205) Uşaqlarda cərrahi sepsis anlayışı hansını təyin etmir?
A) Ümumi ağır infeksion vəziyyəti
B) Yerli infeksiya ocağının olmasını
C) Yerli cərrahi və ümumi intensiv müalicənin vacibliyini
D) Orqanizmdə reaktivliyin dəyişməsini
E) Hormonal müalicəyə göstərişi
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
206) Aşağıda göstərilənlərdən hansı cərrahi sepsisin patogenezini təyin etmir?
A) İlkin infeksiya ocağının vəziyyəti (yerləşməsi, yerli dəyişikliklərin xarakteri)
B) Əvvəl aparılan antibakterial müalicə
C) İnfeksiyanın törədicisi (növü, virulentliyi)
D) Orqanizmin qeyri-spesifik reaktivliyi
E) Orqanizmin spesifik reaktivliyi
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
207) Sepsis zamanı törədicinin çoxalması adətən hansında müşahidə edilir?
A) İlkin ocaqda
B) Fərdi olaraq
C) Qanda
D) Bütün variantlar
E) İkincili ocaqda
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
208) İrinli infeksiyada kortikosteroidlərin istifadə müddətini hansı təyin edir?
A) Bütün sadalananlar
B) Ürək-ağciyər çatmamazlığının aradan götürülməsi
C) Şokun aradan götürülməsi
D) Xəstənin vəziyyətinin orta dərəcəyə enərək normallaşması
E) Temperaturun subfebrilədək enməsi
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
209) Qlükokortikoidlərin istifadəsinə hansı göstərişdir?
A) Septiki ağırlaşmaların yüksək inkişaf riski
B) Septikopiemiya
C) Septiki şok və toksiko-allergik reaksiya
D) Presepsis (sepsisin ilkin mərhələsi)
E) Septisemiya
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
210) Sepsisin ağır formalarında hiperbarik oksigenasiyanın istifadəsinə hansı əks-göstərişdir?
A) Hemoliz və toksin təsirindən inkişaf edən anemiya
B) Tənəffüs və ürək-damar çatmamazlığı
C) Toksiko - infeksion proseslə əlaqədar ağır metabolik pozğunluqlar
D) Terminal vəziyyət
E) Parenximatoz orqanların ağır zədələnmələri
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
211) Yeddi yaşlı uşağın baldır nahiyyəsində parlaq qırmızı rəngli, kəskin sərhədli iltihab ocağı vardır, periferiyada dəri ödemli və ağrılıdır, yayılmağa meyillidir. Sizin diaqnoz hansıdır?
A) Furunkul
B) Qızıl yel
C) Dərialtı toxumanın absesi
D) Karbunkul
E) Fleqmona
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
212) Beş yaşlı uşaqda uzunmüddətli yarımkəskin gedişə malik çoxsaylı konusabənzər irinciklər, irinli özəyi olan ocaqlar qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Psevdofurunkulyoz
B) Qızıl yel
C) Fleqmona
D) Dərialtı toxumanın absesi
E) Furunkulyoz
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
213) Beş aylıq hipotrofiyalı zəif uşaqda qısa müddət ərzində künbəzəbənzər formalı, irinli özəyi olmayan çoxsaylı abseslər qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Qızıl yel
B) Psevdofurunkulyoz
C) Fleqmona
D) Furunkulyoz
E) Dərialtı toxumanın absesi
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
214) Yeddi yaşlı uşağın bud nahiyyəsində kəskin sərhədi olmayan, mərkəzində flüktuasiyası olan, iltihabi infiltrasiya ocağı vardır. Sizin diaqnoz hansıdır?
A) Psevdofurunkulyoz
B) Qızıl yel
C) Furunkulyoz
D) Abses
E) Dərialtı toxumanın absesi
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
215) Yarım kəskin limfadeniti adətən nə ilə differensasiya etmirlər?
A) Vərəmlə
B) Limfoqranulematozla
C) Şişlə
D) Hemangioma ilə
E) Pişik sıyrıntıları xəstəliyilə
Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
216) Uşaqda dırnaqətrafı yastığın qızarması və şişkinliyi ilə yanaşı, həm də dırnaq kənarı boyunca dərialtı irin qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Paronixiya
B) Abses
C) Dəri dolaması
D) Dərialtı dolama
E) Fleqmona
Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
217) Uşaqda göstərici barmaq nahiyyəsində epidermisi qaldıran kiçik irinlik qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Dəri dolaması
B) Fleqmona
C) Dərialtı dolama
D) Paronixiya
E) Dırnaqaltı dolama
Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
218) Uşaqda barmaq ucunun iynə ilə deşilməsindən iki gün sonra ağrı və dırnaq altında irin yığılması qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Paronixiya
B) Dəri dolaması
C) Dırnaqaltı dolama
D) Dərialtı dolama
E) Fleqmona
Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
219) On dörd yaşlı uşaqda barmağın uc nahiyyəsində 3 gündür ki, döyünən ağrı, ödem, qızartı, oynaqda hərəkət məhdudluğu, hipertermiya, palpasiyada kəskin ağrılar qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Paronixiya
B) Sümük dolaması
C) Dəri dolaması
D) Dırnaqaltı dolama
E) Dərialtı dolama
Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
220) On üç yaşlı uşaqda mil-bilək oynağınadək yayılmış barmaq əsası toxumalarının ödemi, ağrı, oynaqda aktiv hərəkət məhdudluğu, passiv hərəkətlərin kəskin ağrılı olması qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Dərialtı dolama
B) Paronixiya
C) Dəri dolaması
D) Vətər dolaması
E) Dırnaqaltı dolama
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
221) On dörd yaşlı uşaqda bilək nahiyyəsində kəskin ağrı, bilək arxasının ödemi, qızartı, hipertermiya, palpator kəskin ağrı qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Dəri dolaması
B) Sümük dolaması
C) Vətər dolaması
D) Biləyin fleqmonası
E) Dərialtı dolama
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
222) Beş yaşlı uşaqda sümük dolamasının cərrahi əməliyyatı üçün hansı ağrısızlaşdırma üsulu məqsədəuyğundur?
A) Keçirici anesteziya
B) Yerli xloretil
C) İnfiltrasion anesteziya
D) Maska narkozu
E) İntubasion narkoz
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
223) On iki yaşlı uşaqda sümük dolamasının rentgenoloji əlamətləri nə vaxt meydana çıxır?
A) 4 - 6 sutkaya
B) 10 - 12 sutkaya
C) 13 - 15 sutkaya
D) 1- 2 sutkaya
E) 7 - 9 sutkaya
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
224) İrinli iltihabda antibiotikin seçilməsi zamanı hansı əsas sayılmır?
A) Dərmanın farmakodinamika və farmakokinetikası
B) Xəstəliyin müddəti
C) Dərmanın toksikliyi
D) Mikrofloranın xarakteri və həssaslığı
E) Digər dərmanlarla qarşılıqlı təsiri
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
225) Antibiotikin seçilməsi zamanı ilk növbədə hansı nəzərə alınır?
A) İrinli ifrazatın həcmi
B) İltihabın yayılması
C) İrinli ifrazatın xarakteri
D) Mikrofloranın xarakteri və həssaslığı
E) İrinli ocağın yerləşməsi
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
226) Kəskin hematogen osteomielitdə sümükdaxili təzyiq hansı müddətə ölçülməlidir?
A) 30 - 40 dəq
B) 1 - 2 dəq
C) 10 - 15 dəq
D) 20 - 25 dəq
E) 60 dəq
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
227) Kəskin hematogen osteomielitdə diaqnostik osteoperforasiya zamanı irin alınarsa, sonrakı taktika hansıdır?
A) Sümük iliyi kanalının yuyulması
B) Yaranın drenlənməsi
C) Əlavə osteoperforasiya
D) Yaranın tikilməsi
E) Sümükdaxili təzyiqin ölçülməsi
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
228) Stasionara kəskin hematogen osteomielitlə ağır vəziyyətdə uşaq daxil olmuşdur. Aparılan intensiv tədbirlərə baxmayaraq bir sutkadan sonra xəstə ölmüşdür. Göstərilən hansı gediş variantına aiddir?
A) Uzun sürən
B) İldırım surətli
C) Xroniki
D) Yarımçıq gedişli
E) Septikopiemik
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
229) Kəskin hematogen osteomielit keçirmiş uşaqda 2 il ərzində proses kəskinləşməmişdir. Göstərilən hansı gediş variantına aiddir?
A) İldırım surətli
B) Yarımçıq gedişli
C) Uzun sürən
D) Xroniki
E) Septikopiemik
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
230) Kəskin hematogen osteomielit keçirmiş uşaqda 10 aydan sonra yerli irinli ifrazata malik sviş, rentgenoqramda sekvestr qeyd edilir. Göstərilən hansı gediş variantına aiddir?
A) Xroniki
B) Uzun sürən
C) Yarımçıq gedişli
D) İldırım surətli
E) Septikopiemik
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
231) Kəskin hematogen osteomielit keçirmiş uşaqda 10 ay müalicə aparılmış, 2 il ərzində proses kəskinləşməmişdir. Yerli olaraq dəyişiklik yoxdur, R-ci osteoskleroz əlamətləri qeyd edilir. Göstərilən hansı gediş variantına aiddir?
A) İldırım surətli
B) Xroniki
C) Uzun sürən
D) Yarımçıq gedişli
E) Septikopiemik
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
232) Kəskin hematogen osteomielitdə xəstəliyin kəskin dövrünün müddəti hansı təşkil edir?
A) 4-8 aya qədər
B) 2-3 aya qədər
C) 1 aya qədər
D) 12 aya qədər
E) 8-10 aya qədər
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
233) Yeddi yaşlı uşaq budun aşağı 1/3-nin kəskin hematogen osteomieliti ilə xəstəliyinin 3-cü sutkasında ağır vəziyyətdə daxil olub. Yanaşı olaraq intoksikasiya, pnevmoniya. Hansı vacib icra edilməlidir?
A) Əməliyyatönü hazırlıqdan sonra osteoperforasiya
B) İnfuzion və antibakterial terapiya, planlı osteoperforasiya
C) Əməliyyatönü hazırlıqdan sonra yumşaq toxumaların kəsilməsi
D) Antibiotiklərin sümükdaxili yeridilməsi
E) Təcili osteoperforasiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
234) Kəskin hematogen osteomielitin erkən diaqnostikasında hansı üsul daha dürüstdür?
A) Elektrorentgenoqrafiya
B) Osteofleboqrafiya
C) Yumşaq toxumaların diaqnostik punksiyası
D) Sümükdaxili təzyiqin ölçülməsi
E) Yaxmanın bakterioskopiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
235) Uşaqda ilkin-xroniki osteomielit ocağı qamış sümüyünün yuxarı 1/3-də olub, ağrı və hərarətin qalxması ilə periodik kəskinləşmə verir. Hansı tədbir uşağa vacibdir?
A) Müşahidə
B) Planlı əməliyyat
C) Təcili əməliyyat
D) Diaqnostik punksiya
E) Antibiotikoterapiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
236) İlkin-xroniki osteomielit ocağı qamış sümüyünün yuxarı 1/3-də R-ci olaraq təyin edilmişdir. Şikayəti yoxdur, qan analizləri normada. Hansı tədbir xəstəyə məsləhətdir?
A) Antibiotikoterapiya
B) Təcili əməliyyat
C) Diaqnostik punksiya
D) Müşahidə
E) Planlı əməliyyat
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
237) Dörd yaşlı uşaqda budun aşağı 1/3-nin kəskin hematogen osteomieliti ilə xəstəliyinin 2-ci sutkasında toxumaların punksiyası zamanı irin alınmadı. Əməliyyata hansı daxildir?
A) Antibiotikoterapiya əzələdaxili
B) Yumşaq toxumaların kəsilməsi
C) Dərinin kəsilməsi, osteoperforasiya
D) Venadaxili antibiotikin yeridilməsi
E) Yumşaq toxumaların kəsilməsi, osteoperforasiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
238) Kəskin hematogen osteomielitdə (metadiafizar zədələnmə) ciddi immobilizasiya hansı müddətə aparılmalıdır?
A) Göstəriş deyil
B) 1-1,5 həftə
C) 4 həftə
D) 1 həftə
E) 2-aya qədər
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
239) Hematogen osteomielitlə xəstəliyin yarımkəskin dövründə formalaşmış sekvestral qutu olarsa, aşağıdakaılardan hansı göstərişdir?
A) Müşahidə
B) Voronçixin əməliyyatı
C) Fizioterapiya
D) Sekvestrektomiya
E) Sümükdaxili antibiotikoterapiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
240) Hematogen osteomielitlə xəstəliyin yarımkəskin dövründə sümüyün diffuz zədələnməsi sekvestrasiya ilə müşayiət olunmursa, hansı göstərişdir?
A) Sekvestrektomiya
B) Sümükdaxili antibiotikoterapiya
C) Müşahidə
D) Fizioterapiya
E) Çoxsaylı transdermal osteoperforasiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
241) Kəskin hematogen osteomielitə şübhə olarsa, sümükdaxili təzyiq göstəricisi normada neçə olmalıdır?
A) 96-122 mm.su süt.
B) 160-180 mm.su süt.
C) 140-160 mm.su süt.
D) 90 mm.su süt.-dan aşağı
E) 122-140 mm.su süt.
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
242) Kəskin hematogen osteomielitə şübhə olarsa, sümükdaxili təzyiqin ölçülməsinə göstəriş nədir?
A) Anamnezində travma
B) Yumşaq toxumaların xəstəliyi sindromu
C) Ətrafda ağrının olması və yüksək hərarət
D) Bir oynağın zədələnməsi ilə revmatizm
E) Bütün göstərilən hallarda
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
243) Kəskin hematogen osteomielitdə dekompressiv osteoperforasiya nəyə imkan vermir?
A) Sümük iliyi kanalından sitoloji müayinə üçün ifrazat götürməyə
B) Ağrını götürməyə
C) İltihab ocağını tam sanasiya etməyə
D) Aydın olmayan hallarda diaqnozu dəqiqləşdirməyə
E) Sümükdaxili təzyiqi ölçməyə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
244) Kəskin hematogen osteomielitdə yumşaq toxumaların drenaj müddəti necə müəyyən edilir?
A) Ağrı sindromunu götürməklə
B) Əhvalın yaxşılaşması ilə
C) Patoloji ifrazatın xarakteri və miqdarı ilə
D) Laborator göstəricilərin dinamikası ilə
E) Rentgenoloji göstəricilərin dinamikası ilə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
245) Kəskin hematogen osteomielitdə immobilizasiya əməliyyatdan sonrakı dövrdə nəyi təmin etmir?
A) Kontrakturanın inkişaf etməməsini
B) Lazımi sakitliyi
C) Sümük toxumasının sürətli bərpasını
D) Ağrının azalmasını və iltihabın məhdudlaşmasını
E) Çıxıq və deformasiyanın inkişaf etməməsini
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
246) Kəskin hematogen osteomielitdə ətrafın ciddi immobilizasiyası xəstəliyin normal gedişi zamanı hansı müddətdən çox saxlanmamalıdır?
A) 2-3 həftə
B) 1,5 həftə
C) 2-3 ay
D) 1 ay
E) 1 həftə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
247) Kəskin hematogen osteomielitdə uzun dövrün müddəti nə qədərdir?
A) 6-8 aya qədər
B) 8-10 aya qədər
C) 12 aya qədər
D) 2-3 aya qədər
E) 1 aya qədər
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
248) Xroniki osteomielitdə tipik R-ji əlamətlər hansıdır?
A) Osteoskleroz, sekvestrlərin formalaşması, sümük iliyi kanalının obliterasiyası
B) Paraossal toxumanın sıxlaşması
C) Periostal reaksiya simptomu
D) Sümükdə kortikal qatın dağılma və aydın görünməməsi
E) Alabəzək osteoparez əlamətləri
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
249) Kəskin hematogen osteomielitdə osteoperforasiya zamanı təzyiqlə irin xaric olarsa, sonrakı etapda nə icra edilməlidir?
A) Ətrafın immobilizasiyası
B) Yaranın rezin buraxıcılara qədər tikilməsi
C) Daimi yuyulma sisteminin təşkili
D) Sümükdaxili antibiotikoterapiya
E) Sümükdaxili təzyiqin ölçülməsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
250) Epifizar osteomielitdə iki tərəfli açıq drenləmə nə zaman göstərişdir?
A) İlkin punksiya zamanı çoxlu ifrazat müəyyən edilərsə
B) Paraartikulyar fleqmonada
C) Göstəriş deyil
D) Diaqnozun təyin edildiyi bütün hallarda
E) Punksiya üsulu effektiv olmadıqda
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
251) Kəskin hematogen osteomielitin patogenezində nə əsas əhəmiyyət daşıyır?
A) Törədicinin yüksək səviyyəli birmomentli kontaminasiyası
B) Travma
C) Natamam qidalanma
D) Uzun müddətli KRVİ (ORVİ)
E) Orqanizmin sensibilizasiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
252) Kəskin hematogen osteomielitin ən çox rast gəlinən törədicisi hansıdır?
A) Streptokokk
B) Protey
C) Bağırsaq çöpü
D) Göy-yaşıl irin çöpü
E) Qızılı stafilokokk
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
253) Epifizar osteomielitlə xəstələrin cərrahi müalicəsində taktiki səhv hansı sayılır?
A) Oynağın təkrar punksiyası
B) Artrotomiya
C) Oynağın ikitərəfli drenajı
D) Paraartikulyar sahənin drenajı
E) Oynağın punksiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
254) Epifizar osteomielitə şübhə zamanı aşağıdakılardan hansı göstərişdir?
A) Osteoperforasiya
B) Antibakterial müalicə və müşahidə
C) Osteopunksiya və sümükdaxili təzyiqin ölçülməsi
D) Oynağın drenajı
E) Oynağın diaqnostik punksiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
255) Epifizar osteomielitdə «quru artritin» əmələ gəlməsində səbəbkar flora hansıdır?
A) Qramm-müsbət
B) Mikrofloranın xarakteri əhəmiyyət daşımır
C) Anaerob flora
D) Qramm-mənfi
E) Assosiativ flora
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
256) Kəskin irinli mediastinit zamanı divararalığının açılması üçün hansı üsüllar istifadə edilə bilər?
A) Ön-yan torakotomiya
B) Total orta sternotomiya
C) Nasilov kəsiyi, Dobromıslov üsulu ilə arxa torakotomiya, Razumovski üsulu
D) Stemmer üsulu ilə sternotomiya və Daniels kəsiyi
E) Kombinəolunmuş torakotomiya variantları
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
257) Boyun nahiyyəsindəki irinli proseslər döş boşluğuna necə keçir?
A) Böyük arterial və venoz damarlar boyunca
B) Döş sümüyünün arxa səthi boyunca
C) Qida borusu boyunca
D) Traxeya boyunca
E) Boyun fassiyaları boyunca
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
258) İri bronxların vərəminin hansı formaları endoskopik olaraq fərqləndirilə bilər?
A) Infiltrativ, indurativ, xoralı, psevdotumoroz
B) Ödemli, stenotik çapıq
C) Iltihabi aktivliyin I dərəcəsi, II dərəcəsi, III dərəcəsi və IV dərəcəsi
D) Kataral, hemorragik, irinli
E) Infiltrativ, xoralı, fistulalı, çapıq stenoz
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
259) Ağciyərin qanqrenasını qanqrenoz absesdən hansı əlamətə görə fərqləndirmək qəbul edilmişdir?
A) Immunoqramma və hemoqrammaya görə
B) Auskultativ məlumatlara görə
C) Ağciyərdə irinli-nekrotik prosesin yayılmasına və ətraf orqanları cəlb etmə
D) Ağciyərdə boşluqların forması, lokalizasiyası və sayına görə
E) Klinik mənzərəsinə görə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
260) Empiema boşluğunun fenestrasiyasının—plevral pəncərə qoyulmasının əsas şərti hansıdır?
A) Plevral boşluğun yalnız ön şöbələri
B) Empiema boşluğunun ən aşağı nöqtəsi
C) Empiema boşluğunun mərkəzi
D) Irinin ən çox toplandığı nöqtə
E) Plevral boşluğun yalnız yan və arxa şöbələri
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
261) Aşağıdakı xəstələrdən hansında ağciyər xərçənginin gedişi daha tez-tez spesifik plevritlə ağırlaşır?
A) Parlaq hüceyrəli xərçəngdə
B) Iri hüceyrəli xərçəngdə
C) Yastı hüceyrəli xərçəngdə
D) Kiçik hüceyrəli xərçəngdə
E) Adenokarsinomada
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
262) Boyunun karbunkulu zamanı göstəriş hansılardır?
A) Əzələdaxili antibiotiklər,daxilə sulfanilamid preparatları,vitaminoterapiya,ultrabənövşəyi şüa verilməsi
B) Vişnevski məlhəmilə isti kompres,daxilə sulfanilomid preparatları,vitaminoterapiya,ultrabənövşəyi şüa verilməsi
C) Vişnevski məlhəmilə isti kompres,əzələdaxili antibiotiklər,daxilə sulfanilomid preparatları,vitaminoterapiya,ultrabənövşəyi şüa verilməsi
D) Vişnevski məlhəmilə isti kompres,əzələdaxili antibiotiklər,daxilə sulfanilomid preparatları,vitaminoterapiya
E) Vişnevski məlhəmilə isti kompres,əzələdaxili antibiotiklər,vitaminoterapiya,ultrabənövşəyi şüa verilməsi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
263) Hidradenitin törədicisinə əsasən hansı aiddir?
A) Streptokok
B) Göy-yaşıl irin çöpləri
C) Bağırsaq çöpləri
D) Protey
E) Stafilokokk
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
264) Fleqmona üçün qeyd olunanlardan hansılar xarakterikdir?
A) Ümumi halsızlıq,bədən hərarətinin yüksəlməsi, dərinin lokal hiperemiyası,ətrafı kapsula ilə əhatə olunmuş irinlik
B) Ümumi halsızlıq,bədən hərarətinin yüksəlməsi,lokal ağrı,dərinin lokal hiperemiyası,ətrafı kapsula ilə əhatə olunmuş irinlik
C) Bədən hərarətinin yüksəlməsi,lokal ağrı,dərinin lokal hiperemiyası,ətrafı kapsula ilə əhatə olunmuş irinlik
D) Ümumi halsızlıq,bədən hərarətinin yüksəlməsi,lokal ağrı,dərinin lokal hiperemiyası
E) Ümumi halsızlıq, lokal ağrı,dərinin lokal hiperemiyası,ətrafı kapsula ilə əhatə olunmuş irinlik
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
265) Antibiotiklərə qarşı davamlılığın inkişafına hansı təsir göstərmir?
A) Yüksək dərəcəli risk xəstələrinin genişləndirilməsi
B) İnvaziv diaqnostika və müalicə üsullarının tətbiqi
C) Antibiotiklərin qeyri-steroid iltihab əleyhinə dərmanlarla birgə istifadəsi
D) Yüksək doza antibiotiklərin tətbiqi
E) Uzun sürən antibakterial müalicə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
266) Kəskin hematogen osteomielitdə skelet dartmasının tətbiqi nə zaman göstərişdir?
A) İncik sümüyünün zədələnməsində
B) Budun proksimal zədələnməsində
C) Qamış sümüyünün distal zədələnməsində
D) Qamış sümüyünün proksimal zədələnməsində
E) Budun distal zədələnməsində
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
267) Kəskin hematogen osteomielitlərdə osteoperforasiyadan sonra hansı müddətə kontrol rentgenoqram çəkilir?
A) 3 həftə
B) 2,5 həftə
C) 2 həftə
D) 1,5 həftə
E) 1 həftə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |