hər bir vətəndaşının hüququdur .
M a d d ə 5 5 . Dövlətin idarə olunmasında iştirak etmək hüququ I. Azərbaycan Respublikası
vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək
hüququ vardır. Bu hüququ onlar
bilavasitə və ya
nümayəndələri vasitəsi ilə həyata keçirə
bilərlər.
II. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına
malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları
sırasından təyin edilirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna
qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.
M a d d ə 5 6 . Seçki hüququ I. Azərbaycan Respublikası
vətəndaşlarının dövlət orqanlarına
seçmək və
seçilmək , habelə
referendumda iştirak etmək hüququ vardır.
II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə,
habelə referendumda iştirak etmək
hüququ yoxdur . III.
Hərbi qulluqçuların ,
hakimlərin ,
dövlət məmurlarının ,
din xadimlərinin , məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü ilə
azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və
qanunda nəzərdə tutulan
digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər .
M a d d ə 5 7 . Müraciət etmək hüququ I. Azərbaycan Respublikası
vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək,
habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.
Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər . Hər bir müraciətə qanunla müəyyən edilmiş