Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.
VI. Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir.
M a d d ə 1 0 2 . Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı
səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının
Konstitusiya məhkəməsi rəsmən elan edir. M a d d ə 1 0 3 . Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı I. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti
seçkilərinin yekunları haqqında məlumatın
elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına
əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə
xidmət edəcəyimə and içirəm”.
II.
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti
öz səlahiyyətlərinin icrasına başlamış sayılır .
M a d d ə 103 1 . Azərbaycan Respublikasının vitse-prezidentləri I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli , başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.