örtülü, ağzı açıq, qolları kəsik, hamıya məlum, dağlardan uca və s. Bu cür birləşmələr cümlə
daxilində adverbiallaşa da bilər
3, 47
.
Bu tip birləşmələrə isə dilimizdə az rast gəlinir. M.Kaşğarinin əsərində də biz bu tipli
birləşmələrə rast gəlmədik.
İsmi birləşmələrdə isimlər aparıcı rola malik olur. Birləşmənin birinci tərəfi hansı nitq hissəsi
ilə ifadə olunursa olunsun, aparıcı ikinci tərəfdir. Belə birləşmələrdə ismin aparıcılıq
xüsusiyyətindən, hakim mövqeyindən asılı olaraq ismi birləşmələr adlanır: daş ev, alma ağacı,
gülən adam. İsmi söz birləşmələrinin başlıca əlaməti ondan ibarətdir ki, birləşmənin ikinci tərəfi
əsasən isimlə ifadə olunur
5, 90
.
Azərbaycan dilində olduğu kimi digər dillərində də ismi birləşmələr iki yolla: analitik və
sintetik yolla yaranır. Analitik yolla əmələ gələn ismi birləşmələrdə xüsusi şəkilçilərdən istifadə
olunmur. Bu tip birləşmələrin yaranmasında şəkilçilər deyil, söz sırası və intonasiya əsas rol
oynayır. Məsələn, Yaxşı paltarı özünə al, Dadlı aşı başqasına ver, Qonağı əzizlə, ağırla ki, Yaysın
ününü elə
7, 119
misalında yaxşı paltar, dadlı aş birləşmələri bu yolla yaranan ismi
birləşmələrdir. Bu cür birləşmələr arasındakı sözlər yanaşma əlaqəsi ilə bir-birinə bağlanmış olur.
İsmi birləşmələrin əksəriyyəti isə sintetik yolla, yəni şəkilçilər vasitəsi ilə yaranır. Misallara diqqət
edək: Qışın qonağı, oddur
7, 344
; Satıcının malı təzə olsa, elə yoldaca yeyər
7, 136
; pişik balası
miyoldayaraq doğular
8, 42-43
.
Türkologiyada ismi birləşmələrin tədqiq tarixi söz birləşmələrinin tədqiq tarixi ilə üst-üstə
düşür. Y.Seyidov bu barədə yazır: “Yuxarıda qeyd etdiyimiz kimi, türkologiyada, o cümlədən
Azərbaycan dilçiliyində söz birləşmələrinin tədqiq tarixi, əslində, ismi birləşmələrin tədqiq tarixi
olmuşdur. Burada bunu bir qədər də məhdudlaşdırmaq istərdik. Bu tarix bütövlükdə ismi
birləşmələrin yox, ismi birləşmələrin bir qisminin, əsas qisminin tarixi olmuşdur”
1, 184
.
Doğrudan da, türkologiyada ismi birləşmələr daha çox izafət tərkibi, daha sonralar isə təyini söz
Zeynalov R.S.
26
birləşmələri adı altında öyrənilmişdir ki, bu da ismi birləşmələrin bir qismini əhatə edir. Digər
tərəfdən isə feili birləşmələr, demək olar ki, nəzərdən qaçırılırdı. Klassik şeirdə ərəb və fars
tərkiblərinin geniş istifadəsi ismi birləşmələrin izafət tərkibi adı ilə öyrənilməsini şərtləndirən əsas
amillərdən biri idi. Sonrakı mərhələdə Azərbaycan dilinin daha çox milli zəmində inkişafı ilə
şərtlənir və nəticədə izafət tərkibləri dilimizdən çıxır. “Uzun zaman ədəbi dilimizdə özünə yer
salmış olan bu birləşmələri əslində olduğu kimi, Azərbaycan dilində də “izafət” adlandırmaq vacib
idi. Bu ad həmin birləşmələrin gəlmə olduğunu, Azərbaycan dilində deyil, ərəb və fars dillərinin
qaydalarına əsaslandığını göstərirdi. Buna görə də türk dillərinə aid yazılmış bəzi qrammatika
kitablarında bu birləşmələr ayrıca olaraq qeyd edilmişdir”
1, 185-186
. Maraqlı cəhət isə bundan
ibarətdir ki, sonradan izafət tərkibi adı təyini söz birləşmələri adı ilə əvəzlənsə də formala olaraq
eyni birləşmə əsasında formalaşan birləşmələrin bölgüsü aparılmışdır. Bu isə bu birləşmə
formasında olmayan birləşmələrin tədqiqatdan kənar qalması ilə nəticələnmişdir. ““İzafət” türk
dillərində, eləcə də Azərbaycan dilində söz birləşmələrinin tədqiq tarixində ciddi bir məhdudiyyət
də yaratmışdır. Tədqiqatçılar dilin materiallarına nəzər yetirmək, dilin zəngin birləşmə formalarını
araşdırmaq əvəzinə fars dilinə aid olan izafət formalarının türk dillərində qarşılığını axtarmış,
bunlara uyğun gəlməyən birləşmələr isə nəzərdən qaçırılmışdır”
1, 186
.
“İzafət” anlayışı bir sıra türk dillərində indiyə qədər qalsa da, Azərbaycan dilində bu anlayış,
yəni ismi birləşmələr anlayışı son zamanlar təyini söz birləşməsi adı ilə sabitləşmişdir. Doğrudur,
ismi birləşmələr adı təyini söz birləşməsi anlayışından daha genişdir və bu cür birləşmələrin
hamısını əhatə edir. Təyini söz birləşməsi anlayışı isə bu tip birləşmələrdə birinci tərəflərin
ikincisini təyin etməsi ilə əlaqədardır. İsmi birləşmələr isə təyini və təyini olmayan birləşmələr
olmaqla iki yerə bölünür. “Azərbaycan dilində bir sıra ismi birləşmə formalarından istifadə edilir ki,
bunların bir qismi indiyə qədər diqqəti heç cəlb etməmiş, bir qismi isə başqa məqsədlərlə ötəri
olaraq toxunulmuşdur. Bunlar həm məna, həm də forma etibarı ilə yuxarıda qeyd olunan və
dilçiliyimizdə geniş dairədə tədqiq olunmuş birləşmələrdən fərqlənir.
Bunları nəzərə alaraq ismi birləşmələri şərti olaraq iki qrupa ayırırıq: 1) təyini söz
birləşmələri; 2) təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr”
1, s. 189
.
Təyini söz birləşmələri müxtəlif nitq hissələrindən, müxtəlif sintaktik əlaqələr əsasında və
müxtəlif morfoloji əlamətlər hesabına düzəlir. Bu tip birləşmələrin bir qismi morfoloji əlamətə
malik olmadan, ancaq sözlərin sıralanması ilə, digər qismi isə sözdəyişdirici şəkilçilərin köməyi ilə
əmələ gəlir. Bu əlamətlərinə görə təyini söz birləşmələrini üç yerə bölürlər:
1. birinci növ təyini söz birləşmələri;
2. ikinci növ təyini söz birləşmələri;
3. üçüncü növ təyini söz birləşmələri.
Birinci növ təyini söz birləşmələri morfoloji əlamətə malik olmur, yəni bu qrupa daxil olan
birləşmələrin tərəfləri heç bir morfoloji əlamət qəbul etmədən yaranır. Bu tip birləşmələrin
yaranmasında əsas vasitə yanaşma əlaqəsidir və birləşmənin birinci tərəfi atributiv, ikinci tərəf isə
substantiv xüsusiyyət daşıyır.
“Birinci növ təyini söz birləşmələrinin ikinci tərəfi, bir qayda olaraq, isimlə və ya
substantivləşmiş hər hansı bir sözlə, birinci tərəfi isə isimlə, sifətlə, sayla, əvəzliklə və feili sifətlə
ifadə olunur”
6, 48
. Misallara diqqət edək: Pişik asılı yağa əli çatmayanda deyər: el-aləmin
malını yemək mənə yaraşmaz
8, 134
; Tatsız türk olmaz, başsız börk olmaz
8, 277
; İki burğa
çarpışır, ortada göy milçək qırılır
8, 222
; Ovçu bezməsə boz quş tutar, tələsməsə ağ quş tutar;
çaşqın qonaq ev yiyəsini əzizlər, ağırlar
7, 168
; Beş barmaq bir olmaz
7, 181
; Varlı adam tez
qocalmaz
7, 203
; Əmzikli qadın iştahlı olar
7, 208
; Tələdən qorxan quş qırx il haça ağac ustünə
qonmaz
8, 318
.
Misallardan da göründüyü kimi, birinci növ təyini söz birləşmələrinin birinci tərəfi müxtəlif
nitq hissələri ilə ifadə oluna bilir. Məsələn: asılı yağa, tatsız türk, göy milçək, boz quş, ağ quş,
Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərində atalar sözləri və
zərb məsəllərdə işlənən ismi birləşmələr
27
çaşqın qonaq, varlı adam, əmzikli qadın birləşmələrində birinci tərəf, yəni asılı söz sifətlərlə ifadə
olunur. İki burğa, beş barmaq birləşməsində asılı söz sayla ifadə olunmuşdur. qorxan quş
birləşməsində isə asılı söz feli sifətdir.
Birinci növ təyini söz birləşməsinin əsas tərəfi, yəni ikinci tərəf isə həmişə isimlə ifadə
olunur. Birinci növ ismi birləşmələrdə digər ismi söz birləşmələrin növlərindən fərqli olaraq,
keyfiyyətcə münasibət ifadə olunur. İkinci və üçüncü növ ismi birləşmələrdə isə keyfiyyət
münasibəti ifadə edilmir. Bunlarda əsasən, maddi (əşyavi) münasibət ifadə olunur
5, 94
.
İsmi birləşmələrin digər bir növü isə ikinci növ təyinin söz birləşmələri adlanır. Bu
birləşmələrin birinci tərəfi heç bir morfoloji əlamət qəbul etməsə də, ikinci tərəf mənsubiyyət
şəkilçisi ilə işlənir. Bu tip birləşmələr dilimizdə geniş yayılıb. Mahmud Kaşğarinin “Divanü lüğat-it
türk” əsərində işlənən atalar sözləri və zərb məsəllərdə də bu tip birləşmələrə tez-tez rast gəlinir.
Sintaksislə bağlı yazılan əsərlərdə bu növ birləşmələrin bir neçə məna növü qeyd edilir. İkinci növ
təyini söz birləşmələrinin əsas xüsusiyyətlərindən biri isə bu birləşmələrin ümumilik və mücərrədlik
bildirməsidir. Digər tərəfdən bu birləşmələrdə mürəkkəb ismə doğru güclü bir inkişaf meyli vardır.
Birinci növ təyini söz birləşmələrindən fərqli olaraq ikinci növ təyini söz birləşmələrinin tərəflərinin
ifadə vasitələri məhduddur. Onların hər iki tərəfi, əsasən, isimlə ifadə olunur. Digər nitq hissələri
isə, yalnız isimləşərək bu tip birləşmənin tərəfi kimi çıxış edə bilir. Misallara diqqət edək: Adəm
oğlu əzabda qalmaz, it küçüyü ağnamaz
8, 118
; Ağac ucuna yel dəyər, gözəl qıza söz gələr
7, 336
; Kişi sözü bir olar, yəhər bağı üç
8, 279
; Ev sahibi qonağı doyursa, gözü yola dikilər
8, 186
.
Verilən misallardan da görünür ki, ikinci növ təyini söz birləşmələrinin tərəfləri, əsasən,
isimlərdən ibarət olur. Lakin bəzi istisna hallarda əvəzliklər də asılı tərəf kimi iştirak edə bilər.
Məsələn: Kim öz ulusunu ulu saysa, qut tapar
7, 315
atalar sözündə işlənən öz ulusunu söz
birləşməsində işlənən birinci tərəf təyini əvəzlikdir.
İsmi birləşmələrin digər bir növü isə dilçilik ədəbiyyatında üçüncü növ ismi birləşmələr və ya
üçüncü növ təyini söz birləşmələri adı ilə verilir. Bu tip birləşmələrin hər iki tərəfi şəkilçi ilə işlənir.
Birinci tərəf yiyəlik hal şəkilçisi, ikinci tərəf isə mənsubiyyət şəkilçisi ilə işlənən üçüncü növ təyini
söz birləşmələri ikinci növ təyini söz birləşmələrindən fərqli olaraq, konkretlik bildirir və
tərəflərinin ifadə vasitələri genişdir. Misallara diqqət edək: Günəşə baxanın gözü qamaşar
7, 350
;
Atası turş alma yesə, oğulun dişi qamaşar
8, 303
; Keçəlin gələsi yeri papaqçı dükanıdır
8, 64
;
Tazının yüyrəyini tülkü sevməz
8, 43-44
; Çiyin yağırı övlada qalar
7, 136; Qoçağın dodağı yağlı,
tənbəlin başı qanlı
7, 138-139
; Axta dəvənin yükü tamam yemək olsa belə, ac adama yenə də az
görünər
7, s. 143
.
İsmi birləşmələrin nisbətən az yayılan formaları da vardır ki, dilçilik ədəbiyyatında onlar
təyini olmayan söz birləşmələri adı altında öyrənilir. Bu tip birləşmələrə Mahmud Kaşğarinin
“Divanü lüğat-it türk” əsərində istifadə olunan atalar sözləri və zərb məsəllərində də rast gəlmədik.
Nəticə olaraq qeyd olunmalıdır ki, Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərində
işlənən atalar sözləri və zərb məsəllərdə ismi birləşmələr geniş şəkildə işlənir və xüsusən təyini söz
birləşmələrinin hər üç növünə rast gəlinir.
Zeynalov R.S.
28
ƏDƏBIYYAT
1. Seyidov Y. Əsərlər. 15 cilddə. I cild, Bakı: Bakı Universiteti, 2006.
2. Məmmədov N., Axundov A. Dilçiliyə giriş. Bakı: Maarif, 1980.
3. Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Elm və təhsil, 2010.
4. Məmmədov N. Azərbaycan dilçiliyinin nəzəri əsasları. Bakı: Maarif, 1971.
5. Müasir Azərbaycan dili. Üç cilddə. III cild, Bakı: Elm, 1981.
6. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Şərq-Qərb, 2007.
7. Kaşğari M. Divanü lüğat- it türk: 4 cilddə, I c., Bakı: Ozan, 2006.
8. Kaşğari M. Divanü lüğat- it türk: 4 cilddə, II c., Bakı: Ozan, 2006.
РЕЗЮМЕ
ИМЕННЫЕ СЛОВОСОЧЕТАНИЯ УПОТРЕБЛЯЕМЫЕ В ПОСЛОВИЦАХ
И ПОГОВОРКАХ В ПРОИЗВЕДЕНИИ МАХМУДА КАШГАРИ
“ДИВАНИ ЛУГАТ-ИТ ТУРК”
Зейналов Р.С.
Ключевые слова: Махмуд Кашгари, словосочетания, именные словосочетания,
атрибутивные словосочетания, пословица, поговорка
В статье, впервые в Азербайджанской лингвистике исследованы именные
словосочетания, употребляемые в пословицах и поговорках в диване Махмуда Кашгари и
даны конкретные примеры относительно каждой из атрибутивных словосочетаний.
SUMMARY
NOUN PHRASES USED IN PROVERBS AND SAYINGS IN THE WORK OF
MAHMUD KASHGARI «DIVANI LUGAT-IT-TURK»
Zeynalov R.S.
Key words: Mahmud Kashgari, “Divani Lugat-it-Turk”, word combination, noun phrases,
proverbs, sayings
In the article for the first time in Azerbaijan linguistics noun phrases used in proverbs and
sayings in divan of Mahmud Kashgari are investigated and concrete examples concerning each of
the attributive phrases are given.
Daxil olma tarixi:
Ilkin variant
23.07.2015
Son variant
Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərində atalar sözləri və
zərb məsəllərdə işlənən ismi birləşmələr
29
UOT 316.35
MƏHBUSLARLA SOSİAL İŞİN TƏŞKİLİ XÜSUSİYYƏTLƏRİ
MƏMİYEV CAVİD MƏHƏRRƏM oğlu
Sumqayıt Dövlət Universiteti, dosent
BÜNYADOV ZAHİD VAHAB oğlu
Sumqayıt Dövlət Universiteti, müəllim
e-mail:
bunyadov82@mail.ru
Açar sözlər: məhbus, hüquq, sosial, qanun, cəza
Müstəqillik əldə etdikdən sonra hüquqi dövlət quruculuğu yolunu seçmiş Azərbaycan
Respublikasıinsan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi qəbul edərək
bu sahədə bir sıra hüquqi islahatlar həyata keçirməyə başladı. Sosial xidmət sahəsində bu
islahatların əhatə dairəsi daha genişdir. Sosial işin obyekti sahələri arasında ən geniş yayılmış
kateqoriyalardan biri də məhbuslara yönəlmiş sosial xidmətdir. 1995-ci il 12 noyabr tarixində qəbul
edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyasında insan hüquqlarına dair beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azədlıqları tam və əhatəli şəkildə təsbit
olunmuşdur. İnsan və vətəndaş hüquqlarının daha effektiv təmin edilməsi məqsədilə Azərbaycan
Respublikasının Prezidenti bu sahədə mühüm fərman və sərəncamlar imzalamışdır.
Məhbuslarla aparılan sosial işin əsas istiqaməti onlara hüquqi və psixoloji yardımların
göstərilməsidir. Bu proses, əsasən, cəzaçəkmədən azad edilmiş şəxslərə aiddir. Burada əsas məqsəd
onların cəmiyyətə adaptasiya olunmasıdır. Bu məqsədlə 2004-cü ildə Pentensiar sistemdə
“cəzaçəkmədən azad olunmuş şəxslərin cəmiyyətə adaptasiyası haqqında” qanun layihəsi
hazırlanmışdır. Qanunun qüvvəyə minməsi üçün təbliğat işləri aparılmışdır. 2007-ci il 31 may
tarixində Milli Məclis tərəfindən həmin qanun qəbul olunmuşdur [1, 157]. Elə həmin ildə qanunun
proqramı hazırlanmış və çap olunmuşdur. Məhbuslarla hüquqi, psixoloji, sosial xidmətlə bağlı
müxtəlif qurumlar, birliklər tərəfindən müəyyən işlər həyata keçirilir. Həbsdən azad olunmuş
insanlara qarşı cəmiyyətdə mövcud olan münasibət birmənalı deyil. Bütün bunlar onları yenidən
cinayət törətməyə sövq edir. Bunun qarşısını almaq üçün məhbuslarla maarifləndirmə işləri
aparılmalıdır. Bu baxımdan, hər bir demokratik cəmiyyətdə pentensiar siyasət həyata keçirilir. Bu
siyasətin əsas prinsipləri aşağıdakı kimidir: 1) Azadlıqdan məhrum edilmiş bütün şəxslərlə davranış
zamanı onların hüquqlarına hörmət edilməlidir; 2) Azadlıqdan məhrum edilmiş bütün şəxslərə
tətbiq olunan məhdudiyyətlər onun tətbiqinin əsas məqsədinə uyğun olmalıdır; 3) Məhbusların
insan hüquqlarının pozulması ilə müşayiət edilən şəraitdə saxlanması vəsaitin çatışmaması ilə
şərtləndirilə bilməz; 4) Azadlıqdan məhrumetmə yerlərində həyat, imkan daxilində cəmiyyətdəki
həyatın müsbət cəhətlərinə yaxın olmalıdır; 5) Xarici sosial xidmətlərlə əməkdaşlığı və imkan
daxilində
vətəndaş
cəmiyyətinin
məhbusların
həyatında
iştirakını
həvəsləndirmək
məqsədəuyğundur; 6) Pentensiar müəssisənin bütün ərazisi təmiz və səliqəli olmalıdır; 7)
Məhbusların pentensiar müəssisəyə qəbulu zamanı onların yerləşdirildikləri kameralar və digər
otaqlar təmiz olmalıdır; 8) Münasib paltarı olmayan məhbuslar iqlimə uyğun paltarlarla təmin
olunmalıdır. Bu paltar rüsvayedici və alçaldıcı olmamalıdır; 9) Məhbuslar onların yaşı, səhhəti, dini,
mədəniyyəti və işin xarakteri nəzərə alınmaqla qidalarla təmin edilir [2, 137].
Məhbusların fikir, din və vicdan azadlığına hörmətlə yanaşılmalıdır. Dinin və etiqadın
nümayəndələri məhbuslara baş çəkmək və onlarla gizli şəkildə təmasda olmaq imkanına malikdir.
Azad edilən məhbuslar yaşayış üçün, habelə ilin fəslinə və hava şəraitinə uyğun paltarla, təyinat
yerinə çatmaq üçün kifayət qədər vəsaitlə təmin olunurlar. Penitensiar müəssisələrin tibb xidmətləri
dövlətin və ya icmanın mülki səhiyyə təşkilatları ilə sıx əlaqədə təşkil edilir.
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 11 №3 2015
30
Məlumdur ki, məhkumların hüquqi vəziyyəti onların hüquq və azadlıqlarının, qanuni
mənafelərinin və vəzifələrinin məcmusundan ibarətdir. Məhkumların əsas hüquqlarının bilavasitə
qanunverici tərəfindən müəyyən edilməsi heç də təsadüfi deyildir. Qanunverici bununla
məhkumları cəzaların icrası prosesində iştirak edən əsas subyektlər sırasına daxil etmiş və islah
olunma prosesində onların iştirakının vacibliyini bir daha göstərmişdir. Qeyd olunanlarla əlaqədar
son illərdə məhkumlarn bu hüququnun həyata keçirilməsi, yəni onlara öz hüquq və azadlıqları,
vəzifələri barəsində məlumat verilməsi sahəsində istər dövlət, istərsə qeyri-hökumət təşkilatları
tərəfindən müəyyən işlər görülsə də, bu tədbirlərin fəal şəkildə davam etdirilməsinə yenə də ehtiyac
duyulur. Bu ehtiyacı nəzərə alaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Aparatı “Məhkumların hüquqi vəziyyəti” adlı kitab hazırlamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinə əsasən, Azərbaycan
Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə
bilməz [3, 189]. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından
qovula və ya xarici dövlətə verilə bilməz. Azərbaycan Respublikası onun ərazisindən kənarda
müvəqqəti və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat
verir və onlara hamilik edir. Məhkum-barəsində cəza təyin edən məhkəmə hökmü qanuni qüvvəyə
minmiş şəxsdir. Azərbaycan dövləti məhkumların hüquq və azadlıqlarına, qanuni mənafelərinə
hörmət edir və onları qoruyur, məhkumlara islah edilmə vasitələrinin tətbiq edilməsinin
qanuniliyini, cəzaların icrası zamanı onların hüquqi müdafiəsini və şəxsi təhlükəsizliyini təmin edir.
Cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və
azadlıqları təmin olunur. Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən
olunmuş qaydada məhdudlaşdırıla bilər.
Cəzaların icrası və çəkilməsi zamanı məhkumların əsas aşağıdakı hüquqları vardır:1) Cəzanı
insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək; 2) İctimai faydalı əməklə məşğul olmaq; 3)
İstirahət etmək; 4) Pensiya və ya sosial müavinət almaq; 5) İlk tibbi yardım daxil olmaqla, tibbi
rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq; 6) Öz hüquq və vəzifələri
barədə, o cümlədən, məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində
məlumat almaq; 7) Tərcüməçi xidmətindən istifadə etmək; 8) Dini ayinlərin icra edilməsində iştirak
etmək; 9) Hüquqi yardım almaq; 10) Təhsil almaq və peşə hazırlığı keçmək; 11) Əcnəbi,
vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların hüquqları; 12) Məhkumların
müraciət etmək hüququ; 13) Məhkumların şəxsi təhlükəsizlik hüququ [4, 301].
Dostları ilə paylaş: |