Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb


MÜLKİ MÜDAFİƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB



Yüklə 245,65 Kb.
səhifə11/24
tarix28.12.2021
ölçüsü245,65 Kb.
#14022
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
MÜLKİ MÜDAFİƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Bu  məqsədlə  martın  10-da 

Azərbaycan 

Tibb 


Universiteti-

nin    Tədris  Terapevtik  Klinikasın-

da  respublikanın  bütün  hemodializ 

mərkəzlərinin  və  Əziz  Əliyev  adı-

na  Azərbaycan  Dövlət  Həkimləri 

Təkmilləşdirmə  İnstitutunun  nefro-

logiya  kafedrasının  əməkdaşlarının, 

terapevtlər  və  transplantoloqla-

rın,  həmçinin  bu  sahə  ilə  maraq-

lanan  mütəxəssislərin  iştirakı  ilə 

elmi-praktiki  konfrans  keçirilib.                                       

Konfransı  giriş  sözü  ilə  açan  ATU-

nun  rektor  əvəzi,  professor  Sabir 

Əliyev bildirib ki, dünya səhiyyəsinin 

mühüm problemlərindən biri də xro-

niki  böyrək  xəstəliyidir:  “Təəssüf 

ki,  bu  xəstəlik  ölkəmizdə  də  geniş 

yayılıb.  2006-cı  ildən  başlayaraq 

Amerika  Nefroloji  Assosiasiyası  və 

Beynəlxalq  Böyrək  Fondunun  təklifi 

ilə hər il mart ayının ikinci 

həftəsinin dördüncü günü 

Dünya  Böyrək  Günü  kimi 

qeyd olunur. Bu xəstəliyin 

aradan 

qaldırılmasına, 

mövcud  sahədə  proble-

min  həllinə  hər  bir  icti-

mai  qrup  və  insan  qo-

şulmalıdır.  Yalnız  birgə 

əməkdaşlıq,  diqqət  və 

qayğı sayəsində xəstələrə 

yardım 

etmək 


olar.”                                                                                                                                   

O,  ölkəmizdə  bu  prob-

lemin  həlli  üçün  2006-

cı  ildə  Nazirlər  Kabineti 

tərəfindən xroniki böyrək 

xəstəliyinə  dair  Dövlət 

Proqramının  qəbul  olun-

duğunu,  bu  xəstəlikllə 

mübarizəyə  dövlətimizin 

və o cümlədən möhtərəm 

Prezidentin  xüsusi  diqqət  və  qayğı-

sını  vurğulayaraq,  son  illər  region-

larda açılan yeni dializ mərkəzlərinin 

əhalinin dövlət hesabına müalicə al-

masına imkan yaratdığını qeyd edib. 

Böyrək  transplantasiyasının  uğur-

la  həyata  keçirilməsindən  söhbət 

açan  S.Əliyev  bu  sahə  üzrə  baca-

rıqlı  mütəxəssislərin  hazırlanma-

sından  da  söhbət  açıb.    Sonra  aka-

demik  M.Cavadzadə  adına  Respub-

lika  Klinik  Uroloji  Xəstəxanasının 

hemodializ  şöbəsinin  müdiri  Fa-

riz  Babayev  “Azərbaycanda  böyrək 

əvəzedici  terapiyanın  2015-ci  il  re-

gistri”  mövzusunda  məruzə  ilə  çıxış 

edib.  O,  məlumat  verib  ki,  bu  gün 

Azərbaycanda  xroniki  böyrək  ça-

tışmazlığından  2842  nəfər  əziyyət 

çəkir. Dializ xəstələrinin 1138-i Bakı-

da, 1704-ü regionlarda müalicə alır-

lar. Onlar regionlarda yerləşən 26 və 

Bakıdakı  8  hemodializ  mərkəzində 

dövlət 


hesabına 

hemodializlə 

təmin  olunublar.  O  deyib:  “Hazırda 

xəstələrə  3  növbəli  əsasda  534  he-

modializ aparat fəaliyyət göstərir. Bir 

aparat gün ərzində  6 xəstəyə xidmət 

edir ki, bu da 3 mindən artıq xəstəyə 

xidmət  deməkdir.  Bu  səbəbdən 

ölkəmizdə  hemodializ  növbəsi  yox-

dur.  Ümumiyyətlə,  xroniki  böyrək 

çatışmazlığı  uzun  sürən  böyrək 

xəstəliyi  nəticəsində  əmələ  gəlir.  Bu 

tendensiyaya  həm  dünyada,  həm  də 

ölkəmizdə rast gəlinir. Azərbaycanda 

hemodializ  qəbul  edən  xəstələrin 

əksəriyyətində  böyrək  xəstəliyinə 

səbəb əsasən şəkərli diabetdir”.                                  

Şöbə  müdiri  çıxışında  böyrək  ça-

tışmazlığı  xəstəliyinin  müalicəsində 

mövcud  problemlərdən  də  danı-

şıb.  Deyib  ki,  bu  sahədə  ən  böyük 

problemlərdən  biri  kadr  çatışmaz-

lığıdır.  Hazırda  dializ  müalicəsi  ilə 

məşğul olan 171 həkim vardır ki, bu 

da yetərincə deyil. Dializ müalicəsi ilə 

məşğul olan orta tibb işçilərinin sayı 

isə 408 nəfərdir.

F.Babayev  əlavə  olaraq  onu  da 

qeyd  edib  ki,  ölkəmizdə  1971-ci 

ildə  keçirilən  böyrək  köçürülməsi 

əməliyyatları  hazırda  bərpa  olu-

nub. Ölkə üzrə indiyədək 611 böyrək 

transplantasiyası  əməliyyatı  aparılıb. 

Ötən il isə 93 xəstəyə böyrək köçü-

rülüb. Bunun 81-i Mərkəzi 

Neftçilər  Xəstəxanasının 

payına  düşür.  Konf rans-

da  həmçinin  “Uşaqlarda 

sidik  yolları  infeksiyası-

nın  müasir  müalicə  tak-

tikası”,  “Böyrək  əvəzedici 

terapiya  alan  xəstələrdə 

arterial 

hipertenziyanın 

müalicəsi”,  “Renal  ane-

miya  müalicəsinə  müasir 

baxış”,  “XBÇ-dən  əziyyət 

çəkən  pasiyentlərdə  HCV-

nin  müalicə  prinsipləri”, 

“Periton  dializinin  BXX-

nin  müalicəsində  yeri  və 

perspektivləri”    mövzu-

larında  elmi  məruzələr 

dinlənilib.




Yüklə 245,65 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin