Ür?k ?m?liyyatisonrasi h?yatiniz



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#1525
1   ...   4   5   6   7   8   9   10   11   12
a.

 

Əyləşmə və yatma forması                                                       

 



Oturduğunuz yerdən qalxarkən əllərinizdə yük olmasın. Önə doğru bir qədər 

əyilərək, ayaqlarınızın üzərində dikəlin. 

 

Oturacaqlara oturmaq üçün önə doğru əyilməkdə ayaqlarınızdan istifadə edin. Daha 



sonra geriyə doğru getmək üçün qollarınızdan deyil, ayaqlarınızdan istifadə edin.

 



 

Yataqdan qalxarkən, bel üstündə yatarkən yatağın kənarına doğru çəkilin. Dizləri bir 

qədər  bükərək yan tərəfə doğru əyilin. Dirsəyinizi istifadə edərək bədəninizi yuxarı 

doğru çəkin. Yavaşca hər iki ayağı döşəməyə doğru sallayın. Baş dönməsinin 

qarşısını almaq üçün yatağın kənarında bir müddət oturun. Əllərinizi budlarınızın 

üzərinə qoyaraq, qalçadan önə doğru əyilin və bədəninizi ayaqlarınızla yuxarı doğru 

qaldırın.  

 



Ayaqlarınızı uzun müddət sallayaraq oturmayın. Oturarkən ayaqlarınızı əzəcək 

şəkildə ayaq ayaq üstünə qoymayın və ayaqlarınızın altına dəstək qoyun. 

 

Oturmalar arasında otaq daxilində azacıq gəzinin. 



 

Əməliyyatdan 10 gün sonra kürək üstündə düz halda yata bilərsiniz. Ən az 8 həftə 



boyunca sağ ya da sol tərəf üstə yatmayın.    

 

                                                                    




 

Ürək əməliyyatı sonrası həyatınız 

 

 



 

 

b.



 

Gəzinti 


Gəzinti və idman etmək əzələlərinizin əvvəlki gücünü təkrar qazanmasını və əhval-

ruhiyyənizin yüksək olmasını təmin edəcəkdir. Gəzinti zamanı diqqət etməniz 

gərəkənlər aşağıdakılardır: 

 



Gündə 4-6 dəfə olmaqla gəzintinizi başlaya bilərsiniz. Hər bir gəzintinizdə 5-6 

dəqiqəyə qədər gəzin. 

 

Gəzinti zamanı düz yolu seçin. Yorulduğunuzda dayanıb istirahət edin. 



 

Hava çox isti ya da çox soyuq olduğu zaman evin içində gəzinti edin.  



 

Gəzinti müddətində sıxmayan paltarlar və ayaqqabılar geyinin.  



 

İlk həftədən sonra hər həftə gəzintilərinizin hər birinə 2-3 dəqiqə əlavə edin. 



Dəqiqələri artırdıqca, gün ərzindəki sayını da azaldaraq gündə 1 dəfə 25-30 

dəqiqəlik gəzintilərə artırın.  

 

Həftədə ən az beş gün gəzin. 



 

Yeməkdən ən az 2 saat keçdikdən sonra ya da yeməkdən öncə gəzin. 



 

Şəkərli diabet xəstəliyiniz varsa ac qarına ümumiyyətlə gəzinti etməyin. Bu hal qan 



şəkərinizin düşməsinə səbəb ola bilər. Yemək yedikdən 1 saat sonra gəzintiyə çıxın. 

Əgər qan şəkərinizi ölçmə imkanınız varsa mütləq ölçün.              

 

Gəzinti sonrası mütləq dincəlin və kifayət qədər maye qəbul edin. 



 

 

 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin