Uşaq cərrahiyyəsi ixtisası üzrə test suallarına əlavələr və dəyişikliklər edilmişdir


) Uşaqda stranqulyasion bağırsaq keçməməzliyi varsa ona nə vacibdir?



Yüklə 1,02 Mb.
səhifə11/18
tarix06.02.2017
ölçüsü1,02 Mb.
#7783
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

672) Uşaqda stranqulyasion bağırsaq keçməməzliyi varsa ona nə vacibdir?

A) Konservativ müalicə etmək

B) Barium ilə yoxlama və 3-6 saat müddətində konservativ müalicə

C) Müşahidə

D) Əməliyyatönü hazırlıqdan sonra əməliyyat

E) Təcili cərrahi əməliyyat


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
673) Əməliyyatın 4-cü sutkasında uşaqda erkən bağırsaq keçməməzliyi yaranarsa, ona hansı tədbir vacibdir?

A) Barium vermək, konservativ tədbirlər

B) Təcili cərrahi əməliyyat

C) Müşahidə

D) Planlı şəkildə cərrahi əməliyyat

E) Barium vermək və müşahidə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
674) Bitişmə mənşəli paralitik bağırsaq keçməməzliyində konservativ müalicəni ən çox neçə saat uzatmaq olar?

A) 3-6 saat

B) 48-72 saat

C) 6-12 saat

D) 12-24 saat

E) 24-48 saat


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
675) Uşağın 10 yaşı var. Appendikulyar peritonit münasibəti ilə 1 il əvvəl cərrahi əməliyyata məruz qalıb. Qarında tutmaşəkilli ağrı, qusma, defekasiyanın gecikməsi kimi şikayətləri var. Stasionarda əsas olaraq aşağıdakı hansı müayinələrdən başlanılmalıdır?

A) Qarın boşluğunun təsviri rentgenskopiyası

B) Barium içirtmək

C) Mədəni zondlamaq

D) Rektal barmaq müayinəsi

E) Hava ilə iriqoskopiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
676) Nazik bağırsağın invaginasiyasına hansı daha çox səbəb olur?

A) Qida qəbulunun və ya rejiminin pozulması

B) Dispepsiya

C) Respirator-virus infeksiyası

D) Orqanik olaraq (divertikul, polip, şiş, qanaxma)

E) Yaşla əlaqəli diskordinasiyalı peristaltika


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
677) 10 aylıq uşaqda tutmaşəkilli qarında ağrı və 1 dəfə qusma olub. Temperatura normaldır. Sağ qalça çuxurunda girdə, şişəbənzər törəmə əllənir. Rektal müayinədə patologiya tapılmadı. İlkin diaqnoz bağırsaq invaginasiyasıdır. Klinik qiymətləndirmə necə olmalıdır?

A) Bağırsaq keçməməzliyi kimi

B) Parlaq kliniki əlamətlərin təzahürü kimi

C) Fəadlaşma kimi

D) Başlanğıc mərhələ kimi

E) Peritonit əlamətlərinin təzahürü kimi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
678) Uşaqda bağırsağın invaginasiyasının başlanğıc mərhələsidir. Rasional müalicə üsulu hansı sayılır?

A) Kolanaskopun nəzarəti ilə hava ilə invaginantı düzəltmək

B) Operativ müalicə

C) Narkoz altında palpator olaraq invaginantı düzəltmək

D) Laparoskopun nəzarəti ilə hava ilə invaginantı düzəltmək

E) Rentgen altında hava vuraraq bağırsağı düzəltmək


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
679) 8 aylıq uşaq bir dəfə qusub. Qarında tutmaşəkilli ağrı var. Sağ qalça çuxurunu palpasiya etdikdə yumru törəmə əllənir. Rektal müayinədə aşkar qanaxma var. Xəstəlik 10 saat bundan əvvəl başlamışdır. Daha çox ehtimal edilən diaqnoz aşağıdakılardan hansı ola bilər?

A) Bağırsaq infeksiyası

B) Appendikulyar infiltrat

C) Bağırsağın invaginasiyası

D) Kəskin appendisit

E) Qarın boşluğunun şişi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
680) 8 aylıq uşaqda bağırsağın invaginasiyasının klinikası var. Uşaqda 8 saat bundan qabaq narahatçılıq başlamışdır. Optimal müayinə üsulun hansıdır?

A) Kolonoskopiya

B) Rektal təzyiqin yoxlanması

C) Barium ilə irriqoskopiya

D) Laparoskopiya

E) Hava ilə iriqoskopiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
681) İnvaginasiya diaqnozu ilə hospitalizasiya edilmiş xəstədə hansı müayinə metodu ilə əməliyyata göstəriş və ya əks göstəriş olmasını müəyyən etmək olar?

A) Kolonoskopiya

B) Barium ilə iriqoskopiya

C) Laparoskopiya

D) Narkoz altında qarnın palpasiyası

E) Hava ilə iriqoskopiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
682) İnvaqinasiya ilə 12 saat bundan qabaq xəstələnmiş uşaqda konservativ müalicə effektsizdir. İnvaqinat epiqastral nahiyyədə əllənir. Hansı məqsədəuyğundur?

A) Sağ qalça çuxurundan kəsik etmək

B) Orta laparotomiya

C) Pararektal kəsiklə

D) Köndələn laparotomiya

E) Pfanenşteyn kəsiyi ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
683) İnvaqinasiya ilə 24 saat bundan qabaq xəstələnmiş uşaqda konservativ müalicə effektsizdir. Bağırsaq keçməməzliyi əlamətləri meydana çıxıb. Hansı məqsədəuyğundur?

A) Sağ qalça çuxurundan kəsik etmək

B) Köndələn laparotomiya

C) Pararektal kəsiklə soldan

D) Orta laparotomiya

E) Pararektal kəsiklə sağdan


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
684) Uşağın gecikmiş bağırsaq invaginasiyası münasibəti ilə cərrahi əməliyyatı zamanı məlum olmuşdur: Yoğun bağırsağın distal hissəsi nekrozlaşıb və bağırsaq daxilinə keçmiş 50 sm həyati qabiliyyəti şübhəlidir. Cərrahın taktikası hansı olmalıdır?

A) Nekrozlaşmış nahiyyəni rezeksiya etmək və bağırsaq anastamozu qoymaq

B) Prosesə uğramış bağırsaq ilgəyin hamısın dəriyə çıxartmaq

C) Prosesə uğramış bütün yoğun bağırsağı rezeksiya etmək və nazik-yoğun bağırsaq arasında anastamoz qoymaq

D) Hal-hazırda dəqiq nekrozlaşmın nahiyyəni rezeksiya etmək, ileostoma və xəstəni 12 saatdan sonra planlı əməliyyata hazırlamaq

E) Bütün yoğun bağırsağı rezeksiya edib, ileostoma qoymaq


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
685) İnvaginasiya ilə xəstələnmiş 3 aylıq uşaqda bağlı ileostomanın müddəti nə qədərdir?

A) 3 ay


B) 6 ay

C) 1 il


D) 5-7 gün

E) 1 ay
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


686) Qarnın küt travması ilə uşaq cərrahi əməliyyat olunmuş və məlum olmuşdur ki, dalaq xətti partlayıb və zəif qanaxma var. Cərrahın rasional taktikası olmalıdı:

A) Splenektomiya

B) Defektin tikilməsinə səy göstərmək

C) Dalaq üzərində manipulyasiya etmədən sığortalanmaqdan ötrü drenaj qoymaq

D) Dalaq arteriyasının bağlanması

E) İmplantasiya etməklə splenektomiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
687) Qarnın küt travması ilə uşaq cərrahi əməliyyat olunmuş və məlum olmuşdur ki, dalaq dalaq qapısı da daxil olmaqla massiv partlayıb və aktiv qanaxma var. Cərrahın rasional taktikası hansı olmalıdır?

A) Dalaq arteriyasının bağlanması

B) Splenektomiya

C) Defektin tikilməsinə səy göstərmək

D) İmplantasiya etməklə splenektomiya

E) Dalaq üzərində manipulyasiya etmədən sığortalanmaqdan ötrü drenaj qoymaq


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
688) 7 yaşında uşaq hündürlukdən yıxıldıqdan sonra orta ağır vəziyyətdə stasionara qəbul olub. Şikayəti qarında olan ağrıdandır. Qarnın ön divarında daimi olmayan ağrı var, perkusiyada qarın ağrılıdır. İlk növbədə hansı müayinə başlanmalıdır?

A) Laparoskopiyadan

B) Laparosintezdən

C) Qarın boşluğunun rentgenoqrafiyasından

D) Venadaxili uroqrafiyadan

E) USM-dən


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
689) Qarnından küt travma almış uşaqda peritondaxili qanaxma və dalağın partlaması diaqnozu qoyulub. Hemodinamika stabildir. Cərrahın məqsədəuyğun taktikası hansı olmalıdır?

A) Laparotomiya, periton boşluğunun reviziyas

B) Dinamiki müşahidə və konservativ müalicə

C) Laparoskopiya, periton boşluğunun müayinəsi

D) Laparosientez

E) Laparoskopiya, uzun müddətli drenajın qoyulması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
690) Qarnından küt travma almış uşaqda peritondaxili qanaxma və dalağın partlamasına şübhə var diaqnozu qoyulub. Hemodinamika stabil deyil, xəstənin vəziyyəti getdikcə ağırlaşır. Cərrahın məqsədəuyğun taktikası hansdır?

A) Laparoskopiya, periton boşluğunun müayinəsi

B) Dinamiki müşahidə və konservativ müalicə

C) Laparotomiya, periton boşluğunun reviziyası

D) Laparoskopiya, uzun müddətli drenajın qoyulması

E) Laparosintez


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
691) 10 yaşında olan uşaqda qaraciyərin zədələnməsinə şübhə var. Qarında daimi olmayan ağrılar var. Qarında perkusiya ağrılıdır, çox olmayan sərbəst maye var. Orta ağır vəziyyətdədir. Hemodinamika stabildir. Uşağa nə məsləhət görülməlidir?

A) Müşahidə və konservativ müalicə

B) Laparoskopiya

C) Laparosintez

D) Müşahidə

E) Laparotomiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
692) 7 yaşında olan uşaq hündürlükdən yıxılıb. Qarın əzələsində daimi olmayan ağrılar var. Qarın perkusiya da ağrılıdır. Orta ağır vəziyyətdədir. Uşağın müayinəsini hansından başlamaq məqsədəuyğun olardı?

A) Laparosintezdən

B) Laparoskopiyadan

C) USM-dən

D) Qarın boşluğunu təsviri rentgenoqrafiyasından

E) Venadaxili uroqrafiyadan


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
693) Qarnından küt travma almış uşaqda peritondaxili qanaxma və dalağın partlaması diaqnozu qoyulub. Hemodinamika stabil deyil, xəstənin vəziyyəti orta ağırlıqdadır. Uşağa hansı vacibdir?

A) Laparoskopiya

B) Laparotomiya, periton boşluğunun reviziyası

C) Laparosintez

D) Uzun müddətli drenajın qoyulması

E) Dinamiki müşahidə və konservativ müalicə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
694) Uşaq qarnından küt travma alıb. Daxili qanaxması var. Dalağın partlamasına şübhə var. Xəstənin müşahidəsi zamanı vəziyyətində pisləşmə var. Stabil olmayan hemodinamika. Uşağa nə məsləhət görülür?

A) Uzun müddətli drenajın qoyulması

B) Laparoskopiya

C) Dinamiki müşahidə və konservativ müalicə

D) Laparotomiya

E) Laparosintez


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
695) Dalağın partlaması zamanı rasional əməliyyat hansı sayılır?

A) Pararektal kəsiklə

B) Sol tərəfdən qabırğaarası kəsiklə

C) Köndələn laparotomiya

D) Orta laparotomiya

E) Transrektal kəsiklə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
696) Qarnından travma almış uşağın qaraciyərinin zədələnməsinə şübhə var. Vəziyyəti ağırdır. Hemodinamika stabil deyil. Hansı məqsədəuyğun müalicə taktikası sayıla bilər?

A) Müşahidəni davam etdirmək

B) Laparosintez

C) Laparotomiya

D) Konservativ müalicə

E) Laparoskopiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
697) Müştərək travma almış uşaqda: Baş beyin silkələnməsi, II tip koma, peritondaxili qanaxma, stabil olmayan hemodinamika. Məqsədəuyğun müalicə taktikası hansıdır?

A) Laparoskopiya

B) Müşahidəni davam etdirmək

C) Laparotomiya

D) Laparosintez

E) Konservativ müalicə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
698) Uşaqda qaraciyər nahiyyəsindən daxilə nüfuz etmiş yara var. Vəziyyəti nisbi kafidir. Hemodinamika stabildir. Peritonial əlamətləri təzahür etməyib. Cərrahlara nə məsləhət görülür?

A) Müşahidəni davam etdirmək

B) Laparosintez

C) Laparotomiya

D) Laparoskopiya

E) Konservativ müalicə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
699) 7 yaşlı uşağın əməliyyatı zamanı mədəaltı vəzin zədələnməsi tapılıb. Daha rasional taktikaya hansı aiddir?

A) Periton boşluğun yumaq, kiçik çanağın drenə edilməsi

B) Vəzin quyruq, cisminin rezeksiyası, tamponada

C) Laparotom yaradan tənzif tampon

D) Kontraperturadan tənzif tampon

E) Iki uclu drenajın vəzi boyu qoyulması


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
700) 7 yaşından travma almış uşağda perkutor olaraq qaraciyər kütlüyü itib. Sonrakı müayinə hansı olmalıdır?

A) Laparoskopiya

B) USM

C) Laparosintez



D) Angioqrafiya

E) Qarın boşluğunun təsviri rentgenskopiyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
701) Qarnından travma almış uşağın təsviri rentgenoskopiyasında qarın boşluğunda sərbəst qaz tapıldı. Ona hansı müayinə vacibdir?

A) Laparosintez

B) Müşahidə

C) Laparaskopiya

D) USM

E) Laparotomiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
702) Onikibarmaq bağırsağın peritonarxası sahəsinin partlamasına şübhə olduqda informativ müayinə üsulu hansı sayılır?

A) Mədənin barium ilə müayinəsi

B) Laparoskopiya

C) Təsviri rentgen şəkli

D) USM

E) Qastroduodenoskopiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
703) Qarnından küt travma almış xəstənin, mədə və bağırsağında subserroz hematoma aşkarlanıb. Belə halda daha rasional hansı hesab olunur?

A) Punksiya edərək hematomanın evakuasiyası

B) Hematomanın açılması və orqanın divarının təftişi

C) Seroz-əzələ tikişləri ilə hematomanın basılması

D) Zədələnmiş nahiyyənin rezeksiyası

E) Hematomaya əl dəyməməli


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
704) Uşaq odlu silahla qarın boşluğundan xəsarət alıb. Rentgenoloji olaraq yad cisim təsdiq olunub, lakin əməliyyat zamanı yad cisim tapılmadı. Belə halda daha rasional hansı hesab olunur?

A) Əməliyyat zamanı rentgendən istifadə edərək yad cismi tapmaq

B) Xəstəni rentgen otağına apararaq axtarışın istiqamətini dəqiqləşdirmək

C) Təkrar rentgen müayinə

D) İnadkarlıqla yad cismi tapmaq

E) Axtarışı dayandırmaq


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
705) 5 yaşında olan uşaq 40 mm uzunluğunda mismar udub. Təsviri rentgenoskopiyada mismar mədədə tapıldı. Belə halda hansı daha rasionaldı?

A) Qastroskopiya

B) Müşahidə

C) Barium verib müşahidə etmək

D) Bağırsağın motorikasını stimulyasiya etmək

E) Qastrostomiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
706) 3 gün qabaq uşaq 40 mm uzunluğunda mismar udub. Şikayəti yoxdur. Təsviri rentgenoskopiyada mismarın mədədə fiksə olduğu aşkarlanıb. Belə halda hansı daha rasionaldı?

A) Bağırsağın motorikasını stimulyasiya etmək

B) Qastroskopiya

C) Müşahidə

D) Barium verib müşahidə etmək

E) Qastrostomiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
707) Uşaq periappendikulyar absess münasibəti ilə cərrahi əməliyyata məruz qalıb. Appendektomiya və irinliyin drenə edilməsi icra edildi. 5 sutka əməliyyat yarasından bağırsaq möhtəviyyatı gəlir. Belə halda hansı məqsədəuyğundur?

A) Laparotomiya və qapalı terminal stoma

B) Orta laparotomiya və reviziya

C) Konservativ müalicə

D) Laparotomiya, ötürücü anastomoz

E) Yaranı genişləndirib, reviziya etmək


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
708) Appendektomiya, absesin drenə edilməsi münasibəti ilə cərrahi əməliyyata məruz qalmış uşağın ileosekal bucağında borulu fistula əmələ gəlmişdir. Ne zaman cərrahi müdaxilə etmək məqsədəuyğundur?

A) 1,5 il

B) 6 ay

C) 1 il


D) Individual baxılmalı

E) 3 ay
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


709) Appendikulyar peritonit münasibəti ilə təkrar əməliyyata məruz qalmış uşaqda tam yoğun bağırsaq fistulu əmələ gəlmişdir. Hansı operativ üsullar daha rasionaldır?

A) Yaradan bağırsağı tikmək

B) İndividual seçim etmək

C) Bağırsağın yaşamayan hissəsini rezeksiya etmək və anastamoz

D) Bağırsağı geniş mobilizə edib, defekti tikmək

E) Qapalı dövrələmə anastamoz


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
710) Kəskin appendisitə şübhə ilə cərrahi əməliyyata məruz qalmış uşağın appendikulyar çıxıntısı dəyişikliyə uğramayıb, periton boşluğunda duodenal möhtəviyyat var. Cərrah hansını icra etməlidir?

A) Appendektomiya etməli

B) Orta laparotomiyaya keçmək

C) Yaranı genişləndirib qarın boşluğunu təftiş etmək

D) Elə sağ çəp kəsikdən nazik bağırsağı yoxlamaq

E) Pararektal kəsiyə keçmək


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
711) 10 yaşlı uşağın mədə xorasının perforasiyası olduqda cərrahın hansı taktikası məsləhətdir?

A) Bilrot-2

B) Hofmeyster-Finsterer

C) Bilrot-1

D) Xoranın kəsib, defekti ləğv etmək

E) Xoranı közəmək


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
712) «Təsadüfi» appendektomiyaya rasional münasibət hansıdır?

A) İnvaginal appendektomiya

B) Mütləq appendektomiya edilməli

C) Atipik olaraq appendiks yerləşərsə

D) Appendiksin saxlanmasına qorxu varsa

E) Xəstənin yaşından asılı olaraq


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
713) 13 yaşında uşaqda cüzi qanla qarışıq qusuntu, qətranrəngli nəcis ifrazı. Anamnezində ac qarına və gecələr epiqastral nahiyyədə ağrı var. Qarın yumşaq və ağrısızdır. Daha inandırıcı diaqnoz hansıdır?

A) Mekkel divertikulu

B) Mədə və ya 12 barmaq bağırsaq xorası

C) Qeyri spesifik xoralı kolit

D) Qastroduodenit

E) Qida borusunun genəlmiş venalarından qanaxma


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
714) 12 yaşında olan uşaqda mədə bağırsaq qanaxması olarsa, xəstəyə ilk olaraq hansı müayinəni başlamaq lazımdır?

A) Qastroduodenoskopiyadan

B) Kolonoskopiyadan

C) Kontrast rentgen müayinəsindən

D) Laparoskopiyadan

E) Laparotomiya və periton boşluğunun reviziyasından


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
715) Əməliyyat vaxtı uşağın fleqmanoz dəyişikli appendiksin appendektomiya edərkən dəyişikliksiz Mekkel divertikula aşkarlanıb. Hansı məqsədəuyğundur?

A) Divertikulu saxlamaq

B) 2-3 aydan sonra planlı olaraq Mekkel divertikulun rezeksiya etmək

C) Mekkel divertikulunu ektomiya etmək

D) Müşahidə üçün drenaj saxlayıb özüvü sığortalamaq

E) Cərrahın özündən asılıdır


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
716) Appendikulyar peritonit münasibəti ilə cərrahi əməliyyat zamanı təsadüfən dəyişikliksiz Mekkel divertikul aşkarlanıb. Cərrahın rasional taktikası hansıdır?

A) 3 aydan sonra planlı olaraq Mekkel divertikulun götürmək

B) Divertikula yaxın hissədə stoma çıxartmaq

C) İndividual vaxtda Mekkel divertikulunu rezeksiya etmək

D) Mekkel divertikulunu ektomiya etmək

E) Divertikulu saxlamaq


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
717) Mekkel divertikulunun fleqmanoz formasında onun əsasının infiltratlaşması aşkarlanarsa, hansı məsləhət görülür?

A) Hər bir cərrahın öz taktikası var

B) 45 dərəcəli bucaq altında rezeksiya

C) Bağırsağı rezeksiya edərək uc-uca anastomoz

D) Bağırsağı rezeksiya edərək yan-yana anastomoz

E) Pazvari rezeksiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
718) Birincili peritonit mənzərəsini aşkarlayan cərrah rasional olaraq hansı ilk addımdan başlanmalıdır?

A) Antibakterial terapiya

B) Müşahidə

C) Laparoskopiya

D) Laparotomiya

E) Laparosintez


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
719) 7 yaşlı uşağın qarın boşluğunu palpasiya edərkən kistoz törəmə əllənir. İlk növbədə hansı müayinədən başlamaq daha yaxşı olar?

A) Qarın boşluğunun təsviri rentgenskopiyasından

B) Laparoskopiyadan

C) USM-dən

D) Venadaxili uroqrafiyadan

E) Narkoz altında qarnın palpasiyasından


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
720) Yumurtalığın burulması simptomu üçün daha çox hansı xarakterikdir?

A) Narahat hərəkətlər və tez tez sidik ifrazı hissi

B) Yumşaq qarın və peritonial ələmətlərlə

C) Qarnın aşağı şöbəsində kəskin başlayan, aralığa irradiasiya edən ağrı

D) Temperatura normaldır, amma leykositoz var

E) Rektal müayinədə yumşaq, elastik törəmənin əllənməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
721) Qaraciyər ilə ələqəsi olmayan portal hipertenziyada daimi simptom hansıdır?

A) Assit


B) Qarnın ölçülərinin böyüməsi

C) Qanlı qusma

D) Hepatomeqaliya

E) Splenomeqaliya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
722) Portal hipertenziya xəstəliyinin qanaxma ilə ağırlaşan xəstədə hansı tədbiri etmək olmaz?

A) Parenteral qidalanma

B) Yataq rejimi

C) Mədəni zondlama

D) İnfuzion-hemostatik terapiya

E) Ağızdan qidalanma


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
723) Uşaqlarda xolesistitə (xoledoxolitiaza) daha çox hansı faktorlar səbəb ola bilər?

A) Xroniki hepatit

B) Öd kisəsini qidalanma pozğunluğu

C) İrsi


D) Hormonal pozğunluq

E) Maddələr mübadiləsinin pozğunluğu


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
724) 5 yaşında olan xəstə xəstələnəndən 4 saat sonra klinikaya kəskin xolesistit diaqnozu ilə daxil olub. Ona nə məsləhət görülməlidir?

A) 72 saatlıq konservativ müalicə effekt verməzsə cərrahi əməliyyat

B) 6-8 saat konservativ müalicə effekt verməzsə cərrahi əməliyyat

C) Təcili cərrahi əməliyyat

D) Dinamiki müşahidə

E) 24-48 saat konservativ müalicə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
725) Qaraciyər exinokokkozunda nə göstərişdir?

A) Cərrahi müdaxilə

B) Dinamik müşahidə

C) Kimyəvi terapiya

D) Hormonal terapiya

E) Rentgenoterapiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
726) Aşağıdakı xəstəliklərdən hansına mütləq cərrahi müdaxilə göstərişdir?
A) Ağxətt dəbəliyi

B) Göbək dəbəliyi

C) Sindaktiliya

D) Kəskin appendisit

E) Polidaktiliya
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 29
727) Soxulcanabənzər çıxıntının qarın boşluğundakı normal lokalizasiyası hansıdır?
A) Sol qalça çuxuru nahiyəsi

B) Qaraciyəraltı nahiyədə

C) Sağ qalça çuxuru nahiyəsi medial vəziyyət

D) Sağ qalça çuxuru nahiyəsi lateral vəziyyət

E) Retrosekal vəziyyət
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 475
728) Qarın boşluğu orqanlarının parietal periton qişası ilə birlikdə qarın boşluğundan, qarın divarında olan təbii və ya süni dəliklər vasitəsi ilə dəri altına çıxması necə adlanır?
A) Prolaps

B) Qarın xarici dəbəlik

C) Eventrasiya

D) Qarın daxili dəbəlik

E) İnvaginasiya
Ədəbiyyat : М. И. Кузина. Хирургические болезни. 1986 səh 332 333
729) Qarın boşluğu orqanlarının qarın divarında olan süni dəlikdən parietal periton qişasız dəri altına və ya dəri səthinə çıxmasına nə deyilir?
A) Qarın daxili dəbəlik

B) Qarın xarici dəbəlik

C) Prolaps

D) Eventrasiya

E) Eveginasiya
Ədəbiyyat : М. И. Кузина. Хирургические болезни. 1986 səh 332


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin