Cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək hüququ - Məhkumların
qanunla təsbit olunmuş bu hüququ onlarla rəftara həsr olunmuş beynəlxalq sənədlərin tələblərində
də nəzərdə tutulmuşdur. Cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti məhkumlara qarşı
münasibətdə nəzakətli olmalıdır. Məhkumlar qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz
qalmamalıdırlar. Məhkumlara məcburetmə tədbirləri yalnız qanuna əsasən tətbiq edilə bilər.
Məhkumlar onların həyat və sağlamlıqlarını təhlükə altına qoya bilən tibbi və ya başqa təcrübələrə
məruz qala bilməzlər.
İctimai faydalı əməklə məşğul olmaq hüququ - Azərbaycan Respublikası Konstitusiyasının
35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət
növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır [5, 248]. Bu hüquq məhkumlara da aiddir.
Hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə
əmək fəaliyyəti ilə məşğul olmalıdır.
Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini,
sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq onları faydalı əməyə cəlb etməlidirlər.
Məhkumlar bir qayda olaraq, cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində və cəzaçəkmə
müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada mühafizə, təcrid
olunmaqla əməyə cəlb olunurlar. Məhkumlar cəzaçəkmə müəssisəsində müdiriyyətin icazəsi ilə
fərdi əməklə məşğul ola bilərlər. Altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın
Məhbuslarla sosial işin təşkili xüsusiyyətləri
31
məhkumlara, birinci və ikinci qrup əlilliyi olan məhkumlara, hamiləliyi dörd aydan çox olan və ya
cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan qadın məhkumlara könüllülük
əsasında işləməyə icazə verilir.Yetkinlik yaşına çatmayan məhkumlar əmək qanunvericiliyinə
uyğun işə cəlb edilirlər. Həbsxanada cəza çəkən məhkumların əməyi ancaq həbsxana ərazisində
təşkil olunur.
İstirahət etmək hüququ - Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə
əsasən, hər kəsin, o cümlədən, məhkumların istirahət hüququ vardır. Məhkumların iş vaxtının
müddəti, əməyin mühafizəsi və istehsalat sanitariya qaydaları əmək qanunvericiliyinə uyğun olaraq
müəyyən edilir. Məhkumlara istirahət günləri verilir və onlar əmək qanunvericiliyində nəzərdə
tutulmuş qaydada bayram günlərində işdən azad edilirlər.Məhkumların ödənişli əməyə cəlb
edildikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək stajının hesablanması təqvim ilinin
yekununa əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən aparılır. Ardıcıl olaraq əmək
vəzifələrini yerinə yetirməyən, yaxud digər hallarda işdən boyun qaçıran məhkumların müvafiq
dövrdəki iş vaxtları cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatına əsasən məhkəmənin
qərarı ilə onların ümumi əmək stajından çıxarıla bilər.
Dini etiqad azadlığı - Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən,
hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı
dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dini
münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə
yetirilməsi ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və
əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Məhkumların vicdan və dini etiqad azadlığına təminat
verilir. Onlar istədikləri dinə etiqad etmək və ya etməmək hüququna malikdirlər. Məntəqə tipli
cəzaçəkmə müəssisələri və xüsusi müəssisələrdə məhkumların xahişi ilə onlara cəzanın icra edildiyi
yerin inzibati ərazi hüdudları daxilində ibadət yerlərinə getməyə icazə verilə bilər.
Məhkumlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələr
daşıyırlar. Məhkumların əsas vəzifələri aşağıdakılardır:
-
Məhkumlar Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən
olunmuş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul edilmiş davranış normalarına riayət
etməlidirlər.
-
Məhkumlar Cəzaların İcrası Məcəlləsinin, habelə ona uyğun qəbul edilmiş digər normativ
hüquqi aktların tələblərinə riayət etməlidirlər.
-
Məhkumlar cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə
yetirməlidirlər.
-
Məhkumlar cəzanı icra edən müəssisənin işçi heyətinə və cəzaçəkmə müəssisəsinə baş
çəkən şəxslərə, habelə digər məhkumlara qarşı nəzakətlə davranmalıdırlar.
Məhbuslar müvafiq kateqoriyalara bölünürlər. Müxtəlif kateqoriyalardan olan məhbuslar
onların cinsi, yaşı, əvvəllər məhkum olunması, həbs edilməsinin hüquqi səbəbləri və onlarla
davranışa dair sərəncam nəzərə alınmaqla, ayrı-ayrı müəssisələrdə, yaxud eyni müəssisənin
müxtəlif hissələrində saxlanırlar. Beləliklə:
1) Kişilər və qadınlar mümkün qədər ayrı-ayrı müəssisələrdə saxlanmalıdır; kişilər və qadınlar
eyni müəssisədə saxlanırsa, tamamilə ayrı-ayrı binalarda yerləşdirilməldir; 2) Məhkum edilməmiş
məhbuslar məhkum edilmişlərdən ayrı yerləşdirilməlidir; 3) Borc öhdəliklərini yerinə yetirmədiyinə
görə məhkum edilmiş şəxslər və mülki işlərə görə həbs edilmiş məhbuslar cinayət törətmiş
şəxslərdən ayrı yerləşdirilməlidir; 4) Azyaşlı qanun pozucuları yaşlılardan ayrı saxlanmalıdır.
Məhbusların məlumatlandırılması və onların şikayət verməsi - Hər bir məhbusa
həbsxanaya qəbul edilərkən mənsub olduğu kateqoriyaya aid məhbuslarla davranış qaydalarına,
müəssisənin intizam tələblərinə, habelə yol verilən informasiyanı almaq və ərizə vermək
vasitələrinə, həmçinin onu hüquq və vəzifələri barədə özünə hesabat verməsinə və həmin
müəssisənin həyat şəraitinə uyğunlaşmasına imkan yaradan bütün digər məsələlərə dair yazılı
Məmiyev C.M., Bünyadov Z.V.
32
informasiya verilir. Savadsız məhbuslar şifahi qaydada məlumatlandırılmalıdır.Hər bir məhbus iş
günlərində müəssisənin direktoruna yaxud onun vəkil etdiyi əməkdaşa ərizə vermək və şikayət
etmək imkanına malik olmalıdır.
Son dövrlərdə Azərbaycan Respublikasının ədliyyə sahəsində həyata keçirilən islahatlar
məhbuslarla sosial işin təşkilində mühüm perspektivlər vəd edir. Cənab Prezident İlham Əliyevin
məqsədyönlü şəkildə həyata keçirdiyi hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin tərkib
hissəsi olan ədliyyə sistemi bu fikirləri söyləməyə bizdə böyük inam yaradır. Bu inama əsaslanaraq
qeyd etmək istəyirik ki, cəzaçəkmə müəssisələrində islah olunan məhbuslar azadlığa çıxdıqdan
sonra cəmiyyətimiz üçün faydalı olacaq vətəndaşlara çevriləcəkdir.
Elmi yeniliyi: Məqalədə sosial cəmiyyətdə məhbusların həyatı, dövlət tərəfindən onlarla
aparılan sosial işin təşkili açıqlanmışdır.
Tətbiqi əhəmiyyəti: Məqalə çox aktual mövzunu əhatə etdiyi üçün həm ali məktəb tələbələri,
həm də ayrı-ayrı vətəndaşlar yararlana bilər.
ƏDƏBİYYAT
1.
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi. Bakı: Hüquq ədəbiyyatı, 2013, 220 s.
2.
Əfəndiyev E. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (ümumi və xüsusi hissə) qısa
şərhi. Bakı: Hüquq ədəbiyyatı, 2013, 150 s.
3.
Quliyev C., Hümbətov M., Mustafayev N. Azərbaycan Respublikasının Cəza-icra hüququ.
Bakı: Hüquq ədəbiyyatı, 2010, 255 s.
4.
Sosial işin əsasları. Müntəxəbat. I hissə. Bakı: Bakı Universiteti, 2006, 359 s.
5.
Sosial işin əsasları. Müntəxəbat. II hissə. Bakı: Bakı Universiteti, 2006, 455 s.
РЕЗЮМЕ
ОСОБЕННОСТИ ОРГАНИЗАЦИИ СОЦИАЛЬНОЙ РАБОТЫ
С ЗАКЛЮЧЕННЫМИ
Мамиев Д.М., Буньядов З.В.
Ключевые слова: заключенный, право, социальный, закон, наказание
В статье отмечается, что основные направления социальной работы с заключенными
заключаются в оказании им правовой и психологической помощи. Необходимо с уважением
относиться к свободе мысли и вероисповедования заключенных. Права и свободы
заключенных могут быть ограничены лишь в порядке, определенном законодательством.
SUMMARY
SPECIFICATIONS OF ORGANIZATION OF SOCIAL WORK WITH PRISONERS
Mamiyev J.M., Bunyadov Z.V.
Key words: prisoner, right, social, law, penalty
Main direction of social work with prisoners is legal and psychological assistance to them.
Freedom of thought, freedom of religion and freedom of conscience of prisoners will be approched
with respect. Rights and freedoms of prisoners can be limited only by rules defined in legislation.
Daxil olma tarixi:
Ilkin variant
17.06.2015
Son variant
Məhbuslarla sosial işin təşkili xüsusiyyətləri
33
UOT 338
ELEKTRİK ENERJİSİNİN QİYMƏTİNİN ƏMƏLƏ GƏLMƏSİ İLƏ
BAĞLI OLAN MƏSƏLƏLƏR
HÜSEYNOV QALİB SİRAC oğlu
Sumqayıt Dövlət Universiteti, dosent
e-mail: qalib.huseynov.1969@mail.ru
Açar sözlər: Qiymət, tarif, elektrik enerjisi, istifadəçi, tənzimlənmə, xərc, subsidiya
Son dövrlərdə Azərbaycanın elektroenergetika sənayesində əhəmiyyətli dəyişikliklər baş
verməkdədir. Prezident İlham Əliyevin sərəncamı ilə elektrik enerjisinin paylanması “Azərişıq”
Açıq Səhmdar Cəmiyyətinə - “Bakıelektrikşəbəkə” artıq belə adlanır - verilib. “Azərişıq” ASC
elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi
ilə təchizatını həyata keçirəcək. Bütün hallarda əksər istifadəçilər üçün keyfiyyətli və optimal
qiymətə elektrik enerjisi əldə etmək əsas məsələ olaraq gündəmdədir. Əvvəla, onu qeyd eədk ki,
tariflər, zaman və məkandan asılı olaraq, işlərin vəziyyəti barədə elektrik enerjisi bazarına pozitiv
siqnallar gətirməlidir. Qiymət strateji məqsədləri həyata keçirməklə bərabər real vəziyyətlə sıx bağlı
olmalıdır. Bizdə hazırda fəaliyyət göstərən üçpilləli tarif sistemi bu incəliklərin hamısını nəzərdə
tutmur. Yanacağın və enerjinin istifadəsinin effektivliyinin artırılması və itkilərin azaldılması, enerji
sektorunun effektivliyinin artırılmasının əsasını təşkil etməlidir.
Elektroenergetikada qiymətin əmələ gəlməsi böyük əhəmiyyətə malik olan bir sıra spesifik
xüsusiyyətlərlə xarakterizə olunur ki, onları da bazar şəraitində enerji şirkətlərinin qiymətinin əmələ
gəlməsi və qiymət strategiyalarının formalaşması prosesində nəzərə almaq lazımdır:
1. Elektrik enerjisinin qiyməti enerji şirkətlərinin normal və fasiləsiz fəaliyyətinin təmin
edilməsi üçün istehsalçıların bütün xərclərinin ödənməsini təmin etməlidir.
2. Elektrik enerjisi (gücü) bazarının liberallaşdırlmasından asılı olmayaraq, sahədə dövlət
(tarif) tənzimlənməsi, bir qayda olaraq, qiymətlər səviyyəsinin məhdudlaşdırılması və yaxud
qiymətin əmələ gəlməsinin qanunvericiliklə müəyyən edilmiş əsasları mövcuddur.
3. Belə ki, elektrik enerjisi əmtəə olaraq müəyyən xüsusiyyətlərə (eynilik, saxlanmanın qeyri-
mümkünlüyü, müxtəlif istehsalçı şirkətlərin əmtəəsinin eyniliyinin qeyri-mümkünlüyü, məhsulun
möhkəm standartlaşdırılması və s.) malkidir. Qiymət sahəsindəki rəqabəti daha aşağı qiymət təklif
edən istehsalçı udur, belə ki, bu əmtəəni əvəz etmək mümkün deyil, ona tələb mütləq şəkildə qeyri-
elastikdir, elektrik enerjisi (güc) üzrə tariflərin (qiymətlərin) artımı praktiki olaraq istehlakın
həcminə təsir göstərmir.
4. Elektrik enerjisinin qiyməti, eyni zamanda, potensial investorları cəlb etmək və verilmiş
rentabellik norması ilə qoyulmuş vəsaitlərin qayıtmasını təmin etmək üçün kifayət qədər yüksək
olmalıdır.
5. Elektrik enerjisi qiymətinin səviyyəsi yanacağın (istilik stansiyaları üçün) qiyməti səviyyəsi
ilə bağlıdır.
6. Elektrik enerjisi qiymətinin dinamikası bütövlükdə illik, aylıq və sutkalıq nöqteyi-nəzərdən
öz spesifik xüsusiyyətlərinə malikdir.
7. Keçid dövrü şəraitində tənzimləyici müqavilələr və balanslaşdırıcı bazarda şirkətlərin işinin
nəticələri tənzimlənməyən bazarda (“bir sutka irəli” bazarda) qiymətin əmələ gəlməsi və
qiymətlərin strategiyasının formalaşması prosesində nəzərə alınmalıdır.
Ümumi şəkildə belə demək olar ki, bazar şəraitində enerji şirkətlərinin qiymətinin əmələ
gəlməsi və qiymət strategiyasının formalaşmasının mürəkkəbliyi sahədə qiymətin əmələ gəlməsi
xüsusiyyətləri arasındakı “kompromis” axtarışından, bazar şəraitində qiymətlərin səviyyəsinə təsir
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 11 №3 2015
34
edən daxili və xarici mühit amilləri, bazarda konkret enerji şirkətlərinin məqsədləri və başqa
amillərdən ibarətdir. Beləliklə, qiymətlərin müəyyən edilməsi və qiymət strategiyasının işlənib
hazırlanması məsələləri aktual, mürəkkəbdirlər və enerji şirkətlərindən müvafiq metodik təminat
tələb edir.
Enerji qiymətinin optimal səviyyəsini müəyyən edərkən bir neçə əsas amili nəzərə almaq
lazımdır: iqtisadi səmərəlilik; xərclərin ödənməsi; səmərəli tənzimlənmə; sadəlik və şəffaflıq; ayrı-
seçkiliyin olmaması; sosial məqbulluq və siyasi cəhətdən əlverişlilik; makroiqtisadi məhdudiyyət.
[1, 160].
Qiymətin əmələ gəlməsinin səmərəli strukturu istifadəçiləri onların tənzimlənən fəaliyyətə
xərclədiyi və operatoru öz aktivlərindən optimal istifadə etməyə həvəsləndirdiyi xərclər haqqında
məlumatlandıracaq.
Deməli, iqtisadi səmərəlilik bir sıra ölçülərlə müəyyən olunur, tarif strukturlarına münasibətdə
ən mühüm amil “allokasiya effektidir”, yəni sistemin fərdi istifadəçilər tərəfindən
optimallaşdırılmış şəkildə istifadə edilməsidir. Bu, o deməkdir ki, qiymətlər fəaliyyətin son hədd
xərcləri və gələcək investisiyalar haqqında siqnal verərək, həm də artıq mövcud infrastruktur ilə
əlaqədar itirilmiş xərcləri əks etdirərək iqtisadi məsrəfləri göstərməlidir. Son hədd xərcləri tələb
nəzərə alınmaqla bütün istifadəçilər tərəfindən sistem üzərinə qoyulan mövcud məhsula tələbin cüzi
artımının təmin edilməsi ilə bağlı meydana çıxan tam iqtisadi məsrəflər (və yaxud tələbin cüzi
azalmasını təmin etmək üçün təchizatın azalması ilə bağlı qənaət edilmiş xərclər) kimi müəyyən
edilə bilər. Tənzimlənən xidmətlərdən səmərəli istifadə etmək üçün siqnallar qismində son hədd
xərclərinə əsaslanan qiymətlərdən istifadə edilməsi metodu rəqabət bazarında nəticələri təkrarlamaq
cəhdləri məqsədi ilə tətbiq edilir ki, orada da istehsalçılar öz məhsulunu onun son hədd xərclərinə
bərabər və ya ondan çox olduğu hər dəfə rəqabər bazarının qiyməti ilə satırlar. Əsas kapitalın daimi
olub-olmaması və yaxud onun investisiyalar hesabına arta bilməsindən asılı olaraq, son hədd
xərcləri qısamüddətli və uzunmüddətli son hədd xərclərinə bölünə bilər. Qısamüddətli son hədd
xərcləri müəyyən olunmuş gücün daimi qalması şərti ilə bir əlavə kilovat-saat elektrik enerjisi
istehlakının tələb olunduğu zaman meydana çıxan əlavə xərclər kimi müəyyən edilir. Digər
tərəfdən, uzunmüddətli son hədd xərcləri bir əlavə kilovat-saat elektrik enerjisinə tələb yarandığı
zaman tənzimlənən şirkət üçün tələb olunan kapital investisiyasını da nəzərə alır [2, 35].
Fərdi istifadəçilərə son hədd xərclərinin müvafiq siqnallarını verərək, onların sistem
tərəfindən istifadə edilməsi ilə əlaqədar öz mənfəətini maksimumlaşdıran istifadəçilər özlərini elə
aparacaqlar ki, o, xalis mənfəəti maksimuma çatdıra və bütövlükdə bütün sistem xərlcərini
minimuma endirə bilsin.
Energetika sisteminə investisiyalar istehsalın miqyası və həcminin artması ilə şərtləşən
qənaətlə xarakterizə olunur və adətən, irimiqyaslı hesab olunur, buna görə də izafi güclərin
qurulması çox vaxt ən ucuz alternativ kimi qəbul olunur. Şəbəkə fəaliyyəti halında şəbəkə
infrastrukturunun bu xarakteristikaları bazar qüvvələrinin bu cür xidmətlərin xüsusi investisiyalara
da göstərilməsi üçün hərəkətə gətirilə bildiyi dərəcəni xeyli məhdudlaşdırırlar. Mərkəzləşdirilmədən
kənar investisiyalar daha böyük ümumi perspektiv nöqteyi-nəzərindən qeyr-kafi və yaxud qeyri-
optimal olan şəbəkəyə investisiyaları ifadə etmiş olardı. Energetika texnologiyaları üçün xas olan
istehsalın miqyasının artımı ilə şərtləşən qənaət bildirir ki, daimi xərclərin böyük hissəsi səbəbindən
son hədd xərcləri əsasında müəyyən edilən qiymət kommunal müəssisənin öz xərclərini tam ödəyə
bilməsi üçün, adətən, kifayət etməyəcəkdir. Buna görə də qiymətəmələgəlmə rejimi elə qurulmalıdır
ki, kommunal müəssisə səmərəli fəaliyyətə, kapital məsrəflərinə və səmərəli mənfəət norması daxil
olmaqla xidmət üzrə xərclərə sərf edilən xərcləri ödəməyə imkan verən lazımi qədər gəliri qazana
bilsin.
Qiymətəmələgəlmənin metodologiyası kiçik tənzimlənmə yükünü saxlamaqla yanaşı
operatorun səmərəli fəaliyyətini həvəsləndirməlidir. Operatora xidmət göstərəndə isə çox böyük və
yaxud lazımsız xərclərin baş verməməsi əhəmiyyətlidir.
Elektrik enerjisinin qiymətinin əmələ gəlməsi ilə bağlı olan məsələlər
35
Qiymətəmələgəlmə qaydasının aydın olması vacibdir. Tənzimlənən tariflər sadə və şəffaf
olmalıdır ki, istifadəçi öz hesabını ödəməli olacağı tarifi asan müəyyənləşdirə bilsin. İlk baxışdan
tariflərin müəyyən edilməsinin hədsiz mürəkkəb metodları operatorun fəaliyyətinin səmərəliliyinin
artmasını həvəsləndirən metodlar, istifadəçilər üçün isə onlar “qara qutu” kimi görünə bilər. Bu cür
şəraitlərdə istifadəçilər müvafiq iqtisadi siqnallara, ümumiyyətlə reaksiya verməyə bilərlər. Halbuki
tənzimlənən şirkət bütün istifadəçilər üçün əlverişli olan öz tarif modeli və metodologiyasını
düzəldə bilər (və düzəltməlidir), əgər operatorun tariflərinə münasibətdə istifadəçinin qərarı
səmərəli hədlərdə intuisiyaya əsaslanan qərar olacaqdırsa, istifadəçilər ümumilikdə siqnallara
hamıdan yaxşı reaksiya verəcəklər. Başqa sözlə, tariflər proqnozlaşdırılan olmalıdır [3, 107].
Sadəlik və şəfafflığın ilkin qiyməti də ikinci dərəcəli məqsədlər sırası ilə bağlıdır. Birincisi,
uzunmüddətli investisiyalar haqqında qərar istənilən iqtisadi siqnala yalnız qiymətəmələgəlmə
rejimi kifayət qədər uzun müddət ərzində stabil qalacağı halda əsaslanacaqdır. İkincisi, daha sadə
tarif strukturu inzibati yükü azaldacaq və beləliklə həyata keçirməni sadələşdirəcək. Bundan başqa,
mübahisələrdən qaçmaq üçün tarif rejimi aydın olmalı və maksimal mümkün dərəcədə aydın
qaydalara əsaslanmalıdır. Nəhayət, şəffaflıq ilkin şərt kimi nəzərdən keçirilməlidir ki, tarif rejimi
istifadəçilər və ictimaiyyət tərəfindən ümumi şəkildə bəyənilsin.
Təqdim edilən xidmətlərin bütün istifadəçiləri üçün bərabər şərait yaradılmasından ötrü
qiymətin əmələ gəlməsinin əsas elementi təminatın tələb edilməsidir. Bu, onu bildirir ki, bütün
istifadəçilərə onların sayından, mülkiyyət forması və digər amillərdən asılı olmayaraq eyni
baxılmalıdır, yəni bütün istifadəçilərə qarşı, ancaq onlar xərclərin müxtəlif baza nümunələrini
generasiya etmədikləri halda qeyri-diskriminasiyalı münasibət təmin edilməlidir.
Praktik olaraq, bu onu göstərir ki, bütün istifadəçilərə qarşı tariflərin - ancaq həmin tariflərin
hökmən özünün yox - müəyyən edilməsinin eyni metodologiyası tətbiq edilməlidir. Bu, bütün
istifadəçilərin eyni tariflər üzrə ödəmə edəcəklərini bildirmir, məsələn, böyük və mürəkkəb
birləşdirici şəbəkə tələb edən böyük elektrostansiya şəbəkəyə birləşməyə görə, kiçik elektrostansiya
və yaxud kiçik müştəri kimi eyni cür ən mütləq ödəməni etməyəcəkdir. Ancaq onlar üçün tariflər
eyni qayda ilə hesablanmalıdır.
Mikroiqtisadiyyatın aşkar prinsiplərinə uyğun olaraq hesablanan yeni stildən olan tarif
sxemlərinin səmərəli iqtisadi, sosial və siyasi cəhətdən əlverişliliyi haqqında danışmaq yerinə düşər.
Yaxşı məlumdur ki, səmərəliliyin mikroiqtisadi prinsipləri sosial bərabərlik və ədalətliliyə heç də
həmişə uyğun gəlmir. Məsələn, iqtisadi səmərəlilik prinsipləri nəzərdə tuta bilərdi ki, qiymətin
əmələ gəlməsi “allokasiya effekti”ni (məsələn, Ramsey üzrə qiymətin əmələ gəlməsindən istifadə
edərək) təmin edərdi. Təəssüf ki, bu, bir sıra hallarda nəticə etibarilə sosial qeyri-bərabərliyin baş
verə bilməsi deməkdir. Nəhayət, iqtisadi səmərəlilik xərclərin əksetmə qabiliyyətinə nail olması
vacibliyini bildirir, bu isə faktiki olaraq, daha yoxsul müştərilər üçün subsidiya və digər güzəştlərin
dayandırılması deməkdir. Ənənəyə görə, bir çox ölkələrdə sənaye müştəriləri uzun müddət məişət
istifadəçilərini subsidiyalaşdırmışlar. Böyük əsasla demək olar ki, dəyişikliyə məruz qalmış tarif
sxemlərinin siyasi və sosial cəhətdən əlverişliliyi öz tənzimlənmə sistemlərini təkmilləşdirmək
yolunda bir çox ETORA (Energetikanın tənzimlənməsi orqanlarının regional assosiasiyası) ölkələri
qarşısında meydana gələn əsas çağırışlardan birini özündə əks etdirir.
Bu, qiymətin əmələ gəlməsinin müasir mühitində getdikcə az yerinə yetirilən çağırışdır.
Bunun nəticəsində əhalinin bəzi daha yoxsul təbəqələri energetika aclığı şəraitinə düşə bilərlər.
Ölkələr bu problemi sosial tariflərin (məsələn, pilləli-proporsional tarifləri tətbiq edərək) və daha
yoxsul istehlakçılar üçün digər güzəştlərin köməyi ilə həll etməyə çalışırlar. Bu cür güzəştlər
“gəlirlilik üzrə yoxlanılmış” olmalıdır, yəni onlar istehlakçıların gəlirləri üzrə yoxlanılmalıdır, belə
ki, əks halda onlar həmin istehlakçılar (məsələn, aşağı enerji istehlakına malik varlı insanlar, ikinci
mənzilə sahib olanlar və başqaları) üçün tətbiq oluna bilərlər və onlar qiymətlərin iqtisadi cəhətdən
səmərəli təbiətini təhrif etməməlidirlər. Bu, onu bildirir ki, qiyməti energetika sahəsində
qiymətəmələgəlmənin bütün iqtisadiyyatını gələcəkdə təhrif etməklə daha yoxsul ev təsərrüfatları
Hüseynov Q.S.
36
üçün məqbul səviyyəyə qədər azaltmaqdansa, qiymətləri onların olmalı olduğu səviyyədə (yəni
xərclərin əks olunduğu səviyyədə) saxlamaq və daha yoxsul insanlara əlavə (müntəzəm tariflər
daxil olmayan) ayrı-ayrı subsidiyaları (ödəmələri) nəzərdən keçirmək daha səmərəli olardı. Ancaq
hamıya məlumdur ki, əlavə subsidiyaların istiqamətləndirilməmiş təbiəti, məsələn, elektrik və
yaxud qazla heç bir əlaqəsi olmayan başqa məqsədlər üzrə əldə edilmiş pulların “israfcıl
xərclənməsi” məsuliyyətsiz davranışa səbəb olur.
Bir sıra hallarda makroiqtisadi mahiyyətin məhdudiyyəti tənzimləyici orqan və şirkətlərin
qiymətəmələgəlmə strategiyalarının tətbiqi cəhdlərini məhdudlaşdıraraq öz rolunu oynaya bilər.
Başqa hallarda digər məhdudiyyətlər (inflyasiya, ümumi daxili məhsulun artımı, işsizlik
səviyyəsinin minimuma endirilməsi) tənzimləyici orqanlar və şirkətlərin qiymətlərin yenidən təşkili
və yenidən baxılmasının mükəmməl siyasətini tətbiq etmək cəhdlərini də məhdudlaşdırır.
Bir çox ölkələrdə makro və mikroiqtisadi siyasət qiymətləri mötədil səviyyədə saxlamaq və
əhali arasında geniş yayılmış narazılıq və yaxud hətta energetika aclığına səbəb olmayaraq, bazara
giriş üçün investora imkan yaratmaq məqsədi ilə bir–birinə təsir göstərirlər.
Qiymətin əmələ gəlməsinin bütün prinsiplərinin tətbiqinə onlardan birinə üstünlüyü mexaniki
şəkildə verməklə deyil, onların qarşılıqlı asılılığı nöqteyi-nəzərindən baxılmalıdır. Bu prinsiplərə
üstünlüyün hansı şəkildə verilməsinin universal cavabı yoxdur. Səmərəlilik və xərclərin ödənməsi
qiymətin əmələ gəlməsinin əsas məqsədləridir, ancaq onlar bazarın müəyyən iştirakçılarına
münasibətdə qeyri-diskriminasiya, tətbiqdə sadəlik və istifadəçilər üçün şəffaflıq, uzunmüddətli
investisiyalar haqqında qərarlara kömək etmək üçün sabitlik və bazarın dəyişməkdə olan şərtlərinin
saxlanmasında çeviklik daxil olmaqla digər məqsədlərlə balanslaşdırılmalıdr. Bu məqsədlər
səmərəlilk və xərclərin ödənməsi məqsədlərinə nail olmaq üçün müxtəlif tariflərin tətbiq edilə
bilməsinin həlli zamanı əsas meyarlardır [4, 25-32].
Xüsusilə, istehlak nöqteyi-nəzərdən enerji tariflərini işləyib hazırlayarkən hökmən qarşıya
çıxan qiymətin əmələ gəlməsi siyasətinin formalaşması kompromislərini nəzərdən keçirmək faydalı
olardı. Bu kompromis həm seçki, həm də sırf sosial səbəblər üzrə və iqtisadi cəhətdən səmərəli
olan, ancaq bəzi hallarda siyasi cəhətdən yolverilməz və sosial cəhətdən qeyri-məqbul olan xərcləri
əks etdirən tariflər üzrə istifadə oluna bilən sosiallaşmış xərclər arasında baş verir. Bu cür
kompromis sosial və siyasi qavrayışlardan asılı olaraq, xərclərin bu cür əks olunmasına (tarif
səviyyəsində və tarif strukturunda) və xərclərin şəffaflığına görə kimin ödəməli olması və kimin
bundan müdafiə olunmuş olması cəhətdən sərt hesab edilir.
Hərçənd sosial ideyaları əhatə etmək cəhdləri tamamilə aydındır, tarif formuluna və yaxud
qiymət strukturunun özünə “biçilmiş” sosial məqsədlər sahənin ortamüddətli inkişafı üçün mənfi
təsirə malik ola bilər. İdeal halda sosial məqsədlər tariflərin müəyyən edilməsi səviyyəsində
izlənilməməli, deməli, onlar qiymətin əmələ gəlməsi sxemindən kənarda nəzərdən keçirilməlidir.
Belə nəticə çıxır ki, bu məqsəd qısa müddətdə bir sıra ETORA ölkələrində dəyişə bilər,
ETORA üzvü olan bütün ölkələrin uzunmüddətli siyasəti bu subsidiyaların tədricən ləğv edilməsinə
və mümkün olduqca şəfaf və qeyri-subsidiyalı qiymətlərə keçidə istiqamətləndirilməlidir.
Şirkətlərin sərbəst qiymətlərin tətbiqinə qədər onların fəaliyyətinin istənilən az şəfaf növlərini
meydana çıxarmağa məcbur edilməsi ETORA üzvü olan ölkələrə uzunmüddətli perspektivdə, yəni
bu həyata keçmə üçün, nəhayət, əlverişli siyasi və sosial şərait yaradılacağı zaman tam şəffaf və
xərcləri əks etdirən qiymətlərə asan keçməyə imkan verər.
Elmi yeniliyi: Azərbaycanda elektrik enerjisi tarifləri müəyyən edilərkən istinad edilməsi
məqsədəuyğun olan amillər araşdırılmışdır.
Tətbiqi əhəmiyyəti: Məqalədə şərh olunan amilləri nəzərə almaqla enerji qiymətinin optimal
səviyyəsini müəyyən etmək mümkündür.
Dostları ilə paylaş: |