ИЗУЧЕНИИ НЕРАСПРОСТРАНЕННЫХ И РАСПРОСТРАНЕННЫХ
ПРЕДЛОЖЕНИЙ
Ашрафов Р.Г.
Ключевые слова: синтаксис, предложения, простое предложения, двусоставное
предложение, нераспространенное предложение и распростра-
ненное предложение, обучение активным /интерактивным
методом.
В статье исследуется теоретическое и практическое значение распространенных и
нераспространенных предложений, что позволит широко использовать метод активного
/интерактивного обучения на занятиях по азербайджанскому языку.
Müxtəsər və geniş cümlənin tədrisində fəal/interaktiv təlim metodlarından istifadə
59
SUMMARY
USING ACTIVE INTERACTIVE LEARNING METHODS IN THE TEACHING OF
UNEXTENDED AND WIDE SENTENCES
Ashrafov R.G.
Key words: sentence, simple sentence, two member sentences, unextended sentence, wide
sentence, active interactive learning, methods
In the article the unextended and wide sentences are investigated theoretically and practically
in the active learning, it makes opportunity for teachers to use active interactive learning methods in
teaching of the Azerbaijani language.
Daxil olma tarixi:
Ilkin variant
09.06.2015
Son variant
Əşrəfov R.Q.
60
UOT 801.56
SİNTAKSİSDƏ SÖZ BİRLƏŞMƏLƏRİNİN TƏDRİSİ İLƏ BAĞLI BƏZİ
MƏSƏLƏLƏR
ŞİRİNOVA MAYQUBA MÖVLUD qızı
Sumqayıt Dövlət Universiteti, baş müəllim
e-mail:
Açar sözlər: sintaksis, sintaktik əlaqələr, söz birləşmələri, sintaktik təhlil, morfonologiya
Söz birləşmələri mövzusu tələbələrdə müvafiq bilik, bacarıq və vərdişləri formalaşdırmaq
baxımından geniş didaktik imkanlara malikdir. Bu, hər şeydən əvvəl, söz birləşmələrinin öz
linqvistik xarakteri ilə səciyyələnir. Bir sıra kateqoriyalar söz birləşmələri zəminində reallaşır və
onların izahı belə birləşmələrə əsaslanır. Söz birləşmələrinin təbiəti söz və cümlə ilə qarşılıqlı əlaqə
və münasibətdə aydınlaşır.(5.5) Söz birləşmələrinin Azərbaycan dili kursunda müxtəlif
aspektlərdən öyrənilməsi də bununla əlaqədardır. Söz birləşmələrini həm nominativ və həm də
sintaktik vahid kimi kimi öyrənmək, başlıca diqqəti isə onların morfoloji cəhətinə yönəltmək
lazımdır.
Söz birləşməsi və onun tədrisi qarşısında, təxminən, aşağıdakı tələblər qoyulur: 1) söz
birləşmələri haqqında məlum bilikləri ümumiləşdirmək və dəqiqləşdirmək; 2) tələbələrə söz
birləşmələrinin başlanğıc forması, isim kimi hallara və mənsubiyyətə görə dəyişə bilməsi haqqında
yeni məlumat vermək; 3) onlara söz birləşmələrinin digər söz birləşmələrindən, sözdən və
cümlədən fərqini öyrətmək; 4) söz birləşmələrinin komponentləri arasındakı əlaqələrlə şagirdləri
tanış etmək.
Bu vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi, nəticə etibarilə, cümlənin (sadə və
mürəkkəb cümlənin məna və quruluşunun), cümlə üzvlərinin dərindən öyrənilməsi üçün möhkəm
zəmin yaratmalıdır. Lakin müşahidələr göstərir ki, həmin vəzifələr heç də həmişə sistemli şəkildə
həyata keçirilmir. Bu, bir sıra amillərlə bağlıdır. Biz burada həmin amillərdən bəziləri üzərində
konkret olaraq dayanmağı məqsədəuyğun hesab edirik.
Məlumdur ki, Azərbaycan dilinin sistematik siktaksis kursunda söz birləşmələri xüsusidən
ümumiyə metodu əsasında öyrədilir.
Tələbələr, adətən, çoxişlək söz birləşmələri tiplərindən daha çox təyini söz birləşmələrini
tanıyır, cümlədən, əsasən, təyini söz birləşmələrini seçməyi bacarırlar və s. Ən başlıcası isə öz
nitqlərində bunlardan bəzən yerli-yerində (məqamında) istifadə edə bilmirlər. Bütün bunların
başlıca səbəblərindən biri söz birləşmələrinə aid məlumatı yalnız təyini söz birləşmələri ilə
məhdudlaşdırmaqdan, başqa şəkildə desək, söz birləşmələrinin tədrisində xüsusidən ümumiyə
metoduna əsaslanmaqdan irəli gəlir. Azərbaycan dilinin sistematik sintaksis kursunda söz
birləşmələrinin müxtəlf tiplərini ümumidən xüsusiyə metodu əsasında tədris etmək tələbələrə bu
sintaktik vahid haqqında əsaslı və sistemli biliklər aşılamaq baxımından daha məqsədəuyğundur.
Bu, eyni zamanda, söz birləşmələrini dilin başqa bölmələri ilə əlaqəli tədris etmək üçün də mühüm
əhəmiyyətiə malikdir.
Sintaksisin tədrisi zamanı tələbələrin qarşılaşdığı nəzəri məlumat onların elmi
dünyagörüşlərini formalaşdırmaqla sıx əlaqədardır. Şübhə yoxdur ki, tələbələrin zehnini dilçiliyin
heç də asan sayılmayan anlayış və hökmləri ilə yükləmək olmaz. Nəzəri məlumatın öyrənilməsinə
təbii şəkildə ehtiyac duyulmamalıdır. Tələbələrə söz birləşməsi və cümlənin qrammatik mənaları
haqqında nəzəri məlumat verilməsi də belə bir ehtiyacdan yaranmışdır.
Dərslikdə söz birləşmələrinin qrammatik mənası bir cümlə ilə verilir: “Söz birləşmələri də
sözlər kimi, əşyaları, onların əlamətlərini, hərəkətini ifadə edir, lakin əşyanı, əlaməti və ya hərəkəti
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 11 №3 2015
61
tək-tək sözlərdən daha konkret, daha dəqiq şəkildə ifadə etməyə imkan verir”.(4.36) Məlumdur ki,
bu məlum tezisdə söz birləşmələrinin qrammatik mənasından daha çox onun funksiyası
ümumiləşmişdir.
Bəs söz birləşmələrinin qrammatik mənası necə izah olunmalıdır. Bu məsələnin üzərində
xüsusi olaraq dayanmaq lazımdır. Çünki bu, həmin vahidin dil və nitq xüsusiyyətlərini üzə
çıxarmaq cəhətdən əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, söz birləşmələrinin qrammatik mənası,
hər şeydən əvvəl, onun qurulması ilə sıx surətdə bağlı məsələdir. Deməli, bunları bir-birilə qarşılıqlı
əlaqədə izah etmək lazımdır. Məsələn: 1) iyirmimərtəbəli bina, günəşli respublika, dənizdəki
buruqlar, meyvəli bağlar – strukturuna görə ümumi olduğu kimi, qrammatik mənalarına görə də
ümumidir. Hər birinin qrammatik mənasında əşya ilə onun əlaməti ifadə olunmuşdur;
2) Mehdinin qəhrəmanlıqları, Göy-gölün mənzərələri, sürünənlər sinfi, şəkilçilərin
yazılışı tipli söz birləşmələri strukturuna görə ümumi olduğu kimi, qrammatik mənalarına görə də
ümumidir: Hər birinin qrammatik mənasında, sahiblik-aidlik ifadə olunmuşdur; 3) səylə oxumaq,
tez şumlamaq, ilhamla danışmaq, cəsarətlə irəliləmək, mərdliklə ömür sürmək tipli söz
birləşmələri strukturuna görə ümumi olduğu kimi, qrammatik mənalarına görə də ümumidir.
Qrammatik mənalarında hərəkətlə əlamət (tərz) arasındakı münasibət ifadə olunmuşdur; 4) əlləri
mazutlu, söhbəti şirin, sözü məzəli, dostluğu möhkəm, xəyaldan şirin, arzudan gözəl, günəş
həvəsli tipli söz birləşmələri strukturuna görə də ümumi olub əşya-əlamət münasibətini ifadə edir.
Qrammatik mənaya, eyni zamanda, əsas və asılı tərəflərin qrammatik mənası, onların
arasındakı sintaktik əlaqənin tipi də daxildir. Bir sözlə, strukturuna görə eyni olan söz
birləşmələrinin ümumi mənası onların qrammatik mənası hesab edilir. Deməli, söz birləşmələrinin
qrammatik mənasına daxil olan tərəflər arasındakı daxili mənanı-məntiqi əlaqəni tələbələrə
öyrətmək lazımdır, əks halda proqramın ən mühüm bir tələbi- tələbələrin məntiqi təfəkkürünü
inkişaf etdirmək tələbi söz birləşmələrinin tədrisi prosesində unudulmuş olardı.
Məlumdur ki, dərsliklərdə söz birləşmələrinin də sözlər kimi başlanğıc formaya malik olması
haqqında məlumat verilir. Bu, əlbəttə, hər iki vahidin oxşar cəhətlərini göstərmək üçün yaxşı
üsuldur. Bizə belə gəlir ki, söz birləşmələrini sözdən fərqləndirmək üçün də bu üsuldan istifadə
etmək mümkündür. Tələbələrə izah etmək lazımdır ki, sözün başlanğıc formasında sonuncu
sözdüzəldici şəkilçiyə qədər olan hissə əsas götürülərsə, bu kriteriya ilə söz birləşmələrinə
yanaşmaq olmaz; söz birləşmələrinin başlanğıc forması təyini söz birləşməlrində mənsubiyyət
şəkilçisi ilə müəyyənləşir. Müqayisə edək:
Sözlərin başlanğıc forması Söz birləşmələrinin başlanğıc forması
Yarış-da
yoldaşlıq yarışı-nda
sahələrdəki-ni bizim uşaqlar-ımızın
işçi-lərdən
AKKORD-un inşaatçıları-ndan
sürücü-lər
tikinti materialları-nı
IV. Söz birləşmələrinin qrammatik mənasını, başlanğıc formasını şagirdlərin necə
mənimsədiyi qrammatik təhlil vasitəsilə müəyyənləşir; qazanılmış bilik və bacarıqların davamlı
olub-olmadığı məhz bu prosesdə meydana çıxır.
Söz birləşmələrinin tam təhlilinə aşağıdakılar daxildir: 1) söz birləşmələrini müəyyənləşdirib
göstərmək; 2) strukturunu izah etmək, tərəflərinin ifadə vasitələrini göstərmək, sintaktik əlaqələrini
müəyyənləşdirmək; 3) başlanğıc formasını tapmaq; 4) qrammatik mənasını izah etmək.
Təhlilə aid konkret bir nümunə göstərək:
Mətn (cümlə): “Yer üzərində ədalətli sülh tərəqqipərvər insanların ən böyük arzusudur”.
1.
Bu cümlədə söz birləşmələri bunlardır: yer üzərində, ədalətli sülh, tərəqqipərvər
insanlar, insanların arzusu, tərəqqipərvər insanların arzusu, ən böyük arzu,
tərəqqipərvər insanların ən böyük arzusu.
2.
Göstərilən söz birləşmələri quruluşuna görə belədir: “isim”+”isim”, “sifət”+” isim”,
“isim”+”isim”, “sifət”+”isim”+ “isim”, “sifət”+” isim”, “sifət”+” isim” +“sifət”+” isim”.
Şirinova M.M.
62
3.
Birincidən başqa, hamısı başlanğıc formadadır.
4.
Hər birinin öz qrammatik mənası vardır. Məsələn, ədalətli sülh və ya tərəqqipərvər
insanlar birləşməsində əşya və onun əlaməti ifadə olunur. Bu həmin söz birləşmələrinin qrammatik
(semantik) mənasıdır......
5.
Hazırda söz birləşmələrinin öyrədilməsi üzrə aparılan iş sistemində sintaksisin
morfologiya ilə qarşılıqlı əlaqəsi (morfoloji-sintaktik) prinsipinə böyük üstünlük verilir. Bu
prinsipdən məqsədəuyğun şəkildə istifadə etdikdə sistematik sintaksis kursunda söz birləşmələrini
əmələ gətirən nitq hissələrinin leksik-morfoloji təbiəti, habelə söz birləşmələrinin paradiqması (isim
kimi hallanması, mənsubiyyətə görə dəyişməsi və s.) daha yaxşı dərk olunur. Bu zaman bütün əsas
nitq hissələrinə aid (o cümlədən, köməkçi nitq hissələrindən qoşmalara aid) biliklər dərinləşir və
genişlənir. Bu elmi mülahizənin əsasını təşkil edən başlıca amillərdən biri didaktik materialın
məqsədəuyğun seçilməsi ilə əlaqədardır. Didaktik materialları elə seçib hazırlamaq lazım gəlir ki,
ondan həm söz birləşmələrinin tədrisində, həm də kursun təkrarı zamanı istifadə etmək mümkün və
faydalı olsun.
Belə didaktik materiallara aid aşağıdakıları nümunə göstərmək olar:
1.
Aşağıdakı söz birləşmələrindən əsas tərəfləri feildən düzələn sifətlə ifadə olunanları
1-ci sütunda, feili sifətlə ifadə olunanları isə 2-ci sütunda yazın.
Açıq hava, dərilmiş çiçək, təbiəti bəzəyən qönçələr, gələcək zaman, daşan çay, görülmüş
iş, yığdığım pambıq, utancaq uşaq, tutqun bulud, satqın düşmən.
2.
Verilmiş söz birləşmələrini köçürün və tərəflərini ifadə vasitələrinin üstündə yazın.
Yavaş yerimək, mərd dayanmaq, aydın görmək, mehriban baxış, yavaş yerişli, mərd igid,
aydın səma, ehtiyatlı tərpənmək, ehtiyatlı adam....
3.
Verilmiş sözlərə ikinci tərəflər artırılmaqla söz birləşmələri düzəldib dəftərinizə
yazın, sonra həmin sözlərin hansı nitq hissələri olduğunu üstündə qeyd edin.
Gecə, indi, səhər-səhər, xəfif-xəfif, heyran-heyran, qardaşcasına, irəlidə, ora-bura.
4.
Aşağı və yuxarı sözlərinin aşağıdakı birləşmələrindən hansında zərf, hansında isə
başqa nitq hissəsi olduğunu izah edin.
Aşağı düşmək, aşağı mərtəbə, yuxarıya qalxmaq, yuxarı məhəllə, aşağı yol, aşağıdan
gələn, yuxarını göstərmək.
5.
Qoşa söz birləşmələrinin asılı tərəflərini müqayisə edin (sonra həmin söz
birləşmələrini cümlədə işlədin).
Maraqlı nağıl-maraqla baxmaq; xeyli adam-xeyli danışmaq; çox yazmaq-çox şəhər və s.
6.
Verilmiş sözləri qeyri-müəyyən miqdar sayı və kəmiyyət zərfi ilə işlətmək üçün
onlara müvafiq asılı tərəflər artırın.
Az, çox, xeyli, bir qədər, o qədər, nə qədər, filan qədər.....
7.
“Sifət”+”isim” tipli söz birləşmələrinə aid özünüzdən nümunələr yazın.
8.
Asılı tərəfləri mürəkkəb sözlərlə ifadə olunan söz birləşmələri düşünüb yazın və
cümlədə işlədin (cümlə üzvü vəzifəsini müəyyənləşdirin).
9.
Əsas tərəfləri məsdərlərlə ifadə olunan söz birləşmələrini cümlənin xəbəri
vəzifəsində işlədin.
10.
Asılı tərəfləri ərəb və ya rum rəqəmləri ifadə olunan söz birləşmələri yazın. Onların
yazılışındakı fərqi göstərin.
11.
Aşağıdakı parçadan söz birləşmələrini müəyyənləşdirin, mənalarını üstündə yazıb
göstərin.
Bu torpaqda bir körpənin dırnağını qanatsalar, Bir qıy vurram göydə gedən quba qazlar
qanad salar (R.Rza).
12.
Elə söz birləşmələrini düşünüb yazın ki, onları təyindən başqa, bütün cümlə
üzvlərinin vəzifəsində işlətmək mümkün olsun. (Nümunə: metro tikintisi, Şuşa yaylağı. Muğan-Mil
düzü).
Sintaksisdə söz birləşmələrinin tədrisi ilə bağlı bəzi məsələlər
63
13.
Verilmiş sxemlərə uyğun söz birləşmələri yazın.
a)
”sifət”+”isim”
b) ”isim” +”sifət”
“say”+”isim”
”isim” + “say”
“əvəzlik”+”isim” ”isim” + “əvəzlik”
”məsdər”+”isim” “isim” +”məsdər”
“feili sifət”+”sifət”
”sifət” + “feili sifət”
b)
Asılı tərəfləri qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təsirlik halda olan bir neçə
söz birləşməsi yazın.
c)
Əsas tərəfləri qeyri-müəyyən təsirlik halda olan bir neçə söz birləşməsi yazın.
d)
Asılı tərəfləri çıxışlıq halda olan beş söz birləşməsi düzəldib yazın.
e)
Verilmiş şeir parçasındakı söz birləşmələrini müəyyənləşdirib cümlədə hansı
vəzifədə işləndiyini yazın:
Siz ey dost olduğum, qardaş olduğum,
Siz ey hər
sirrinə sirdaş olduğum,
Gül üzlü çəmənlər, şehrli çiçəklər,
Ey həyat aşiqi canlı ürəklər,
Bizim hər eşqimiz hökmi-əzəldir,
Yaşamaq şirindir, həyat gözəldir.
f)
Əsas tərəfi həmcins üzvlərdən ibarət yiyəlik hallı birləşmələrə aid müvafiq
nümunələr yazın.
Nümunə: Yaxındır onların harayı, səsi.
Bizim bu ellərin zümzüməsinə (R.Həmzətov)
g)
Verilmiş söz birləşmələrinin başlanğıc formasını göstərin, sonra tərkibinə görə təhlil
edin.
Demokratiyanın genişləndirilməsi, Azərbaycan vətəndaşlarının şərəfli vəzifəsi, sağlamlıq
ocaqları şəbəkəsi, Bakı birinci olimpiya oyunları.
h)
Söz birləşmələrinin başlanğıc forması ilə sözlərin başlanğıc forması arasında hansı
fərq olduğunu izah edin.
Elmi yeniliyi: Məqalədə söz birləşmələri nümunələr əsasında təhlil olunmuşdur. Bu da
tədris prosesində tələbənin dərsi mənimsəməsində əhəmiyyətli rol oynayır.
Tətbiqi əhəmiyyəti: Məqalədən Müasir Azərbaycan dili və Azərbaycan dilindən praktikum
fənlərinin məşğələlərində istifadə oluna bilər.
ƏDƏBİYYAT
1. Balıyev H. Azərbaycan dilinin tədrisi metodikası. Bakı: Maarif, 1987.
2. Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Nurlan, 2007.
3. Müasir Azərbaycan dili. Sintaksis. III cild. Bakı: Elm, 1983
4. Seyidov Y.,Abdullayev Ə., Həsənov A. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Maarif,
1972.
5. Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı: Maarif, 1966.
Şirinova M.M.
64
РЕЗЮМЕ
НЕКОТОРЫЕ ВОПРОСЫ ИЗУЧЕНИЯ СЛОВОСОЧЕТАНИЙ
В ПРЕПОДАВАНИИ КУРСА СИНТАКСИСА
Ширинова М.М.
Ключевые слова: синтаксис, синтактические связи, словосочетание, синтаксический
анализ, морфология
В статье рассмотриваются различные типы словосочетаний. Представлен
дидактический материал, который может быть использован как преподавателями, так и
студентами.
SUMMARY
STUDYING WORD COMBINATIONS IN SYNTAX
Shirinova M.M
Key words: studying, syntactical relations, word combinations, syntactical analysis,
morphonology
The problems of studying the types of word combinations have been analysed in this article.
Didactic materials were presented for solving this problem. The article has practical importance for
both the eachers and the students.
Daxil olma tarixi:
Ilkin variant
03.06.2015
Son variant
Sintaksisdə söz birləşmələrinin tədrisi ilə bağlı bəzi məsələlər
65
UOT 316.6
RƏHBƏRLİYİN VƏ LİDERLİYİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
SALAMOVA KAMALƏ BAHAZƏR qızı
Sumqayıt Dövlət Universiteti, dosent
e-mail:
Açar sözlər: rəhbər, lider, tiran, işgüzar, qrup, münasibətlər
Rəhbərin şəxsiyyətinin öyrənilməsi idarəetmə psixologiyasının aparıcı istiqamətlərindən
biridir. Bu istiqamətdə empirik tədqiqatların aparılmasına keçən əsrin 20-ci illərindən başlanılıb və
hələ də davam edir. Rəhbərlik və tabeçilikdə olanlarla bağlı problemlər isə idarəetmə
psixologiyasının əsaslı problemlərindən biridir. Çünki qrup üzvləri arasındakı qarşılıqlı
münasibətlərin gərginliyi bu qruplardakı pəhbər və liderin tabeçilikdə olanlarla qarşılıqlı
münasibıtdən asılıdır. Bu münasibətlərin əsasında əmək, iqtisadi, sosial, mənəvi-əxlaqi səbəblər
durur. Bu səbəblər əmək qrupu, müəssisə və birliklərdə psixoloji mühitin yaranmasına şərait
yaradır. Qrupda şəxsiyyətlərarası münasibətlər qrupun həcmindən və xarakterindən asıli olaraq
bərabər olmur. Belə münasibətlər qrup üzvlərinin sosial-psixoloji statusunu, yəni “lider”,”rəhbər”
“tabeçilikdə olan” və s. əks etdirir.
Hazırda tələb olunur ki,bir-biri ilə qarşılıqlı münasibətdə olan”idarəetmə” və ”rəhbər”
anlayışlarına iki müxtəlif anlayış kimi baxılsın. Lakin “idarəetmə” daha geniş anlayış kimi çıxış
edir, sistemə və ya tək prosesə istiqamətlənən təsir kimi qeyd olunur, bu zaman yaranan yeni
keyfiyyət və xüsusiyyətlərlə müşayiət olunur. “İdarəetmə” anlayışına texnikada “maşın-
maşın”,sosial texnikada “insan-maşın” və sosial sistemdə “insan-insan” kimi baxmaq olar.Rəhbərlik
də idarəetmənin bir hissəsidir və əsas vəzifəsi:
* insanlara və onların mənafeyinə təsir etməklə məhdudlaşır;
* rəhbərlə tabeçilikdə olanların qaşılıqlı münasibətlərini tələb edir;
* fəaliyyətdə qabiliyyət və istedad tələb edir.
Lakin ayrı-ayrı qrupların idarə edilməsində əsas güc liderlərin üzərinə düşür. Ona görə də
əvvəlcə “lider” (ing. leader – öndər) anlayışına diqqət edək. Lider – konkret məsələnin həlli zamanı
qrupun üzvlərinin qarşılıqlı fəaliyyəti nəticəsində irəli mövqeyə çəkilən qrup üzvüdür. O, verilən
tapşırığın həlli zamanı, qrupun digər üzvlərindən daha yüksək fəallıq, iştirak, təsir səviyyəsi
nümayiş etdirir, bir sözlə, konkret vəziyyətdə üzərinə müəyyən funksiyaları götürməklə irəli çıxır.
Qrupun yerdə qalan üzvləri isə onun liderliyini qəbul edir, yəni liderə qarşı elə münasibətlər
formalaşdırır ki, lider “aparıcı”, onlar isə “aparılan” olsunlar. Lakin qrupda liderlik daimi ola
bilməz, elə bir ekstremal vəziyyət yarana bilər ki,liderin səlahiyyətləri və rolu artsın, başqa bir
şəraitdə isə azalsın. Liderin həqiqi imkanlarını öyrənərkən qrupun digər üzvlərinin onu necə qəbul
etdiklərini də öyrənmək lazımdır.
Qeyd etmək lazımdır ki, liderlik problemlərini araşdıran bir çox psixoloqlar “lider” və
“rəhbər” anlayışlarını eyniləşdirirlər (əslində ingilis dilindən fərqli olaraq, alman dilində hər iki
anlayış bir mənada işlənir). Klassik tədqiqatlatda isə “rəhbərlik” və “liderlik” iki müxtəlif hadisə
kimi tədqiq olunub. Rəhbərlik bəzən “menedjer” anlayışı ilə əvəz olunur. Lakin “Menedcer” və
“lider” anlayışları eynilik təşkil etmir. Başqalarının göstərdiyi büsbütün dumanlı və görünməyən
yolu dəqiq seçmək liderin əsas keyfiyyətidir. Menecerin əsas keyfiyyəti isə ən az itki ilə görünən
yoldan keçirməkdir.
Harvard biznes məktəbinin nümayəndələrinə görə:
- rəhbərlik, idarə edilən insanlara və onların mövqeyinə əsaslı təsir edən,onları dərk edilmiş
aktiv davranışlara və fəaliyyətə sövq edən fəaliyyətdir. Ona görə də rəhbərliyi idarəetmə
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 11 №3 2015
66
adlandırmaq olar və hər bir idarəetmənin rəhbəri var. Lakin liderlik və rəhbərlik arasında aşağıda
verilmiş fərqlər mövcuddur:
-birinci, dərk edilmiş təminatdır, bu zaman rəhbərlik müəssisəyə bütün qrupun fəaliyyəti kimi
baxır, liderlik isə psixoloji münasibətlərlə xarakterizə olunur;
-ikinci, əmələ gəlimə (törəmə),yəni xüsusi bir müəssisənin yaranma prosesi üçün
qanunauyğun və lazımlı atributudur. Bu zaman insanların qarşılıqlı münasibətlərindən və daxili
səbəblərdən liderlik əmələ gəlir. Rəhbər təyin olunur, lider isə öz-özünə yaranır ;
-üçüncü, tənzimlənmə, yəni rəhbərin fəaliyyəti hüquqi təminatla tənzimlənir, liderin fəaliyyəti
isə birgə fəaliyyətin mənəvi-psixoloji normaları ilə;
Amerika psixoanalitiklərinin prinsiplərinə görə isə:
*rəhbər müəssisə qanunlarının icraçısıdır və müəssisə üzvləri ilə birgə fəaliyyət göstərir,
müəssisə daxili sosial-psixoloji vəziyyəti, ünsiyyəti və fəaliyyəti idarə edir,lider isə qrup
normalarının, gözləmələrinin subyektidir və öz-özünə yaranan şəxsiyyətlərarası münasibətləri
nizama salır;
*rəhbərlik təşkilat üzvlərinin birgə fəaliyyətinin hüquqi baxımdan təşkili və idarəedilməsi
prosesidir, liderlik isə - ünsiyyət və fəaliyyətin daxili psixoloji təşkili və idarəedilməsidir;
*rəhbərlik ictimai nəzarət və hakimiyyət arasında vasitəçidir ;
*rəhbərlik – daha dayanıqlı, qrup üzvlərinin rəyindən və əhval-ruhiyyəsindən daha az asılı
olan fenomendir;
*rəhbər qrupu xarici baxımdan təmsil edir və onun xarici rəsmi münasibətləri ilə bağlı
məsələlərini həll edir. Liderin fəaliyyəti isə qrupdaxili münasibətlərlə məhdudlaşdırılır;
*rəhbərin fəaliyyəti mövcud normaların reqlamentləşdirilməsini təmin etmək, liderin
fəaliyyəti isə birgə fəaliyyətdəki mənəvi-psixoloji normaları nizama salmaqdır;
*rəhbərlik nisbətən stabil (dayanıqlı) hadisədir. Müəssisə üzvlərinin əhvalından və
fikirlərindən asılı olmayaraq fəaliyyət göstərir.
*rəhbərlik – qrupda münasibətlərin (idarəetmə və tabeçilik rollarının paylanması baxımından)
ictimai xarakteristikasıdır (hüquqi münasibətlər ictimai nəzarət prinsiplərinə və inzibati təcrübənin
tətbiqinə əsaslanır).
Amerika idarəetməsinə görə, lider və rəhbər əslində eyni vəsifəni yerinə yetirir.Əməkçilərdən
biri tutduğu mövqedən asılı olmayaraq, həm özünün, həm də kollektivin arzusu nəzərə alınaraq,
müəyyən bir müddətdə rəhbər təyin edilir ki, o, az bir vaxt ərzində liderə çevrilə bilsin. Əgər həmin
şəxsdə liderlik etmək bacarığı alınmırsa, yazılmamış qanunlara görə həmin rəhbər öz yerini lider
olmağı bacaran başqa birinə təhvil verməlidir.
Müəyyən situasiyalarda qərar qəbul etmək liderin mənəvi hüquqlarından biridir. Belə liderlər
yüksək statusa və nüfuza malik olmalıdırlar.
Rəhbər-lider, rəhbər-inzibatçi (menedcer) terminləri müasir dövrdə idarəetmə sahəsində
geniş yayılmışdır. Onlar arasındakı əsas fərq ondan ibarətdir ki, lider hər hansı bir nailiyyətin əldə
olunması üçün tabeçiliyində olanlara əmr və göstəriş verib onlara təzyiq etmir, o kollektivin ümümi
problemlərinin həllini öz üzərinə götürür. Ona görə də liderlik aşağıdakı keyfiyyətləri ilə
xarakterizə olunur:
- idarə etdiyi kollektiv üzvlərinin ümumi ehtiyac və problemlərini əgər kollektivin digər
üzvləri həll edə bilmirsə, qəbul edir və onların həllini öz üzərinə götürür.
- qrupun müəyyən üzvlərinin davranışının sırf psixoloji xarakteristikasıdır (sərbəst ünsiyyət,
qarşılıqlı anlaşma və könüllü tabeçilik prinsiplərinə əsaslanır).
Liderlik də rəhbərlik kimi idarəetmə psixologiyasının fundamental problemlərindən biridir.
Bu problemin öyrənilməsinə Amerikanın Avropa və Miçiqan universitetlərində keçən əsrin 30-cu
illərində K.Levin tərəfindən “Qrup dinamikası” məktəblərinin yaradılması ilə başlanılmışdır. Bu
məktəblərdə aparılan eksperimental tədqiqatlar liderlik haqqında müxtəlif nəzəriyyələrin
formalaşmasına səbəb olmuşdur. Bu nəzəriyyələrə görə liderlik altı amildən asılıdır:
Rəhbərliyin və liderliyin psixoloji xüsusuyyətləri
67
1. Qabiliyyətlər – əqli, verval və s.
2. Nailiyyətlər – təhsil, idman və s.
3. Məsuliyyət – təşəbbüs, asıllılıq, istək və s.
4. İştirak – fəallıq, əməkdaşlıq və s.
5. Status – soial və iqtisadi vəziyyət, məşhurluq və s.
6. Xüsusiyyətlər.
Bu amillərə əsaslanaraq bir neçə lider növünü göstərmək olar:
*aftoritar
(cazibədar) - biliyi, qabiliyyəti, soyuqqanlılığı, təmkinli olması ilə
fərqlənir,problemlərin həllində analitik yanaşmaya üstünlük verir, bununla da tabeçilikdə olanların
rəğbətini qazanır və bu zaman təbii cazibədarlığı ilə ətrafdakıları ruhlandırır;
*manipulyator - sistemdaxili əməliyyatlarla məşğul olur, plandan kənara çıxmır, qrup üzvləri
tərəfindən “təcrübəli” kimi qəbul olunur;
*ruhlandırıcı-həm yaradıcı fantaziyaya malikdir, həm də tabeçilikdə olanlara qayğı ilə yanaşır;
Həyata keçirdiyi işlərin üstünlüyünə görə isə liderlər bir-birindən fərqlənirlər, məsələn:
-yaradıcı lider;
-təşkilatçı lider;
-mübariz lider;
-diplomat lider.
Psixoanalitiklərə görə isə liderləri aşağıdakı növlərə ayırmaq olar:
1. Patriarxal hökmdar (ciddi, lakin sevimli ata) – insanlar tərəfindən sevildiyinə və hörmət
olunduğuna görə seçilən;
2. Rəhbər (qrup standartlarını qoruyub saxlayan) – çoxları ona oxşamağa çalışır;
3. Tiran (Ətrafdakıları qorxu və tabeçiliklə idarə edib saxlayır) – qorxduqları üçün ona itaət
edirlər;
4. Təşkilatçı – (İnsanları bir araya gətitməyi bacarır) – ona həmişə hörmət olunur;
5. Şirnikdirici – (başqalarının zəif cəhətlərindən istifadə etməyi bacarır) – ətrafındakılara sərf
etdiyi üçün onun çatışmazlıqlarına göz yumurlar;
6. Qəhrəman – başqalarının mənafeyinə görə özünü qurban verir;
7. Pis nümunə;
Son illər dünyanın hər yerində demokratik normaların möhkəmlənməsi göstərir ki,bütün
sahələrdə rəhbərin tabeçilikdə olanlara təsiredici rolu böyükdür. Bunula əlaqədar aparılmış psixoloji
tədqiqatlar göstərmışdir ki, rəhbərin fərdi xüsusiyyətləri xüsusi keyfiyyətlərə malik olmalıdır. Bu
keyfiyyətləri aşagıda göstərildiyi kimi qruplaşdırmaq olar :
- inandırma bacarığı, xeyirxahlıq, riskə hazır olma ;
- vicdanlılıq, ədalətlilik, səmimilik ;
- tabeliyində olanlarla sərbəst ünsiyyət, qarşılıqlı anlaşma və könüllü tabeçilik prinsiplərinə
əsaslanmaq, təşəbbüsü qiymətləndirmə ;
- soyuqqanlılıq ;
- cəsurluq, iradəlilik, dəyanətlilik ;
- susma və distansiya saxlama bacarığı ;
Təşkilatın müvəffəqiyyətli fəaliyyəti və inkişafı üçün ən optimal variant həmin təşkilatı
rəhbər – liderin idarə etməsidir.
Dostları ilə paylaş: |