Hansı tip öskürəklər
hansı xəstəliklərin
əlamətləridir?
Bununla bağlı Tədris Terapevtik
Klinikanın
Qastroenteroloqu
Vüqar
Rəsulov mədə-bağırsaq xəstəliklərini
yaradan səbəblər və onlarla mübarizə
yolları barədə müsahibə verib.
- Mədə-bağırsaq problemlərini yaradan
başlıca səbəblər nələrdir?
- Müasir dövrdə ən çox rast gəlinən
problemlər əsasən həzmsizlik, köp, mədə
yanması, qıcqırma, ağızda xoşagəlməz
dad və qoxunun olmasıdır. Başlıca
səbəb kimi stress faktorunu göstərmək
olar. Bundan başqa qeyri-düzgün
qidalanma, Helicobacter pillory mədə-
bağırsaq xəstəliklərinin yaranmasına
səbəb olur. Stresə bağlı olaraq ən
çox rast gəlinən xəstəlik funksional
dispepsiya və qıcıqlanmış bağırsaq
sindromudur. Aparılan müayinələrdə
həmin xəstələrdə orqanik patologiyalar
müşahidə olunur. Lakin zaman keçdikcə,
finksional problemlər digər amillərin təsiri
nəticəsində orqanik xəstəliklərə çevrilə
bilər.
- Sizcə stress, əsəb mədə-bağırsaq
xəstəliklərinə necə təsir edir?
- Biz hər zaman həkim olaraq, bütün
insanlara sağlam həyat tərzi, sağlam
qidalanma məsləhət görürük. Bu da
bir çox xəstəliklər kimi mədə-bağırsaq
xəstəliklərinin də qarşısını almaqda
kömək edəcək. Müasir zamanda aktiv
həyat tərzi şəhərdə yaşayan insanlara
adətən şamil edilmir. Çünki onlar daha
çox oturaq həyat tərzi keçirir.
Əgər biz insan vücudunu bioloji
mexanizm kimi nəzərə alsaq, istənilən
mexanizmin istirahətə ehtiyacı var. Hətta
ürək də istirahətsiz işləmir.
Sizə maraqlı bir fakt deyim ki, ürəkdə
xərçəng xəstəliyinə nadir hallarda rast
gəlinir. Və bunun əsas səbəbi onun daim
istirahət edərək işləməsidir. Təbii ki, insan
vücuduna da daim istirahət lazımdır.
Böyüklər, xüsusilə uşaqların gecə yuxusu
çox önəmlidir. Ümumiyyətlə, gecə
yuxusunda melatonin (gecə ifraz olunan
qaranlıq hormonu – red) deyilən maddə
ifraz olunur ki, bu uşaqlarda inkişafı
təmin edir, böyüməni tənzimləyir.
Bir insan normal istirahət etmirsə və
yuxusuz qalırsa, bu psixoemosional
və fiziki qıcığa gətirib çıxarır. Bunun
nəticəsində orqanizm istənilən təsirə
daha həssas olur. Ona görə də belə
orqanizmdə bakteriya və virus inkişaf
edir.
- Ağız boşluğunda xoşagəlməz qoxuların
olması mədədə hansısa problemin olmasına
işarədirmi?
-Ağız boşluğunda qoxuların olması,
həm də mədə-bağırsaq problemlərinin
olmasının göstəricisidir. Qida borusunun
divarında kisəcik əmələ gətirən defektlər
varsa, bunun nəticəsində qidanın bir
hissəsi orada toplanır və çürümə gedir.
Nəticədə ağız boşluğunda xoşagəlməz
qoxular əmələ gəlir. Digər tərəfdən əgər
mədə boşalmasında ləngimə varsa,
mədədə mikrob olarsa bu zaman mədə-
bağırsaq problemləri ortaya çıxır.
Bilmək vacibdir ki, bir insan axşam gec
saatlarında yemək yeyirsə, mədədə həzm
getmir və qıcqırma baş verir. Bundan
əlavə qaraciyər problemləri olanda da bu
kimi xəstəliklər meydana gəlir.
- Daha çox hansı yaş qrupunda olan
insanlar sizə müraciət edirlər?
- Bu gün gənclərimiz tez hazırlanan
“fast food” qidalarına üstünlük verir-
lər. Ona görə də qidalanma sabit,
balanslaşdırılmış deyilsə, karbohidrat
üstünlüklüdürsə, qan dövranı zəifdirsə,
bu, mədə-bağırsaq xəstəliklərini yaradan
başlıca faktorlardan biri sayılır.
- Bariatrik əməliyyatlar haqda nə deyə
bilərsiniz…
- Bu əməliyyat son zamanlarda tətbiq
edilməyə başlanıb. Biz buna mədənin
anatomik quruluşuna müdaxilə deyirik və
bu onun dəyişdirilmsi prosesi kimi izah
olunur. Çəki itkisi əsasən 2 mexanizmlə -
birincisi mədənin həcminin kiçildilməsi ilə
mexanik məhdudlaşdırma nəticədə erkən
doymanı təmin etmək, ikincisi isə mədənin
fundus nahiyyəsində Ghrelin yəni “aclıq
hormonu” ifraz olunur, hansıki əməliyyat
zamanı həmin hissə kəsilib çıxarıldığı üçün
təbii olaraq iştah da azalmış olur və çəki
itkisi baş verir. Nəticədə bu əməliyyatlar
zamanı çəki itirilir, orqanizmin kütləsi
azaldığı üçün mədəaltı vəzə düşən yük
azalır, hətta bəzən yüngül dərəcədə
şəkər xəstəliklərini aradan qaldırmağa da
gətirib çıxara bilir.
Günel ASLANOVA
Mədə-bağırsaq xəstəliklərini
yaradan başlıca faktorlar
Amerika Kardioloji Assosiasiyasının beynəlxalq
konfransında kardioloqlar insanları ürək xəstəliklərinə
daha çox mübtəla edən peşələr haqqında danışıblar.
AZƏRTAC
“dni24.com”
saytına istinadla
xəbər verir ki,
ürək xəstəlikləri
nəticəsində
xəstələrdə artıq
çəki problemi
yarana bilər.
Mütəxəssislər
5 mindən
çox adamın
müxtəlif tibbi
göstəricilərinin xüsusi təhlilini aparıblar. Onların yaş həddi
45-dən yuxarı olmayıb və əvvəllər ürək-damar sistemində
problemlərdən şikayətlənməyiblər. Əldə edilmiş məlumata
istinad edərək mütəxəssislər vahid rəylə bu nəticəyə gəliblər ki,
ticarət sahəsində çalışan adamların orqanizmində xolesterinin
səviyyəsi yüksəkdir. Rəyi soruşulanların 68 faizindən çoxu
müxtəlif zərərli vərdişlərdən əziyyət çəkib.
Kardioloqlar hüquq-mühafizə orqanları və yanğınsöndürmə
sistemində işin təhlükəli olduğunu açıqlayıb. Hətta yükvuran
fəhlənin işi də, mütəxəssislərin fikrincə, təhlükəli peşədir.
Mütəxəssislər ürək üçün ən
təhlükəli peşələri müəyyən edib
Mütəxəssis sözü
İ
lkin yardımın düzgün
göstərilməməsi ağır-
laşma və ölüm hallarının
sayını artırır.
Tibb
Universitetinin
Tədris Cərrahiyyə Klini-
kasında baş həkim, do-
sent Asiman Həsənovun
rəh bərliyi ilə ilkin yardım
haqqında maarifləndirmə
və təcrübələrin artırılması,
tibbi təcili yardım şöbəsinin
fəaliyyətinin geniş lən diril-
məsi mövzusunda tədbir
keçirilib. Baş həkim ilkin
həyat dəstəyi, təcili yardım
tədbirləri,
reanimasyon
tədbirlərin aparılması, sa-
vadlı tələbə və rezidentlərin,
gənc mütəxəssislərin yetiş-
dirilməsi, onların təc rü-
bələrinin artırılması ilə bağ-
lı nəzərdə tutulan gələcək
planlar haqqında məlumat
verib.
Qeyd edilib ki, bu gün
üçün
istehsalat,
yol-
nəqliyyat, məişət travmaları
nəticəsində ilkin tibbi yardı-
mın düzgün göstərilməməsi
ilə bağlı kifayət qədər ölüm
halları baş verir. Bu zaman
baş verən qəzaların qarşı-
sını almaq üçün insanların
maarifləndirilməsinin vacib-
liyi vurğulanıb.
Bununla
bağlı
Tibb
Universitetində 5 illik planın
nəzərdə tutulduğu bildirilib.
Toplantıda çıxış edən həkim
Hafiz Həsənov beynəlxalq
standartlarda təcili yardım
şöbəsinin quruluşu, fəaliyyət
planı, protokollar, yanaşma-
lar haqqında məlumat verib.
Daha sonra təcili yar-
dım şöbəsinin fəaliyyətinin
genişlənidirilməsi haqqın-
da mütəxəssislər tərəfindən
fikirlər səsləndirilib və hər
kəs tərəfindən bu addım-
lar müsbət qiymətləndirilib.
Klinikanın təcili yardım
şöbəsinin dünya standart-
larına uyğun hazırlandı-
ğı vurğulanıb. Bildirilib ki,
xəstəxananın
girişində
əməliyyatxana, reanimasiya,
ayıltma palataları, ilkin tibbi
yardımın göstərilməsi zalları
və diaqnostik müayinələrin
aparılması üçün hər cür
şərait yaradılıb.
ATU-nun mətbuat xidməti
Tədris Cərrahiyyə klinikasında “ilkin yardım
haqqında maarifləndirmə” tədbiri keçirilib
http://www.amu.edu.az
15 mart 2016-cı il
D
emək olar ki, istənilən
yaşda adamlar tez-
tez yarızarafat-yarıgerçək yad-
daşlarının zəifləməsindən şika-
yət lənirlər. Bu zarafat olsa, dərd
yarıdır, amma bəzən Altsgeymer
xəstəliyi və ya qocalıqla bağ-
lı ağıldankəmlilik hallarına da
rast gəlmək olar. Hər iki halda
insan sadəcə unutqan olmur,
onun əvvəlki illərlə bağlı bütün
xatirələri yaddaşından silinir.
Təsadüfi deyil ki, bu
məsələ müasir təbabəti cid-
di narahat edir, axı hazırda
65 yaşdan yuxarı insanla-
rın 5 faizi ağıldankəmlikdən
əziyyət çəkir. Yaşı 80-i keç-
miş adamlar arasında isə bu
göstərici daha yüksəkdir. La-
kin araşdırmalar göstərir ki,
unutqanlıq heç də həmişə
ağıldankəmliyin
başlama-
sı əlaməti deyil. Çox vaxt
buna səbəb yaddaşın məşq
etdirilməməsidir. Aşağıda-
kı tövsiyyələrə əməl etsəniz,
“laxlamış” yaddaşınızı asan-
lıqla bərpa edə bilərsiniz.
Müntəzəm olaraq fizi-
ki təlimlərlə məşğul olun.
Tədqiqatlar nəticəsində sübut
olunmuşdur ki, müntəzəm
fiziki məşğələlər, hətta qoca
yaşda da beyin toxumasının
itkilərini xeyli azaldır.
Sağlam qidalanma qay-
dalarına əməl edin. İlk
növbədə qidanın tərkibində
şəkər və heyvan mənşəli piylər
azaldılmalı, antioksidantlar-
la zəngin olan qara qarağat,
ispanaq və çuğundur kimi
meyvə və tərəvəzlər üstünlük
təşkil etməlidir. Tünd yaşıl
yarpaqlı tərəvəzlər maqnezi-
umla zəngin olur və yaddaşı
bərpa etməyə kömək edir.
Yeni bacarıq və vərdişlər
mənimsəməyə çalışın. Daim
əvvəllər məşğul olmadığınız
təzə bir şey, məsələn, forte-
piano çalmaq və ya xarici dil
öyrənin. Bu beynin işini sti-
mullaşdırır və sabitləşdirir.
Yuxunuza fikir verin.
Alimlər belə hesab edirlər
ki, uzunömürlü insanların
çoxu sutkada 6-9 saat yatır.
Hədsiz az yatmaq diqqətin
cəmləşməsinə ziyandır. La-
kin həddən çox yatmaq da
zərərlidir.
Yaddaşınızı müntəzəm
məşq etdirin. Oxuduğunuz
kitabda və ya şahid oldu-
ğunuz hadisədə ən mühim
məqamları qeyd edin və on-
ları yadda saxlamağa çalışın.
Insanlarla daha çox ünsiyyət
qurmağa çalışın. Söhbətlər,
xüsusən də müsbət emosi-
ya doğuran söhbətlər beyni
lazımı formada saxlamağa
kömək edir.
Vaxtınızı və işinizi təşkil
edin. Hər bir mühüm xırda
şeyin (açar, eynək və s.) ye-
rini tapın. Görmək istədiyiniz
işlərin siyahısını tərtib edin.
Televizordan
uzaq
olun, mütəxəssislər belə
hesab edirlər ki, televizi-
ya verlişlərinə həddən artıq
aludə olmaq əsəb sistemini
zəiflədir.
Mühim məlumatları qısa-
ca qeyd edin. Bu, qısamüddətli
yaddaşın uzunmüddətli yad-
daşa keçməsinə kömək edir.
“Başsındıran məsələlər”
həll edin. Krossvordlar, kart
oyunu və stolüstu oyunlar
yaddaşı yaxşılaşdırır.
I müalicə-profilaktika fakültə-
sinin IV kurs, 106
a
qrup tələbəsi
Qurbanova Zeynəb Firqət qızının
adına verilmiş tələbə bileti itdiyi
üçün etibarsız sayılır.
Axundova Maya Rövşən qızına
2009-cu ildə Azərbaycan Tibb Uni-
versiteti tərəfindən terapevt ixtisası
üzrə verilmiş internatura vəsiqəsi
itdiyi üçün etibarsız sayılır.
Hacıkərimova Hənifə Şirin qızına
1998-ci ildə Azərbaycan Tibb Uni-
versiteti tərəfindən pediatr ixtisası
üzrə verilmiş internatura vəsiqəsi
itdiyi üçün etibarsız sayılır.
İsmayılova Flora Qadir qızına
2008- ci ildə Azərbaycan Tibb
Universiteti tərəfindən funksional
diaqnostika ixtisası üzrə verilmiş
internatura vəsiqəsi itdiyi üçün eti-
barsız sayılır.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə
bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 98
c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 3000
Sifariş: 298
Kafedraların dosentləri:
- Nevrologiya və tibbi genetika kafedrası - 1 yer
- II daxili xəstəliklər kafedrası - 1 yer
- Məhkəmə təbabəti kafedrası - 1 yer (0,5 vahid)
- Qulaq, burun, boğaz xəstəlikləri kafedrası - 1 yer
- Ağız və üz-çənə cərrahiyyəsi kafedrası - 1 yer (0,25 vahid)
Kafedraların baş müəllimləri:
- Xarici dillər kafedrası - 1 yer
- Patoloji anatomiya kafedrası - 1 yer
- HTF-nin Hərbi terapiya kafedrası - 1 yer
- İnsan anatomiyası kafedrası - 1 yer
Kafedranın müəllimi:
- Xarici dillər kafedrası - 1 yer
Kafedraların assistentləri:
- I mamalıq və ginekologiya kafedrası - 1 yer (0,75 vahid)
- I mamalıq və ginekologiya kafedrası - 1 yer (0,5 vahid)
- I mamalıq və ginekologiya kafedrası - 1 yer (0,5 vahid)
- I mamalıq və ginekologiya kafedrası - 1 yer (0,5 vahid)
- III cərrahi xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)
- III cərrahi xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)
- Onkologiya kafedrası - 1 yer (0,5 vahid)
- I daxili xəstəliklər və reanimatologiya kafedrası - 1 yer
- MPF-nin uşaq xəstəlikləri kafedrası - 1 yer (0,75 vahid)
- Şüa diaqnostikası və terapiyası kafedrası - 1 yer
- Ailə təbabəti kafedrası - 1 yer (0,5 vahid)
- II uşaq xəstəlikləri kafedrası - 1 yer (0,5 vahid)
- Neonatologiya kafedrası - 1 yer (0,5 vahid)
- Neonatologiya kafedrası - 1 yer (0,25 vahid)
- Ortopedik stomatologiya kafedrası - 1 yer (0,5 vahid)
- Ağız və üz-çənə cərrahiyyəsi kafedrası - 1 yer (0,75 vahid)
- Qulaq, burun, boğaz xəstəlikləri kafedrası - 1 yer (0,5 vahid)
ETM kiçik elmi işçi:
- ETM-nin Farmakologiya şöbəsi - 1 yer
Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma
müddəti elan qəzetdə («Təbib» qəzeti, 15 mart 2016-cı il) dərc
olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına
yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Bakı şəhəri- Az 1022, Bakıxanov küçəsi 23: Telefon: 597-10-08
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
KA FED RA LAR ÜZRƏ
AŞA ĞI DA KI YERLƏRİ TUTMAQ
ÜÇÜN
MÜSA BİQƏ ELAN EDİR
Yaddaşı yaxşılaşdırmaq üçün məşqlər
İsveç və Britaniya alimləri
müəyyən ediblər ki, öz
sağlamlığına əmin adam-
lar uzunömürlü olurlar.
AZƏRTAC “medvesti.com”
saytına istinadla xəbər ve-
rir ki, alimlər 6 min ada-
mın iştirak etdiyi tədqiqat
çərçivəsində bu qənaətə
gəliblər.
İyirmi doqquz il ərzində
könüllülərin sağlamlıq du-
rumu öyrənilib. Bunun üçün
ürək fəaliyyətindən tutmuş
mücərrəd təfəkkür və vizual
yaddaşa qədər 195 əlamət
əsas götürülüb. Könüllərə
bir çox əlamətləri müstəqil
müəyyən etmək təklif olunub.
Məlum olub ki, xoş ov-
qat insanların ömür müd-
dətini bir qədər artırır.
Mütəxəssislər hesab edirlər
ki, xəstəliklərdən şikayət
etmək mənasızdır. Ağla-
yıb-sızlamaqdansa, həkimə
müraciət etmək və ya həyat
tərzini dəyişmək lazımdır.
Leyden Universitetinin
Tibb Mərkəzinin (Ni-
derland) mütəxəssisləri
əmindirlər ki, yediyimiz
ərzaq və dərimizin zahiri
görünüşü arasında güclü
əlaqə var.
Holland alimləri qanda
sirkulyasiya edən şəkərin
miqdarının
insanın
zahiri
görünüşünə neçə təsir etdiyini
ilk dəfə araşdırıblar. Nəticələr
göstərib ki, insan nə qədər çox
şəkər yeyirsə, bir o qədər yaş-
lı görünür. Ekspertin sözlərinə
görə, rasionda karbohidratların
çox olması nəticəsində şəkər
molekulları dərinin elastikliyinə
cavabdeh olan hollagen züla-
lı molekulları ilə əlaqəyə girir.
Məhz buna görə tədqiqatçılar
konfet, südlü şokolad, şirniyyat,
habelə ağ düyü və un məmulatını
rasiondan çıxarmağı məsləhət
görürlər, çünki bu ərzaqlar
dərinin xarici görünüşünə və
cavanlığına mənfi təsir göstərə
bilər.
Mütəxəssislər dərinin gözəl
və cavan qalması üçün daha çox
meyvə, tərəvəz, balıq və lazımlı
vitamin, mikroelementlər və sel-
lülozla zəngin olan faydalı yağ-
lar yeməyi məsləhət görürlər.
Sağlam bədən uzunömürlülüyün
rəhnidir
Şəkər dərinin vaxtsız qocalmasına
səbəb ola bilər