MƏNSUR
Fotolar Cənnətalı Çingizindir
Macarıstanın baş naziri Viktor Orbanın
rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda
səfərdə olub. Səfər zamanı iki dövlət arasında bir
sıra sahələrdə, həmçinin tibb və təhsil sahəsində
önəmli sənədlər imzalanıb.
İ
ldən-ilə beynəlxalq əlaqələrini gücləndirən
Azərbaycan Tibb Universiteti ilə Macarısta-
nın Semmelveis Universiteti arasında anlaş-
ma memorandumu imzalanıb. Saziş Macarıstan
nümayəndə heyətinin Azərbaycanın baş naziri
Artur Rasizadə ilə görüşü zamanı baş tutub.
Əvvəlcə Azərbaycanın və Macarıstanın Baş
nazirlərinin təkbətək görüşü olub. Sonra görüş
nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə
davam etdirilib. Azərbaycan tərəfindən görüşdə
Tibb Universitetinin rektor əvəzi Sabir Əliyev də
iştirak edib.
Artur Rasizadə Viktor Orbanı və başçılıq etdi-
yi nümayəndə heyətini ölkəmizdə görməkdən
məmnunluğunu bildirib. Azərbaycanın və Ma-
carıstanın dost dövlətlər olduğunu vurğulayan
A.Rasizadə ölkəmizin bütün sahələrdə Macarıstan
ilə əməkdaşlığa önəm verdiyini söyləyib.
Görüşdə Macarıstan nümayəndə heyətinə
Ermənistan-Azərbaycan,
Dağlıq
Qarabağ
münaqişəsi barədə də məlumat verən baş na-
zir deyib ki, təcavüzkar siyasətini davam etdirən
Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə
görə münaqişə indiyədək həll edilməyib. ATƏT-
in Minsk qrupunun problemin həlli ilə bağlı
vasitəçilik səyləri hələ də heç bir nəticə verməyib.
V. Orban ölkələrimiz arasında əməkdaşlıq
əlaqələrinin daha da inkişaf etdirilməsi üçün
böyük potensial imkanların olduğunu bildirib.
1990-cı illərin əvvəllərində Azərbaycanın çətin
vəziyyətlə üzləşdiyini xatırladığını deyən Maca-
rıstanın baş naziri bu gün ölkəmizdə sürətli inki-
şafın şahidi olduğunu vurğulayıb.
Görüşdə iqtisadi, investisiya yatırımı, nəqliyyat,
energetika, humanitar və digər sahələrdə
əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Sonra müxtəlif sahələri əhatə edən sənədlər
imzalanıb. “Macarıstanın Semmelveis Universiteti
ilə Azərbaycan Tibb Universiteti arasında Anlaş-
ma Memorandumu”nu Semmelveis Universitetinin
rektoru Aqostan Szel və Azərbaycan Tibb Univer-
sitetinin rektor əvəzi Sabir Əliyev imzalayıblar.
Anlaşma memorandumuna görə, iki universitet
tədris sahəsi, tələbə və rezidentlərin mübadiləsi,
təcrübə bölüşməsi üzrə geniş əməkdaşlıq
edəcəklər.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları tütünlə
mübarizəyə dair beynəlxalq seminarda iştirak edib
Moskvada tütünlə mübarizədə KİV-lərin
potensialının gücləndirilməsi üzrə keçirilən
beynəlxalq seminarda Azərbaycanın Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin (İSİM) əməkdaşları Tofiq Mu-
sayev, Aytən Məmmədova və Ayla Ələsgərova
təmsil ediblər.
Dünya Səhiyyə Təşkilatının Avropa Regional Ofi-
sinin təşkilatçılığı ilə keçirilən seminarın məqsədi
tütün əleyhinə mübarizə sahəsində ən son elmi
nailiyyətlərin və yeniliklərin təqdim edilməsi,
ölkələrdə bu sahədə uğurla həyata keçirilən
fəaliyyət və strategiyalar barədə məlumatların
verilməsi olub. Seminarda çıxış edənlər son on
ildə tütün əleyhinə mübarizədə effektiv siyasətin
əsas komponentlərinə və onların icrasına, eləcə
də təhlükəsizlik strategiyalarına diqqət yetiriblər.
Həmçinin tütünlə mübarizədə iştirakçı ölkələr ara-
sında əldə olunmuş uğurlardan, tütünçəkmənin
qadağan olunmadığı ictimai yerlərin sayının ildən-
ilə azalmasından, tütün məhsullarının qablaşdırıl-
masında istifadə olunan şəkilli xəbərdarlıq üsulla-
rından söhbət açılıb.
İSİM-in əhalinin sağlamlığı şöbəsinin müdiri To-
fiq Musayev Azərbaycanda tütünçəkmə nəticəsində
yaranan qeyri-infeksion xəstəliklərin azaldılması
sahəsində görülən işlərdən danışıb. Məlumat ve-
rilib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklər
üzrə mübarizə səhiyyə sisteminin və ümumiyyətlə
dövlətin prioritet vəzifələrindən biridir. Hələ 2012-
ci ildə qəbul edilən “Azərbaycan-2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında qeyri-infeksion
xəstəliklərə qarşı mübarizəyə dair strategiyanın
hazırlanması işinə başlanılıb. 2015-ci il dekab-
rın 23-də Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Res-
publikasında qeyri-infeksion xəstəliklərə qar-
şı mübarizəyə dair 2015-2020-ci illər üzrə
Strategiya”nın əsas məqsədi ölkəmizdə həyata
keçirilən birgə və inteqrasiya olunmuş tədbirlər
vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılması-
na, o cümlədən qeyri-infeksion xəstəliklərlə bağlı
vaxtından əvvəl ölüm hallarının əhəmiyyətli azaldıl-
masına nail olmaqdır.
Şöbə müdiri bildirib ki, strategiyanın vəzifələri bu
xəstəliklərlə mübarizə üzrə səmərəli sahələrarası
əməkdaşlıq mexanizminin yaradılması, qeyri-
infeksion xəstəliklərin risk faktorlarından olan
tütündən istifadəni azaltmaq sahəsində işlərin apa-
rılmasıdır. Əhalinin maarifləndirilməsi məqsədilə
yenilik olaraq İSİM tərəfindən “Hər günün tütün-
süz olsun!” aksiyasına həsr olunmuş www.nosmo-
ke.az saytı yaradılıb, eləcə də tütünlə mübarizəyə
aid həm əhali, həm də mütəxəssislər üçün faydalı
məlumatları özündə cəmləşdirən www.tobacco-
control.az elektron portalı istifadəyə verilib.
Macarıstanın Semmelveis Universiteti
ilə anlaşma memorandumu imzalanıb
İmtahan
sessiyasının
yekunları müzakirə
olundu
ATU-nun mətbuat xidməti
15 mart 2016-cı il
http://www.amu.edu.az
5
1 MART ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜDÜR
u Hər il olduğu kimi, bu il
də martın 1-i Mülki Müdafiə
gününə həsr olunmuş tədbir
keçirilmişdir.
ATU-nun MMTX təşkili kur-
sunun növbəti dəfə keçirdiyi
1 mart – Ümumdünya Mülki
Müdafiə Gününün
mövzusu
«Mülki müdafiə və yeni in-
formasiya texnologiyaları»
seçilmişdir.
MMTX təşkili kursu-
nun müdiri – hərbiləşdirilmiş
MM qüvvələrinin ümumi koman-
diri Aqil Musayev çıxış edərək
“1 mart – Ümumdünya Mülki
Müdafiə Günüdür”, «Mülki müdafiə
və yeni informasiya texnologiyala-
rı» mövzusunda məruzə etmişdir.
Məruzəçinin çıxışında Beynəlxalq
Mülki Müdafiə Təşkilatının yaranma
tarixi və fəaliyyəti istiqamətləri, 1
mart– Ümumdünya Mülki Müdafiə
Günü və onun qeyd edilməsinin
məqsədi, Azərbaycan Respubli-
kasının Beynəlxalq Mülki Müdafiə
Təşkilatına üzvlüyü, Azərbaycan
Respublikasının Mülki Müdafiə
sistemi, eləcə də mülki müdafiə
təbliğatı və əhalinin fəlakət riskinin
qarşısının alınmasına necə hazırlan-
ması barədə ətraflı məlumat veril-
mişdir.
Bildirilmişdir ki, BMT-nin Baş
Məçlisinin qərarı ilə 1972-ci
ildən etibarən hər il 1 Mart bü-
tün ölkələrdə Ümümdünya Mülki
Müdafiə günü kimi qeyd olunur.
Ulu öndərimiz Heydər Əliyev
hakimiyyətə
qayıtdıqdan
sonra onun təşəbbüsü ilə
1993-cü ilin oktyabr ayın-
dan Azərbaycan Respublika-
sı Beynəlxalq Mülki Müdafiə
Təşkilatının üzvlüyünə qəbul
olunmuş və onun keçirdiyi
bütün tədbirlərdə fəal işti-
rak edir. Bu sahədə dövlətin
siyasətini Fövqəladə Hallar
Nazirliyi layiqincə həyata ke-
çirir.
Tədbirdə Nəsimi rayon Fövqəladə
Hallar və Mülki Müdafiə şöbəsinin
rəisi, mayor Musa Məhərrəmov və
ATU-nun Mülki Müdafiə Qərargah
rəisi Firdovsi Məmmədov iştirak
etmişlər.
MÜLKİ MÜDAFİƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Bu məqsədlə martın 10-da
Azərbaycan
Tibb
Universiteti-
nin Tədris Terapevtik Klinikasın-
da respublikanın bütün hemodializ
mərkəzlərinin və Əziz Əliyev adı-
na Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun nefro-
logiya kafedrasının əməkdaşlarının,
terapevtlər və transplantoloqla-
rın, həmçinin bu sahə ilə maraq-
lanan mütəxəssislərin iştirakı ilə
elmi-praktiki konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan ATU-
nun rektor əvəzi, professor Sabir
Əliyev bildirib ki, dünya səhiyyəsinin
mühüm problemlərindən biri də xro-
niki böyrək xəstəliyidir: “Təəssüf
ki, bu xəstəlik ölkəmizdə də geniş
yayılıb. 2006-cı ildən başlayaraq
Amerika Nefroloji Assosiasiyası və
Beynəlxalq Böyrək Fondunun təklifi
ilə hər il mart ayının ikinci
həftəsinin dördüncü günü
Dünya Böyrək Günü kimi
qeyd olunur. Bu xəstəliyin
aradan
qaldırılmasına,
mövcud sahədə proble-
min həllinə hər bir icti-
mai qrup və insan qo-
şulmalıdır. Yalnız birgə
əməkdaşlıq, diqqət və
qayğı sayəsində xəstələrə
yardım
etmək
olar.”
O, ölkəmizdə bu prob-
lemin həlli üçün 2006-
cı ildə Nazirlər Kabineti
tərəfindən xroniki böyrək
xəstəliyinə dair Dövlət
Proqramının qəbul olun-
duğunu, bu xəstəlikllə
mübarizəyə dövlətimizin
və o cümlədən möhtərəm
Prezidentin xüsusi diqqət və qayğı-
sını vurğulayaraq, son illər region-
larda açılan yeni dializ mərkəzlərinin
əhalinin dövlət hesabına müalicə al-
masına imkan yaratdığını qeyd edib.
Böyrək transplantasiyasının uğur-
la həyata keçirilməsindən söhbət
açan S.Əliyev bu sahə üzrə baca-
rıqlı mütəxəssislərin hazırlanma-
sından da söhbət açıb. Sonra aka-
demik M.Cavadzadə adına Respub-
lika Klinik Uroloji Xəstəxanasının
hemodializ şöbəsinin müdiri Fa-
riz Babayev “Azərbaycanda böyrək
əvəzedici terapiyanın 2015-ci il re-
gistri” mövzusunda məruzə ilə çıxış
edib. O, məlumat verib ki, bu gün
Azərbaycanda xroniki böyrək ça-
tışmazlığından 2842 nəfər əziyyət
çəkir. Dializ xəstələrinin 1138-i Bakı-
da, 1704-ü regionlarda müalicə alır-
lar. Onlar regionlarda yerləşən 26 və
Bakıdakı 8 hemodializ mərkəzində
dövlət
hesabına
hemodializlə
təmin olunublar. O deyib: “Hazırda
xəstələrə 3 növbəli əsasda 534 he-
modializ aparat fəaliyyət göstərir. Bir
aparat gün ərzində 6 xəstəyə xidmət
edir ki, bu da 3 mindən artıq xəstəyə
xidmət deməkdir. Bu səbəbdən
ölkəmizdə hemodializ növbəsi yox-
dur. Ümumiyyətlə, xroniki böyrək
çatışmazlığı uzun sürən böyrək
xəstəliyi nəticəsində əmələ gəlir. Bu
tendensiyaya həm dünyada, həm də
ölkəmizdə rast gəlinir. Azərbaycanda
hemodializ qəbul edən xəstələrin
əksəriyyətində böyrək xəstəliyinə
səbəb əsasən şəkərli diabetdir”.
Şöbə müdiri çıxışında böyrək ça-
tışmazlığı xəstəliyinin müalicəsində
mövcud problemlərdən də danı-
şıb. Deyib ki, bu sahədə ən böyük
problemlərdən biri kadr çatışmaz-
lığıdır. Hazırda dializ müalicəsi ilə
məşğul olan 171 həkim vardır ki, bu
da yetərincə deyil. Dializ müalicəsi ilə
məşğul olan orta tibb işçilərinin sayı
isə 408 nəfərdir.
F.Babayev əlavə olaraq onu da
qeyd edib ki, ölkəmizdə 1971-ci
ildə keçirilən böyrək köçürülməsi
əməliyyatları hazırda bərpa olu-
nub. Ölkə üzrə indiyədək 611 böyrək
transplantasiyası əməliyyatı aparılıb.
Ötən il isə 93 xəstəyə böyrək köçü-
rülüb. Bunun 81-i Mərkəzi
Neftçilər Xəstəxanasının
payına düşür. Konf rans-
da həmçinin “Uşaqlarda
sidik yolları infeksiyası-
nın müasir müalicə tak-
tikası”, “Böyrək əvəzedici
terapiya alan xəstələrdə
arterial
hipertenziyanın
müalicəsi”, “Renal ane-
miya müalicəsinə müasir
baxış”, “XBÇ-dən əziyyət
çəkən pasiyentlərdə HCV-
nin müalicə prinsipləri”,
“Periton dializinin BXX-
nin müalicəsində yeri və
perspektivləri” mövzu-
larında elmi məruzələr
dinlənilib.
Q.ABDULLAYEV
ÜMUMDÜNYA BÖYRƏK
GÜNÜ QEYD OLUNDU
ÜMUMDÜNYA BÖYRƏK
GÜNÜ QEYD OLUNDU
D
ünya əhalisinin təxminən
10 faizi xroniki böyrək
xəstəliklərindən əziyyət çəkir
və hər il milyonlarla insan bu
xəstəliklərin fəsadlarından tələf
olur. Dünya Böyrək Gününün
keçirilməsində məqsəd
anadangəlmə və sonradan
qazanılmış böyrək xəstəliklərinin
profilaktikası və vaxtında
düzgün müalicəsinə diqqəti
artırmaq, həmçinin xroniki
böyrək çatışmazlığı yarada
bilən digər xəstəliklərin (şəkərli
diabet, arterial hipertenziya
və s.) müalicəsi ilə məşğul olan
mütəxəssislərlə birgə əməkdaşlığı
daha da inkişaf etdirmək,
əhali arasında təbliğat işlərini
gücləndirməkdən ibarətdir.
http://www.amu.edu.az
15 mart 2016-cı il
6
u
Azərbaycan Tibb Univer-
siteti yarandığı 1930-cu ildən
bu günədək mənalı, olduqca
keşməkeşli bir yol keçib. Uni-
versitet o vaxtdan indiyədək
həkimlik peşəsini yüksək tutan,
Hippokrat Andına sadiq qa-
lan və bu peşənin şərəfini istər
ölkəmizdə, istərsə də ölkənin hü-
dudlarından kənarda qorumağa
müvəffəq olan həkimlər ordusu-
nun yetişməsinə öz töhfələrini
verə bilib. Savadlı kadrların
yetişməsi və formalaşmasın-
da isə kafedraların rolu danıl-
mazdır. Hazırda universitetdə
70-dən çox kafedra fəaliyyət
göstərir. Biz bu rubrikamızda
ayrı-ayrılıqda kafedraların ya-
ranması, dünəni və bu günü ilə
bağlı oxuculara ətraflı məlumat
verməyi qərarlaşdırmışıq.
İndi isə ilk olaraq I da-
xili xəstəliklər və reani-
matologiya
kafedrası-
nın tarixindən başlayaq.
Qeyd edək ki, I daxili
xəstəliklər kafedrası 1969-
cu ildə I Hospital terapi-
ya kafedrasından ayrıla-
raq 1969-1974-cü illərdə
pediatriya
fakültəsinin
hospital terapiya, 1974-
1985-ci illərdə I müalicə-
profilaktika hospital tera-
piya, 1985-1991-ci illərdə I
daxili xəstəliklər kafedrası
kimi fəaliyyət göstəribdir.
Kafedranın ilk əməkdaşları
professor H.İsazadə, pro-
fessor Z.Tağızadə, do-
sent Ə.Mehdiyev, dosent
E.Mahmudbəyova
olub-
lar. Kafedraya 1969-1990-
cı illərdə ə.e.x, professor
H.İsazadə,
1990-1991-
ci illərdə isə professor
A.Baxşəliyev rəhbərlik edib.
Anesteziologiya və reani-
motologiya kafedrası ilk
dəfə 1974-cü ildə yara-
nanda kafedraya profes-
sor A.Axunbəyli rəhbərlik
edib, əməkdaşları isə dosent
E.İsmayılov, t.e.n. V.Soskin,
t.e.n. E.Eldarova olublar.
Kafedra
1991-ci
ildə
universitetdə aparılan isla-
hatlar nəticəsində yenidən
təşkil olunub. Yəni kafedra
I daxili xəstəliklər və anes-
teziologiya-reanimatologi-
ya kafedralarının birləşməsi
nəticəsində
yaranıbdır.
1991-ci ildən 2010-cu ilin
yanvar ayına qədər kafed-
raya ə.e.x. A.Axunbəyli
rəhbərlik edib, həmin vaxt-
dan etibarən isə bu ka-
fedra professor İsfəndiyar
İsmayılovun rəbərliyi ilə
fəaliyyətini günün tələbləri
səviyyəsində qura bilib.
Bəs hazırda kafedrada
ümumi vəziyyət necədir?
Kadr hazırlığı, elmi və tədris
işləri necə təşkil olunur?
Son dövrlər kafedrada apa-
rılan yeniliklərlə bağlı su-
allarımıza kafedranın mü-
diri, professor İsfəndiyar
İsmayılov ətraflı cavab ve-
rib. Onun “Təbib”ə verdiyi
açıqlamaya görə, hazırda I
daxili xəstəliklər və reani-
matologiya kafedrasında 36
əməkdaş çalışır. Bunlardan
3-ü t.e.d, professor, 9-u tibb
üzrə fəlsəfə doktoru, do-
sent, 14-ü assistentdir: “Elmi
işlərə gəlincə, bu illər ərzində
kafedrada 8 doktorluq və
40-dan çox namizədlik dis-
sertasiyası yerinə yetirilib.
1300-dən çox elmi məqalə,
20-dən çox dərslik və dərs
vəsaiti, 90-dan çox tədris-
metodik işləmələr işıq üzü
görübdür. Kafedranın elmi
istiqamətlərini ürəyin koro-
nar xəstəliyin diaqnostikası,
profilkatikası və müalicəsinin
səmərələşdirilməsi,
böh-
ranlı vəziyyətlərdə inten-
siv müalicənin təkmil-
ləşdirilməsi təşkil edir.”
Tədrisin yüksək səviyyədə
aparıldığını qeyd edən ka-
fedra müdiri I müalicə işi
fakültəsinin IV-VI və Hərbi-
tibbi fakültəsinin IV kurs-
larında daxili xəstəliklər
və peşə xəstəlikləri, I və II
müalicə işi fakültələrinin V
və VI, Hərbi-tibbi fakültənin
V və Hərbi Tibbi Məktəbin II
kurslarında reanimatologiya
fənlərinin tədris olunduğunu
bildirdi.
Əlavə olaraq onu da qeyd
etdi ki, kafedrada savadlı
və təcrübəli kadr hazırlığı-
na ciddi diqqət və yetərincə
qayğı var: “Kafedranın
əməkdaşları yüksək ixtisaslı
mütəxəssislər kimi kafed-
ranın kliniki bazalarında
- Tədris Terapevtik, Tədris
Cərrahiyyə klinikalarında və
I saylı Şəhər Xəstəxanasında
müalicə işlərinə rəhbərlik
edir və Bakı şəhərinin
digər tibb müəssisələrində
məsləhətlər aparır, müalicə
işlərində yardım göstərirlər.
O cümlədən, son dövrlər ka-
fedranın bazaları olan kar-
diologiya, reanimasiya və
intensiv terapiya şöbələrində
kardioloji və reanimato-
loji yardım kifayət qədər
yüksək səviyyədə təşkil
olunub, kafedranın kadr po-
tensialı xeyli güclənibdir”
– deyən İ.İsmayılov bunun
həm tədrisin, həm də elmi-
tədqiqat işlərinin daha yeni
və yüksək pilləsini əldə
etməyə imkan verdiyini də
diqqətimizə çatdırdı.
Qabil ABDULLAYEV
K a f e d r a l a r ı m ı z
İ.İSMAYILOV:
“ƏMƏKDAŞLARIMIZ YÜKSƏK İXTİSASLI MÜTƏXƏSSİSLƏR KİMİ KAFEDRANIN
KLİNİK BAZALARINDA MÜALİCƏ İŞLƏRİNƏ RƏHBƏRLİK EDİR”
Məlum olduğu kimi, ətrafların
qeyri-iradi titrəməsi Parkinson
xəstəliyinin əsas əlamətlərindən
biridir. Bu xəstəlikdən əziyyət
çəkən adamlar üçün onların həyat
keyfiyyətini xeyli yaxşılaşdıracaq
mexanizm hazırlanır.
Parkinson xəstəliyi dofamin me-
diatoru hasil edən hərəkətəgətirici si-
nir hüceyrələrinin (neyronların) tədricən
tələf olması ilə bağlı degenerativ nevro-
loji xəstəlikdir. Bu səbəbdən hərəkətlərin
requlyasiyası və özünü səciyyəvi titrəmə
şəklində büruzə verən əzələ tonusu pozu-
lur, əl-qol hərəkətləri nəzarətdən çıxır. Bu
vəziyyət xəstələrin gündəlik fəallığına və həyat
keyfiyyətinə təsir göstərir.
AZƏRTAC “hi-news.ru” saytına istinad-
la xəbər verir ki, dərman terapiyası əsasən
xəstəliyin erkən stadiyalarında səmərəlidir.
Müalicə getdikcə səmərəsini itirir və bir sıra
əlavə təsirlər əmələ gəlir.
İyirmi altı yaşlı britaniyalı tələbə Fai Onqun
təklif etdiyi “GyroGlove” əlcəkləri titrəmənin
əl-qol hərəkətlərinə təsirini mexaniki şəkildə
aradan qaldıraraq, yuxarı ətrafı sabitləşdirmək
iqtidarındadır.
İxtiraçı qeyd edir ki, bu əlcəyi geyinən
pasiyent hiss edir ki, əl-qol hərəkətləri daha
dəqiq və rəvan olub. O, adət etdiyi işləri əvvəlki
kimi rahat yerinə yetirir, məsələn, özünə qəhvə
dəmləmək, yaxud yemək hazırlamaq iqtidarın-
da olur.
Artıq bazarda yüksək amplitudalı
titrəmədən əziyyət çəkən adamlar üçün xü-
susi mexanizmlər – çəngəl-bıçaq, qab-qacaq,
qələmlər var, amma onlar bu problemi yetərincə
həll etmir. Fai Onq bildirib ki, “GyroGlove” artıq
tədqiqatın əvvəlində əllərin titrəməsini 90 faizə
qədər azaltmağa imkan verir.
Qiyməti təqribən 600-900 dollar olan bu
əlcəklər Böyük Britaniyada bu ilin sentyabrında
satışa çıxarılacaq.
İxtiraçı ümid bəsləyir ki, əlcək təkcə Par-
kinson xəstələrinə deyil, həm də başqa etio-
logiyalı titrəmədən əziyyət çəkən pasiyentlərə
kömək edəcək. “GyroGlove” əlcəklərinin ka-
mandan oxatmada, foto və video çəkilişlərində
tətbiq ediləcəyi ehtimal olunur.
“GyroGlove” əlcəkləri titrəməni aradan qaldırır
Amerikalı mütəxəssislər uşaqlar üçün zərərli olan qi-
daların yeni siyahısını açıqlayıb.
A Z Ə R T A C
“dni24.com” saytı-
na istinadla xəbər
verir ki, bu siyahı-
da olan yeməkləri
uşaqlara
verməyi
alimlər məqbul say-
mır. “Qara siyahı”
əsasən hazır qi-
dalardan ibarətdir.
Onların hamısı artıq
çəki yaradır. Alimlər bundan əvvəl də zərərli qidalarla
bağlı siyahı hazırlamışdı, orada zərərli ərzaqlar arasın-
da ilk yeri çipsilər və qazlı sular tuturdu. Yeni siyahı-
da çeşidlərin sayı artırılıb və bura kartof-fri, qızardılmış
balıq, istənilən növ şirniyyatlar, habelə dəfələrlə istifadə
olunmuş yağ daxil edilib.
Un məmulatları da çəki artıran məhsul hesab olu-
nub. Çipsi və qazlı sular yenə də siyahıda saxlanılıb.
Alimlər bildiriblər ki, siyahıya daxil edilən məhsulların
uşaq orqanizmi üçün heç bir faydası yoxdur. Bu qida-
lar yalnız əlavə çəki yığmağa yarayır. Müxtəlif növ süd
kokteyllərindən də imtina etmək gərəkdir, onlar da
zərərli qidalar siyahısındadır.
Faydalı ərzaqlara gəlincə, mütəxəssislər uşaqları sı-
yıqlar, qədərincə çörək, tərəvəz, meyvə, göy-göyərti və
göbələk yedizdirməyi məsləhət görür. Ət məhsullarından
yalnız toyuq ətini rasiona daxil etmək olar.
Alimlər uşaqlar üçün yeni
“qara siyahı” hazırlayıb
15 mart 2016-cı il
http://www.amu.edu.az
7
Son zamanlar insanlar arasında
mədə-bağırsaq xəstəlikləri geniş
yayılıb. Burada bir çox faktorlar
rol oynayır – genetik və xarici
faktorlar, düzgün qidalanmamaq,
rejimsizlik, düzgün olmayan həyat
tərzi, maddələr mübadiləsinin
pozulması və s.
Dostları ilə paylaş: |