604) Uşaqlarda kəskin appendisit üçün daha çox hansı əlamətlər xarakterikdir?
A) Qarın əzələlərində gərginlik və qusma
B) Şotkin simptomu və qusma
C) Lokal ağrı və qusma
D) Maye nəcis və qusma
E) Qarın əzələlərində gərginlik vəl lokal ağrı
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
605) Uşağın cərrahi əməliyyatı zamanı məlum olub ki, appendiks qanqrenoz dəyişikliyə uğramışdır. Qarında maye şəffafdır, çıxıntının yatağında fibrin və infiltrativ səhfə var. Appendektomiya icra olunub, sonrakı taktikaya nə daxildir?
A) Birmomentli antibiotikə başlamaq
B) Rezin buraxıcı qoymaq
C) Tənzif tampon qoymaq
D) Periton boşluğunun yuyulması
E) Mikuliç tamponundan istifadə etmək
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
606) Uşağın cərrahi əməliyyatı zamanı məlum olub ki, appendiks perforativ dəyişikliyə uğramışdır. Periappendikulyar absesi var, divarları dağılıb. Appendektomiya icra olunub, sonrakı taktikaya nə daxildir?
A) Mikuliç tamponundan istifadə etmək
B) İki dəlikli drenaj qoymaq
C) Birmomentli antibiotikə başlamaq
D) Rezin buraxıcı qoymaq
E) Periton boşluğunun yuyulması
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |