Uşaq cərrahiyyəsi 1 Boynun daxili və xarici üçbucaqlarının sərhədi hansı sayılır?


) Anadangəlmə mekonial bağırsaq keçməzliyinin səbəbi hansıdır?



Yüklə 1,04 Mb.
səhifə2/18
tarix14.01.2017
ölçüsü1,04 Mb.
#5583
1   2   3   4   5   6   7   8   9   ...   18

69) Anadangəlmə mekonial bağırsaq keçməzliyinin səbəbi hansıdır?
A) Mədəaltı vəzin ifraz etdiyi tripsin fermentinin deffekti

B) Nazik bağırsağın atreziyası

C) Onikibarmaq bağırsağın nalvari mədəaltı vəz vasitəsi ilə sıxılması

D) Onikibarmaq bağırsağın stenozu

E) Bağırsağın sistlərlə sıxılması
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 404
70) Anadangəlmə aşağı bağırsaq keçməzliyini aşağıdakı xəstəliklərdən hansı ilə diferensasiya etmirlər?
A) Mekonial ileus

B) Hirşprunq xəstəliyinin kəskin forması

C) Yoğun bağırsağın ikiləşməsi

D) Paralitik bağırsaq keçməzliyi

E) Yemək borusunun atreziyası
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008səh 405
71) Q. Mondora görə düzgün toplanmış anamnezə və klassik klinik əlamətlərə əsasən hansı xəstəliyin diaqnozunu “telefonla” müəyyən etmək olar?
A) Kəskin invaginasiya

B) Kəskin appendisit

C) Xaya burulması

D) Kəskin dizenteriya

E) Mədə xorası
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 414
72) Kəskin invaginasiyanın erkən dövründə çox vaxt invaginat harada əllənir?
A) Sağ qabırğaaltı nahiyədə

B) Qarının sağ tərəfində göbək nahiyəsində

C) Sol qalça çuxurunda

D) Sol qabırğaaltı nahiyədə

E) Qarının sol tərəfində göbək nahiyəsində
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 414
73) Bağırsaq invaginasiyasına görə aparılmış əməliyyatdan sonrakı müalicənin əsas şərtlərindən biri hansıdır?
A) Dehidrasion müalicə

B) Bağırsaq parezinə qarşı müalicə

C) Disbakterioza qarşı müalicə

D) Hormonal müalicə

E) Hemostatik müalicə
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 424
74) Həzm sistemi orqanlarının ikiləşməsi ən çox hansı nahiyədə rast gəlinir?
A) Soxulcanabənzər çıxıntıda

B) Mədədə

C) Nazik bağırsaqda

D) Çənbər bağırsaqda

E) Kor bağırsaqda
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 433


75) Aşağıdakılardan hansının diaqnostikasında barium horrası ilə aparılan irriqoqrafiya metodundan istifadə olunur?

A) Bağırsağın invaginasiyası

B) Appendiksin atipik yerləşməsi

C) Yenidoğulmuşlarda xoralı-nekrotik enterokolit

D) Orta bağırsağın burulması

E) Hirşprunq xəstəliyi


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
76) Artroqrafiya zamanı oynaqlardakı anatomik nisbətlərin düzgünlüyünün əsas göstəricisi hansıdır?

A) Rentgenoloji oynaq yarığının bərabər hündürlüyü

B) Oynaqdakı hərəkət oxunun ətrafın oxuna uyğunluğu

C) Belə göstərici yoxdur

D) Birləşən oynaq səthlərinin kənarlarının ciddi uyğunluğu

E) Bütün sadalananlar


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
77) Bel punksiyasına mütləq əks-göstərişlər hansıdır?

A) Meninqoensefalit

B) Meningit

C) Doğuş mənşəli kəllə-beyin travması

D) Ağ ciyərlərin stafilokokk mənşəli destruksiyası

E) Beyinin orta strukturlarının yerdəyişməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
78) Öd kisəsində kontrastlaşmanın olmaması aşağıdakılardan hansı üçün daha xarakterikdir?

A) Xroniki kalkulyoz xolesistit üçün

B) Xroniki daşsız xolesistit üçün

C) Ümumi öd axarının sisti üçün

D) Öd ifrazı sisteminin anadangəlmə hipoplaziyası üçün

E) Xroniki hepatit üçün


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
79) Splenoportoqrafiya necə həyata keçirilir?

A) Yerli anesteziya altında

B) Ümumi anesteziya altında mioreleksantlardan istifadə etməklə

C) Oturaq vəziyyətində

D) Qarnın ön divarından daxil olmaqla

E) Laparotomiyadan sonra


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
80) Qaraciyər qapısında normal anatomik strukturların olmaması aşağıdakılardan hansı üçün daha xarakterikdir?

A) Xroniki hepatit üçün

B) Qaraciyərin anadangəlmə fibrozu üçün

C) Qaraciyərin sirrozu üçün

D) Portal hipertenziyanın qaraciyərdən kənar formaları üçün

E) Qaraciyərin exinokokku üçün


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
81) Qaraciyərin punksion biopsiyası necə həyata keçirilir?

A) Oturaq vəziyyətində

B) Ümumi anesteziya altında

C) Qarnın ön divarından daxil olmaqla

D) Yerli anesteziya altında

E) Laparotomiyadan sonra


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
82) Hepatologiyada funksional müayinələrin aparılmasına göstəriş hansıdır?

A) Assit

B) Tez-tez burun qanaxması ilə müşayiət olunan anemiya

C) Qida borusu venalarının varikoz genəlməsi ilə gedən splenomeqaliya

D) Hepatomeqaliya

E) Hiperbilirubinemiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
83) Sümüyün struktur rentgenoqrammasını almaq üçün mərkəzi şüa kasset müstəvisinə münasibətdə hansı bucaq altında olmalıdır?

A) Perpendikulyar istiqamətlənməlidir

B) 10 dərəcə bucaq altında

C) 30 dərəcə bucaq altında

D) 40 dərəcə bucaq altında

E) 20 dərəcə bucaq altında


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
84) Arxa uretral qapaq çatışmazlığının əsas diaqnostika üsulu hansıdır?

A) Sistometriya

B) Uretroskopiya

C) İnfuzion uroqrafiya

D) Urofloumetriya

E) Qalxan uretroqrafiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
85) Rəng sınağı (metilen abısının sidik kisəsinə yeridilməsi) aşağıdakılardan hansının aşkar edilməsində daha informativdir?

A) İkiləşmiş böyrəyin yuxarı yarısının sidik axarına reflüks

B) İkiləşmiş böyrəyin bir yarısının ureterohidronefrozu

C) Yuxarı sidik yollarının ikiləşməsi və ureterosele

D) Gecə sidik saxlaya bilməmək (enurez)

E) Əlavə sidik axarı dəliyinin sidik kisəsi sfinkterindən aşağı ektopiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
86) Hemoqlobinuriya simptomu aşağıdakılardan hansının nəticəsi ola bilər?

A) Kəskin pielonefritin

B) Kəskin qlomerulonefritin

C) Nekrotik papillitin

D) Paranefritin

E) Anilinlə zəhərlənmənin


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
87) Anuriyalı xəstəyə aşağıdakılardan hansı əks-göstərişdir?

A) Ekskretor uroqrafiya

B) Qarın boşluğu orqanlarının obzor rentgenoqrafiyası

C) Sistoureteroqrafiya

D) Retroqrad pieloqrafiya

E) Sistoskopiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
88) Rentgenoloji «ağ böyrək» fenomeni (ekskresiyanın kəskin ləngiməsi ilə müşayiət olunan nefroqrammanın davamlı fazası) aşağıdakılardan hansının nəticəsidir?

A) Böyrək şişinin

B) Sidik axarının daşla obturasiyasının

C) Böyrək travmasının

D) Kəskin qeyri-obstruktiv pielonefritin

E) İkincili büzüşmüş böyrəyin


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
89) Kəskin appendisit diaqnozunun qoyulması üçün hansı müayinələr həlledici əhəmiyyətə malikdir?
A) KT

B) Klinik müayinə

C) Rentgenoloji müayinə

D) USM


E) Laborator müayinə
Ədəbiyyat: Kəskin appendisitin diaqnostika və mualicəsi üzrə kliniki protokol.
90) Kəskin appendisitin USM əlamətləri hansıdır?

1. Aperistaltik bagırsaq seqmenti

2. Periappendikulyar maye

3. Qalın divarlı və içərisində mayesi olan həlqəvari kutlə(hədəf simptomu)

4. Bağırsağın pnevmotozu

5. Mədədəki mayenin səviyyəsi
A) 3, 4

B) 2, 3, 4

C) 1, 4, 5

D) 1, 2, 3

E) 4, 5
Ədəbiyyat: Kəskin appendisitin diaqnostika və mualicəsi üzrə kliniki protokol
91) Qeyri - spesifik xoralı kolitə şübhəli qanaxmada hansı müayinə aparılmır?
A) Fibrokolonoskopiya

B) İmmunoloji müayinə

C) Koprologiya

D) USM müayinəsi

E) Həzm traktinin kontrastlı rentgenoqrafiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни 2004.c-414
92) Portal hipertenziya sindromuna şübhəli qanaxmada hansı müayinə aparılır?

1. FEQDS( Fibroezofaqoqastroskopiya)

2. Anğroqrafiya

3. USM və qapı venaları damar sisteminin doppleroqrafiyası

4. Kolonoskopiya

5. KT(Kompyuter tomoqrafiyası)
A) 3, 4

B) 2, 4, 5

C) 1, 4, 5

D) 4, 5


E) 1, 2, 3
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 531
93) Düz bağırsağın polipinin diaqnostikasında hansı müayinə aparılmır?
A) Düz bağırsağın barmaqla müayinəsi

B) Baxış


C) Fibiokilonoskopiya

D) USM


E) Rektoromonoskopiya
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 469
94) 3 aylıq qız uşağında qasıq dəbəliyi boğulmuşdur. Boğulmadan 14 saat keçmişdir. Uşaqda 2 - ci dərəcəli hipotrofiya vardır. Sizin taktikanız:
A) Xəstənin yaşını və 2 - ci dərəcəli hipotrofiyası olmasını nəzərə alaraq cərrahi müdaxilə əks - göstərişdir

B) Təcili cərrahi müdaxilə göstərişdir

C) Qasıq nahiyəsinə soyuq qoymaq

D) İsti vanna etmək

E) 2 - ci dərəcəli hipotrofiya olduğu üçün ağrı kəsicilər vurduqdan sonra əllə boğulmanı aradan qaldırmağa çalışmaq
Ədəbiyyat: Исаков Ю. Ф. Хирургические болезни детского возраста 2004 səh 511
95) Yemək borusunun hansı xəstəliyinin diaqnozunda Elefant sınağından istifadə olunur?
A) Yemək borusunun anadangəlmə stenozu zamanı

B) Yemək borusunun atreziyasında

C) Yemək borusunun anadangəlmə qısa olması zamanı

D) Kardiyanın xalaziyasında

E) Yemək borusunun axalaziyasında
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 314
96) Doğumdan 2 – 3 həftə sonra fontanla qusma, oliquriya, qəbizlik, bədən çəkisinin azalması. Ac qarına mədədə mayenin olması. Barium horrasının mədədə 24 – 72 saat qalması. Bu kliniki və rentgenoloji əlamətlər hansı xəstəlik üçün xarakterikdir?
A) 12 - barmaq bağırsağın atreziyası

B) Diafraqmanın yemək borusu dəliyinin dəbəliyi

C) Pilorospazm

D) Yemək borusunun axalaziyası

E) Pilorostenoz
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 391
97) Dərin venaların inkişaf qüsurunda diaqnozu dəqiqləşdirmək və qanın hərəkətinə mane olan yeri müəyyən etmək üçün hansı müayinə aparılır?
A) Ətrafların obzor rentgenoqrafiyası

B) Venoz təzyiqin ölçülməsi

C) Arteroqrafiya

D) USM


E) Venoqrafiya
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 341
98) Dərin venaların inkişaf qüsurunda müalicə necə aparılır?
A) Sklerozlaşdırıcı terapiya

B) Fizioterapiya

C) Cərrahi üsul

D) Krioterapiya

E) Elastiki corab geymək
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 341
99) Limfa damarlarının inkişaf qüsurlarında diaqnozu dəqiqləşdirmək üçün hansı müayinə aparılır?
A) Venoqrafiya

B) USM


C) Limfoqrafiya

D) Rentgen müayinəsi

E) Laborator müayinə
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 343
100) Mədə və onikibarmaq bağırsaq xorası xəstəliyində əsas diaqnostik üsul hansıdır?
A) Rentgenoloji müayinə

B) Laborator müayinə

C) USM

D) Fibroqastroduedenoskopiya



E) Anamnestik məlumat
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008səh 397
101) Aşağıdakılardan hansı kəskin invaginasiyada əlavə diaqnostik üsullara daxil deyil?
A) İrriqoqrafiya

B) EKQ


C) Laparaskopiya

D) Qarının narkoz altında palpasiyası

E) USM
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 415
102) İnvaginasiyanın diaqnozunun qoyulmasında qısamüddətli verilən narkozdan sonra qarının əllənməsi vasitəsi ilə invaginatın aşkar edilməsi hansı halda məqsədəuyğundur?
A) Nazik bağırsaq invaginasiyasında

B) Yoğun bağırsaq invaginasiyasında

C) Kiçik yaşlı uşaqlarda

D) Rentgen, USM, laparaskopiya imkan olmayan hallarda

E) Böyük yaşlı uşaqlarda
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008səh 416
103) Aşağıdakı hansı üsul vasitəsi ilə invaginasya zamanı bağırsaq divarında baş verən sirkulyator dəyişikliyi və onun həyat qabiliyyətinə malik olmasını daha dəqiq təyin etmək olar?
A) İsidicilərin və müsariqəyə vurulan Sol. Novokain 0, 25% - li tətbiqindən sonra bağırsağın divarında baş verən dəyişikliyə görə

B) Transilyuminasion angiotenzimetriya üsulu

C) Xəstəliyin başlanğıcından keçən vaxta görə

D) Bağırsağın rənginə görə

E) Müsariqə qan damarlarının nəbz vurğusuna görə
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 422
104) Exinokokkoz zamanı orqanizmin parazitə qarşı olan ümumi reaksiyasını müəyyənləşdirən üsul hansıdır?
A) Rentgen müayinəsi

B) Kassoni sınağı

C) Kompleks kliniki - laborator müayinə

D) KT


E) USM
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 523
105) Exinokokkun diaqnostikası üçün aparılan immunoloji müayinə üsulu hansıdır?
A) Qanda eozinofillərin təyini

B) Qanda leykositlərin təyini

C) Mantu sınağı

D) Kassoni sınağı

E) EÇS - təyini
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 523
106) Qida borusunun çapıq daralmasının diaqnozunu dəqiqləşdirmək üçün hansı müayinələr əsasdır?

1. Döş qəfəsinin obzor rentgenoqrafiyası

2. Qida borusunun kontrast rentgenoqrafiyası

3. Ezofaqoskopiya

4. KT

5. USM
A) 1, 5

B) 1, 4


C) 1, 4, 5

D) 2, 3


E) 5, 4
Ədəbiyyat: Ç. Quluyev:”Uşaq cərrahlığı”2008 səh 329


107) Boynun dərin fleqmonasını (adenofleqmonalar) drenaj edərkən dəri kəsiyinin proyeksiya xətti hansına uyğundur?

A) Dəri büküşünə doğru

B) Körpücükaltı arteriyaya doğru

C) Döş – körpücük – məməciyəbənzər əzələnin arxa kənarı boyu

D) Boynun orta xətti boyu

E) Boynun damar – sinir kələfinə doğru


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
108) Boynun orta sistləri və fistulasının əmələ gəlməsi aşağıdakılardan hansı ilə əlaqədardır?

A) Qalxanabənzər - udlaq axacağının geriyə inkişafının pozulması

B) Ağız boşluğu dibinin epitelinin ektopiyası

C) Xromosom aberrasiyaları

D) Qəlsəmə qövsləri qalıqlarının bitişməməsi

E) Qalxanabənzər - dil axacağının geriyə inkişafının pozulması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
109) Boynun orta sisti üçün xarakterik simptom hansıdır?

A) Vidaci çuxurdan yuxarıda yerləşməsi

B) Bərk konsistensiyaya malik olması

C) Udqunma zamanı sistin yerini dəyişməsi

D) Dövri olaraq itməsi

E) Udqunma zamanı ağrı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
110) Boynun orta fistulasının ən informativ təyin edilmə metodu hansıdır?

A) Ultrasəs müayinəsi

B) Fistuloqrafiya

C) Obzor rentgenoqrafiya

D) Kompüter tomoqrafiya

E) Fistulanın zondlanması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
111) Boyun nahiyəsindəki limfangioma üçün hansı xarakterikdir?

A) Ölçülərinin 1-2 sm olması

B) Udqunma zamanı hərəkətli olması

C) Törəmə üzərində dərinin nazikləşməsi

D) Dilaltı sümüyə gedən möhkəm atma

E) Ortada yerləşməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
112) Boyun limfadeniti üçün hansı xarakterikdir?

A) Ortada yerləşməsi

B) Palpasiya zamanı ağrının olmaması

C) Konsistensiyasının yumşaq olması

D) Infeksiyanın giriş qapısının və ağrının olması

E) Udqunma zamanı hərəkətli olması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
113) Boynun orta sistini aşağıdakılardan hansı ilə differensasiya etmək məsləhət görülmür?

A) Anadangəlmə əzələvi əyriboyunluqla

B) Dermoid sistlə

C) Lipoma ilə

D) Vidaci venanın flebektaziyası ilə

E) Limfadenitlə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
114) Boynun orta sistlərinin operativ müalicəsi zamanı optimal müddət hansı yaş hesab olunur?

A) 6 aylıqdan 1 yaşa qədər

B) 3 - 5 yaş

C) 10 yaşdan yuxarı

D) 5 - 10 yaş

E) 1-2 il


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
115) Boynun ön sistinin residivinin qarşısını almaq üçün əməliyyat zamanı aşağıdakılardan hansını həyata keçirmək lazımdır?

A) Fistul yolunun sklerozlaşdırıcı preparatlarla işlənməsi

B) Fistulun fassiyanın səthinə qədər ayrılması

C) Xarici vidaci venanın bağlanması

D) Dilaltı sümüyün rezeksiyası

E) Sanasiyadan sonra fistul dəliyinin tikilməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
116) Boynun fistuluna görə aparılan əməliyyatdan sonra ən çox rast gəlinən ağırlaşma hansıdır?

A) Udma aktının pozulması

B) Tikişlərin qopması

C) Hipersalivasiya

D) Qanaxma

E) Fistulun residivi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
117) Boynun yan sisti üçün hansı xarakterikdir?

A) Palpasiya zamanı ağrının olması

B) Bərk konsistensiyalı olması

C) Vidaci venanın üzərində yerləşməsi

D) Döş - körpücük - məməyəbənzər əzələnin daxili kənarında yerləşməsi

E) Törəmə üzərində dərinin nazilməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
118) Boynun yan sisti zamanı daha informativ müayinə metodu hansıdır?

A) Venoqrafiya

B) Kompüter tomoqrafiya

C) Ultrasəs müayinəsi

D) Fistuloqrafiya

E) Obzor rentgenoqrafiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
119) Boynun yan sistini aşağıdakılardan hansı ilə differensasiya etmək vacib deyil?

A) Alt çənənin periostiti ilə

B) Limfadenitlə

C) Dermoid sistlə

D) Limfangioma ilə

E) Vidaci venanın flebektaziyası ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
120) Boynun yan sistlərinin operativ müalicəsi zamanı optimal müddət hansı yaş hesab olunur?

A) 10 yaşdan yuxarı

B) 5 - 7 yaş

C) 3 - 5 yaş

D) 1 yaşa qədər

E) 3 yaşa qədər


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
121) Boynun yan fistulası zamanı əməliyyatın vacib elementi hansıdır?

A) Dilaltı sümüyün rezeksiyası

B) Fistulun udlağın yan divarına qədər ayrılması

C) Qəlsəmə yarıqlarının tikilməsi

D) Fistulun kəsilib çıxarılması və dəridəki dəliyin tikilməsi

E) Damar-sinir dəstəsinin bağlanması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
122) Boynun yan sistinə görə aparılmış əməliyyatdan sonrakı dövrdə nə göstərişdir?

A) Infuzion terapiya

B) Başın fiksə edilməsi

C) Yataq rejimi

D) Ağızdan qidalanmanı dayandırmaq

E) Fizioterapiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
123) Boynun yan sistinə görə əməliyyatdan sonrakı residivlər hansı ilə əlaqədardır?

A) Tikişlərin aralanması

B) Fistulun yan şaxələrinin tam xaric edilməməsi

C) Yaranın əməliyyatdan sonrakı dövrdə irinləməsi

D) Adekvat hemostazın olmaması

E) Dilaltı sümüyün rezeksiyasından imtina edilməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
124) Qasıq yırtığı nə vaxt formalaşır?

A) Istənilən mərhələdə formalaşa bilər

B) Embrional inkişafın 2-3-cü həftəsində

C) Embrional inkişafın 5-6-cı ayında

D) Embrional inkişafın 7-8-ci həftəsində

E) Embrional inkişafın 7-8-ci ayında


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
125) Anadangəlmə qasıq yırtığının əmələ gəlməsinin əsas etioloji səbəbi hansıdır?

A) Qarnın xarici çəp əzələ aponevrozunun zəifliyi

B) Peritonun yataq çıxıntısının obliterasiya olunmaması

C) Həddən artıq fiziki gərginlik

D) Qarındaxili təzyiqin artması

E) Köndələn fassiyanın zəifliyi


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
126) Qasıq yırtığı üçün ən xarakterik simptom hansıdır?

A) Qasıq nahiyyəsində elastik şişkinlik

B) Iştahanın pis olması

C) Qarında ağrılar

D) Hərarətin yüksəlməsi

E) Ürəkbulanma və qusma


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
127) Əksər hallarda ağırlaşmamış qasıq-xayalıq yırtığının differensial-diaqnostikasını aşağıdakılardan hansı ilə aparmaq lazımdır?

A) Hidatidin burulması ilə

B) Xaya qişalarının hidropsu ilə

C) Orxoepididimitlə

D) Varikosele ilə

E) Orxitlə


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
128) Qasıq kanalının ön divarının açılması kimlərdə mütləq lazımdır?

A) 2 yaşdan böyük xəstələrdə

B) Qızlarda

C) Südəmər uşaqlarda

D) Oğlanlarda

E) 5 yaşdan böyük xəstələrdə


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
129) Qasıq yırtığına görə əməliyyatdan sonrakı dövrdə nə göstərişdir?

A) Masaj


B) 1 həftəlik yataq rejimi

C) Fizioterapiya

D) 2 həftəlik gözləməli rejim

E) 1 il ərzində fiziki yüklənmənin məhdudlaşdırılması


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
130) Yırtığın ləğv edilməsinin ağırlaşmaları hansı ilə əlaqədardır?

A) Təcili göstərişə görə əməliyyatla

B) Yanaşı rast gəlinən qüsurlarla

C) Displastik dəyişikliklərin dərəcəsi ilə

D) Uşağın yaşı ilə

E) Texniki kobudluqla


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
131) Yırtığın ləğv edilməsi zamanı proqnoz aşağıdakılardan hansı ilə əlaqədar olaraq əlverişlidir?

A) Uşağın yaşı ilə

B) Planlı və ya təcili qaydada aparılmış əməliyyatla

C) Yanaşı rast gəlinən qüsurlarla

D) Uşağın cinsi ilə

E) Cərrahın təcrübəsi ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
132) Vinkelman əməliyyatına göstərişlər hansıdır?

A) Bulanıq hidrops mayesi

B) Yuxarı yaşlı uşaqlarda ilk dəfə meydana çıxmış hidrops

C) Bütün sadalananlar

D) Obliterasiya olunmuş vaginal çıxıntı

E) Xaya qişasının dəyişilməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
133) Peritonun yataq çıxıntısının tam obliterasiyası nə vaxt başa çatır?

A) Doğulana qədər

B) 2-3 yaşa qədər

C) Doğuşdan dərhal sonra

D) Bətndaxili dövrün 28 - 32 - ci həftəsinə qədər

E) 1 yaşa qədər


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
134) Toxum ciyəsi elementlərinin sistinin daha xarakterik əlaməti hansıdır?

A) Qasıq nahiyyəsində xayadan dartarkən yerini dəyişən elastiki şişkinlik

B) Qasıq nahiyyəsində hiperemiya

C) Xarici qasıq həlqəsinin genişlənməsi

D) Qasıq nahiyyəsində ödem

E) Kəskin ağrının olması


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin