yeni çağırışının ilk iclas günü bitir .
II. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə
120 gündən az müddət qalarsa, keçirilmir.
III. Azərbaycan Respublikasının Milli Məclisi
83 deputatının səlahiyyətləri təsdiq olunduqda
səlahiyyətlidir.
M a d d ə 8 8 . Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları I. Azərbaycan Respublikasının Milli Məclisi hər il iki
növbəti yaz və
payız sessiyalarına
yığılır. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən
sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası
həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra
martın 10-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə , Azərbaycan Respublikası
Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi müəyyən edir. II. Azərbaycan Respublikası Milli Məclisinin
növbədənkənar sessiyalarını Azərbaycan
Respublikası
Milli Məclisinin sədri Azərbaycan Respublikası
Prezidentinin və ya Azərbaycan
Respublikası Milli Məclisinin
42 deputatının tələbi əsasında çağırır.
III. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının
gündəliyini müvafiq olaraq onun
çağırılmasını tələb edənlər müəyyənləşdirir . Bu gündəlikdəki məsələlərə
baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.
IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir.
Azərbaycan Respublikası Mili Məclisinin