“KlİNİKANiN dİŞ TEXNİKİ lAboRA-
To RİyAlARiNiN AvAdANliQlARi yE-
NİləRİ İlə əvəZləNİb
”
- Zəhmət olmasa, bir
az da rəhbərlik etdiyiniz
klinikanın kadr potensialı
ilə bağlı ümumi məlumat
verərdiniz...
- Klinikada 8 tibb
elmləri doktoru-profes-
sor, 2 tibb elmləri dokto-
ru-dosent, 32 dosent, 63
tibb üzrə fəlsəfə doktoru
çalışır. Eyni zamanda ha-
zırda klinikada stomato-
logiya üzrə 17 rezident
təhsilini davam etdirir.
3 nəfər doktorantura,
8 nəfər əcnəbi həkim-
stomatoloq 3 illik ixtisasartırma kursu
keçirlər. Əməkdaşlardan 22 nəfər disser-
tasiya üzərində çalışır. II, III, IV kursla-
rın tələbələri istehsalat təcrübəsi keçirlər.
Stomatologiya fakültəsinin elmi şurasının
iclasları, aprobasiya şuraları, kafedraların
iclasları, Tələbə Elmi Cəmiyyətinin konf-
ransları və s. daima klinikanın binasında
keçirilir.
Bir sözlə, hazırda klinika müasir stoma-
tologiyanın bütün nailiyyətlərini özündə
əks etdirir. Tədris və həkim kabinetləri ən
müasir diaqnostika və müalicə avadanlıqla-
rı ilə təchiz olunubdur.
2011-ci ildə klinikanın rentgen-diaqnos-
tika şöbəsinə universitet tərəfindən Yaponi-
yanın «Maritta» firmasının rəqəmsal rent-
gen aparatı gətirilib. Şöbədə tə l əbələr və
həkimlər üçün kompyuterlə təchiz olunmuş
tədris rentgen-diaqnostika kabineti açılıb-
dır.
Klinikanın diş texniki laboratoriyalarının
avadanlıqları və materialları yenilənərək ən
müasirləri ilə əvəz olunubdur. Bu gün la-
boratoriyada metal-keramika, metalsız-ke-
ramika, vinirlər, metal-plastmas, kompozit
plastmas, akril və termoplast protezlər, bü-
gel protezlər keyfiyyətinə görə ən yüksək
tələblərə cavab verir. Stomatologiyada
istifadə olunan dərman və ləvazimatlar isə
ən müasir standartlara cavab verən aparıcı
şirkətlərin məhsullarından ibarətdir.
Dostları ilə paylaş: |