istədiyi dildə tərbiyə və
təhsil almaq,
yaradıcılıqla məşğul olmaq hüququ vardır.
II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
M a d d ə 4 6 . Şərəf və ləyaqətin müdafiəsi hüququ I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
II. Şəxsiyyətin ləyaqəti
dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin
alçaldılmasına əsas verə bilməz.
III. Heç kəsə
işgəncə və
əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan
rəftara və ya
cəzaya məruz qala bilməz. Özünün
könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və
başqa təcrübələr aparıla bilməz.
M a d d ə 4 7 . Fikir və söz azadlığı I. Hər kəsin fikir və söz azadlığı vardır.
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə
bilməz.
III.
İrqi ,
milli ,
dini ,
sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik
oyadan
təşviqata və
təbliğata yol verilmir.
M a d d ə 4 8 . Vicdan azadlığı I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı
əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi,
ictimai qaydanı pozmursa və ya
ictimai əxlaqa zidd deyildirsə ,
sərbəstdir .
IV. Dini etiqad və əqidə hüquq pozuntusuna
bəraət qazandırmır .