SAĞLAM QİDALANMA
a.
Ürək damar sağlamlığınızı qorumaq üçün az yağlı, az xolesterinli qidalanma və pəhriz
məsləhətləri
Gün ərzində az yağlı-qaymaqsız süd və ya qatıq (2-3 stəkan) və az yağlı ağ pendir (1
kibrit qutusu qədər), həftədə 2-3 gün qırmızı ət; 2 yumurta böyüklüyü qədər dana,
inək əti (yağsız) və həftədə 4-5 gün ağ ət; 4-5 yumurta böyüklüyü qədər toyuq, balıq,
hind toyuğu əti (həftədə ən az 1-2 gün balıq əti) istifadə edin.
Duru yağlardan zeytun yağı və ya fındıq yağı, qarğıdalı və ya soya ya da günəbaxan
yağına üstünlük verin.
Gündə ən az 2-4 dəfə bişmiş göyərti yeməyi və çiy göyərtilərdən yağ əlavə etmədən
məhdudiyyətsiz və bol miqdarda istifadə edin.
Yeməklərdə tam buğdalı, taxıllı, kəpəkli və bənzər çörək növlərinə üstünlük verin.
Qabıqla yeyilə bilən meyvələri soymayın.
Həftədə 2-3 dəfə paxlalılar (lobya, noxud, mərcimək) yeyin.
Həftədə 1-3 dəfə 1 kibrit qutusu qədər ağ pendir və ya 1 küftə qədər ət əvəzinə 1 tam
yumurta (bişmiş/yağsız) yeyilə bilər.
Yeməklərinizi hazırlayarkən sobada, tavada yağsız bişirin.
Dostları ilə paylaş: |