810) Qeyd olunan kliniki əlamətlərlə müşahidə olunan müştərək kəllə-beyin travmaları zamanı M-exo 4 mm yer dəyişir, həmin tərəfdə hemiparez və midriaz olur-ən vacibi hansıdır?
A) Baş-beyin əzilməsi
B) Baş-beyin sirkələnməsi
C) Kəllədaxili travma
D) Subaraxnoidal qanaxma
E) Baş beyin kötüyünün əzilməsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
811) Politravma ilə körpə uşaqlarda skeletin ilkin müayinə üsullardan ən vacibinə hansıları aiddir?
A) Teploqrafiya, USM
B) Rentgentomoqrafiya
C) Kompüter tomoqrafiya
D) Rentgenoloji
E) Travmanın minimal və yerli əlamətlərinin üzə çıxarılması üçün ardıcıl və sistemli müayinələr
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
812) On iki yaşlı uşaqda ilkin baxış zamanı budun sınığı aşkar edilib və çanaq sümüklərinin sınığına, dalağın zədələnməsinə şübhə yaranıb. Optimal müalicə-diaqnostik tədbirlər sırasına (xəstəxanaya qədər promedol vurulub) hansılar daxildir?
A) Tranport immobilizasiyası + rentgenoloji müayinə mərkəzi venanın kateterizasiya + plazma əvəzedicisinin köçürülməsi + qan qrupu və rezus-faktorun təyini, laparotomiya
B) Transport immobilizasiyası + mərkəzi venanın kateterizasiyası + qan əvəzedicilərin köçürülməsi + laparotomiya
C) Rentgenoloji müayinə + periferik venaların kateterizasiyası + laparotomiya
D) Budun transport immobilizasiyası + laparotomiya
E) Bud sınığına görə ağrısızlaşdırma, Şkolnikov-Selivanov üsulu ilə çanaqdaxili blokada, zədələnmiş ətrafın transport immobilizasiyası, rentgenoloji müayinə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |