Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin
qiyabi məhkəmə icraatına yol verilmir. VII. Məhkəmə icraatı
çəkişmə prinsipi əsasında həyata keçirilir.
VIII. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
IX.
Ədalət məhkəməsi təqsirsizlik prezumpsiyasına əsaslanır.
X. Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının
dövlət dilində və ya müvafiq
yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub
məhkəmə icraatının aparıldığı
dili bilməyən şəxslərin işin
materialları ilə tam tanış olmaq ,
məhkəmədə
tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə
ana dilində çıxış etmək hüququ
təmin edilir.
M a d d ə 1 2 8 . Hakimlərin toxunulmazlığı I. Hakimlər toxunulmazdırlar.
II. Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.
III. Hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara
müvafiq surətdə xitam verilə bilər.
IV. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə
Azərbaycan Respublikasının
Prezidenti Azərbaycan Respublikası
Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının
Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rəyi
Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan
sonra
30 gün müddətində təqdim etməlidir.
V. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi , Azərbaycan Respublikasının
Ali Məhkəməsi və Azərbaycan Respublikasının