Uot heydəR ƏLİyevin nitqində MÜRƏKKƏb cüMLƏLƏRDƏN İSTİfadə Üsullari



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix26.02.2017
ölçüsü1,07 Mb.
#9791
1   ...   5   6   7   8   9   10   11   12   13

 

ƏDƏBİYYAT  

 

 

 

 

Salamova K.B. 

 

 

68 


 

РЕЗЮМЕ 

ПСИХОЛОГИЧЕСКИЕ OСОБЕННОСТИ ЛИДЕРСТВА И РУКОВОДСТВА. 

Саламова K.Б. 

 

Ключевые слова: руководство, лидер, тиран, деятельный, группа, отношения 

В  статье отмечается, что  уже в первых работах по психологии  управления в качестве 

одного из ее существенных направлений была выделена психология личности руководителя. 

Эмпирическое изучение этой проблемы началось с 20-х годов, и в настоящее время ведется 

достаточно интенсивно. Проблема лидерства и руководства является одной из кардинальных 

проблем психологии управления. 



 

SUMMARY 

PSYCOLOGICAL CHARACTERISTICS OF LEADERSHIP AND MANAGEMENT 

Salamova K.B. 

 

Key words: authority, leader, tyrant, hard-working, qroup, relations. 

Studying thr personality of leader is one of the main ways of ruling phsycology. Emprik study 

of    this  problem  began  in  the  years  of  20-th  and  is  still  under  the  considiration.  The  problems  of 

coneerning the authority and staff are cardinal problems of phsycological management. 



 

 

Daxil olma tarixi: 

Ilkin variant 

17.04.2015 

 

Son variant 



 

Rəhbərliyin və liderliyin psixoloji xüsusuyyətləri 

 

 

69 


 

 

UOT 372.851 

 

RİYAZİYYAT DƏRSLƏRİNDƏ FƏALLAŞDIRICI TƏLİM METODLARININ TƏTBİQİ 

YOLLARI 

 

HEYDƏROVA MƏFTUN  NİZAMİ qızı 

Sumqayıt Dövlət Universiteti,  baş müəllim 

heyderova_meftun@rambler.ru 

 

 

         Açar sözlər: məktəb, təhsil, tələbə, müəllim, pedaqoji  

Azərbaycan  Respublikası  müstəqillik  qazandığı  gündən  bütün  sahələrdə  olduğu  kimi,  təhsil 

sahəsində  də  uğurlu  islahatlar  aparılmaqdadır.  Cəmiyyətimizin  demokratikləşməsi  istiqamətində 

görülən tədbirlər təhsil sahəsində də müasir ideyaların meydana çıxmasına, beynəlxalq təcrübənin 

öyrənilməsinə, təhsilin formaca və məzmunca yeniləşməsinə geniş imkanlar açmışdır. Milli təhsilin 

inkişafı  və  onun  qabaqcıl  dünya  ölkələrinin  təhsil  sistemlərinə  inteqrasiyası  istiqamətində  həyata 

keçirilən 

tədbirlər 

təhsilin 

forma 

və 


məzmunca 

təkmilləşdirilməsinə, 

keyfiyyətcə 

yaxşılaşdırılmasına,  bu  sahədə  yeni  ideyaların,  qabaqcıl  təcrübənin  öyrənilməsinə  geniş  imkan 

vermiş oldu 

 


1

Cəmiyyətdə,  xüsusilə,  təhsil  işçilərində  yeni  pedaqoji  təfəkkür  formalaşdırmadan  bu 



vəzifələrin  təcrübədə  reallaşdırılacağını  təsəvvür  etmək  mümkün  deyil.  Belə  ki,  təhsildə 

“Demokratikləşdirmə, 

humanistləşdirmə, 

inteqrasiya, 

diferensiallaşdırma, 

fərdiləşdirmə, 

humanitarlaşdırma  prinsiplərinə  əsaslanaraq,  təhsilalanın  şəxsiyyət  kimi  formalaşmasını,  onun 

təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri 

dəyərlərə  əsaslanan, bütün  qurumların  fəaliyyətini  təhsilalanın mənafeyinə xidmət  etmək məqsədi 

ətrafında  birləşdirən  yeni  təhsil  sisteminin  yaradılması”  kimi  vəzifələr  yeni  konseptual  mahiyyət 

daşımaqla,  ölkəmizdə  avtoritar  təhsil  sistemindən  qətiyyətlə  imtina  edilməsini,  demokratiya 

prinsiplərinə  əsaslanan  mütərəqqi  təhsil  sisteminin  qurulmasının  obyektiv  qanunauyğunluğunu 

təsdiq etmişdir. 

Təhsil islahatının əsas prinsipləri aşağıdakılardır: 

1.

 

Demokratikləşdirmə-  təhsil  prosesinin  demokratikləşdirilməsində  maraqlı  olan  bütün 



tərəfləri,  dövlət  strukturları  və  ictimaiyyət  nümayəndələrini  (müəllimləri,  şagirdləri, 

valideynləri)  təhsil  prosesinə  fəal  iştirak  etməyə  cəlb  etmə  deməkdir;  tədris  prosesinin 

“şəffaflığı” prinsipinin həyata keçirilməsidir. 

2.

 



Humanistləşdirmə- təhsilin humanistləşdirilməsi şagirdə münasibətin dəyişməsini nəzərdə 

tutur,  o  cümlədən  “yaradıcı  inkişaf  qabiliyyətli  və  humanist  yönümlü  şəxsiyyətin 

formalaşdırılması;  əqli  və  fiziki  imkanlardan,  öyrənmə  imkanlarından  asılı  olmayaraq, 

şagirdin  şəxsiyyətinə  hörmətlə  yanaşma;  şagirdin  qabiliyyət  və  təmayülünün  aşkar 

edilməsi və onların inkişafı üçün şəraitlərin yaradılması. 

3.

 



Diferensiallaşdırma-  təlimin  diferensiallaşdırılması  şagirdlərin  imkanlarının  nəzərə 

alınması ilə qurulur. 

4.

 

Fərdiləşdirmə-  təhsilin  fərdiləşdirilməsi  şagirdlərin  fərdi  maraq  və  tələbatlarının  nəzərə 



alınmasıdır. 

5.

 



İnteqrasiya- təhsilin  inteqrasiyası  fənlərin  öyrənilməsi zamanı fənlərarası  əlaqələrin  aşkar 

edilməsi əsasında qlobal təfəkkürün formalaşdırılmasının vacibliyini nəzərdə tutur. 

6.

 

Humanitarlaşdırma-  təhsilin  humanitarlaşdırılması  şəxsiyyətin  yaradıcı  inkişaf  prosesinin 



şərti kimi çıxış edir və təhsilin məzmununun formalaşdırılmasına yeni yanaşmanı nəzərdə 

tutur.  Bu  ümumbəşəri  dəyərlərin  yaradılması  ilə  bağlı  fənlərin  rolunun  artmasını,  öz 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 11                       №3                   2015 

  


 

70 


 

xalqının mədəniyyətinə birləşmə və dünya mədəniyyətinin dəyərləri ilə tanışlığı ifadə edir. 

Şagirdin;  məxsusi  dünyası,  dünyagörüşü,  zəngin  emosional  aləmi,  həyata,  təbiətə,  insanlara 

baxışı,  bənzərsiz  fərdi  psixoloji  xüsusiyyətləri  –  maraqları,  meyilləri,  qabiliyyətləri  vardır.  O  da 

ətrafdakı  böyüklər,  ata-anası,  müəllimi  kimi  bir  şəxsiyyətdir.  Uşağın  şəxsiyyət  olduğunu  nəzərə 

almayan,  onu  qeyd-şərtsiz  təlim-tərbiyə  prosesinin  bərabərhüquqlu  subyekti  kimi  qəbul  etməyən 

təhsil sistemi heç bir vəchlə müasir, mütərəqqi sayıla bilməz

 


2

.  


Təlim-tərbiyə prosesində müasir, o cümlədən, interaktiv təlim metodlarının tətbiqi şagirdlərdə 

müstəqil düşünmək, sərbəst rəy söyləmək, hər hansı problem barədə başqasının fikrinə münasibət 

bildirmək,  digər  fərqli  nöqteyi-nəzəri  təsdiq,  yaxud  inkar  etmək,  çoxluğun  qərarını  qəbul  etmək, 

yaxud öz qərarının üstündə durmaq və s. xüsusiyyətlərin formalaşmasına bilavasitə kömək etməklə 

təfəkkürün tənqidliyi, müstəqilliyi və çevikliyinə zəmin yaradır. 

Bəzi interaktiv təlim metodları və üsullarını aşağıdakı kimi şərh etmək olar

 

4

,



3



1.



 

Rollu oyunlar.Bu, uşaqlar, şagirdlər tərəfindən oynanılan kiçik bir pyesdir. Onun məqsədi 

uşaqlara  tanış  olan  hər  hansı  bir  hadisənin,  prosesin,  əməlin  əyani  canlandırılması  vasitəsi  ilə 

fəndaxili  (fənlərarası),  fəsildaxili  (fəsillərarası)  və  s.  səbəb-nəticə  əlaqələrinin,  qanunauyğunluq-

larının  daha  dərindən  dərk  edilməsinə  kömək  göstərməkdən  ibarətdir.  Rollu  oyunların  bütün 

fənlərin  tədrisi  prosesində,  sinifdənxaric  tədbirlərdə,  qrup,  dərnək  məşğələlərində  tətbiq  etmək 

mümkündür.  Rollar  bölünüb  şagirdlərə  paylanır  və  dərsin  gedişi  zamanı  hər  şagird  öz  rolunu  ifa 

edir.  Bununla  da  müəllim  şagirdləri  diferensiallaşdırır  və  fərdiləşdirir  (rollar  qabiliyyətə  görə 

seçilir). 

Burada əsas məqsəd uşaqlara tanış olan hər hansı bir hadisənin, prosesin, əməlin əyani məqsəd 

və əlamətlərinin, qanunauyğunluğun daha dərindən mənimsənilməsinə kömək etməkdir. 



2.

 

Cütlər  və  qruplar.  Bu  üsul  şagirdlərə  hər  hansı  bir  məsələ  barədə  qısa  müddətli  fikir 

mübadiləsi  aparmaq  imkanı  verir,  hər  birinin  öz  şəxsi  təcrübəsinə,  qazandığı  bilik,  bacarıq  və 

vərdişlərə  əsaslanmaqla,  müxtəlif  ideyalar  söyləməsinə  şərait  yaradır.  Sinfin  cütlər  və  qruplara 

bölünməsi şagirdlərin qarşılıqlı əlaqədə dərs və məşğələ prosesinə daha fəal cəlb olunmalarını təmin 

edir. 

3.

 

 “Əqli  hücum”.  Bu  üsul  vasitəsilə  dərs  və  məşğələ  prosesində  şagirdlərin  fəallığının 

rəğbətləndirilməsinə  və  onlar  tərəfindən  ideyaların  sürətlə  irəli  sürülməsinə  imkan  yaradılır.  Bu 

üsuldan  konkret  problemin  həlli  və  ya  hansısa  suala  cavabın  axtarılması  zamanı  istifadə  olunur. 

Belə  ki,  “Əqli  hücum”  yeni  mövzunun  izahından  əvvəl,  habelə  çevik,  yaradıcı  çalışmaların 

(məsələn, hər hansı bir fikrin, ifadənin və s. tamamlanmasında mümkün variantların söylənilməsi və 

onların məntiqi sonluğa çatdırılması) yerinə yetirilməsi və digər bu kimi hallarda tətbiq olunur. 



4.

 

“Layihələrin  hazırlanması”.  Bu,  şagirdlərin  müəyyən  müddət  (1-8  ay)  ərzində  müxtəlif 

mövzular,  problemlər,  hadisələr,  proseslər  və  s.  üzrə  müstəqil  şəkildə  tədqiqatların  aparılması  və 

nəticədə  bitkin  işin  təqdim  edilməsi  metodudur.  Həmin  metodun  tətbiqi  şagirdlərin  müxtəlif 

fənlərin, dərs məşğələlərinin və xarici mühitin qarşılıqlı əlaqəsini dərk etmələrinə, konkret problemi 

müəyyənləşdirmələrinə,  zəruri  material  toplamalarına,  iş  prosesində  vaxtı  səmərəli 

planlaşdırmalarına və qrafik üzrə icra etmələrinə şərait yaradır. Bu metod həmçinin şagirdlərin hər 

hansı  bir  fəaliyyətlə  əlaqədar  özünütəşkilinə,  müəllimin  rəhbərliyi  altında  təlim  prosesini  idarə 

etmələrinə imkan verir. Bununla  yanaşı,  “Layihələrin hazırlanması” şagirdlərin bir-biri ilə, habelə 

məktəbdən  kənarda  başqa  adamlarla  ünsiyyətinə  və  qarşılıqlı  münasibətlərin  qurulmasına  kömək 

göstərir. 



 “Layihələrin 

hazırlanması”  metodu  tədqiqatın  nəticələrinin  əldə  edilməsi  və 

qiymətləndirilməsi,  layihənin  təqdim  olunması  və  müdafiəsi  yolu  ilə  şagirdlərin  yaradıcı,  məntiqi 

təfəkkürünün  inkişafına,  müstəqil  düşüncə,  təhliletmə  və  əqli  nəticə  çıxarma  qabiliyyətlərinin 

təşəkkülünə,  ətraf  aləmin  vahidliyinin  və  rəngarəngliyinin  daha  effektiv  dərk  edilməsinə  zəmin 

yaradır. 



Riyaziyyat dərslərində fəallaşdırıcı təlim metodlarının tətbiqi yolları 

 

 

71 


 

5.

 

“İşgüzar  səs-küy”.  Bu  üsul  dərsin  tempinin  dəyişilməsi  prosesində  (məsələn,  müəllimin 

uzunmüddətli  danışığından  sonra)  tətbiq  edilir  və  problem  üzrə  şagirdlərin  əvvəlcə  2-3  nəfərlik 

qruplar şəklində müəllimin təklif etdiyi mövzu haqqında 4-5 dəqiqə ərzində işgüzar müzakirələrə, 

sonra  isə  gəldikləri  nəticələrə  dair  bütün  siniflə  fikir  mübadiləsi  aparmalarına,  bunun  nəticəsində 

haqqında danışılan məsələnin mahiyyətinin obyektiv dərk edilməsinə imkan verir. 

6.

 

“Söz-assosiasiyaları”.  Bu  üsuldan  hər  hansı  bir  mövzunun  öyrənilməsinə  başlanmazdan 

əvvəl şagirdlərin həmin mövzu haqqında nə bildiklərini və mövzu mənimsənildikdən sonra onların 

yeni  nə  öyrəndiklərini  aydınlaşdırmaq  məqsədi  ilə  istifadə  olunur.  Metodun  mahiyyəti  ondan 

ibarətdir ki, müəllim mövzunun məğzini ifadə edən əsas sözü sinfə təklif edir və şagirdlər eşitdikləri 

həmin  sözlə  əlaqədar  assosiativ  şəkildə  xatırladıqları  ilk  sözləri  1-2  dəqiqə  ərzində  yazırlar.  Bu 

üsuldan istifadə müəllimə dərsdə əldə edilən nəticələri müqayisəli qiymətləndirməyə, şagirdlərə isə 

təlim prosesində öz inkişaf dinamikasını dərk etməyə imkan verir. 

7.

 

İnsert  metodu.  İnsert  metodu  səmərəli  mütailə  və  təfəkkürün  inkişafı  üçün  interaktiv 

qeydetmə  sistemidir.  Bu  işarələr  sistemindən  istifadə  edib  mətni  başa  düşmək  üçün  öz  biliyini 

yoxlamaqla düzgün cavab axtarmaq üsuludur. 

Müəllim  tələbələri  cütlərə  ayırır.  Tələbələrə  riyaziyyatın  müəyyən  bir  bölməsi  (ardıcıllıq, 

funksiyanın  limiti,  törəməsi,  diferensialı  və  s.)  haqqında  nə  bilirlərsə  dəftərlərinə  yazmaları 

tapşırılır.  Beş  dəqiqə  vaxt  verilir.  Müəllim  tələbələrə  xəbərdarlıq  edir  ki,  bəzi  məlumatları  dəqiq 

olmaya  bilər.  Buna  əhəmiyyət  vermək  lazım  deyil,  çünki  dərsin  gedişində  düzəlişlər  aparılacaq. 

Tələbələr riyaziyyatın bu bölməsi haqqında bildiklərini sütunvari şəkildə yazırlar, iş qurtarır. Bütün 

auditoriya müzakirəyə başlayır. Riyazi obyekt (anlayış) haqqında olan məlumatlar lövhəyə  yazılır, 

təkrar  olunmamaq  şərti  ilə  (tələbələrin  yazdıqları).  Bundan  sonra  müəllim  mətni  paylayır  və 

tələbələr  tərəfindən  oxunmasını  tapşırır.  Tələbələr  oxuduqca  mətnin  kənarında  hər  sütundakı 

məlumatın qarşısında müxtəlif işarələr qoyurlar: 

-

 

əvvəl bildiyiniz məlumatı təsdiq edən informasiya varsa qarşısında “v” işarəsi qoyun; 



-

 

informasiya əvvəl bildiyiniz məlumatı inkar edirsə “-“ işarəsi qoyun; 



-

 

rast gəldiyiniz informasiya sizin üçün yenidirsə “+” işarəsi qoyun; 



-

 

haqqında əlavə məlumat almaq istəyirsinizsə “?” işarəsi qoyun. 



Tələbələr  işi  yerinə  yetirirlər.  Sonra  isə  tələbələr  eyni  işarəli  informasiyalı  ayrı-ayrı 

kateqoriyalara ayırırlar. 

Tələbələr bildiklərini dəftərlərinə yazırlar. Bu vaxt ərzində müəllim lövhəni üç sütuna bölür. 

Birinci sütuna “Bildiklərimiz”, ikinci sütuna “İstəyirik bilək” və üçüncü sütuna “Öyrəndiklərimiz” 

sözlərini yazır. Tələbələr işini qurtarıb yazdıqlarını ümumiləşdirib birinci qrafada (sütunda) lövhəyə 

yazırlar.  Sonra  müəllim  auditoriyaya  müraciət  edir  ki,  riyaziyyatın  bu  bölməsi  (obyekti)  barədə 

daha nəyi öyrənmək istəyirsiniz? Sualdan sonra yenə tələbələr öz aralarında fikir mübadiləsi edirlər 

və  fikirləri  ayrı-ayrı  ikinci  qrafada  (sütunda)  yazırlar.  Müəllim  mətni  tələbələrə  paylayır.  Mətni 

hamı oxuyur və “Öyrəndiklərimiz” qrafasında tələbələr yeni öyrəndiklərini qeyd edirlər. Yeni rast 

gəldikləri  informasiyanı  dəqiqləşdirirlər.  Əgər  cavabsız  fikir  qalıbsa  məlumatın  haradan  əldə 

olunacağı müəyyənləşdirilir. Sonra müəllim öz fikirlərini söyləyir və mövzunu yekunlaşdırır. 

8.  Klaster  (şaxələndirmə).  “Klaster”  sözü  ingilis  dilindən  tərcümədə  şaxələnmə  deməkdir. 

Burada  müəllim  mövzunun  məğzini,  əsas  mənasını  ifadə  edən  aparıcı  termini  auditoriyaya  təklif 

edir,  tələbələr  həmin  sözlə  əlaqədar  xatırladıqları  ilk  anlayışları,  sözləri  bir-iki  dəqiqə  ərzində 

yazırlar.  Bu  şaxələnmə  ardıcıl  və  ilk  “açar”  sözlə  əlaqədə  olmalıdır.  Şaxələndirmə  hər  hansı  bir 

mövzu  və  ya  fikrin  mümkün  qədər  geniş  açıqlanmasına,  tələbələrin  geniş,  sərbəst  düşünməsinə 

şərait  yaradan  metoddur.  Şaxələndirmə  strategiyasından  həm  düşünməyə  yönəltmə,  həm  də 

düşünmə  mərhələsində  istifadə  etmək  olar.  Metod  yeni  dərsin  izahından  əvvəl  tələbələrin  fikrini 

səfərbər  etmək  və  mövzuya  aid  əvvəl  mənimsədikləri  biliklərini  yada  salmaq  üçün  istifadə  oluna 

bilər. Bu metodun tətbiqi zamanı mövzudan digər mövzuya, bir fikirdən digər fikrə keçilir və yeni 

assosiasiyaların yaranması imkanı genişlənir. Klaster metodu fərdi, cütlərlə və qrup şəklində yerinə 



Heydərova M.N. 

 

 

72 


 

yetirilə bilər. Tətbiqi sadə,  asan yadda qalandır və tələbələr tərəfindən həvəslə icra olunur. İşin icra 

mexanizmi aşağıdakı ardıcıllıqla yerinə yetirilir: 

-

 



iri  ağ  kağızın  ortasında  kiçik  bir  dairə  çəkilir  (kvadrat  da  ola  bilər),  içərisində 

şaxələndirilməsi  lazım  gələn  fikir  və  ya  hər  hansı  bir  cümlə  yazılır  (məsələn:  funksiya,  limit, 

törəmə, diferensial və s.). 

-

 



bu dairə və ya kvadratdan başlamaq şərti ilə müxtəlif istiqamətlərə yeni-yeni şaxələr ayrılır 

və yeni dairə və ya kvadratın içərisində yazılmış fikir mərkəzdə yazılmış fikirlə elmi cəhətdən sıx 

bağlı olmalıdır. 

Tələbələr  işin  icrasını  müəllimin  verdiyi  vaxt  ərzində  icra  etdikdən  sonra  yeni  mövzu  izah 

edilir. Yeni mövzunun izahından sonra müəllim tələbələrə şaxələndirməni davam etdirməyi tapşırır 

və  qeyd  edir  ki,  yeni  mövzunun  izahından  aldığınız  biliklər  əsasında  işinizi  davam  etdirin,  ancaq 

başqa rənqdə olan qələmlə. İşin icrası müəllimin verdiyi vaxtda başa çatmalıdır. İş başa çatdıqdan 

sonra  tələbələr  iki  rəngli  qələmlə  işlədikləri  şaxələrə  baxıb,  əvvəlki  bilikləri  ilə  öyrəndiklərini 

müqayisə edirlər. Bu metoddan istənilən mövzunun izahı zamanı və istənilən fənnin tədrisi zamanı 

istifadə etmək olar. 



9.

 

Dəyirmi  masa.  Auditoriya  qruplara  bölünür.  Hər  qrup  vatman  kağızı  və  hərəyə  bir  rəngli 

qələm olmaqla təchizatla təmin olunur. Müəllim işi necə icra etməli olduqlarını tələbələrə izah edir 

və birinci qrupa yaxınlaşıb onların vatman kağızına əvvəlcədən qərara aldığı bir fikri yazır. Sonra 

qrupun birinci üzvü vatmanı alıb müəllimin yazısının ardı olmaqla öz fikrini yazıb, vatmanı növbəti 

tələbəyə  ötürür.  Müəllim  hər  qrupa  yaxınlaşıb  eyni  hərəkəti  təkrar  edir.  Yəni,  birinci  fikri  kağıza 

yazır və tələbələr dairəvi olaraq ardıcıl şəkildə hər kəs əvvəlki fikirlərin davamı olan fikrini yazıb 

özündən sonrakı yoldaşına ötürür. Məsələn, müəllim kağıza “Funksiya” sözünü yazır. Birinci tələbə 

təyin oblastı, ikinci tələbə cüt, tək və dövrü funksiya, üçüncü tələbə funksiyanın limiti və s. yazır. 

İşin icrasından sonra tələbələr kağızları yanaşı olmaqla lövhədən asırlar. Müzakirə aparılır ki, hansı 

qrup onlara verilmiş fikir haqqında daha çox məlumat yazıb. Sonda müəllim ümumi nəticə çıxarır. 



10.

 

Konseptual  cədvəl.  Tədris  zamanı  zehni  prosesləri  əyaniləşdirmək  üçün  qrafik 

göstəricilərdən istifadə edilir. Bu üsul obyekt və hadisələrin müqayisəsi zamanı istifadə olunduqda 

daha effektli olur. Dəftərin səhifəsi bir neçə sütuna bölünür və birinci sütunda müqayisə ediləcək iki 

və ya daha çox obyekt və ya hadisə qeyd olunur. Sonrakı qrafalarda müqayisə ediləcək obyekt və 

hadisələrin  müqayisə  ediləcək  xüsusiyyətləri  yazılır.  İşin  sonunda  tələbələr  oxşar  və  fərqli 

xüsusiyyətləri qeyd edirlər. 



11.

 

T-sxemlər.  Bu  tələbələrin  müzakirə  olunacaq  məsələ  haqqındakı  fikirlərini 

müəyyənləşdirmək  üçün  istifadə  olunan  metoddur.  Müəllim  kağızı  iki  sütuna  bölür  və  birinci 

sütunda  müzakirə  olunacaq  məsələ  haqqında  müəyyən  fikirləri  sıralamaqla  qeyd  edir.  Sonra 

vərəqələri  tələbələrə  fərdi  olaraq  paylayır.  Tələbələr  hər  fikrə  münasibət  bildirməklə,  müəllimin 

yazdığı hər bir fikrə öz müsbət və ya mənfi fikrini bildirir. Cədvəlin tərtibindən sonra şagirdlər işi 

qruplarla müzakirə edirlər, yəni rəylərini əsaslandırırlar. Beş dəqiqəlik müzakirədən sonra müzakirə 

auditoriya ilə aparılır, yekun nəticə əldə olunur və tələbələrin qərarı verilir. 

12.

 

Semantik  əlamətlərin  təhlili.  Semantika-  fransızca  işarə  edən  deməkdir.  Semantika 

işarələnən  və  işarə  edənin  vəhdətidir.  Semantikanın  məna  kateqoriyası  qrafik  işarələrin  ardıcıllığı 

(işarələyən), obyekt və hadisələr (denotat), obyekt və hadisələrin insan şüurunda əksi (işarələnən) 

ilə  bağlıdır.  Bu  metoddan  tələbələrin  biliyinin  formalaşdırılması  və  inkişafı  üçün  istifadə  olunur. 

Tanış  olmayan  mövzunun  təhlili  zamanı  bu  metod  daha  çox  əhəmiyyətlidir  və  keçmiş  mövzu  ilə 

yeni  mövzu  müqayisə  edilir.  Dəftərin  səhifəsi  tələbələr  tərəfindən  sütunlara  ayrılır  və  birinci 

sütunda  müqayisə  olunacaq  obyekt  və  hadisələr  qeyd  olunur.  Qalan  sütunlarda  onların 

xüsusiyyətləri yazılır və tələbələr sütunları ardıcıl olmaqla doldururlar. Hər xüsusiyyətin qarşısında 

obyekt və hadisələrə aid olan müsbət rəy (+), mənfi rəy (-) və əmin deyillərsə (?) işarələrindən biri 

qeyd olunur. Yeni dərsin izahından sonra tələbələr öz dəftərlərində öyrəndikləri biliyə əsaslanaraq 

düzəlişlər edirlər. Sonda müəllim yoxlayır və düzəlişdən sonra cavabları təsdiq edir. 

Riyaziyyat dərslərində fəallaşdırıcı təlim metodlarının tətbiqi yolları 

 


 

73 


 

13.

 

Venn  diaqramı.  Venn  diaqramı  iki  və  daha  çox  kəsişən  çevrədən  ibarət  sxemdir.  Hər 

çevrənin  üst  tərəfində  müqayisə  olunacaq  obyekt  və  hadisənin  adı  yazılır.  Çevrələrin  kəsişən 

hissələrində obyekt  və hadisələrin oxşar əlamətləri yazılır. Çevrələrin kəsişməyən hissələrində isə 

müqayisə olunan obyekt və hadisələrin fərqli cəhətləri qeyd olunur. Məsələn, müəllim tələbəyə iki 

çoxluğun  (iki  funksiyanın,  sıranın  və  s.)  müqayisəsini  tapşırır.  Tələbələr  dəftərlərində  iki  kəsişən 

çevrə  çəkirlər.  Hər  çevrənin  üst  tərəfində  tələbələr  onlara  verilən  çoxluqların  adlarını 

(işarələnmələrini  A,  B,  C  və  s.)  yazırlar.  Çevrənin  kəsişən  hissəsinin  içində  çoxluqların  oxşar 

əlamətlərini  yazırlar.  Birinci  çevrənin  kəsişməyən  hissəsində  üst  tərəfdə  yazdığı  çoxluğun  fərqli 

cəhətlərini (əlamətlərini, elementlərini), ikinci çevrənin kəsişməyən hissəsində isə ikinci çoxluğun 

fərqli cəhətlərini (əlamətlərini, elementlərini) qeyd edirlər. Qeyd edək ki, bu işi qruplarla da görmək 

olar. 

Yeni təlim üsullarının tətbiqi müəllimdə çeviklik, böyük ustalıq, işə yaradıcı yanaşma, yüksək 



işgüzarlıq  tələb  edir.  Müxtəlif  təlim  metodları  arasında  interaktiv  təlim  metodu  daha  səmərəlidir. 

Bəs interaktiv nə deməkdir? Bu termin dialoq, qarşılıqlı əlaqədə, fəaliyyətdə olmaq, daxili  fəallıq 

kimi  izah  olunur.  Pedaqoji  üsul  kimi  interaktivlik  müəllimin  iştirakı  ilə  tələbələrin  müxtəlif 

informasiya mənbələrinə (internet, dərslik, illüstrasiya materialları, cədvəllər, video, kino və s.) və 

ya  ünsiyyət  prosesində  yeni  biliklərin  əldə  olunmasına  imkan  verən  bütün  təlim  üsullarının 

məcmusundan  ibarətdir.  Dərsi  bu  materiallarla  keçmək  üçün  müəllim  müəyyən  hazırlıq  işi 

aparmalı, dərsdə isə istiqamətləndirici, bir növ “drijor” rolunda olmalı, əsas fəaliyyəti isə tələbələr 

göstərməlidirlər. Burada tələbə daha fəal, müəllim isə istiqamətverici olur. 

İnteraktiv təlim metodları və üsullarının tətbiqi tədris prosesini xeyli intensivləşdirir, onu hər 

bir tələbə üçün daha əhəmiyyətli və maraqlı fəaliyyət sahəsinə çevirir, dərsdə, məşğələdə fəallığın 

maksimum  artmasına  zəmin  yaradır,  bununla  da  təlimin  inkişafetdirici  aspektini  nəzərə  çarpacaq 

dərəcədə gücləndirir

 

5



İnteraktiv  təlim  metodları  üçün  bunlar  səciyyəvidir:  tələbənin  aktiv  təaliyyəti;  müəllimin 

tələbəyə  və  tələbələrin  bir-biri  ilə  əməkdaşlığı;  didaktik  oyunlardan  istifadə  olunması;  tələbələrin 

auditoriyada qeyri ənənəvi yerləşdirilməsi. 

İnteraktiv  metod  tələbəyə  nə  verir:  müstəqil  düşünməyi;  sərbəst  rəy  söyləməyi;  şəxsiyyəti 

qiymətləndirməyi;  əməkdaşlıq  etməyi  (başqaları  ilə  işləməyi  bacarmaq,  ümumi  məqsədə  çatmaq 

üçün işin bölüşdürülməsi); başqalarını dinləməyi; başqa fikrə qarşı dözümlü olmağı; öz fikirlərini 

arqumentlərlə  dəqiq  izah  etməyi;  tənqidi  təfəkkürü;  kompromis  variantın  tapılmasını;  natiqlik 

qabiliyyətini inkişaf etdirməyi. 

İnteraktivlik,  əslində  pedaqoji  üsul  kimi  müəllimlərin  iştirakı  ilə  tələbələrin  bir-biri  ilə 

ünsiyyəti  prosesində  yeni  biliklərin  əldə  edilməsinə  imkan  verən  bütün  təlim  üsullarının 

məcmusundan ibarətdir.   

Elmi  yeniliyi:  Məqalədə  riyaziyyat  dərslərində  fəallaşdırıcı  təlim  metodlarının  tətbiqi  yolları 

araşdırılmış  və  təhsilin  keyfiyyətinin  yüksəldilməsində  onların  rolunun  hansı  imkanlara  malik 

olmaları müəyyənləşdirilmişdir. 

Tətbiqi əhəmiyyəti: Məqalədə araşdırılmış məsələlər müəllim hazırlığının, orta məktəb və ali 

məktəb təhsilinin perspektivliyi sahəsində tədqiqat aparan gənc mütəxəssislər üçün faydalı ola bilər.    

  

 

 

 

 

 

 

 

 

Heydərova M.N. 

 


 

74 


 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin