Ürək əməliyyatı sonrası həyatınız
3
Ürək əməliyyatından sonra həyat və diqqət edilməsi lazım olanlar
Bu kitabça, ürək əməliyyatı sonrası xəstə və ailəsinin suallarına cavab almaq üçün
hazırlanmışdır. Buradakı məlumatlar, bir çox xəstələrə uyğun olacaq şəkildə hazırlanmış
olmaqla bərabər, öz həkiminizin məsləhətləri ilə fərqlilik göstərə bilər. Buradakı ümumi
məlumatlar, sizin vəziyətinizi bilən və yaxından izləyən həkiminizin məsləhətlərinin yerini
tuta
bilməz.
Hər xəstə tətbiq olunan cərrahi müdaxiləyə fərqli cavab verir. Eyni zamanda sağalma
müddəti də fərqlidir. Bu baxımdan hər xəstə “fərdi”dir. Ürək əməliyyatları da
bir-birilərinə
oxşamaqla yanaşı (Aorta koronar şuntlama, qapaq təmiri və ya dəyişdirilməsi, aorta
damarında olan əməliyyatlar) vacib fərqliliklərə də malik ola bilərlər. Bütün bunlara
baxmayaraq bəzi ümumiləşdirmələr edilə bilər.
Dostları ilə paylaş: