Uşaq cərrahiyyəsi 1 Boynun daxili və xarici üçbucaqlarının sərhədi hansı sayılır?


) Toxum ciyəsi elementlərinin sistinə görə əməliyyatdan sonrakı müalicəyə hansı daxildir?



Yüklə 1,04 Mb.
səhifə3/18
tarix14.01.2017
ölçüsü1,04 Mb.
#5583
1   2   3   4   5   6   7   8   9   ...   18

135) Toxum ciyəsi elementlərinin sistinə görə əməliyyatdan sonrakı müalicəyə hansı daxildir?

A) Adi həyat tərzi

B) Fizioterapiya

C) Masaj


D) Müalicəvi bədən tərbiyəsi

E) Fiziki yüklənmənin məhdudlaşdırılması


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
136) Toxum ciyəsi elementlərinin sistinə görə əməliyyatdan sonrakı ağırlaşmalar aşağıdakılardan hansı ilə əlaqədardır?

A) Uşağın yaşı ilə

B) Əvvəlcə həyata keçirilmiş punksiyalarla

C) Texniki kobudluqlarla

D) Əməliyyatın gecikməsi ilə

E) Yanaşı qüsurlarla


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
137) Göbək yırtığının meydana çıxmasının ən çox ehtimal olunan səbəbinə hansı aiddir?

A) Göbək damarlarının iltihabı

B) Portal hipertenziya

C) Göbək ciyəsi damarlarının inkişaf qüsurları

D) Göbək həlqəsi aponevrozunun bitişməməsi

E) Doğuş travması


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
138) 1 yaşı olan uşaqda göbək yırtığı var. Defekt təxminən 0,5 sm təşkil edir. Ümumi vəziyyətində dəyişiklik yoxdur. Ona nə məsləhət görülməlidir?

A) Qarnın masajı, qəbizliyin profilaktikası, göbək həlqəsinin kənarlarının leykoplastırla yaxınlaşdırılması

B) Dinamiki müşahidə

C) 2 yaşa çatdıqdan sonra planlı əməliyyat

D) Qarnın masajı, gimnastika, qəbizliyin profilaktikası

E) Təcili cərrahi müdaxilə


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
139) Uşağın ümumi vəziyyətində dəyişiklik törətməyən göbək yırtığı zamanı əməliyyatı nə vaxt aparmaq məsləhət görülür?

A) 1 yaşa qədər

B) 2 yaşa qədər

C) Diaqnoz qoyularkən

D) 4 - 5 yaşında

E) 3 yaşdan sonra


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
140) Göbək yırtığına görə əməliyyatdan sonrakı erkən dövrdə hansı lazımdır?

A) Adi həyat tərzi

B) Fizioterapiya

C) Yataq rejimi

D) Bandaj gəzdirmə

E) Stulun yumşaq olması


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
141) Göbək yırtığına görə əməliyyatdan sonra tez-tez rast gəlinən ağırlaşma hansıdır?

A) Piyliyin eventrasiyası

B) Yaranın əməliyyatdan sonrakı dövrdə irinləməsi

C) Tikişlərin aralanması

D) Liqatura fistulu

E) Residiv


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
142) Qarnın ağ xəttinin yırtığının formalaşmasının mümkün səbəbi hansıdır?

A) Qarnın ön divarının iltihabi xəstəlikləri

B) Birləşdirici toxumanın displaziyası

C) Doğuş travması

D) Qarnın ön divarı əzələlərinin zəifliyi

E) Qarındaxili təzyiqin yüksəlməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
143) Qarnın ağ xəttinin yırtığı üçün hansı daha xarakterikdir?

A) Dispeptik hallar

B) Hiperemiya və şişkinlik

C) Orta xətt üzrə aponevrozda deffektin olması

D) Ürəkbulanma və qusma

E) Qarında tutmaşəkilli ağrılar


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
144) Qarnın ağ xəttinin yırtığı zamanı təcili əməliyyata göstəriş hansıdır?

A) Kosmetik deffekt

B) Fiziki inkişafdan qalma

C) Diaqnozun qoyulması

D) Ağrı simptomu

E) Yanaşı dispeptik hallar


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
145) Uşağın ümumi vəziyyətində dəyişiklik törətməyən qarnın ağ xəttinin yırtığı nə vaxt əməliyyat olunmalıdır?

A) 10 yaşdan sonra

B) 1 yaşa qədər

C) 1-3 yaşında

D) 3 yaşdan sonra

E) 5 yaşdan yuxarı


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
146) Bud yırtığı ilə əməliyyatdan sonra hansı vacibdir?

A) Müalicəvi bədən tərbiyəsi

B) Pəhriz

C) Fizioterapiya

D) Bir həftəlik yataq rejimi

E) İki həftəlik yüngül rejim


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
147) Bud yırtığı ilə əməliyyatda ən təhlükəli ağırlaşma hansıdır?

A) Sinir dəstəsinin zədələnməsi

B) Bud arteriyasının zədələnməsi

C) Bud venasının zədələnməsi

D) Qasıq bağının zədələnməsi

E) Toxum ciyəsi elementlərinin zədələnməsi


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
148) Şpigel xəttinin yırtığının əmələ gəlməsinə hansı əzələnin displaziyası səbəb olur?

A) Köndələn fassiyanın

B) Düz əzələnin

C) Xarici çəp əzələnin

D) Köndələn əzələnin

E) Daxili çəp əzələnin


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
149) Spigel xəttinin yırtığının xarakterik simptomu hansıdır?

A) Epiqastral nahiyyədə elastik şişkinliyin olması

B) Fiziki gərginlikdən sonra göbəkdən yuxarı orta xətt boyunca ağrıların olması

C) Dispeptik əlamətlər

D) Hərarətin qalxması

E) İştahsızlıq


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
150) Yerli toxumalar hesabına plastikanın aparılması əks-göstəriş hansıdır?

A) Çapıqların götürülməsindən sonra böyük olmayan dəri deffekti

B) Deffekt ətrafında hərəkətli dərinin olması

C) Amniotik bağın kəsilməsindən sonra dəri deffekti

D) Kelloid çapıqlaşmaya meyilliyin olması

E) Geniş dəri deffekti


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
151) Tamqatlı dəri loskutu ilə plastika nə zaman aparılır?

A) Kiçik qranulyasiya edən yaralarda

B) Böyük qranulyasiya edən yaralarda

C) Dərinin ikincili yerdəyişməsinin qarşısını almaq məqsədilə

D) Sindaktiliyada

E) Çapıqların götürülməsindən sonra böyük olmayan dəri deffekti


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
152) Uşaqlarda venaların inkişaf qüsurlarının etiopatogenezininə hansı daxildir?

A) Venoz divarların anadangəlmə natamamlığı

B) Venoz qapaqların anadangəlmə aplaziyası

C) İrsiyyət

D) Sadalananların hamısı

E) Onurğa beyni vazomotor mərkəzlərinin zədələnməsi


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
153) Uşaqlarda səthi venaların inkişaf qüsurları üçün xarakter simptomu hansıdır?

A) Ağrı


B) Venaların varikoz genişlənməsi

C) Flebolitlər

D) Yumşaq toxumaların atrofiyası

E) Qubka simptomu


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
154) Uşaqlarda dərin venaların inkişaf qüsurları üçün xarakter simptomu hansıdır?

A) Xəstə ətrafın hipertrofiyası və qalınlaşması

B) Trofiki pozğunluqlar

C) Venaların varikoz genişlənməsi

D) Xəstə orqanın atrofiyası

E) Flebolitlər


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
155) Uşaqlarda səthi venaların inkişaf qüsurlarının effektiv müalicə üsulu hansıdır?

A) Krioterapiya

B) Hormonoterapiya

C) Endovaskulyar okklüziya

D) R-terapiya

E) Cərrahi müalicə


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
156) Uşaqlarda arteriya damarların anadangəlmə inkişaf qüsurlarının əsasında nə durur?

A) Endokrin xəstəliklər

B) Venoz divarların anadangəlmə natamamlığı

C) İrsiyyət

D) Onurğa beyni vazomotor mərkəzlərinin zədələnməsi

E) İnfeksion proses


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
157) Arterio-venoz şuntların əsas diaqnostika üsulu hansıdır?

A) R-qrafiya

B) Doppler USM

C) EKQ


D) Angioqrafiya

E) Termometriya


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
158) Arterio-venoz anevrizmaların əsas müalicə üsulu hansıdır?

A) Endovaskulyar okklüziya

B) Kriodestruksiya

C) R-terapiya

D) Skleroterapiya

E) Cərrahi müalicə


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
159) Arterio-venoz fistula ilə əməliyyatdan sonra hansı vacibdir?

A) Angioterapiya

B) Hormon terapiya

C) R- terapiya

D) Heparin terapiya

E) Müalicəvi bədən tərbiyəsi


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
160) Arterio-venoz anevrizmaların əməliyyatdan sonra əsas ağırlaşmasına hansı aiddir?

A) Tromboflebit

B) Funksiyanın müvəqqəti pozulması

C) Limfostaz

D) Yaranın irinləməsi

E) Tikişlərin çatışmazlığı


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
161) Limfa damarların inkişaf qüsurlarının əsas diaqnostika üsulu hansıdır?

A) Limfoqrafiya

B) Voldır sınağı

C) Reovazoqrafiya

D) EKQ

E) Angioqrafiya


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
162) Bədənin hansı nahiyyəsində yara kənarları kəsilmədən yaraya tikiş qoyula bilər?
A) Üzdə

B) Kürəkdə

C) Başın tüklü hissəsində

D) Budda


E) Əldə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургия 1983, с- 74
163) Asfiksiyalı boğulma hansı dəbəlik üçün xarakterdir?
A) Yemək borusu həlqəsinin dəbəliyi üçün

B) Yalançı diafraqmal dəbəliyin kəskin forması üçün

C) Parasternal dəbəlik üçün

D) Həqiqi diafraqmal dəbəlik üçün

E) Yalançı diafraqmal dəbəliyin xroniki forması üçün
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 333
164) Anadangəlmə yalançı diafraqmal dəbəliyi aşağıdakı hansı xəstəliklə diferensasiya etməyə ehtiyac yoxdur?
A) Ağciyərin sisti

B) Kəllə - beyin travması

C) Ağciyərin pay emfizeması

D) Anadangəlmə pilorostenoz

E) Ürək qüsuru
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 332
165) Yoğun bağırsağın distal hissəsinin anadangəlmə olaraq simpatik və parasimpatik innervasiyasının pozulması nəticəsində həmin nahiyədə daralma, ondan yuxarıda olan hissənin isə genəlməsi nəticəsində müşahidə olunan patologiya nə adlanır?
A) İnvaginasiya

B) İntestinal neyronal displaziya

C) Anadangəlmə mexaniki bağırsaq keçməzliyi

D) Hirşprunq xəstəliyi

E) Dolixosiqma
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 439
166) Hirşprunq xəstəliyinin klinik mənzərəsinin ağırlığı əsasən nədən asılıdır?
A) Uşağın cinsindən

B) Uşağın qidalanmasından

C) Aqanqlionar zonanın uzunluğundan

D) Uşağın yaşından

E) İlin fəslindən
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 439
167) Hirşprunq xəstəliyində paradoksal ishalın baş vermə səbəbi nədir?
A) Bağırsağın deşilməsi

B) Pəhrizin pozulması

C) Vitamin defisiti

D) Anemiya

E) Disbakterioz
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 439
168) Aşağıdakılardan hansı Hirşprunq xəstəliyində aparılan sifon imaləsinin vacib şərtlərindən deyil?
A) Sifon imaləni həkim nəzarəti altında etmək

B) Rezin borunu çıxarmazdan əvvəl bağırsağa 30 - 50 ml ilıq vazelin yağı yeritmək

C) Geniş mənfəzli rezin borunu aqanqlionar zonadan yuxarı keçirmək

D) Uşağın yaşı, ümumi vəziyyəti, imalə edilən və xaric olunan mayenin miqdarı nəzərə alınmalı

E) Sifon imaləsi həmişə ac qarına aparılmalıdır
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 439
169) Aşağıdakılardan hansı anadangəlmə bağırsaq keçməzliyinin səbəbi deyil?
A) Digər qarın boşluğu üzvlərinin inkişaf qüsurları

B) Bağırsaq fırlanmasının pozulması

C) Bağırsaq divarının inkişaf qüsuru

D) Bağırsaq borusunun inkişaf qüsuru

E) Doğuş travması
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008səh 398
170) Aşağıdakılardan hansı “xarici tipli” anadangəlmə bağırsaq keçməzliyinə aiddir?
A) Atreziyaya uğramış bağırsaq ucları bir - birindən aralı olur

B) Stenoz tipli qüsur

C) Nalvari mədəaltı vəzin onikibarmaq bağırsağın enən şaxəsini sıxması

D) Atreziyaya uğramış bağırsaq ucları bir - biri ilə qaytanabənzər bağla əlaqəli olur

E) Zarlı atreziya
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 398
171) Aşağıdakı xəstəliklərdən hansı anadangəlmə yuxarı bağırsaq keçməzliyi ilə diferensasiya edilmir?
A) Anadangəlmə pilorostenoz

B) Baş beyinin doğuş travması

C) Anadangəlmə qasıq dəbəliyi

D) Anadangəlmə diafraqmal dəbəlik

E) Yemək borusunun atreziyası
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 405
172) İnvaginasiya zamanı bağırsaq divarında nekroz baş verməsi üçün nə qədər vaxt keçməlidir?
A) 1 - 2 saat

B) 36 - 48 saat

C) 3 - 5 saat

D) 2 - 3 saat

E) 6 - 12 saat
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008səh 410
173) Soxulcanabənzər çıxıntının təcrid olunmuş invaginasiyasının diaqnozu əsasən necə qoyulur?
A) Tutmaşəkilli ağrıya görə

B) Əllənən invaginata görə

C) Kəskin appendisitə görə aparılan əməliyyat zamanı

D) Düz bağırsaqdan axan qana görə

E) Qusma və nəcis ifrazının pozulmasına görə
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 414
174) Aşağıdakılardan hansı invaginasiyanın konservativ üsulla müalicəsinə əks - göstəriş deyil?
A) Xəstəliyin başlanmasından 12 saatdan çox vaxt keçmiş olduqda

B) Bir yaşdan aşağı uşaqlarda invaginasiya

C) Bir yaşdan yuxarı uşaqlarda invaginasiya

D) Nazik bağırsaq invaginasiyası

E) Xəstəliyin başlanğıcı haqqında düzgün anamnestik məlumat olmadıqda
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 417
175) İnvaginasiyaya görə aparılan əməliyyat zamanı qarın boşluğunda hemorragik möhtəviyyatın olması nəyi göstərir?
A) İnvaginasiyaya cəlb olunmuş bağırsaq ilgəyində ağır mikrosirkulyator dəyişikliyin olmasını

B) Bağırsaq divarının deşilməsini

C) Nazik bağırsaq invaginasiyasının olmasını

D) İnvaginasiyaya cəlb olunmuş bağırsaq ilgəyində ağır mikrosirkulyator dəyişikliyin olmamasını

E) Yoğun bağırsaq invaginasiyasının olmasını
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 421
176) Aşağıdakılardan hansı obturasion bağırsaq keçməzliyinin əsas səbəbi deyil?
A) Fitobezar

B) Koprostaz

C) Şiş

D) Müsariqədə defektin olması



E) Qurdlar
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 425

177) Uşaqlarda irinli infeksiyanın yayılmağa meyilli olması nə ilə əlaqədardır?

A) Hipertermiyaya meyilli olması ilə

B) Əmizdirmə xüsusiyyətləri ilə

C) Anamnezində MSS - də travma ilə

D) Hamiləliyin I yarısının toksikozu ilə

E) Orqan və toxumaların nisbi qeyri - yetkinliyi ilə


Ədəbiyyat: Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
178) Uşaqlarda irinli - iltihabi proseslərin əsas törədicisi hansıdır?

A) Stafilokok

B) Göy - yaşıl irin çöpləri

C) Bağırsaq çöpləri

D) Streptokok

E) Protey


Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
179) Uşaqlarda stafilokok infeksiyası üçün xarakterik nədir?

A) Dərmanlara tez öyrəşmə

B) Antibiotiklərə qarşı davamlılığın nadir hallarda inkişafı

C) Kliniki əlamətlərin aydın olmaması

D) Ətraf mühitdə az yayılma

E) Antibiotiklərə qarşı yüksək həssaslıq


Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
180) İltihabi prosesin mərhələsi kimi eksudasiya neçə sutka davam edir?

A) Üç


B) Altı

C) İki


D) Dörd

E) Bir
Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.


181) İltihabi prosesin mərhələsi kimi infiltrasiya neçə sutka davam edir?

A) 5


B) 7 - 10

C) 2 - 4


D) 5 - 6

E) 1
Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.


182) Nə vaxt irinli yaranın təmizlənməsi baş verir?

A) İkinci-üçüncü sutkada

B) Dördüncü-altıncı sutkada

C) İkinci həftənin sonunda

D) Yeddi-onuncu sutkada

E) İki həftədən sonra


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
183) İrinli yaranın reparasiyası nə vaxt baş verir?

A) Dördüncü- altıncı sutkada

B) İkinci-üçüncü sutkada

C) Yeddi-onuncu sutkada

D) İki həftədən sonra

E) İkinci həftənin sonunda


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
184) Qazlı anaerob infeksiyada ifraz olunan hemotoksin üçün hansı xarakterik deyil?

A) Birləşdrici toxuma və əzələlərin nekrozu

B) Damarların trombozu

C) Beyinin ayrılıqda zədələnməsi

D) Miokard, qaraciyər və böyrəyin zədələnməsi

E) Hemoliz


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
185) Uşaqlarda infeksion prosesin gedişində hansı əsas sayılmır?

A) Mikrofloranın virulentliyi

B) Törədicinin antibiotiklərə qarşı davamlılığı

C) Orqanizmin immunooci reaktivliyi

D) Orqanizmin sensibilizasiyası

E) Anamnezində MSS-nin natal travması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
186) Anaerob infeksiyada patogenetik müalicənin hansı əsas şərti sayılmır?

A) Zədələnmiş toxumaların kəsilib götürülməsi

B) Ətrafın vacib immobilizasiyası

C) Dövr edən toksinlərin neytralizasiyası

D) Homeostazın tənzimlənməsi

E) Lampas kəsiklər


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
187) Anaerob infeksiyada amputasiyanın hansı əsas xüsusiyyəti sayılmır?

A) Güdülün tikilməsindən imtina

B) Yaranın drenajından imtina

C) Fassial futlyarların kəsilib açılması

D) Jqutsuz əməliyyat

E) Vizual təyin edilmiş zədələnmə sahəsindən yuxarı amputasiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с
188) Hospital infeksiya mənbəyinə hansı aid edilmir?

A) Şöbədəki yuyunma çanaqları

B) Xəstəyə baş çəkənlər

C) Personal-infeksiya daşıyıcısı

D) Xəstələr

E) Məhlullar, kremlər və məlhəmlər


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
189) Göy-yaşıl irinli infeksiyaya qarşı effektiv vasitə hansı sayılır?

A) Furasilin məhlulu

B) Bor turşusu

C) Hidrogen peroksid

D) Levomekol

E) Hipertonik məhlul


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
190) İrinli yaranın cərrahi işlənməsi nəyi təmin etmir?

A) Prosesin generalizasiyasının əngəllənməisni

B) Sağalmanın sürətini

C) İntoksikasiyanın azalmasını

D) Antibakterial təsiri

E) Yara infeksiyasının məhdudlaşmasını


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
191) İrinli yaranın cərrahi işlənməsində hansı anesteziya üsulu məqsədəuyğun sayılır?

A) Yerli keçirici

B) Ümumi anesteziya

C) Yerli xloretil

D) Fərdi olaraq

E) Yerli infiltrasion


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
192) İrinli yarada tamponun hiqroskopik təsir müddəti neçə vaxt davam edir?

A) Fərdi olaraq

B) 4-6 saat

C) 10-12 saat

D) 7-9 saat

E) 2-3 saat


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
193) İrinli yarada rezin buraxıcının əsas təsir mexanizmi hansıdır?

A) Aktiv aspirasiya

B) Hiqroskopik xüsusiyyət

C) Müştərək xüsusiyyət

D) Kapilyar xüsusiyyət

E) Passiv ötürmə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
194) İrinli yaranın drenə edilməsi hansı mərhələdə aparılır?

A) Reorqanizasiya

B) Regenerasiya

C) Fərdi olaraq

D) Bütün mərhələlərdə

E) İtihablaşma


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
195) İrinli yarada aktiv drenləmə zamanı əsas təsir amili hansıdır?

A) Yerli prosesin məhdudlaşdırılması

B) İltihabi prosesin generalizasiyasının məhdudlaşdırılması

C) Antibakterial təsir

D) Mexaniki təmizlənmə

E) İltihab əleyhinə faktor


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
196) İrinli yaranın daha effektiv drenləmə üsulu hansıdır?

A) Rezin buraxıcı

B) Tampon

C) Siqar üsullu

D) Passiv ötürmə üçün birmənfəzli boru

E) Aktiv drenləmə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
197) İrinli yarada birincili gecikdirilmiş tikişlər hansı müddət ərzində qoyulur?

A) 3-4 gün

B) 7-10 gün

C) 10-12 gün

D) 5-6 gün

E) 12-14 gün


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
198) İrinli yarada erkən ikincili tikişlər hansı müddət ərzində qoyulur?

A) 3 - 4 gün

B) 5 - 6 gün

C) 10 - 12 gün

D) 12 - 14 gün

E) 7 - 10 gün


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
199) İrinli yarada ikincili gecikdirilmiş tikişlər hansı müddət ərzində qoyulur?

A) 3 - 4 günə

B) 5 - 6 günə

C) 2 - ci həftəyə

D) Yaranın vəziyyətindən asılı olaraq

E) 3 - 4-cü həftəyə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
200) İrinli yarada ikincili tikişlər nəyi təmin etmir?

A) Kosmetik nəticələrin yaxşılaşmasını

B) Yara ifrazatı ilə itirilmənin azalmasını

C) Hospital infeksiyalaşma təhlükəsinin azalmasını

D) Sağalma müddətinin azalmasını

E) İltihab mərhələlərinin müddətinin qısalmasını


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
201) İrinli yarada ikincili tikişlərin qoyulması üçün vacib şərt hansıdır?

A) Laborator göstəricilərin normallaşması

B) Hərarətin olmaması

C) Perifokal iltihabın keçməsi

D) Reparativ mərhələnin başlanması

E) Xəstənin vəziyyətinin yaxşılaşması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
202) On üç yaşlı uşağın boyun nahiyyəsində 1sm diametrli iltihabi infiltratın zirvəsində irinli nekroz sahəsi var. Vəziyyəti orta ağırdır. Diaqnoz hansıdır?

A) Fleqmona

B) Karbunkul

C) Furunkulyoz

D) Furunkul

E) Psevdofurunkulyoz


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
203) Uşağın aşağı dodağında absesləşən furunkul olarsa, ona nə etmək olmaz?

A) Antibiotikoterapiya

B) Radikal cərrahi müalicə

C) Məlhəmlə sarğı

D) Fizioterapiya

E) Hospitalizasiya


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
204) Cərrahi sepsislə xəstələrin artması nə ilə əlaqədar deyildir?

A) Praktikaya yeni antibakterial dərmanların tətbiqiylə

B) Mikrofloranın antibiotiklərə qarşı davamlılığının artmasıyla

C) İnvaziv diaqnostika və müalicə üsullarının artmasıyla

D) Hospitaldaxili infeksiyanın yayılmasıyla

E) Makroorqanizmin müqavimətinin artmasıyla


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin