Uşaq anatomiyasi, FİZİologiaysi və GİGİyenasi analizatorlar- duyğU ÜzvləRİ



Yüklə 25,38 Kb.
səhifə2/6
tarix09.05.2023
ölçüsü25,38 Kb.
#110223
1   2   3   4   5   6
Anatomiya-Muhazireler (2)

GÖRMƏ ANALİZATORU.

PLAN:

1.Görmə analizatoru haqqında.


2.Gözün quruluşu haqqınd.
3.Görmə gigiyenası.

Gözun quruluşu. Görmə analizatoru insan həyatında əsas amillərdən biridir. Onun periferik hissəsi olan göz ,işığa həssas olan reseptorlar görmə orqanının-gözün daxilində yerləşir.


Kürəşəkilli göz alması kəllənin göz yuvasında yerləşir.Göz almasının divarla-rından göz almasının xarici səthinə gözü hərəkət etdirən əzələlər gəlir.
Görmə analizatoru olan göz üç hissədən ibarətdir.Birinci hissə-daxilində foto-reseptorlar yerləşən göz alması; ikinci hissə- görmə siniri, ücüncu hissə isə baş beyin qabığının ənsə payında yerləşmiş ali görmə mərkəzindən(torlu qişadan) ibarətdir.Bu hissələrin hər biri öz funksiya və quruluşları ilə insanın fəal həyat fəaliyyəti üçün çox mühüm əhəmiyyət kəsb edir.
Göz alması əsas üç qişadan ibarətdir;xarici qişa- ağlı qişa,orta qişa damarlı –qişa və daxili qişa -torlu qişa.Ağlı qişa gözün ön tərəfdə rəngsiz,şəffaf və nisbətən qabarıq olan buynuz qişasına keçir.Göz almasının arxasında ağlı qişa şəbəkəli lövhəcik əmələ gətirir.Buradan görmə sinirinin lifləri çıxır. Buynuz qişa və quzehli qişa bir-birinə sıx söykənməmiş ,onların arasında tam şəffaf maye ilə dolmuş sahə var.Buynuz qişa və şəffaf maye işıq şüalarını buraxır,bu şüalar qüzehli qişanın ortasındakı bəbək adlanan dəlikdən keçərək göz almasının içərisinə daxil olur.Gözün içərisinə parlaq işıq şüaları düşən anda bəbək dəliyi reflektor olaraq daralır.Şüalar zəif olduqda isə,əksinə bəbək dəliyi genişlənir.Bəbək dəliyinin arxasında çox şəffaf olan büllur yerləşmişdir.Büllur iki tərəfdən qabarıq olub,qabarıq linzaya oxşayır və kirpikli əzələ ilə əhatə olunmuşdur.Buynuz qişa ən güclu şüa sındıran mühitdir.Burdan gözə işıq şüaları daxil olur.Buynuz qişanın arxasında maye ilə dolu ön kamera yerləşir.
Göz almasının sonrakı qişası damarlı qişadır.Bu qişa ağlı qişanın altında yerləşmişdir. Damarlı qişa göz almasının digər qişalarından qan kapilyarları ilə zəngin təchiz olunma-sı ilə fərqlənir və gözü qanla təmin edir.Damarlı qişanın daxili səthi işıq şüalarını udan nazik qara rəngli boyayıcı maddə piqment qatı ilə örtülmüşdür.
Damarlı qişa ön tərəfdə buynuz qişanın arxasında qüzehli qişaya keçir.Bu qişa onda olan piqmentin miqdarından asılı olaraq,müxtəlif rənglərdə(açıq mavidən tutmuş tünd qəhvəyi rəngə qədər )ola bilər.Məhz bu qişa gözün rəngini müəyyənləşdirir.Qüzehli qişa toxumasında xüsusi rəngləyici maddə-melaninin miqdarından asılı olaraq qüzehli
qişanın rəngi də dəyişir.Piqment həddən çox olduqda-göz qara,normal olduqda-mavi,sarı-qonur,az olduqda qırmızı rəngdə olur.Qüzehli qişada bülluru hərəkətə gətirən kirpikli əzələ olur.Büllur isə hər iki tərəfindən qabarıq linzaya oxşar bir orqandır.Qüzehli qişanın ortasında həlqəvi deşik- bəbək yerləşir,onun iriliyindən və balacalığındn asılı olaraq ğözə düşən işıq şüasının miqdarı da dəyişir.
Kirpikli cismin tərkibində olan saya əzələ lifləri qüzehli qişa ilə bəbəyin arxasında yerləşən iki tərəfi qabarıq büllura bağlanır.Bu əzələlərin yığılması nəticəsində büllur yas-tılaşır və qalınlaşır.Bu zaman göz yaxın və uzaq məsafədə yerləşən əşyaları görməyə uyğunlaşır.Göz almasının bütün içəri hissəsini büllurun arxasında yerləşən şüşəyəbən-zər cisim tutur.Onun içərisindəki boşluq-yarımmaye həlməşik şəkilli şəffaf kütlə ilə dolu olur.Göz almasının nüvəsini-büllur,şüşəyəbənzər cisim və göz yaşı vəzin mayesi təşkil edir.
Torlu qişa gözün daxili qişasıdır. O,göz almasını daxildən örtür və çox mürəkkəb
quruluşa malikdir.Torlu qişa bir sıra hüceyrə qatları ilə örtülmüşdür.Birinci qat piqmentli hüceyrələrdir ki,onlara düşən işıq şüası əks olunmur.İkinci qat hüceyrələr fotoreseptor hüceyrələrdir.Bu hüceyrələr xarici tərəflərinə görə kolbacıqlara və çöpcüklərə oxşayırlar. Bu hüceyrələrin membranlarında külli miqdarda görmə piqmentləri var.Məlum olduğu kimi,fotoreseptor hüceyrələrdən torlu qişanın daxilinə parasimpatik çıxıntılar uzanır.
Torlu qişada işığa çox həssas olan hüceyrələr-görmə reseptorları-kolbcıqlar və çöpcüklər yerləşir.İnsan gözündə 7 mln-a qədər kolbacıq,130 mln-a qədər çöpcük olur.
İnsanda görmə qabiliyyətinin əsas xüsusiyyətlərindən biri də rəngləri ayırd etməsidir.Rənglərin alınması 0,4-0,8 mkm uzunluqlu olan işıq dalğalarının təsirilə əmələ gəlir.Torlu qişanın kolbaciq hüceyrələrindən qırmızı,ultrabənövşəyi və yaşıl şüalara həssas olan hissəsi bu rənglərin ayırd edilməsində əsas rol oynayır.Bəzi adamlarda (8-10% kişilərdə,0-5% qadınlarda) belə və başqa tipli kolbacıq hüceyrələrin olmaması onların bir və iki əsas rəngləri ayırd edə bilməməsinə səbəb olur.Belə adamlar daltonistlər adlanır.Torlu qişanın mərkəzində yalnız kolbacıqlar toplanmışdır.Bu hissə sarı ləkə adlanır,buna görə də gözə yaxın olan əşyaları yaxşı görmək olur.Torlu qişada görmə sinirinin çıxdığı yerdə kolbacıqlar və çöpcüklər olmur.Ona görə bu nahiyyə kor ləkə adlanır.Kor ləkə sarı ləkədən aşağıda yerləşmişdir.Bəzi heyvanlarda torlu qişadakı çöpcüklərin miqdarının az olması(məs;toyuqlarda) çox zəif işıqda onların əşyaları dəqiq seçə bilməməsinə səbəb olur.Bu hal “toyuq korluğu” adlanır.
Qaranlıq şəraitdə çöpcüklərin həssaslığı bir necə dəfə artdığı halda,işıqda, əksinə bu həssaslıq zəifləyir.
Gözü normal görən adamlarda şüalar büllurda sınıb tor qişaya düşür və burada əşyaların aydın xəyalını əmələ gətirir.Gördüyümüz əşyalardan gələn şüalar buynuz qişadan,bu qişa ilə qüzehli qişa arasındakı mayedən,büllurdan və şüşəyəbənzər cisimdən keçir.Şüalar bu mühitlərin hər birindən keçdikdə sınaraq istiqamətini dəyişir. Büllur hər iki tərəfdən qabarıq linzaya oxşardır və öz əyriliyini dəyişmək qabiliyyətinə malik olduğundan gözə düşən şüaların sınmasını artıra və azalda bilir.Yaxındakı əşyalara baxdıqda büllurun əyriliyi artır və qabarır,buna görə də şüalar gözdə daha çox sınır və tor qişada əşyanın aydın xəyalı alınır.Biz uzaqdakı cisimlərə baxdıqda büllur yastılaşır və burada şüalar az sınır.Bu halda tor qişada əşyaların xəyalının aydın alınması təmin olunur.
Görmə qıcıqlarının qəbul edilməsi kimi mürəkkəb bir proses torlu qişada baş-layır və beyin yarımkürələri qabığının görmə nahiyyəsində qurtarır.Həmin proses görmə analizatorunun tamlığı sayəsində həyata keçirilir.
Belə ki, büllur tərəfindən fokuslaşdırılan isıq şüaları əvvəlcə qanqiloz hüceyrələrin neyronlarından keçərək fotoreseptora çatır. Bu neyronlar xarici aləmə daha yaxındır. Həmin neyronlardan keçən işıq şüaların təsirindən əmələ gələn işıq qıcığı əvvəlcə torlu qişanın işığa həssas hüceyrələrini oyadır. Bu oynama görmə siniri ilə beyin yarım kürələri qabığının görmə nahiyyəsində aparılır, burada qıcıqların analizi başa çatır. Bunun sayəsində biz əşyarların rəngini, ölçüsünü, işıqlanma dərəcəsini, yerini, hərəkətini ayırd edirik.
Müxtəlif məsafələrdə olan cisimlərin tərs və kiçilmiş xəyalının fokusa düşməsi o zaman baş verir ki, büllurun qabarıqlıq dərəcəsi kirpikli əzələlərin vasitəsilə dəişilmiş olsun,yəni bu qabarıqlıq artıb-kiçilməklə cisimlərin xəyalı torlu qişaya düşənə qədər kirpikli əzələlər işləyir.Başqa sözlə, müxtəlif məsafələrdə yerləşən cisimlərin ayırd edil-məsinə gözün uyğunlaşması qabiliyyəti akkomodasiya adlanır.
Yaxından görmə zamanı gözün kirpikli əzələləri yığılaraq bülluru yığır (büllurun qabarıqlıq dərəcəsi artır) və eyni zamanda qüzehli qişanın radial əzələləri bo-şalaraq göz bəbəyinin diametrini kiçildir.Bu hadisə gözün şüanı sındırma qabiliyyətinin artmasına gətirib çıxarır və əşyadan əks olunan işıq şüalarının fokusu torlu qişanın üzərinə düşür.Uzaqdangörmə (uzaq məsafədən cisimlərin ayırd edilməsi) zamanı isə kirpikli əzələlər boşalarsa,tsiliar bağ gərilir və büllurun qabarıqlıq dərəcəsi azalır,bəbəyin diametri böyüyür. Bu vaxt gözün şüanı sındırma qabiliyyəti kiçilir.
Normal gözün şüanı sındırma xassəsinə refraksiya deyilir.Bəzi hallarda büllurun forması və ya elastikliyinin dəyişməsi hesabına,eləcə də göz almasının uzununa ölçülərinin dəyişməsi səbəbindən insanda üzaqgörmə və yə yaxındangörmə kimi anormal vəziyyət yaranır.Bu zaman həmin şəxslərə,müvafiq olaraq,optik eynək tax-maq məsləhət görülür.
Cisimlərin görmə analizatoru vasitəsilə ayırd edilməsi gözün binokulyar görmə qabiliyyətilə sıx bağlıdır.Binokulyar görmə o zaman baş verir ki,hər iki göz almasI eyni əşya üzərinə yönəlmiş olsun.Belə halda əşyanın kiçildilmiş tərs xəyalı hər iki gözdə torlu qişanın eyni nöqtəsinə düşmüş olur.Göz almalarının əşya üzərinə yönəldilməsi onları tənzimləyən göz alması əzələlərilə həyata keçirilir.Binokulyar görmə zamanı əşya ilə aramızdakı məsafəni,onun formasını,xassələrini və s.təyin etmək olur.Əşyaların uzaq və yaxın məsafələrdə olmasını binokulyar görmədə eyni zamanda müəyyən etmək mümkün deyil.Bəzi hallarda,insanda çəpgözlük halı əmələ gəldikdə,binokulyar görmə qabiliyyəti pozulur.Bu zaman əşyanın torlu qişaya düşən tərs xəyalı ikiləşir və əşya dəqiq ayırd edilmir.Çəpgözlük halı göz almasının üç cüt hərəki əzələlərindən birinin zəif inkişafı və ya funksiyasının pozulması səbəbindən yaranır.
ƏDƏBİYYAT:

1.C.Ə.Nəcəfov.N.R.Zeyniyev,S.M.Quliyev “Uşaq anatomiyası və fiziologiyası” Bakı-2005




TƏRTİB ETDİ : SALAHOVA YAQUT.

Yüklə 25,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin