yalnız məhkəmələr həyata keçirirlər.
II. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi ,
Azərbaycan Respublikasının
Ali Məhkəməsi , Azərbaycan Respublikasının
apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının
ümumi məhkəmələri və digər
ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.
III. Məhkəmə hakimiyyəti
Konstitusiya ,
mülki və
cinayət məhkəmə icraatı vasitəsi ilə və
qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir.
IV. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının
Prokurorluğu və
müdafiə tərəfi iştirak edir.
V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.
VI.
Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilm əsi məqsədi ilə müəyyən olunmamış
hüquqi üsulların tətbiq edilməsi və
fövqəladə məhkəmələrin yaradılması qadağandır .
VII. Məhkəmə icraatı
həqiqətin müəyyən edilməsini təmin etməlidir.
M a d d ə 1 2 6 . Hakimliyə namizədlərə aid tələblər I
. Seçkilərdə iştirak etmək hüququna malik olan,
ali hüquq təhsilli və
hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.
II. Hakimlər heç bir başqa
seçkili və
təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və
yaradıcılıq fəaliyyətindən başqa heç bir
sahibkarlıq ,
kommersiya və
digər ödənişli fəaliyyətlə
məşğul ola bilməzlər,
siyasi fəaliyyətlə məşğul ola bilməz və