ailə başçısını itirdiyinə ,
əmək qabiliyyətini itirdiyinə ,
işsizliyə görə və qanunla nəzərdə tutulmuş
digər hallarda sosial təminat hüququna malikdir.
IV.
Təqaüdlərin və
sosial müavinətlərin minimum məbləği
qanunla müəyyən edilir.
V. Dövlət
xeyriyyəçilik fəaliyyətinin ,
könüllü sosial sığortanın və sosial
təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır .
M a d d ə 3 9 . Sağlam ətraf mühitdə yaşamaq hüququ I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma
ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara
qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə
törədə və ya zərər vura bilməz.
IV. Dövlət
ekoloji tarazlığın saxlanılmasına,
yabanı bitkilərin və
vəhşi heyvanların qanunla
müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.
M a d d ə 4 0 . Mədəniyyət hüququ I. Hər kəsin
mədəni həyatda iştirak etmək,
mədəniyyət təsisatlarından və
mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.
II. Hər kəs
tarixi ,
mədəni və
mənəvi irsə hörmətlə yanaşmalı , ona qayğı göstərməli,
tarix və mədəniyyət abidələrini qorumalıdır .
M a d d ə 4 1 . Sağlamlığın qorunması hüququ I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
II. Dövlət