Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb



Yüklə 245,65 Kb.
səhifə14/24
tarix28.12.2021
ölçüsü245,65 Kb.
#14022
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Bəs hazırda kafedrada 

ümumi vəziyyət necədir? 

Kadr hazırlığı, elmi və tədris 

işləri necə təşkil olunur? 

Son dövrlər kafedrada apa-

rılan  yeniliklərlə  bağlı  su-

allarımıza  kafedranın  mü-

diri,  professor  İsfəndiyar 

İsmayılov  ətraflı  cavab  ve-

rib.  Onun  “Təbib”ə  verdiyi 

açıqlamaya  görə,  hazırda  I 

daxili  xəstəliklər  və  reani-

matologiya kafedrasında 36 

əməkdaş  çalışır.  Bunlardan 

3-ü t.e.d, professor, 9-u tibb 

üzrə  fəlsəfə  doktoru,  do-

sent, 14-ü assistentdir: “Elmi 

işlərə gəlincə, bu illər ərzində 

kafedrada  8  doktorluq  və 

40-dan çox namizədlik dis-

sertasiyası  yerinə  yetirilib. 

1300-dən çox elmi məqalə, 

20-dən  çox  dərslik  və  dərs 

vəsaiti,  90-dan  çox  tədris-

metodik  işləmələr  işıq  üzü 

görübdür.  Kafedranın  elmi 

istiqamətlərini  ürəyin  koro-

nar xəstəliyin diaqnostikası, 

profilkatikası və müalicəsinin 

səmərələşdirilməsi, 

böh-


ranlı  vəziyyətlərdə  inten-

siv  müalicənin  təkmil-

ləşdirilməsi  təşkil  edir.”                                                                            

Tədrisin  yüksək  səviyyədə 

aparıldığını  qeyd  edən  ka-

fedra  müdiri  I  müalicə  işi 

fakültəsinin  IV-VI  və  Hərbi-

tibbi  fakültəsinin    IV  kurs-

larında  daxili  xəstəliklər 

və  peşə  xəstəlikləri,  I  və  II 

müalicə  işi  fakültələrinin  V 

və VI, Hərbi-tibbi fakültənin 

V və Hərbi Tibbi Məktəbin II 

kurslarında  reanimatologiya 

fənlərinin tədris olunduğunu 

bildirdi.  

Əlavə  olaraq  onu  da  qeyd 

etdi  ki,  kafedrada  savadlı 

və  təcrübəli  kadr  hazırlığı-

na ciddi diqqət və yetərincə 

qayğı  var:  “Kafedranın 

əməkdaşları yüksək ixtisaslı 

mütəxəssislər  kimi  kafed-

ranın  kliniki  bazalarında 

-  Tədris  Terapevtik,  Tədris 

Cərrahiyyə klinikalarında və 

I saylı Şəhər Xəstəxanasında 

müalicə  işlərinə  rəhbərlik 

edir  və  Bakı  şəhərinin 

digər    tibb  müəssisələrində 

məsləhətlər  aparır,  müalicə 

işlərində  yardım  göstərirlər. 

O cümlədən, son dövrlər ka-

fedranın  bazaları  olan  kar-

diologiya,  reanimasiya  və 

intensiv terapiya şöbələrində 

kardioloji  və  reanimato-

loji    yardım    kifayət    qədər 

yüksək    səviyyədə    təşkil 

olunub, kafedranın kadr po-

tensialı  xeyli  güclənibdir” 

–  deyən  İ.İsmayılov  bunun 

həm tədrisin, həm də elmi-

tədqiqat  işlərinin  daha  yeni 

və    yüksək  pilləsini  əldə 

etməyə  imkan  verdiyini  də 

diqqətimizə çatdırdı.


Yüklə 245,65 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin