, həm də yüngülləşdirməyə xidmət etməkdir.
Quşların tənəffüsü həmişə eyni olmur: məsələn, ördək sakit dayanarkən dəqiqədə 10-16
dəfə, havaya qalxarkən isə dəqiqədə 90-120 dəfə nəfəs alır, göyərçin sərbəst oturan zaman
dəqiqədə 26, gəzəndə 77, uçanda isə 400 dəfə tənəffüs edir. Quşların uçan zaman belə intensiv
tənəffüs etməsinə səbəb maddələr mübadiləsi və xüsusilə ATF-in oksidləşməsi və bərpası üçün
çoxlu miqdarda oksigenin tələb olunmasıdır (4).
Quşun ehtiyatla yarılması zamanı qarın hava kisələrini asanlıqla görmək olar. Xüsusi
birləşdirici toxumalı əzələ kələfi ilə təchiz olunmuş pərdə hər tərəfdən ağciyərə, döş sümüyünə
və qabırğalara bərkidilmişdir. Bu pərdə ağciyər diafraqması adlanır və nəfəs alıb, nəfəs verərkən
agciyəri dartılmış vəziyyətdə saxlayır. Hava kisələrində olan hava tərkibinə görə atmosfer
havasından az fərqlənir və yalnız 1%-ə yaxın CO
2
malikdir.
Orta məktəb dərsliyində göstərilir: “Quş qanadlarını endirdikdə hava kisələri sıxılır, ön
hava kisələrindəki oksigensiz hava bronxlardan ətraf mühitə yayılır, agciyərlərdəki istifadə
olunmuş hava ön hava kisələrinə dolur, arxa hava kisələrindəki təmiz hava isə agciyərlərə keçir
və quş təkrar tənəffüs edir. Deməli, quş uçarkən nəfəsalma və nəfəsvermə zamanı tənəffüs edir”
(3). Orta məktəb dərsliyində ikiqat tənəffüs prosesinin bu cür verilməsi şagirdlərdə yanlış
təsəvvür yaradır. Qarın əzələsinin hərəkəti zamanı, eləcə də uçuş zamanı əzələlər vasitəsilə hava
kisələri sıxılır. Sıxılan hava kisələri həcmcə gah böyüyüb, gah da kiçilərək bir qədər dartılmış
ağciyərlərdən xaricə daha çox hava qovurlar. Quşlarda tənəffüs aktı uçmadıqları vaxtda döş qəfə-
sinin genişlənməsi və sıxılması yolu ilə gedir, bu da döşün onurğadan uzaqlaşdırılması və
yaxınlaşdırılması ilə əldə edilir. Lakin uçuş zamanı döş əzələləri intensiv surətdə işlədiyindən
agciyərlərdən xaricə daha çox hava qovurlar. Deməli, quşlarda tənəffüs aktı uçmadıqları vaxtda
döş qəfəsinin genişlənməsi və sıxılması yolu ilə gedir, bu da döşün onurğadan uzaqlaşdırılması
və yaxınlaşdırılması ilə əldə edilir. Lakin uçuş zamanı döş əzələləri intensiv surətdə işlədiyindən
Baxşalıyev A.Y., Sultanova N.H., Axundova S.M., Qəhrəmanova A.Y.
86
bu cür tənəffüs mümkün deyil. Buna görə də uçma zamanı tənəffüs hava kisələrinin köməyi ilə
baş verir (5). Belə ki, qanadlar qaldırıldıqda kisələr dartılır və ağciyərdən gələn hava ilə dolur,
qanad endirildikdə isə kisələr sıxılır və onların daxilindəki hava yenidən ağciyərlərdən xaricə
çıxır. Hava kisələrinin özündə qan oksidləşmir. Bunların həcmi ağciyərin həcmindən daha artıq
olduğundan kisələrə daxil olan havanın ancaq bir qismi ağciyərlər tərəfindən istifadə olunur.
Nəfəs verilən zaman oksigenlə zəngin olan hava yenə ağciyərdə qanı oksidləşdirir. Qan həm
nəfəs alma və həm də nəfəs vermə zamanı oksidləşir. Belə ki, mürəkkəb sistemə malik olan
kisələrin və boşluqların daxilində qalan hava atmosfer havasından az fərqləndiyindən quşlarda
tənəffüs prosesi təkcə havanın mərkəzəqaçma hərəkəti ilə, yəni ağciyərlərdən hava kisələrinə
deyil, eləcə də mərkəzdənqaçma axını şəklində, yəni hava kisələrindən ağciyərlərə ötürülməsi
baş verir. Bu hadisə ikiqat tənəffüs adlanır. Uçuş zamanı intensiv iş ilə əlaqədar olaraq quşlara
lazım olan qaz mübadiləsi bu cür əldə edilir.
Dərs prosesi zamanı müəllim ikiqat tənəffüsün necə getməsini şagirdlərin nəzər-diqqətinə
dəqiqliklə və onların yaxşı başa düşə biləcəyi səviyyədə çatdırmalıdır. Hava burun dəliklərindən
daxil olaraq traxeya, bronxları keçərək ağciyərə gəlir. Oraya daxil olan havanın hamısı tənəffüs
prosesində iştirak etmir, bir hissəsi hava kisələrinə keçir. Deməli, birinci tənəffüs hava ətraf
mühitdən orqanizmə daxil olan zaman baş verir. Quş uçan zaman qanadlarını çaldıqda hava
kisələri yığılaraq içərisindəki havanı yenidən ağciyərlərə qaytarır və həmin hava ikinci dəfə
tənəffüs prosesində iştirak edir. Buna görə də ümumi tənəffüs ikiqat tənəffüs adlanır. Quşların
ikiqat tənəffüsə malik olma cəhəti ilə onların bir sıra quruluş xüsusiyyətləri və qabiliyyətləri ilə
izah olunur. Belə ki, quşlar təngənəfəs olmurlar. Çünki, quş qanadını nə qədər qüvvətli çalsa, bir
o qədər də yaxşı nəfəs alar. Belə ki, qanadlar vasitəsilə gücləndirilmiş hərəkət, boyunun bir
hissəsi, körpücükaltı və döş kisələrini sıxan əzələlər də tənəffüsü gücləndirir. Kisələrin olması
həm də, təxminən 10%-ə qədər quşların xüsusi çəkisini azaldır.
Bu mövzunu həmçinin beyin həmləsi (strategiya), klaster (şaxələndirmə), ziqzaq və digər
fəal təlim metodlarından istifadə etməklə tədris etmək olar. Belə təşkil edilmiş dərslər maraqlı,
həmdə yadda qalan olur.
ƏDƏBIYYAT
1.
Babayev M., Məcidov M. Biologiyanın tədrisi metodikası. Bakı: 2008.
2.
Abbasov H.S., Mustafayev Q.T.və b. Onurğalılar zoologiyası Bakı:1999.
3.
Abbasov H.S., Qasımov Ə.H., Əliyev S.V., Əliyev T.R. və b. Zoologiya: 7–8
ümumtəhsil məktəbləri üçün dərslik. Bakı: Çaşıoğlu, 2002.
4.
Бровкина Е.Г., Казмина Н.Й. Уроки зоологии. М.: Просвещение, 1987.
5.
Школьник Ю.К. Животные. Москва: Эксмо, 2008.
РЕЗЮМЕ
СЛОЖНО УСВАИВАЕМЫЕ ТЕМЫ ПО ЗООЛОГИИ, ОТНОСЯЩИЕСЯ К
КЛАССУ ПТИЦ (ЛАТ. AVES)
Бахшалиев А.Е., Султанова Н.Г., Ахундова С.М., Гахраманова А.Ю.
Ключевые слова: саркомастигофоры, апикомплексы, инфузории, эмбриологический
и филогенетический.
В курсе зоологии сначала изучаются одноклеточные, а потом многоклеточные
животные. Завершается обучение изучением типа хордовых. Изучение характерных
особенностей представителей класса птиц этого типа является одним из самых
интересных тем. Полет, дыхание и другие свойства птиц представляют большой интерес
при изучении данной темы.
Zoologiyadan quşlar sinfinə dair çətin mənimsənilən mövzular
87
SUMMARY
COMPLICATED SUBJECTS ON BIRDS CLASSIFICATIONS
(Lat. AVES) IN ZOOLOGY
Bakhshaliev A. E., Sultanova N.H., Akhundova S. M., Gahramanova A. Y.
Key words: sarcomastigophoras, apicomplexa, ciliate, embryological and phylogenetic.
At first unicellular, then multicellular animals are taught in zoology course. After all, the
contests of the Phylum Chordates are taught. Learning characteristic features of birds of this
phylum is one of the most interesting themes. Flying, breathing and other characteristics of birds
arose great interest for secondary school pupils.
Daxil olma tarixi:
Ilkin variant
02.06.2015
Son variant
Baxşalıyev A.Y., Sultanova N.H., Axundova S.M., Qəhrəmanova A.Y.
88
MÜNDƏRİCAT
Dilçilik
1
Zamanov N. Heydər Əliyevin nitqində mürəkkəb cümlələrdən istifadə üsulları
6
2
Əhmədov N.Ş. Qərbi Azərbaycanın Qaraqoyunlu bölgəsinin dialekt leksikası
13
3
Eminli B.İ. Müəllim sözü müraciət forması kimi
19
4
Zeynalov R.S. Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərində atalar sözləri və
zərb məsəllərdə işlənən ismi birləşmələr
24
Ədəbiyyatşünaslıq
Tarix və sosiologiya
5
Məmiyev C.M., Bünyadov Z.V. Məhbuslarla sosial işin təşkili xüsusiyyətləri
28
İqtisadiyyat
6
Hüseynov Q.S. Elektrik enerjisinin qiymətinin əmələ gəlməsi ilə bağlı olan
məsələlər
33
7
Abdullayev L.İ., Osmanov İ.O. Azərbaycanda logistikanın tətbiqi və inkişafı
38
8
Ağayev T.D., Alməmmədli M.G., Hüseynova L.İ. Abşeron iqtisadi rayonunun təbii
sərvətlərindən təsərrüfatda istifadə imkanları
43
Pedaqogika, psixologiya, metodika
9
Aslanov Y.Y., Rəfiyeva A.İ. Ədəbiyyat müəllimi hazırlığı və tədris problemləri
48
10 Əşrəfov R.Q. Müxtəsər və geniş cümlənin tədrisində fəal/interaktiv təlim
metodlarından istifadə
53
11 Şirinova M.M. Sintaksisdə söz birləşmələrinin tədrisi ilə bağlı bəzi məsələlər
60
12 Salamova K.B. Rəhbərliyin və liderliyin psixoloji xüsusuyyətləri
65
13 Heydərova M.N. Riyaziyyat dərslərində fəallaşdırıcı təlim metodlarının tətbiqi
yollari
68
14 Quliyeva G.N., Abdullayeva H.B. Blum taksonomiyasının istifadənin kimya
dərslərində rolu
75
15 İdrisova S.Ş., Bayramova F.Ç. Xüsusi qabiliyyət tələb edən kimya məsələlərinin
həlli metodikası
79
16 Baxşalıyev A.Y., Sultanova N.H., Axundova S.M., Qəhrəmanova A.Y.
Zoologiyadan quşlar sinfinə dair çətin mənimsənilən mövzular
84
89
СОДЕРЖАНИЕ
Языковедение
Заманов Н.Способы употребления сложных предложений в речи Гейдара
Алиева
Ахмедов Н.Ш. Толковый словарь диалектных слов региона гарагоюнлу
Западного Азербайджана
Эминли Б.И. Слово «муэллим» как форма обращения
Зейналов Р.С.Именные словосочетания употребляемые в пословицах и
поговорках в произведении Махмуда Кашгари “дивани лугат-ит турк”
Литературоведение
История и социология
Мамиев Д.М., Буньядов З.В. Особенности организации социальной работы
с заключенными
Экономика
Гусейнов Г.С. Вопросы ценообразования электроэнергетической энергии
Абдуллаев Л.И., Османов И.О. Применение и развитие логистики в
Азербайджане
Агаев Т.Д., Алмаммадлы М.Г.,Гусейнова Л.И. Возможности использования
природных ресурсов в хозяйстве апшеронского экономического района
Педагогика, психология, методика
Асланов Ю.Ю., Рафиева А.И. Подготовка учителя литературы и проблемы
обучения
Ашрафов Р.Г. Применение активного /интерактивного метода обучения в
изучении нераспространенных и распространенных предложений
Ширинова М.М. некоторые вопросы изучения словосочетаний в
преподавании курса синтаксиса
Саламова K.Б. Психологические oсобенности лидерства и руководства
Гейдарова М.Н. Пути внедрения активизирующих методов обучения
на уроках математики
Гулиева Г.Н. , Абдуллаева Г.Б. Роль таксономии блума на уроках химии
Идрисова С.Ш., Байрамова Ф.Ч. Методика решения задач по химии,
требующих особенных способностей
Бахшалиев А.Е., Султанова Н.Г., Ахундова С.М., Гахраманова А.Ю. Сложно
усваиваемые темы по зоологии, относящиеся к классу птиц (лат. Aves)
90
CONTENTS
Philology
Zamanov N.T. The methods of using complex sentences in Heydar Aliyev’s
speech
Akhmedov N.Ş.Dialectological lexics of qaraqoyunlu reqion in the Western
Azerbaijan.
Eminli B.İ. The word "teacher" as an application form
Zeynalov R.S. Noun phrases used in proverbs and sayings in the work of Mahmud
Kashgari «Divani lugat-it-turk»
Dostları ilə paylaş: |