MƏNSUR
Fotolar Cənnətalı Çingizindir
Macarıstanın baş naziri Viktor Orbanın
rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda
səfərdə olub. Səfər zamanı iki dövlət arasında bir
sıra sahələrdə, həmçinin tibb və təhsil sahəsində
önəmli sənədlər imzalanıb.
İ
ldən-ilə beynəlxalq əlaqələrini gücləndirən
Azərbaycan Tibb Universiteti ilə Macarısta-
nın Semmelveis Universiteti arasında anlaş-
ma memorandumu imzalanıb. Saziş Macarıstan
nümayəndə heyətinin Azərbaycanın baş naziri
Artur Rasizadə ilə görüşü zamanı baş tutub.
Əvvəlcə Azərbaycanın və Macarıstanın Baş
nazirlərinin təkbətək görüşü olub. Sonra görüş
nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə
davam etdirilib. Azərbaycan tərəfindən görüşdə
Tibb Universitetinin rektor əvəzi Sabir Əliyev də
iştirak edib.
Artur Rasizadə Viktor Orbanı və başçılıq etdi-
yi nümayəndə heyətini ölkəmizdə görməkdən
məmnunluğunu bildirib. Azərbaycanın və Ma-
carıstanın dost dövlətlər olduğunu vurğulayan
A.Rasizadə ölkəmizin bütün sahələrdə Macarıstan
ilə əməkdaşlığa önəm verdiyini söyləyib.
Görüşdə Macarıstan nümayəndə heyətinə
Ermənistan-Azərbaycan,
Dağlıq
Qarabağ
münaqişəsi barədə də məlumat verən baş na-
zir deyib ki, təcavüzkar siyasətini davam etdirən
Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə
görə münaqişə indiyədək həll edilməyib. ATƏT-
in Minsk qrupunun problemin həlli ilə bağlı
vasitəçilik səyləri hələ də heç bir nəticə verməyib.
V. Orban ölkələrimiz arasında əməkdaşlıq
əlaqələrinin daha da inkişaf etdirilməsi üçün
böyük potensial imkanların olduğunu bildirib.
1990-cı illərin əvvəllərində Azərbaycanın çətin
vəziyyətlə üzləşdiyini xatırladığını deyən Maca-
rıstanın baş naziri bu gün ölkəmizdə sürətli inki-
şafın şahidi olduğunu vurğulayıb.
Görüşdə iqtisadi, investisiya yatırımı, nəqliyyat,
energetika, humanitar və digər sahələrdə
əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Sonra müxtəlif sahələri əhatə edən sənədlər
imzalanıb. “Macarıstanın Semmelveis Universiteti
ilə Azərbaycan Tibb Universiteti arasında Anlaş-
ma Memorandumu”nu Semmelveis Universitetinin
rektoru Aqostan Szel və Azərbaycan Tibb Univer-
sitetinin rektor əvəzi Sabir Əliyev imzalayıblar.
Anlaşma memorandumuna görə, iki universitet
tədris sahəsi, tələbə və rezidentlərin mübadiləsi,
təcrübə bölüşməsi üzrə geniş əməkdaşlıq
edəcəklər.
Dostları ilə paylaş: |