yalnız dövlət maraqlarının ,
insan həyatının və
sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I. Hər kəsin hüquq və azadlıqlarının
inzibati qaydada və
məhkəmədə müdafiəsinə təminat
verilir.
II. Hər kəsin hüququ var ki, onun işinə
qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və
məhkəmə prosesində
ağlabatan müddətdə baxılsın.
III. Hər kəsin
inzibati icraat və
məhkəmə prosesində dinlənilmək hüququ vardır.
IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və
vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət
edə bilər.
M a d d ə 6 1 . Hüquqi yardım almaq hüququ I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
II.
Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım
ödənişsiz, dövlət hesabına göstərilir.
III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən
tutulduğu ,
həbsə alındığı ,
cinayət törədilməsində ittiham olunduğu
andan müdafiəçinin köməyindən istifadə etmək hüququ
vardır.
M a d d ə 6 2 . Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır
. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
M a d d ə 6 3 . Təqsirsizlik prezumpsiyası I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində
təqsirləndirilən hər bir şəxs, onun