532) Böyrəyin qapalı travması zamanı böyrəklərdə nə baş verir?
A) Sidik axarının kəskin obturasiyası
B) Ağır hipertonik kriz
C) Qarnın ön divarı və diafraqma əzələlərinin qəflətən yığılması
D) Böyrək venasının kəskin trombozu
E) Böyrək və ətraf toxumaların kəskin silkələnməsi
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
533) Böyrəyin qapalı travmasında təcili cərrahi müalicə nə zaman göstərişdir?
A) Piuriya zamanı
B) Anemiya zamanı
C) Yüksək hərarət zamanı
D) Mikroqematuriya zamanı
E) Şok zamanı
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
534) Qarının və bel nahiyyəsinin birbaşa travmasında ən çox nə zədələnir?
A) Böyrəyin piyli fassiyası
B) Böyrək ləyəni
C) Sidik axarı
D) Böyrək
E) Böyrək damarları
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
535) Böyrəyin qapalı travması zamanı birinci gün qeyri- səciyyəvi əlamətlərə aşağıdakılardan hansı aiddir?
A) Mikrohematuriya
B) EÇS-in surətlənməsi
C) Böyrək nahiyəsində şişkinliyin artması
D) Makrohematuriya
E) Ağrı
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
536) Sidik axarının yatrogen zədələnməsi çox təsadüf olunur?
A) Yuxarı 1/3-də
B) Ləyən sidik axarı seqmentində
C) Hec birində
D) Aşağı 1/3-də
E) Orta 1/3-də
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
537) Bel nahiyəsinin travması zamanı ağrı və mikrohematuriyanın səbəbi nədir?
A) Böyrəküstü vəzin zədələnməsi
B) Böyrək ətrafı hematoma
C) Bütün sayılanlar
D) Sadalanlardan heç birisi
E) Böyrəyin silkələnməsi (əzilməsi)
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
538) Böyrəkətrafı urohematomanın diaqnostikasında nə kömək edir?
A) Böyrək və sidik yollarının ümumi uroqrammasında bel əzələlərinin konturunun itməsi
B) Zədələnmiş böyrək tərəfdə qarnın ön divarı və bel əzələlərinin gərginləşməsi
C) Bütün sayılan əlamətlər
D) Bel nahiyəsində bərk törəmənin palpasiyası
E) Böyrək nahiyəsində ağrı
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
539) Böyrək qırılmaları zamanı sadalananlardan biri müstəsna olmaqla aparıcı simptomlar bunlardır?
A) Anemiya
B) Kəskin ağrılar
C) Şok
D) Anuriya
E) Makrohematuriya laxtalarla
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
540) Sidik yollarının addi uroqrammasına görə böyrək zədələnməsinin xarakterik rentgenoloji əlamətlərinə sadalananlardan biri istisna olmaqla aşağıdakılar aiddir?
A) Bel əzəzələlərinin kölgəsinin kənarlarının itməsi
B) Heç biri
C) Böyrəyin dəqiq nefroqramması
D) Aerokaliya
E) Qabırğa və fəqərə sümüyü köndələn çıxıntısının sınığı
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
541) Böyrək travması zamanı ekskretor uroqrafiya sadalananladan hansını aşkar etmək üçün məqsədəuyğun deyil?
A) Böyrəklərin yanaşı olan xəstəliklərini müəyyən etmək
B) Kontralateral böyrənin vəziyyətin öyrənmək
C) Zədələnmiş böyrəyin fəaliyyətini təyin etmək
D) Böyrəkərtafı hematomanı müəyyən etmək
E) Sağlam böyrəyin fəaliyyətini müəyyən etmək
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
542) Böyrək zədələnməsində müayinə metodlarının içində ən çox informativ olanı hansıdır?
A) Xromosistoskopiya
B) Ekspektor uroqramma fonunda abdominal aortaqrafiya
C) Böyrək və sidik yollarının ümumi rentqenoqrafiyası
D) Retroqrad uretoropieloqrafiya
E) Ekskretor uroqrafiya
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
543) Xolstov əməliyyatına göstəriş hansıdır?
A) Uretranın prostatik hissəsinin strikturası
B) Membranoz hissənin 5mm ölçüdə strikturası
C) Arxa uretranın 2-3 sm uzunluğunda strikturası
D) Uretranın xarici strikturası
E) Urteranın çoxsaylı strikturası
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A., Urologiya 1989
544) Xəstə böyrək zədələnməsinə görə 5 günlük yataq rejimini gözləmiş və bu müddətdə sidiyin müayinəsi də normal olmuşdur. Yeriməyə başlayandan 1-1, 5 saat sonra sidikdə eritrositlər olarsa nə etmək lazımdır?
A) Əməliyyata göstərişdir
B) Yataq rejiminə riayət etmək,USM və müalicəyə əlavələr etmək
C) Əməliyyata göstərişdir və yataq rejiminə riayət etmək lazımdır
D) Böyrəyin ultrasəs müayinəsi tələb olunur
E) Müalicəyə əlavələr etmək
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
545) Böyrəyin ağır zədələnməsində kontrlateral böyrəyin fəaiyyətini yoxlamadan cərrahın əməliyyatın aparılmasının hüquq əhəmiyyəti necədir?
A) Nefroektoriya etmək hüququ yoxdur
B) Nefroektomiya etmək hüququ var
C) Əgər böyrək ətrafında hematoma yoxdursa ixtiyarı var
D) Əgər böyrək hərəkətlidirsə ixtiyarı var
E) Əgər böyrək adı ölçüdədirsə ixtiyarı var
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
546) Böyrək travmasında cərrahi müalicəyə göstəriş nədir?
A) Peritonarxası hematomanın artması ilə laxtalarla olan profuz hematuriya
B) Mikrohematuriya
C) Kontrlateral böyrənin normal funksiyası
D) Ekskretor uroqramma zamanı zədələnmiş böyrəkdə kontrast maddənin süzülməməsi
E) Makrohematuriya
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
547) Böyrək travmasında nefrektomiya göstərişdir?
A) Ahıl yaşlı şəxslərdə
B) Ağır şok keçirdən şəxslərdə
C) Hamısı
D) Böyük peritonarxası hematomada
E) Kontrlateral böyrənin fəaliyyəti normal olan və böyrək qırılması olan şəxslərdə
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
548) Böyrəyin сırılmasına görə aparılan rezeksiya əməliyyatı zamanı böyrəyin qan dövranı 30 - 40 dəqiqə saxlanılır.Bu hansı şərt daxilində mümkündür?
A) Hipotermiya şəraitində məqbuldur
B) Damarların perfuziyasında məqbuldur
C) Heç biri
D) Bütün sayılanlar ola bilər
E) Trental, venorutin, heparin, laziksin yeridilməsi zamanı məqbuldur
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
549) Kasacıq ləyən sisteminin pozulması ilə gedən böyrək travmalarında oqransaxlayıcı əməliyyat mütləq qurtarmalıdır?
A) Ləyəni drenaj etmədən
B) Sidik axarının intubasiyası ilə
C) Ləyənə həlqavari drenaj qoymaq
D) Pielostomiya ilə
E) Nefrostomiya ilə
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
550) Böyrək cırılmasına görə əməliyyatdan sonra daha çox məqsədə uyğundur?
A) Yaranın açıq aparılması
B) Yaranın 8 vari ipək sapla tikilməsi
C) Yaranın qapalı tikilməsi
D) Bel nahiyəsindəki yaraya ikincili tikiş
E) Peritonarxası sahəni drenaj etməklə yaranın qatbaqat tikilməsi
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
551) Böyrək travmasından sonraki arterial hipertenziyanın səbəbi nədir?
A) Böyrəkətrafı və subkapsuldar hematoma nəticəsində böyrək parenximasının sıxılması
B) Bu amillərdən heç birisi
C) Böyrək sinusunun toxumalarına daxil olmaqla böyrək qapısı nahiyəsində hematoma
D) Böyrək sinusunun toxumalarına daxil olmaqla böyrək qapısı nahiyəsində hematoma və böyrəyi qidalandıran damarların zədələnməsi
E) Böyrəyi qidalandıran damarların zədələnməsi
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A., Urologiya 1989
552) Böyrək travmasından sonra sadalananlardan biri istisna olmaqla bütün göstərilənlərin baş verməsi mümkündür?
A) İrinli pielonefritin
B) Nefrolitiazin
C) Şişlərin
D) Hidronefrozun
E) Böyrək büzüşməsi
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
553) Böyrəklərin subkapsulyar zədələnmələri üçün xarakter deyil?
A) Ağrı
B) Peritonarxası hematoma
C) Tez keçən şok
D) Hematuriya
E) Qənaətbəxş ümumi vəziyyət
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
554) Böyrək travmasından sonra sadalananlardan biri istisna olmaqla, kəskin pielonefritin inkişafı üçün bütün göstərilən əlamətlər mümkündür?
A) Heç biri
B) Uzunmüddətli yüksək hərarət
C) Anemiya
D) Piuriya
E) Titrətmələr
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
555) Böyrəyin açıq travmasından sonra sidik fistulası əmələ gəlib. Bu nə əlaqədardır?
A) Böyrəyin qabıq qatının zədələnməsi ilə
B) Böyrəyin fibroz kapsulasının zədələnməsi ilə
C) Böyrək damarlarının zədələnməsi ilə
D) Böyrək ləyənin zədələnməsi ilə
E) Böyrəyin beyin qatının zədələnməsi ilə
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
556) Xəstədə böyrəyin izolə olunmuş travmasından sonra hematuriya olmadan qan təzyiqinin kəskin düşməsi, anemiya müşahidə olunur. Bu hal nə ilə əlaqədardır?
A) Böyrəyin beyin qişası və ləyənin zədələnməsi ilə
B) Böyrəyin qabıq maddəsinin zədələnməsi ilə
C) Böyrəkətrafı toxumaların zədələnməsi ilə
D) Böyrəyin kapsulasının zədələnməsi ilə
E) Böyrəyin damarlarının zədələnməsi ilə
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
557) Böyrək travmasında orqan saxlayıcı əməliyyatlara nə göstəriş deyil?
A) Böyrəyin yuxarı qütbünün zədələnməsi
B) Böyrəyin aşağı qütbünün zədələnməsi
C) Böyrəyin subkansuldar cırılması
D) Böyrəyin orta seqmentinin zədələnməsi
E) Böyrəyin dağılması
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
558) Böyrəklərin açıq zədələnməsində urosepsis inkişaf edərsə müalicə belə aparılmalıdır?
A) Cərrahi- böyrəyin dekapsulyasiyası
B) Böyrək və peritoparxası sahənin drenac
C) Cərrahi - peritonarxası sahənin drenacı
D) Konservativ- dezintoksikasiyon və antibakterial
E) Cərrahi- nefrektomiya
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
559) Böyrəyin qapalı zərələnməsində ekspres diaqnostika üçün nə tətbiq edilir?
A) Böyrək və sidik yollarının adi rentqenoqrafiyası
B) Xromosistoskopiya
C) KT müayinəsi
D) Ekskretor uroqrafiya və ultrasonoqrafiya
E) Radioizoton renoqrafiya və qarın aortaqrafiyası
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
560) Mama - ginekoloji praktikada ən çox sidik axarları zədələnir?
A) Aşağı 1/3 – də
B) Sidik kisəsinin travması ilə birlikdə
C) Yuxarı 1/3 –də
D) Orta 1/3-də
E) Eyni zamanda hər 2 sidik axarları
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
561) Əməliyyat zamanı sidik axaranın bağlanmasına və ya zədələnməsinə şübhə olanda diaqnozu dəqiqləşdirmək üçün həyata keçirilir?
A) Böyrək və sidik yollarının adi rentgenoqramı
B) Ekskretor uroqrafiya
C) Böyrəklərin ultrasonoqrafiyası
D) Xromosistoskopiya və sidik axarının kateterizasiyı
E) Ekskretor uroqrafiya, xromosistoskopiya və sidik axarının kateterizasiyası
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
562) Əgər təsadüfən sidik axarına qoyulmuş liqatura əməliyyatdan bir neçə saat sonra çıxarılmışsa çapıqlı stenozun profilaktikası məqsədi ilə nə etmək lazımdır?
A) Nefroektomiya
B) Nefrostomiya
C) Pielostomiya
D) Heç nə etmək lazım deyil
E) Sidik axarının intubasiyası (stend)
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
563) Sidikliyin peritondaxili travmasında sidiklikdən kateter ilə alınmış mayenin tərkibində sadalananlardan nəyi müəyyən etmək lazımdır?
A) Qalıq azotu və ya sidik cövhərini
B) Eritrositləri
C) Silindirləri
D) Leykositləri
E) Zülalı
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
564) Sidikliyin yatrogen səbəbli zədələnmələri ola bilər:
A) Qarına zərbədən
B) Ginekoloji operasiyaların gedişində zədələnir
C) Sidikliyin kateterizasiyasında
D) Düzgün cavab yoxdur
E) Çanaq sümüklərinin sınığında
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
565) Sidikliyin peritondaxili zədələnmələri daha çox rast gəlir?
A) Prostat vəzi adenomasının transuretral rezeksiyasında sidikliyin perforasiyası
B) Doğuş travması
C) Çanaq sümüklərinin sınığı
D) Ginekoloji operasiyaların gedişində travma
E) Qarınının əzilməsi (dolu sidik kisəsi fonunda)
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
566) Sidikliyin peritondaxili travmasının əlamətləri aşağıdakılardır?
A) Qarının ön divarı əzələlərinin gərginliyi və qarının ön divarının toxumalarının şişkinliyi
B) Siyimənin və siyiməyə çağırışın uzun müddət olmaması və qarının ön divarının perkusiyasında qasıq üstü nahiyyədə timpanik səsin eşidilməsi
C) Siyimənin və siyiməyə çağırışın uzun müddət olmaması
D) Qarının ön divarının perkusiyasında qasıq üstü nahiyyədə timpanik səsin eşidilməsi
E) Qasıq üstündə tam dolmuş sidikliyin palpasiyası
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
567) Sidikliyin peritonxarici zədələnməsində vacib lazım olan rentgenoqrafik müayinə hansıdır?
A) Uretroqrafiya
B) Adi uroqrafiya
C) Sistoskopiya
D) Retroqrad uretrosistoqrafiya
E) Pnevmosistoqrafiya
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
568) Sidikliyin travmasına görə sistoqrafiya zamanı sidikliyə yeridilən kontrast maddənin miqdarı neçə ml.-dən artıq olmamalıdır?
A) 200-300 ml
B) 30-50 ml
C) 100-150 ml
D) 10-12 ml
E) 380-400 ml
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
569) Sidikliyin peritondaxili travmasında nəyi tətbiq etmək lazımdır?
A) Qarına buz qoymaq
B) Kiçik çanağın bağlıyıcı dəlikdən drenacı
C) Daimi kateter
D) Episistostomiya və laporotomiya
E) Antibakterial maddələr
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
570) Sidikliyin travması zamanı xəstələrin konservativ müalicəsi nə vaxt həyata keçirilir?
A) Sidikliyin peritonxarici hissəsinin 1-2 sm uzunluğunda cırılması olduqda
B) Sidikliyin peritondaxili hissəsinin 1-2 sm uzunluğunda cırılması olduqda
C) Peritoarxası toxumaların fleqmonası və sidikliyin natamam cırılması olduqda
D) Sidikliyin selikli qişasının cırılması olduqda
E) Periton arxası hematoma və sidikliyin natamam cırılması olduqda
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
571) Sidikliyin travmasında təcili cərrahi müalicəyə göstəriş nədir?
A) Sidikliyin kateterizasiyasında 1500 ml-ə qədər sidik xaric olarsa və kateterizasiyaya qədər qasıq üstü nahiyədə perkutor olaraq timpanik səs
B) Qarına zərbə vurduqdan sonra qarının yan hissələrində perkutor səsin kütləşməsi müəyyən edilir.
C) Bütün hallarda
D) Makrohematuriya, yalançı çağırışlar və həddindən artıq dolmuş sidiklik.
E) Çanaq sümüklərinin yerdəyişən sınıqları, normal siyimədə böyük peritonxarici hematoma və makrohematuriya
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
572) Sidik kisəsini dəlib keçməyən travmalar zamanı müalicə taktikası nədən ibarətdir?
A) Antibakterial müalicə
B) Hemostatik terapiya
C) Təcili əməliyyat
D) Sidik kisəsinin kateterizasiyası,antibakterial və hemostatik müalicə
E) Episistotomiya
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
573) Sidiklik travmasında istifadə olunan tikiş materialları hansılardır?
A) Dakron
B) Xromketqut
C) Ketqut
D) Kapron
E) İpək sap
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
574) Kiçik çanağın Buyalski-Mak-Uerter üsulu ilə drenaj olunmasına göstəriş nədir?
A) Sidikliyin qarındaxili travması və peritonarxası böyük hematoma
B) Sidiklik böynunun uretradan tam qırılması
C) Sidikliyin peritonxarici travması və paravezikal və çanaq toxumalarının irinləşməsi
D) Sidikliyin izolə olunmuş peritondaxili travması
E) Sidikliyin peritonxarici cırılması və böyük hematoma
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
575) Böyrək damarlarının zədələnməsində (qırılmasında) nə müşahidə olunmur?
A) Nəbzin pisləşməsi
B) Arterial təzyiqin düşməsi
C) Şok
D) Hematuriya
E) Anemiya
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
576) Böyrəklərin izolə olunmuş instrumental zədələnmələrinin əsas müalicəsi nədir?
A) Perkutan nefrostomiya tələb edir
B) Cərrahi
C) Konservativ
D) Heç biri
E) Müalicə tələb etmir
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
577) Uretranın dəlib keçən yarası hansılardır?
A) İnstrumental cırılma
B) Selikli qişa və mağaralı cismin cırılması
C) Selikli qişanın cırılması
D) Fibroz qişa və mağaralı cismin cırılması
E) Uretranın bütün qatlarının məhdud və ya total şəkildə cırılması
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
578) Uretranın dəlib keçməyən yarasına aiddir?
A) Heç biri
B) Sadalananlardan hər biri
C) Selikli qişanın cırılması
D) Uretranın bütün qişalarının cırılması
E) Uretranın bütün qişalarının məhdud bir hissədə cırılması
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
579) Sadalananlardan biri istisna olmaqla digərləri uretranın travmasının əsas simptomlarına aiddir?
A) Qasıqüsti və ya aralıq hematoması
B) Siymənin ləngiməsi
C) Tez-tez, ağrılı siyimə
D) Uretrargiya
E) Makrohematuriya
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
580) Uretranın sallanan və aralıq hissəsinin zədələnməsinə sadalananlardan biri istisna olmaqla bütün göstərilən simptomlar aiddir?
A) Çanağın hematoması
B) Uretroragiya
C) Başlancıq hematuriya
D) Uretranın fistulası
E) Aralığın şiş və hematoması, sidiyin ləngiməsi
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
581) Geniş hematoma hansı zədələnmə üçün xarakterikdir?
A) Uretranın aralıq hissəsi
B) Uretranın sallanan hissəsinin dəlib keçməyən zədələnməsi
C) Uretranın sallanan hissəsinin dəlib keçən zədəsi
D) Heç biri
E) Uretranın ön hissəsi
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
582) Uretranın travmasında diaqnostik kateterizasiya məqsədəuyğundur?
A) Ancaq metal kateterlə
B) Məqsədəuyğundur
C) Ancaq elastik kateterlə
D) Məqsədəuyğun deyil
E) Hökmən lazımdır
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
583) Uretranın travmasında əsas diaqnostik metod?
A) Bütün sadalanlar
B) Ekspretor uroqrafiya
C) Qalxan uretrosistoqrafiya
D) Enən sistouretroqrafiya
E) Pnevmosistoqrafiya
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
584) Uretranın travmasında uretroqrammada olan xarakterik əlamətlər?
A) Uretra-venoz reflyuks
B) Kontrast maddənin ətraf toxumalara axıntısı ilə ancaq uretranın kontrast maddə ilə dolması
C) Sidiklik dolmadan ancaq uretranın kontrast maddə ilə dolması
D) Kontrast maddənin ətraf toxumalara axıntısı
E) Kontrast maddənin ətraf toxumalara axıntısı olmadan uretranın sıxılması
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
585) Uretranın izolə olunmuş zədələnməsinin əsas müalicə üsulları?
A) Daimi kateterin qoyulması
B) Sistostomiya + urohematomanın aralıqdan drenajı və uretraya daimi kateterin qoyulması
C) Sistostomiya
D) Sistostomiya + kiçik çanağın drenacı
E) Sistostomiya+ urohematomanın aralıqdan drenajı
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
586) Uretranın daralmasının əsas səbəbləri?
A) Cərrahi əməliyyatın yubanması
B) Zədələnmiş uretra uclarının ayrılması və yarılmış urohematoma?
C) Çoxlu qanitirmə
D) Hematoma
E) Çanağın flebiti
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
587) Uretroragiya uretranın hansı hissəsinin travmasında təhlükəli xarakter daşıya bilər?
A) Uretranın mağaralı və prostat vəzi hissəsi
B) Uretranın selikli qişasının
C) Süngəri hissənin
D) Uretranın interstiyasının
E) Prostat vəzinin
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
Bölmə 9. Uroonkologiya
588) Böyrək parenximasının xoşxassəli epitel mənşəli şişlərinə aiddir?
A) Miksoma
B) Leyomioma
C) Fibroma
D) Angioma
E) Adenoma
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
589) Böyrək parenximasının bədxassəli epitel mənşəli şişlərinin düzgün adı nədir?
A) Hiperfroma
B) Hiperfroid xərçəng
C) Xırda hüceyrəli xərçəng
D) Böyrək xərçəngi
E) Böyrəyin adenoması
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
590) Şişin ilk əlaməti aşağıdakılardan hansı biri olduqda, böyrək xərçəngi olan xəstələrdə nefrektormiyadan sonra 5 illik sağalma daha çox müşahidə edilir?
A) Hematuriya
B) USM-də təsadüfən aşkar edilmə
C) Fəaliyyətsiz böyrək
D) Əllənən şiş
E) Temperatur
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
591) Böyrək parenximasının şişlərinə rast gəlinir?
A) Xəstəliyin rastgəlmə tezliyi eynidir
B) Kişilərdə qadınlara nisbətən 5 dəfə çox
C) Kişilərdə qadınlara nisbətən 2 dəfə çox
D) Qadınlarda kişilərə nisbətən 2 dəfə çox
E) Qadınlarda kişilərə nisbətən 5 dəfə çox
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
592) Böyrək parenximası şişlərinin ən çox yayılmış təsnifatı hansıdır?
A) N.A. Lopatkin və başqalarının (1972)
B) Floks və Kadeskinin (1956)
C) T.N.M Beynəlxalq xərçəng əleyhinə ittifaqın (2004)
D) S. Petkoviçin (1956)
E) S.P. Fedorovun (1923)
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
Dostları ilə paylaş: |