Uşaq cərrahiyyəsi


) Yarım kəskin limfadeniti adətən nə ilə differensasiya etmirlər?



Yüklə 1,35 Mb.
səhifə67/326
tarix02.01.2022
ölçüsü1,35 Mb.
#1378
1   ...   63   64   65   66   67   68   69   70   ...   326
207) Yarım kəskin limfadeniti adətən nə ilə differensasiya etmirlər?

A) Hemangioma ilə

B) Şişlə

C) Vərəmlə

D) Limfoqranulematozla

E) Pişik sıyrıntıları xəstəliyilə


Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
208) Uşaqda dırnaqətrafı yastığın qızarması və şişkinliyi ilə yanaşı, həm də dırnaq kənarı boyunca dərialtı irin qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Paronixiya

B) Dərialtı dolama

C) Dəri dolaması

D) Fleqmona

E) Abses
Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.


209) Uşaqda göstərici barmaq nahiyyəsində epidermisi qaldıran kiçik irinlik qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Dərialtı dolama

B) Dəri dolaması

C) Fleqmona

D) Dırnaqaltı dolama

E) Paronixiya


Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
210) Uşaqda barmaq ucunun iynə ilə deşilməsindən iki gün sonra ağrı və dırnaq altında irin yığılması qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Dərialtı dolama

B) Paronixiya

C) Fleqmona

D) Dəri dolaması

E) Dırnaqaltı dolama


Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
211) On dörd yaşlı uşaqda barmağın uc nahiyyəsində 3 gündür ki, döyünən ağrı, ödem, qızartı, oynaqda hərəkət məhdudluğu, hipertermiya, palpasiyada kəskin ağrılar qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Sümük dolaması

B) Paronixiya

C) Dərialtı dolama

D) Dırnaqaltı dolama

E) Dəri dolaması


Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с.
212) On yaşlı uşaqda dırnaq falanqası nahiyyəsi 5 gündür ki, ağrılı olub, gecəni yatmayıb. Dəri qızartılı, yumşaq toxumalar kolbaşəkilli genişlənib və infiltrasiyalıdır, palpator kəskin ağrılıdır. Sizin diaqnoz hansıdır?

A) Dəri dolaması

B) Sümük dolaması

C) Dırnaqaltı dolama

D) Dərialtı dolama

E) Paronixiya


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
213) On üç yaşlı uşaqda mil-bilək oynağınadək yayılmış barmaq əsası toxumalarının ödemi, ağrı, oynaqda aktiv hərəkət məhdudluğu, passiv hərəkətlərin kəskin ağrılı olması qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Paronixiya

B) Dəri dolaması

C) Dərialtı dolama

D) Vətər dolaması

E) Dırnaqaltı dolama


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
214) On dörd yaşlı uşaqda bilək nahiyyəsində kəskin ağrı, bilək arxasının ödemi, qızartı, hipertermiya, palpator kəskin ağrı qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Dəri dolaması

B) Dərialtı dolama

C) Biləyin fleqmonası

D) Sümük dolaması

E) Vətər dolaması


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
215) Beş yaşlı uşaqda sümük dolamasının cərrahi əməliyyatı üçün hansı ağrısızlaşdırma üsulu məqsədəuyğundur?

A) İntubasion narkoz

B) Yerli xloretil

C) Keçirici anesteziya

D) İnfiltrasion anesteziya

E) Maska narkozu


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
216) On iki yaşlı uşaqda sümük dolamasının rentgenoloji əlamətləri nə vaxt meydana çıxır?

A) 10-12 sutkaya

B) 1-2 sutkaya

C) 13-15 sutkaya

D) 4-6 sutkaya

E) 7-9 sutkaya


Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   326




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin