Konstitusiya qanunu ilə əlavələr edilə bilər.
M a d d ə 9 6 . Qanunvericilik təşəbbüsü hüququ I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (
qanun layihələrini və
başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası
Milli Məclisinin deputatlarına , Azərbaycan
Respublikasının
Prezidentinə , Azərbaycan Respublikasının
Ali Məhkəməsinə , Azərbaycan
Respublikasının seçki hüququ olan
40 min vətəndaşına , Azərbaycan Respublikasının
Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinə mənsubdur.
II. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin,
Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası
Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü
qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar
layihələri
müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və
səsə qoyulur .
III. Belə qanun və ya qərar layihələrində
dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən
subyektin razılığı ilə edilə bilər.
IV. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin,
Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40
min vətəndaşının Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi
qanun və ya
qərar layihələri iki ay