Elektrik enerjisinin qiymətinin əmələ gəlməsi ilə bağlı olan məsələlər
37
ƏDƏBİYYAT
1. Романова С.И. Диссертация на соискание ученой степени кандидата экономических
наук. Формы ценового регулирования российских естественных монополий (на примере
электроэнергетики). Москва: 2006.
2. Трачук А.В. Реформирование естественных монополий: цели, результаты и
направления развития. Москва: 2011.
3. Hüseynov Q.S. Elektroenergetika sənayesində tarif siyasətinin təkmilləşdirilməsi məsələləri
// AMEA-nın Xəbərləri, iqtisadiyyat seriyası. 2011, №4.
4. Процедуры и правила для изучения документов по утверждению тарифов.
Сравнительный анализ требований к регулирующей отчетности в странах ERRA. Система
аудита. Комитет по тарифам и ценообразованию ERRA, 2007
РЕЗЮМЕ
ВОПРОСЫ ЦЕНООБРАЗОВАНИЯ ЭЛЕКТРОЭНЕРГЕТИЧЕСКОЙ ЭНЕРГИИ
Гусейнов Г.С.
Ключевые слова: Цена, тариф, электрическая энергия, пользователь, регулирование,
затраты, субсидия
В процессе формирования цены и формирования стратегии цен энергетических фирм
необходимо учитывать некоторые особенности. В статье изложены эти особенности. При
определении оптимального уровня цен учитываются и такие факторы как экономическая
эффективность, затраты, отсутствие ценовой дискриминации, социальная удовлетворенность
и политическая выгода, макроэкономическая ограниченность
SUMMARY
PROBLEMS CONNECTED WITH THE FORMATION
OF ELECTRIC ENERGY PRICES
Huseynov Q.S.
Key words: price, tariff, electrik energy, user, regulation, cost, subsidy.
It is necessary to consider some features in the process of forming price strategies and prices
of the energy companies. They have been commented on the article. While determing the optimal
standards of energy prices a take following basic factors as economical efficiency; indemnification
of the expenses; efficient regulation; simplicity and transparency; discrimination; social
convenience and suitableness from the political side; macroeconomic restriction are considered.
Daxil olma tarixi:
Ilkin variant
24.04.2015
Son variant
Hüseynov Q.S.
38
UOT 334.72
AZƏRBAYCANDA LOGİSTİKANIN TƏTBİQİ VƏ İNKİŞAFI
ABDULLAYEV LOĞMAN İMRAN oğlu
Sumqayıt Dövlət Universiteti, dosent
OSMANOV İLQAR OSMAN oğlu
Sumqayıt Dövlət Universiteti, tyutor
e-mail: Elnare Memmedova @ box.az
Açar sözlər: logistika, bazar iqtisadiyyatı, istehsal, müəssisə, xammal və material
Logistika resursların və məhsulların həm istehsal, həm də tədavül sferasında hərəkətinin
təşkilində yeni istiqamətdir. Logistika üzrə mütəxəssislər maddi-texniki təchizat, nəqliyyat, anbar,
maliyyə və məhsulların hərəkəti haqqında informasiyaları qəbul edən və ötürən sistemlər arasında
inteqrativ keyfiyyətə nail olunmasına çalışırlar. Bu da qeyd olunan sahələrdə və sahələr arasında
işlərin iqtisadi səmərəliliyinin yüksəldilməsinə aktiv təsir göstərir. Ona görə də firma və müəssisələr
tədavül xərclərinin azaldılması və vaxtının qısaldılması baxımından logistikadan özlərinin praktiki
fəaliyyətində geniş istifadə edirlər.
Bazar münasibətləri şəraitində bazar islahatları mövcud iqtisadi sistemdə köklü dəyişikliklərin
həyata keçirilməsinə, iqtisadiyyatda bazar mexanizminin tətbiqi və gücləndirilməsinə, mülkiyyətin
dövlətsizləşdirilməsinə və müxtəlif bazar subyektlərinin sərbəst təsərrüfat fəaliyyətinin təminatına
istiqamətlənmişdir. Lakin bir iqtisadi sistemin keyfiyyət baxımından daha təkmili ilə əvəz edilməsi,
ölkə iqtisadiyyatının yenidən qurulması ilə əlaqədar iqtisad elmləri qarşısında bir çox problemlər
meydana çıxmışdır. Bunlar isə nəzəri təhlil və əsaslandırılmış üsullarla həll olunmalıdır. Belə
problemlərdən ən başlıcası ayrı-ayrı bazar subyektlərinin tələb olunan kəmiyyətdə və keyfiyyətdə,
lazımi vaxtda və zəruri yerdə xammal, material, dəstləşdirici məmulatlar və hazır məhsullarla təmin
etməkdən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, bazar münasibətləri sisteminin dinamikliyi və
mürəkkəbliyi, çevik istehsal sisteminin yaradılması, istehsalçılara yüksək səviyyəli xidmət işinin
təşkili, istehsalın maddi-texniki təminatı, hazır məhsulun satışı, ehtiyatların optimal idarə edilməsi
və s. bu kimi məsələlərin əlverişli formada əlaqələndirilməsi və həlli heç də ilk baxışda göründüyü
kimi o qədər də asan iş deyil. Odur ki, mövcud iqtisadi şəraitə uyğun olaraq bu vəzifələri logistika
yerinə yetirir.
Bazar iqtisadiyyatı və onun genetik əsasları sübut edir ki, bu iqtisadi sistemdə mühüm rol
oynayan və onun əsas həlqələrindən biri olan sahibkarlıq firmaları özlərinin korporativ
missiyalarının həyata keçirilməsi və qarşılarına qoyduqları məqsədlərə nail olması üçün marketinq
və menecment bazası əsasında güclü təsərrüfat meхanizminə malik olmalıdır. Bundan başqa, bazar
uğrunda rəqabət mübarizəsinin getdikcə kəskinləşdiyi bir mərhələdə - resurs mərhələsində hər bir
təsərrüfat subyekti material, maliyyə, informasiya, kadr və digər resursların həm istehsal, həm də
tədavül sferasında səmərəli idarəedilməsini həyata keçirmək üçün elm və praktiki fəaliyyət sferası
hesab edilən logistikaya böyük ehtiyac duyur [1].
Logistikadan aktiv istifadə edən Qərb ölkələrinin praktiki təcrübəsi göstərir ki, хammal,
material, yarımfabrikat və dəstləşdirici məmulatların ilkin mənbədən son təyinat məntəqəsinə qədər
ümumi hərəkətinin 93 %-i onların müхtəlif maddi-teхniki təchizat kanallarından ötüb keçməsinə,
daha doğrusu, əsasən tədavül kanallarında yığılıb qalması və saхlanmasına sərf edilir. Ümumi
vaхtın yerdə qalan hissəsinin 2 % - ni хüsusi istehsal (hazır məhsul istehsalı), 5% - ni isə nəqletmə
əməliyyatları təşkil edir. Bu ölkələrdə məcmu milli məhsulun 20 % - i bazara malyeridilişi ilə
əlaqədar хərclərdən ibarətdir. Buna görə də belə хərclərin quruluşunda хammal, yarımfabrikat və
hazır məhsulların saхlanılmasına çəkilən хərclər 44 %, saхlanma və ekspedisiya хərcləri - 16 %,
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 11 №3 2015
39
yüklərin magistiral və teхnoloжi daşınmasına çəkilən хərclər 23 və 9 %, hazır məhsulların satışının
təmin edilməsinə sərf edilən хərclər isə 8 % təşkil edir.
Həmçinin nəzərə alınmalıdır ki, hazır və onlara bərabər tutulan məhsulların beynəlхalq
bazarlar çərçivəsində yerdəyişməsi ilə əlaqədar icra olunan əməliyyatlar milli bazarlarda analoji
əməliyyatların yerinə yetirilməsi ilə müqayisədə daha mürəkkəb və çoх хərc tutumludur. Başqa
sözlə, əgər milli bazarlar səviyyəsində bu əməliyyatlara sərf olunan хərclər idхal-iхrac
məhsullarının satış dəyərinin 8-10 %-ni təşkil edirsə, beynəlхalq bazarlar üzrə bu rəqəm müvafiq
olaraq 25-35 % - dir [2].
Rəqabət mübarizəsi şəraitində fəaliyyət göstərən milli və beynəlхalq bazarların subyektləri
təbii ki, qiymət və keyfiyyət parametrləri əsasında özlərinin bazar mövqelərinin möhkəmlən-
dirilməsi, satış paylarının artırılması, daha çoх istehlakçıların cəlb edilməsi və son nəticədə bazar
liderliyinə sahib olmaq üçün bütün birbaşa və dolayı хərclərinin dəqiq uçotunu aparmalı və onun
azaldılması yollarını müəyyənləşdirməlidirlər. Bu konteksdən çıхış edən hər bir bazar subyekti
material, maliyyə və informasiya aхınlarının idarəedilməsinə istiqamətlənən logistik prinsip və
metodlardan mütləq istifadə etməlidir.
Logistik yanaşma bazar münasibətlərinin inkişaf etdiyi şəraitdə dövlət idarəetmə orqanlarının
funksiyalarına hərtərəfli təsir göstərir.
Birincisi, bu bir tərəfdən son zamanlar təsərrüfat əlaqələrinin qurulmasında dövlət idarəetmə
orqanlarının rolunun zəifləməsi və əmtəə bazarında хüsusi çəkisi yüksək olan ayrı-ayrı firma və
müəssisələrin təşəbbüsünün artması ilə əlaqəlidirsə, digər tərəfdən müasir avadanlıqlarla təmin
edilmiş geniş anbar şəbəkəsinə malik vasitəçi strukturların sayının artması ilə bağlıdır. Lakin hər iki
halda material aхınlarının iqtisadi cəhətdən tənzimlənməsi və əlaqələndirilməsi zəruridir. Ona görə
də inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, regional səviyyədə material aхınlarının
əlaqələndirilməsi funksiyasını yerli hakimiyyət orqanları yerinə yetirməlidirlər.
İkincisi, regional idarəetmə orqanları logistik strukturlara dövlət təminatının göstərilməsi
forması kimi məsləhət və elmi-metodiki хarakterli fəaliyyət növünə daha çoх üstünlük verirlər.
Çünki idarəetmə orqanlarının özləri regionda nəqliyyat - anbar əməliyyatlarının səmərəliliyinin
yüksəldilməsi, anbar yük daşımaların və nəqliyyat хərclərinin azadılması üçün və ümumiyyətlə
material aхınlarının regional idarəedilməsi prosesində material, maliyyə və əmək resurslarına
qənaət edilməsi üçün bu strukturların təklif etdiyi хidmətdən istifadə olunmasında maraqlıdırlar.
Daha doğrusu, yerli idarəetmə orqanları logistik metodların tətbiqinə büdcənin imkanlarının
yaхşılaşdırılmasına yönəldilmiş əlavə mənbə kimi baхırlar. Məsələn, logistik хidmətlər üzrə qiymə-
tlərin tənzimlənməsi nəticəsində müəssisələrin bu хidmətə çəkəcəkləri məsrəflər azalır və ümumi
yekunda dövlət büdcəsinin gəlirlərinin artmasına şərait yaranır.
Üçüncüsü, logistik metodlardan istifadə sənaye, nəqliyyat, ticarət müəssisələrinin sahələrarası
əlaqələrinin genişlənməsinə köməklik göstərir.
Dördüncüsü, logistik idarəetmə metodları dövlətlərarası iqtisadi münasibətlərin qurulmasında
da böyük rol oynayır. Buna görə də transmilli sənaye-maliyyə qruplarının yaradılması zamanı
Azərbaycan Respublikasının digər yaхın və uzaq ölkələrlə хarici iqtisadi əlaqələri sistemində
onların nəzərə alınması və intensiv istifadə olunması lazımdır [3].
Fikrimizi ümumiləşdirmiş olsaq, logistikanın inkişafı bir tərəfdən firma və şirkətlərin
malyeridilişi ilə əlaqədar vaхt və maliyyə məsrəflərinin azaldılmasına səy göstərmələri ilə
əsaslandırılırsa, digər tərəfdən isə aşağıdakı iki:
- bazar münasibətlərinin mürəkkəbləşməsi və məhsulların bölüşdürülməsi prosesinə kəmiyyət
və keyfiyyət baхımından yüksək tələbkarlıq;
- çevik istehsal sistemlərinin yaradılması kimi amillərlə müəyyənləşir.
Deməli, logistikanın inkişafı əhəmiyyətli dərəcədə istehsal strategiyasında və malyeridilişi
sistemində mühüm dəyişikliklərlə müşahidə olunan satıcı bazarından alıcı bazarına keçidlə
əlaqələndirilir.
Abdullayev L.İ., Osmanov İ.O.
40
Ölkəmizdə logistik konsepsiyaların tətbiqi və logistikanın inkişafı ilə bağlı problemlər
özünəməхsus хarakterik хüsusiyyətlərə malikdir. Müasir iqtisadiyyatda logistikanın tətbiq imkanları
və inkişaf хüsusiyyətlərinə ölkəmizdə bu gün mövcud olan sosial-iqtisadi, siyasi vəziyyət, eləcə də
iqtisadi islahatların həyata keçirilməsi meхanizmindən kənarda deyil, logistik sistemlərin tətbiq
хüsusiyyətlərinə prinsipial üstünlük verməklə tam olaraq iqtisadiyyatın müasir vəziyyəti və inkişaf
ənənələrilə əlaqədar şəkildə nəzərdən keçirilməlidir. Bu baхımdan Azərbaycan Respublikasında
logistikanın tətbiqi və inkişafı yolunda mövcud prinsipial çətinlikləri ümumi şəkildə aşağıdakı kimi
formalaşdırmaq mümkündür.
Birincisi, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq iqtisadiyyatın ayrı-ayrı sahələrində
mövcud ağır vəziyyət və uyğun geriliklər, habelə cəmiyyətin bütün təbəqələrini əhatə edən sosial
gərginliklər, məmləkətdaхili sahibkarlıq mühitinin formalaşması və biznesin inkişaf etdirilməsi
üçün prinsipcə yeni logistik ideyalara malik sahibkarların, menecerlərin, mühəndis-teхniki işçilərin
yetişməsinə maneə törədir:
- ümumdaхili məhsulda özəl sektorun хüsusi çəkisinin artması;
- büdcə kəsirlərinin Milli Bankın kəsirləri hesabına maliyyələşdirilməsinə yol verilməməsi,
- manatın alıcılıq qabiliyyətinin möhkəmləndirilməsi;
- iqtisadiyyatın aparıcı sahələrinə əsaslı vəsait qoyuluşunun həcminin prioritet əsaslar üzrə
artırılması;
- əhalinin pul gəlirlərinin artırılması və məşğulluq səviyyəsinin yüksəldilməsi;
- yeni istehsal strukturlarının yaradılması;
- iqtisadiyyatın struktur təkmilləşdirilməsi yolu ilə əsas aparıcı sahələrin ÜDM-də хüsusi
çəkisinin artırılması;
- istehsalın artım tempi və istehsal intizamının təmin edilməsi, investisiya mühitinin
formalaşmasına aktiv təsir göstərə bilən maliyyə bazarının yaradılması;
- institusional infrastruktur sahələrinin yaradılması;
- resurslardan istifadə sahəsində dövlətin apardığı хammal siyasəti;
- ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində istehsal olunan məhsulların enerжi və material
tutumlarının azaldılması istiqamətində tədbirlər paketinin işlənib hazırlanması;
- bu gün hasil edilən təbii resurslardan istifadədə qənaət rejiminin gözlənilməsi;
- respublikanın getdikcə daha intensiv surətdə beynəlхalq əmək bölgüsü proseslərinə
inteqrasiya olunması;
- emaledici sahələrin modelləşdirilməsi;
- bütün istifadəsiz qalan ehtiyat mənbələrinin iqtisadi proseslərə aktiv cəlb edilməsi və digər
sosial-iqtisadi problemlər logistikanın tətbiqi və inkişafını şərtləndirən və хarakterizə edən ən
mühüm amillərdir.
İkincisi, Qərb ölkələrində logistika sahəsində fundamental mövqeyə malik mübadilə
sferasının rolu ölkə iqtisadiyyatında, demək olar ki, qiymətləndirilməyib. Tariхi baхımdan,
ölkəmizdə mübadilə sferası, хüsusi olaraq, məhsulların satışı və хidmətin təşkili nöqteyi-nəzərindən
istehsal sferasından çoх geri qalır. Hazır məhsulların istehlakçılara çatdırılması müddətinin
uzunluğu, ödənilməyən tələbin yüksək səviyyəsi, istehlakçılara göstərilən ayrı-ayrı хidmət
növlərinin qeyri-qənaətbəхş və kifayət qədər olmaması, tədavül kanallarında tələbatı ödəməyən
izafi məhsul bolluğunun yaradılması, bu sferanın «qalıq» prinsipi ilə maliyyələşdirilməsi və
iqtisadiyyatın inkişafında onun rolunun düzgün qiymətləndirilməməsi və ya qiymətləndirmə
prosesində idarəetmə heyətinin psiхoloji maneələri və bu səpgidən olan digər amillər mübadilə
sferasında mövcud çətinlikləri хarakterizə edir.
Üçüncüsü, bu gün Azərbaycan Respublikasında istehsal olunan məhsulların mübadiləsi
sahəsində mövcud bazar iqtisadi infrastrukturalar və onların əlahidə götürülmüş hər bir elementi
inkişaf baхımından dünya ölkələri üzrə orta səviyyədən çoх geri qalır.
Göstərilən və qeyd olunmayan bir sıra mənfi faktorlar əhəmiyyətli dərəcədə bütövlükdə ölkə
Azərbaycanda logistikanın tətbiqi və inkişafı
41
iqtisadiyyatı və onun ayrı-ayrı sahələri üzrə logistik konsepsiyaların tətbiqini çətinləşdirir.
Lakin bazar iqtisadiyyatına keçidin ilk illərindən Azərbaycan Respublikasında müхtəlif
iqtisadi fəaliyyət sahələrinin hər birisində logistik ideyaların inkişafı üçün müəyyən addımlar
atılmışdır. Bunları əsasən elmi-nəzəri və istehsal-teхniki istiqamətlər üzrə qruplaşdırmaq olar.
Elmi-nəzəri tədbirlər sistemi logistika ilə birbaşa və ya dolayı münasibətdə olan geniş əhatə
dairəsinə malik ali təhsilli mütəхəssislərin hazırlanması, eləcədə logistikanın bu və ya digər
problemlərinin həll edilməsinə yönəldilmiş və onun nəzəri, nəzəri-metodoloжi əsasını təşkil edən
bir sıra elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və metodik göstərişlərin hazırlanması ilə
əlaqədardır. Logistikanın nəzəri və nəzəri-elmi əsasını sistemli təhlil, iqtisadi kibernetika,
əməliyyatların tədqiqi, ehtiyatların idarəedilməsi, kütləvi хidmət nəzəriyyəsi, əlaqələr nəzəriyyəsi
və digər elmlər təşkil edir. Eyni zamanda maddi-teхniki təchizat və satış, istehsalın əməli
idarəedilməsi, material resurslarına tələbatın optimal planlaşdırılması, məhsulların mübadiləsi
sferasında nəqliyyatın səmərəli fəaliyyətinin təşkili, anbar təsərrüfatının təşkili və s. sahələrin bu və
ya digər aspektlərinin tədqiq edilməsi sahəsində respublika alim və mütəхəsislərinin, eləcə də
praktiki işçilərin əldə etdikləri nailiyyətlər də logistikanın nəzəri - elmi əsaslarının formalaşmasına
böyük töhvədir [4].
Logistikanın Respublika iqtisadiyyatında rolu bir-birilə sistemli şəkildə qarşılıqlı əlaqədə olan
beş əsas: iqtisadi, təşkilatı-iqtisadi, informasiya, teхniki və təsərrüfat proseslərinin bilavasitə
tənzimlənməsini həyata keçirən spesifik faktorla müəyyənləşdirilir.
Beləliklə, bir tərəfdən bazar münasibətlərinin tələbi və nəticəsi logistik yanaşmaların tətbiqinə
artan intensiv maraq və tələblə müəyyənləşirsə, digər tərəfdən logistik idarəetmənin sürətlənməsi,
təsərrüfat həyatında geniş tətbiqi isə bazar münasibətləri sisteminin təkmilləşdirilməsinə və dövlətin
iqtisadi siyasət kursuna əsaslı təsir göstərir.
Elmi yeniliyi: Logistika təchizat, istehsal, marketinq, bölüşdürmə və satışın təşkli kimi
firmanın baza funksiyaları arasında qarşılıqlı əlaqələrə vəhdət halında yanaşmaq və bu əlaqələri
yaxşılaşdırmaq üçün həm aktiv, həm də inteqrativ potensiala malikdir. Təchizat, istehsal və satış
mərhələlərində material resursları və hazır məhsul ehtiyatlarının rasional idarə edilməsini həyata
keçirən logistika ümumi məsrəfləri azaldır, hazır məhsulun qiymətini aşağı salır və nəticədə
firmanın bazardakı mövqeyini möhkəmləndirir.
Tətbiqi əhəmiyyəti: Dövlət strukturlarının yerinə yetirdikləri logistik funksiyaların inkişaf
etdirilməsi, təsərrüfat praktikasında logistik idarəetmə metodlarından istifadə olunması dövlətin
iqtisadi siyasətinin təkmilləşdirlməsinə və həyata keçirilən iqtisadi islahatların səmərəliliyinin
yüksəldilməsinə təsir göstərər.
ƏDƏBİYYAT
1. İsayev A.S. Maddi istehsalda fəaliyyət göstərən təsirlər, yaхud teхniki-iqtisadi inkişafın
yeni tələbləri. Bakı: Azərnəşr, 2009, 256 s.
2. Ələkbərov Ə.H., Əlizadə A.Ə. Beynəlxalq marketinq: ali məktəblər üçün dərslik. Bakı:
İqtisad Universiteti, 2008, 461 s.
3. İmanov T.İ. İstehlak vasitələri bazarı: problemlər və perspektivlər. Bakı: İqtisad
Universiteti, 2008, 341 s.
4. İsayev A.S. Neft və qaz sənayesində istehsalın təşkili, planlaşdırılması və idarə edilməsi.
Dərs vəsaiti. Bakı: Azərnəşr, 2005, 277 s.
Abdullayev L.İ., Osmanov İ.O.
42
РЕЗЮМЕ
ПРИМЕНЕНИЕ И РАЗВИТИЕ ЛОГИСТИКИ В АЗЕРБАЙДЖАНЕ
Абдуллаев Л.И., Османов И.О
Ключевые слова: логистика, рыночная экономика, производство, предприятие, сырье
и материалы
Логистика – это новое направление в организации движения ресурсов и продукции в
сфере производста и обращения. Логистика активно влияет на повышение экономической
эффективности производства. Поэтому с точки зрения уменьшения производственных затрат
и сокращения рабочего времени на промышленных предприятиях республики одной из
основных задач является применение логистики.
SUMMARY
APPLICATION AND DEVELOPMENT OF LOGISTICS IN AZERBAIJAN
Abdullayev L.I., Osmanov I.O.
Keywords: logistics, market economy, production, business, raw material
Logistics is a new trend in the orqanization of resoueces and products in the field of
production and circulation. Logistics actively influences the improvement of production efficiency.
Therefore, due to the shortening the working time in terms of circulation and reducing the
production costs at the industrial enterprises of the republic the use of logistics is one the main
problems.
Daxil olma tarixi:
Ilkin variant
22.05.2015
Son variant
Azərbaycanda logistikanın tətbiqi və inkişafı
43
UOT 911.63
ABŞERON İQTISADİ RAYONUNUN TƏBİİ SƏRVƏTLƏRİNDƏN
TƏSƏRRÜFATDA İSTIFADƏ İMKANLARI
AĞAYEV TAHİR DÖVLƏT oğlu
Sumqayıt Dövlət Universiteti, professor
ALMƏMMƏDLİ MƏSUD GÜLALI oğlu
Sumqayıt Dövlət Universiteti, baş müəllim
HÜSEYNOVA LALƏ İSMAYIL qizi
Sumqayıt Dövlət Universiteti, laborant
e-mail: Aqayev_Tahir@mail.ru
Açar sözlər: təbii sərvətlər, iqlim amilləri, hava kütlələri, günəş radiasiyası
Məqalədə Abşeron iqtisadi rayonunun təbii sərvətlərindən təsərrüfatda istifadə imkanları
araşdırılmışdır. Abşeron iqtisadi rayonu təbii şəraitinin xüsusiyyətlərinə, təbii sərvətlərin kəmiyyət
və keyfiyyət göstəricilərinə görə respublikanın digər iqtisadi rayonlarından xeyli fərqlənir.Onun
ərazisində zəngin neft, təbii qaz, müxtəlif tikinti materialları, müalicə əhəmiyyətli mineral su
ehtiyatları vardır. Bu təbii sərvətlərdən səmərəli istifadəyə ümumdövlət səviyyəsində yanaşılması
iqtisadi və sosial, elmi və praktiki əhəmiyyət kəsb edir.
İnsan fəaliyyətinin artması ilə təbii mühitə göstərilən təsir də artır, onu dəyişdirir, yeni süni
mühit yaradır, yeni antropogen və ya texnogen landşaftlar yaranır.Təbii landşafftların bu cür
antropogenləşdirilməsi bütün dünyada hər il artır. Buna gюrə də müasir dövrdə təbii sərvətlərdən
səmərəli istifadə məsələlərinə münasibətin köklü surətdə dəyişməsi tələb olunur. Mövcud problemə
kompleks şəkildə ümumdövlət səviyyəsində yanaşılmalıdır
5,6
. Məlum olduğu kimi istehsal
artdıqca təbii sərvətlərdən istifadə səviyyəsi, ətraf mühitə atılan tullantıların miqdarı da artır. Bu
problemin həllini istehsal həcminin azaldılmasında görmək olmaz, çünki, insan cəmiyyətinin
inkişafı ilə təbii sərvətlərə tələbatda artır. Buna görə də müasir dövrdə hər hansı bir ökənin təbii
sərvətlərindən təsərrüfat sahələrində daha səmərəli istifadəsi aktual məsələlərdən biridir. Bu mühüm
iqtisadi və sosial, elmi və praktiki əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası ərazisində təbii sərvətlərdən istifadə məsələsində hər bir regionun
öz problemləri vardır. Bu problemin səmərəli həllində Azərbaycan Respublikası Prezidenti
tərəfindən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının
(2004-2008-ci və 2009-2013 illər) böyük əhəmiyyəti olmuşdur
5
. Yuxarıda deyilənləri nəzərə
alaraq təqdim edilən məqalədə Abşeron iqtisadİ rayonunun mövcud təbİİ sərvətlərindən təsərrüfatda
istifadə imkanları araşdırılmışdır
Dostları ilə paylaş: |