Uşaqların göz sağlamlığı Ötən IL oxuculara nümunəvi xidmət göstərilmişdir


stomatologiya  və  əczaçılıq)  tələbələrini



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#1106
1   ...   9   10   11   12   13   14   15   16   ...   30
stomatologiya  və  əczaçılıq)  tələbələrini 

əhatə  edir.  Hazırda  kadedranın  şta-

tı  16  nəfər  professor-müəllim  heyəti,  6 

köməkçi personaldan ibarətdir.

Azərbaycanda  gigiyenanın  bir  elm  kimi 

inkişafı,  onun  tədris  və  elmi-tədqiqat 

istiqamətlərinin  genişlənməsi,  respublika 

səhiyyəsinin profilaktik sahələri üçün yüksək 

ixtisaslı həkim kadrlarının hazırlanması işinin 

elmi  əsaslar  üzərində  qurulması  Ümumi  gi-

giyena kafedrasının yaranması və inkişafı ilə 

sıx bağlıdır. 

Respublikada  profilaktik  təbabətin  inki-

şaf  perspektivləri  nəzərə  alınaraq    kafedra 

“Gigiyena  kafedrası”  adı  ilə  1922-ci  ilin  de-

kabr ayında Bakı Universitetinin (İndiki Bakı 

Dövlət Universiteti) nəzdində yaradılmış tibb 

fakültəsinin  tərkibində  təşkil  edilmiş  və  ştat 

tərkibi  3  əməkdaşdan  (kafedra  müdiri,  as-

sistent  və  həkim-laborant)  ibarət  olmuşdur. 

1930-cu  ildə  tibb  fakültəsinin  bazasında 

müstəqil  Azərbaycan  Dövlət  Tibb  İnstitutu-

nun yaradılması ilə əlaqədar kafedra həmin 

institutun  sanitariya-gigiyena  fakültəsinin 

tərkibində fəaliyyətini davam etdirmişdir.

Yarandığı vaxtdan 1992-ci ilə qədər kafedra-

ya  ardıcıl olaraq Rusiyanın  və Azərbaycanın  

görkəmli  alimləri  –  professor  V.Malenyuk 

(1922-1926), 

professor 

Ö.Bayraşevski 

(1926-1932), dosent  C.Nuriyev (1932-1939), 

professor  M.Əfəndizadə  (1939-1963),  do-

sent  N.Bağırov  (1963-1965)  və  professor 

İ.Səmədov (1965-1992) rəhbərlik etmişlər.

Azərbaycanda  gigiyena  sahəsində  ilk 

elmlər  doktoru,  professor  M.Əfəndizadənin 

kafedraya  rəhbərlik  etdiyi  dövr  gigiyena-

nın  tədrisində  əsaslı  kəmiyyət  və  keyfiyyət 

dəyişiklikləri  ilə  yanaşı,  gənc  elmi-pedaqoji 

kadrların  hazırlanması,  respublikada  gigi-

yena  elminin  yeni-yeni  sahələrinin  (uşaq 

və  yeniyetmələr  gigiyenası,  qidalanma  gi-

giyenası,  əmək  gigiyenası,  kommunal  gigi-

yena),  elmi-metodik  bazasının  yaradılma-

sı,  habelə  ölkənin  təbii-iqlim  amillərindən, 

müalicə  vasitələrindən  istifadə  olunmasının 

və sanatoriya-kurort zonalarının elmi-gigiye-

nik  cəhətdən  qiymətləndirilməsi  dövrü  kimi 

xarakterizə olunur.

Keçən  əsrin  60-80-ci  illərində  kafed-

raya  professor  İ.Səmədovun    rəhbərliyi 

dövründə kafedranın maddi-texniki və tədris-

metodik  bazası    daha  da  genişlənmiş  və 

möhkəmlənmiş, kafedraya gənc və perspek-

tivli gənclərin gətirilməsi və onların tədris və 

elmi  tədqiqat  işlərinə  cəlb  edilməsi  kafed-

ranın  intellektual  potensialının  artmasına 

və  güclənməsinə  səbəb  olmuşdur.  Bu  döv-

rün    elmi  tədqiqatları  əsasən  neft  sənyesi 

sahələrində  əmək  gigiyenası,  neft  istehsalı 

müəssisələri  tərəfindən  atmosfer  havasının 

çirklənməsinin  gigiyenik  məsələləri,  kənd 

təsərrüfatında 

aqrokimyəvi 

maddələrin 

tətbiqinin  gigiyenik  məsələlərinə  həsr  olun-

muşdur. 

Məlum  olduğu  kimi,  keçən  əsrin  sonuncu 

onilliyindən  başlayan  dövr  ali  tibbi  təhsilin 

daha  da  təkmilləşdirilməsi  və  yüksək  ixti-

saslı həkim və provizor kadrlarının hazırlan-

ması  texnologiyasında  proqressiv  islahat-

larla zəngin olmuş, bu proseslər son illərdə 

ölkəmizdə  təhsilə  Avropa  Kredit-trans-

fer  sisteminin  tətbiqilə  özünün  ən  yüksək 

səviyyəsinə  çatmışdır.  Kafedrada  həyata 

keçirilən  bu  çətin  və  mürəkkəb  islahatlar 

prosesinə  Moskva  gigiyenistlər  məktəbinin 

yetirməsi olan professor M.Kazımov rəhbərlik 

edir.


 Professor M.Kazımov 1992-ci ildə kafed-

ra müdiri vəzifəsinə seçilmişdir. Bu dövr ka-

fedranın tədris, tədris-metodik, elmi-tədqiqat 

işləri  və  digər  fəaliyyət  sahələrində  forma-

laşmış  ənənələrin  möhkəmləndirilməsi  və 

daha da inkişaf etdirilməsilə səciyyələnir. Bu 

ənənələr kafedranın yarandığı ilk illərdən özü-

nün  dinamik  və  zamanın  tələblərinə  uyğun 

inkişaf  tarixinin  ən  mütərəqqi  elementlərini 

özündə əks etdirir.

Hazırda  fənnin  tədrisi  universitetdə  təhsil 

alan  tələbələrin  fakültələr  üzrə  ixtisas  xa-

rakteristikası  nəzərə  alınmaqla  təmayüllü 

şəkildə,  kompyuter  texnikasından  geniş 

istifadə olunmaqla təşkil edilmişdir. Tədrisin 

mühazirə  və  təcrübə  məşğələlərində  infor-

masiya-kommunikasiya  texnologiyalarının 

tətbiqi  tədris  materiallarına  müntəzəm  ola-

raq  yeni  məlumatların  daxil  edilməsinə  və 

onların  yeniləşməsinə  imkan  verir,  eyni  za-

manda tədrisin belə təşkili tələbələrin tədris 

fəallığının  və  göstəricilərinin  əhəmiyyətli 

dərəcədə yüksəlməsinə şərait yaratmışdır. 

Tədris-tərbiyə 

prosesinin 

effektivliyi-

nin  yüksəlməsində  kafedra  kollektivinin 

tədris-metodik  iş  sahəsində  də  fəaliyyətinin 

təkmilləşdirilməsi  və  metodik  yeniliklərin 

fasiləsiz  olaraq  tədrisə  daxil  edilməsi  mü-

hüm  rol  oynamışdir.  Bu  istiqamətdə  fənnin 

tədrisinin  gələcək  həkim  və  provizorların 

ixtisas  xarakteristikalarına  uyğunlaşdırılmış 

tədris  proqramları,  tibbi-profilaktika  ixtisası 

tələbələri  (məzunları)  üçün  diplomdan  son-

rakı  hazırlıq  proqramları  tərtib  olunmuş  və 

müvəffəqiyyətlə  tətbiq  olunur.  Gigiyenanın 

bütün bölmələri üzrə istər mühazirə, istərsə 

də təcrübə məşğələlərində hər bir mövzuya 

daxil olan məsələləri və onların vaxt bölgü-

sünü  əks  etdirən  işçi  proqramlar  (fakültələr 

və  semestrlər  üzrə)  tərtib  olunmuşdur  və 

tədris prosesində, onun metodik təlimatında 

müvəffəqiyyətlə istifadə olunur.

Son  illərdə  profilaktik  təbabətin  əhatə 

dairəsinin genişlənməsi, əhali sağlamlığının 

və ətraf mühitin mühafizəsi məsələlərinə yeni 

yanaşmaların formalaşması ilə əlaqədar tibbi 

profilaktika ixtisası tələbələrinin tədris proq-

ramlarına yeni tədris fənlərinin  - “Gigiyenik 

diaqnostika” və “Gigiyena profilli laboratoriya 

işinin  əsasları”  fənləri  daxil  edilmişdir.  Bu-

nunla  əlaqədar həmin fənlərin maddi-texni-

ki  və  metodik  təminatı  kafedra  kollektivinin 

fəalliyyətində xüsusi yer tutmuşdur.

Tədrisin  təcrübi  səhiyyənin  ehtiyacları-

na  uyğun  və  onunla  əlaqəli  təşkili  də  vacib 

məsələlər kimi təcrübə məşğələlərinin təqvim 

mövzu  planlarına  daxil  edilir.  Bu  məsələnin 

həlli  istiqamətində  əhəmiyyətli  işlər  görülür. 

1997-ci  ildən  etibarən  Azərbaycan  Respub-

likası  Səhiyyə  Nazirliyinin  əmri  ilə  Respub-

lika  GEM  “radiasiya  təbabəti”  laboratoriyası 

kafedra  üçün  tədris  bazası  kimi  müəyyən 

edilmiş,  tibbi-profilaktika  fakültəsinin  II  kurs 

tələbələrinin  bir  sıra  təcrübə  məşğələləri 

Respublika  və  Bakı  şəhəri  rayonlarının  gi-

giyena  və  epidemiologiya  mərkəzlərinin 

bazalarında,  stomatologiya  və  əczaçılıq 

fakültələrinin  tələbələri  isə  müvafiq  olaraq 

stomatoloji poliklinika və nəzarət-analitik la-

boratoriyaların  bazalarında  ayrı-ayrı  gigiye-

nik məsələləri öyrənirlər.

Uzun  illər  ərzində  tələbələr  üçün  Gigiye-

na  fənninin  və  onun  ayrı-ayrı  sahələrinin 

öyrənilməsində    böyük  çətinliklər  törədən 

dərslik  problemi  kafedra  əməkdaşları 

tərəfindən  müvəffəqiyyətlə  həll  edilmişdir. 

Belə ki, son 10 ildə “Gigiyena”, “Ümumi gigi-

yena, təcrübə dərslərinə aid dərslik”, “Radia-

siya gigiyenası”, “Gigiyena profilli laboratoriya 

işinin  əsasları”,  “Gigiyenadan  mühazirələr”, 

“Hərbi gigiyenadan təcrübə məşğələləri üçün 

vəsait”, “Əczaxana müəssisələrinin gigiyena-

sına dair dərs vəsaiti” və ingilis dilində təhsil 

alan tələbələr üçün  “Higiena” dərslikləri nəşr 

olunub tələbələrin istifadəsinə verilmişdir. 

 “Gigiyena” ixtisası üzrə rezidentlərə kafed-

ranın rəhbərliyi və kafedrada rotasiya yolu ilə 

onların məşğul olma-

ları  daim  kollektivin 

diqqət mərkəzindədir. 

Rezidentura  təhsili 

üçün  artıq  hazırlanıb 

təsdiq  edilmiş  müva-

fiq  tədris  proqramı, 

rezidentlərin 

fərdi 


tədris planı kimi vacib 

materiallarla  yanaşı, 

hazırda 

kafedrada 

rezidentlərin    rota-

siya  keçdiyi  3  fənnə 

aid mövzu planları və 

təqvim-mövzu  plan-

ları işlənib başa çatdırılma mərhələsindədir.

Gərgin  və  məhsuldar  tədris  və  tədris-

metodik işlərlə yanaşı, yarandığı ilk illərdən 

başlayaraq  respublika  üçün  böyük  aktual-

lıq  kəsb  edən  gigiyenik  problemlərin  elmi 

əsaslarının  işlənib  hazırlanması  Ümumi 

gigiyena  və  ekologiya  kafedrası  kollektivi-

nin  elmi  tədqiqatlarının  əsas  istiqamətlərini 

təşkil  etmişdir.  Kafedranın  formalaşmasının 

ilk  dövrlərindən  başlayaraq  respublikanın 

təbii–iqlim  amillərinin  gigiyenik  cəhətdən 

qiymətləndirilməsi  və  onlardan  əhali  sağ-

lamlığının  möhkəmləndirilməsi  məqsədilə 

istifadə  olunması,  respiublikanın  böyük 

şəhərlərində  yeni  mikrorayonların,  yaşayış 

məhəllələrinin və yaşayış binalarının səmərəli 

tikintisinin  gigiyenik  əsaslandırılması,  ətraf 

mühitin (xüsusən atmosfer havasının) zərərli 

qazlarla çirklənməsinin gigiyenik məsələləri, 

respublikanın  neft  və  neft-kimya  sənayesi 

müəssisələrində  əmək  şəraitinin  və  isteh-

salatın  zərərli  amillərinin  işçi  sağlamlığına 

təsirinin gigiyenik qiymətləndirilməsi, habelə 

kənd təsərrüfatında aqrokimyəvi maddələrin 

tətbiqinin gigiyenik reqlamentləşdirilməsi  ka-

fedranın elmi planlarının əsasını təşkil etmiş 

və müvəffəqiyyətlə həll edilmişdir.

1990-cı  illərdən  başlayaraq  kafedra-

nın  professor-müəllim  heyətinin  elmi-

tədqiqatlarında  ətraf  mühitin  metallarla 

çirklənməsinin,  bu  çirklənmələrdə  sənaye 

müəssisələrinin və avtonəqliyyat vasitələrinin 

çirklənmə  mənbələri  kimi  rolunun  gigiyenik 

cəhətdən  qiymətləndirilməsi  xüsusi  yer  tut-

muşdur.  Bu  problem  daxilində  kafedra  kol-

lektivinin istər planlı elmi tədqiqatları, istərsə 

də ayrı-ayrı əməkdaşların dissertasiya işləri 

neft maşinqayırma, toz metallurgiyası, neftçı-

xarma sənayesi müəssisələrində və onların 

yerləşdiyi arealda işçi zonasının və ətraf mü-

hitin ağır metallar və radioaktiv maddələrlə, 

habelə  respublika  ərazisində  mövcud  olan 

beynəlxalq və şəhərlərarası avtomagistrallar 

keçən zonalarda atmosfer havasının, torpa-

ğın və ərzaq bitkilərinin zərərli avtonəqliyyat 

tullantıları  ilə,  o  cümlədən  ağır  metallar-

la  çirklənməsi  və  bu  çirkləndiricilərin  əhali 

sağlamlığına  təsirinin  gigiyenik  məsələləri 

professor  M.Kazımovun  rəhbərliyi  altında 

yerinə yetirilmiş bir sıra dissertasiya işlərində 

(N.Göyüşova, V.Əliyev, S.Fətullayeva, M.Əlili, 

F.Hüseynova,  C.Ələkbərova,  G.Əliyeva, 

L.Əhmədzadə,    F.Əli,  A.Abdullayeva)  öz 

səmərəli həllini tapmışdır. 

Son illərdə respublika əhalisinin qidalanma-

sında mikroelement amilinin rolunun gigiye-

nik məsələləri kafedranın planlı elmi tədqiqat 

istiqaməti və bir sıra dissertasiya mövzuları 

kimi araşdırılmaqdadır. Bu tədqiqatların elmi 

və  təcrübi  əhəmiyyət  kəsb  edən  nəticələri 

nüfuzlu  yerli,  yaxın  və  uzaq  xarici  jurnal  və 

məcmuələrdə nəşr olunmuş, ÜST xəttilə bir 

sıra beynəlxalq simpozium və konfranslarda 

[Rusiya  Federasiyası-Moskva,  Qazaxstan-

Astana, Qırğızıstan-Bişkək, Belçika-Brüssel, 

İspaniya-Madrid, Almaniya-Bonn, İtaliya-Mi-

lan,  Avstriya-Vyana,  İsveçrə-Cenevrə,  Lük-

senburq və s.] dinlənilib müzakirə edilmiş və 

yüksək qiymətləndirilmişdir.

Kafedrada  aparılan  elmi  araşdırmaların 

nəticələrinin  səhiyyə  təcrübəsinə  tətbiqi 

sahəsində də müəyyən nailiyyətlər əldə olun-

muşdur. Son  illərdə kafedra əməkdaşlarının 

elmi  araşdırmalarının  nəticələri  əsasında 

neft emalı proseslərində ətraf mühitin və ilk 

növbədə  torpağın  mühafizəsinə  yönəlmiş 

standart  hüququnda  1  gigiyenik  norma-

tiv  işlənib  hazırlanmış  və  Səhiyyə  Nazirliyi 

tərəfindən  təsdiq  olunmuşdur.  Bü  dövrdə 

müxtəlif  istehsalat  sahələrində  əmək 

şəraitlərinin  yaxşılaşdırılması  və  ətraf  mü-

hitin  mühafizəsinin  reqlamentləşdirilməsinə 

dair  10-dan  çox  normativ  sənədlər,  o 

cümlədən sanitariya qayda və normaları və 

metodik tövsiyələr təcrübi səhiyyəyə təqdim 

olunmuşdur. 

Kafedra  kollektivi  ölkəmizdə  gigiyena 

fənninin  tədrisinin  təkmilləşdirilməsi,  sa-

vadlı  və  ziyalı  həkim  kadrların  hazırlanma-

sı, elmin daha da inkişaf etdirilməsi, habelə 

respublika üçün xüsusi aktuallıq kəsb edən 

ətraf  mühitin  mühafizəsi  və  əhali  genofon-

dunun  qorunub  saxlanması  istiqamətində 

öz  səmərəli  fəaliyyətini  qarşıdakı  illərdə  də 

davam etdirəcəkdir.

  


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin