HƏRƏKƏT ZAMANI DİQQƏT EDƏCƏKLƏRİNİZ
Əməliyyat zamanı döş sümüyünüz kəsilmişsə, sümüyün əvvəlki bütünlüyünün
bərpası təxminən 8 həftə müddətində baş verir. Sümüyünüzün bitişməsi üçün səhv
hərəkət etməməlisiniz. Diqqət edəcəyiniz hallar bunlardır:
Döş sümüyünüzün tam bitişməsinə qədər bədənin yuxarı hissəsinin bükülməsi ağrılı
ola bilər. Bu səbəbdən bütün bədəninizlə hərəkət edin.
Çiyin səviyyəsində yuxarıda olan yerlərə çata bilmək üçün yaxınınızda olan bir
şəxsdən kömək istəyin.
3-4 kq ya da daha ağır əşyaları qaldırmanız lazım olanda bir başqasından yardım
istəyin.
Döşəmə üzərindəki əşyaları qaldırmaq üçün bir başqasından kömək istəyin.
Əməliyyatdan sonra ilk bir neçə həftə qollarınızı və bədəninizin yuxarı hissəsini
yorucu məşğuliyyətlərdən azad edin (süpürmə, silmə, ağır əşya qaldırma)
Əməliyyatdan sonra yüngül məşğuliyyətlər edə bilərsiniz (kiçik bitkiləri sulama,
asan yeməkləri hazırlama, süfrə bəzəmə)
Dostları ilə paylaş: |