Uşaqların göz sağlamlığı Ötən IL oxuculara nümunəvi xidmət göstərilmişdir



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#1106
1   2   3   4   5   6   7   8   9   10   ...   30
                                                

Arzu SEyİdovA,

“İctimai fənlər” kafedrasının 

əməkdaşı

XALqIN qAN YADDAŞI-31 MART

Azərbaycan  Respublikası  müstəqillik  qazandıqdan  sonra 

xalqımızın  tarixi  keçmişinin  obyektiv  mənzərəsini  yaratmaq 

imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa 

qoyulmuş  həqiqətlər  açılır,  təhrif  edilmiş  hadisələr  özünün  əsl 

qiymətini alır.

Azərbaycan  xalqına  qarşı  dəfələrlə  törədilmiş  və  uzun  illərdən 

bəri  öz  siyasi-hüquqi  qiymətini  almamış  soyqırımı  da  tarixin 

açılmamış səhifələrindən biridir.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay 

müqavilələri  Azərbaycan  xalqının  parçalanmasının,  tarixi 

torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının 

bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. 

Qısa  bir  müddətdə  bu  siyasət  gerçəkləşdirilərək  ermənilərin 

kütləvi  surətdə  Azərbaycan  torpaqlarına  köçürülməsi  həyata 

keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir 

hissəsinə çevrildi.

«Böyük  Ermənistan»  yaratmaq  xülyasından  ruhlanan  erməni 

qəsbkarları  1905-1907-ci  illərdə  azərbaycanlılara  qarşı  açıq 

şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin 

Bakıdan  başlanan  vəhşilikləri  Azərbaycanı  və  indiki  Ermənistan 

ərazisindəki  Azərbaycan  kəndlərini  əhatə  etdi.  Yüzlərlə  yaşayış 

məntəqəsi  dağıdılıb  yerlə  yeksan  edildi,  minlərlə  azərbaycanlı 

vəhşicəsinə qətlə yetrildi. Bu hadisələrin təşkilatçıları, məsələnin 

mahiyyətinin  açılmasına,  ona  düzgün  hüquqi-siyasi  qiymət 

verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını 

yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişər.

Azərbaycanlıların  soyqırımı  Bakı,  Şamaxı,  Quba  qəzalarında, 

Qarabağda, 

Zəngəzurda, 

Naxçıvanda, 

Lənkəranda 

və 

Azərbaycanın  başqa  bölgələrində  xüsusi  qəddarlıqla  həyata 



keçirilmişdir.  Bu  ərazilərdə  dinc  əhali  kütləvi  surətdə  qətlə 

yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb 

məhv edilmişdir.

Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandıqdan  sonra  1918-ci  ilin 

mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-

ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq 

komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya 

mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan 

quberniyası  ərazisində  ermənilərin  törətdikləri  ağır  cinayətləri 

araşdırdı.  Dünya  ictimaiyyətinə  bu  həqiqətləri  çatdırmaq  üçün 

Xarici  İşlər  Nazirliyi  nəzdində  xüsusi  qurum  yaradıldı.  1919  və 

1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti 

tərəfindən  ümummilli  matəm  günü  kimi  qeyd  edilmişdir.  Əslində 

bu,  azərbaycanlılara  qarşı  yürüdülən  soyqırımı  və  bir  əsrdən 

artıq  davam  edən  torpaqlarımızın  işğalı  proseslərinə  tarixdə 

ilk  dəfə  siyasi  qiymət  vermək  cəhdi  idi.  Lakin,  Azərbaycan  Xalq 

Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın  sovetləşməsindən  öz  çirkin  məqsədləri  üçün 

istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın 

bir  sıra  torpaqlarını  Ermənistan  SSR-in  ərazisi  elan  etdilər. 

Sonrakı  dövrdə  bu  ərazilərdəki  azərbaycanlıların  deportasiya 

edilməsi  siyasətini  daha  da  genişləndirmək  məqsədilə  yeni 

vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 

dekabr  1947-ci  il  «Ermənistan  SSR-dən  kolxozçuların  və  başqa 

azərbaycanlı  əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına 

köçürülməsi  haqqında»  xüsusi  qərarına  və  1948-1953-cü 

illərdə  azərbaycanlıların  öz  tarixi  torpaqlarından  kütləvi  surətdə 

deportasiyasına dövlət səviyyəsində nail oldular.

1988-ci  ildən  ortaya  atılan  Dağlıq  Qarabağ  konfliktinin  ilkin 

mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından 

qovulmasına  da  respublikada  düzgün  siyasi  qiymət  verilmədi. 

Azərbaycanın  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  Ermənistan 

SSR-in  tərkibinə  daxil  edilməsi  haqqında  ermənilərin  qeyri-

konstitusion  qərarını  və  Moskvanın  əslində  bu  vilayəti  Xüsusi 

İdarəetmə  Komitəsi  vasitəsilə  Azərbaycanın  tabeliyindən 

çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi 

aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada 

keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə 

pislənsə  də  Azərbaycan  rəhbərliyi  öz  passiv  mövqeyindən  əl 

çəkmədi.  Məhz  elə  bunun  nəticəsi  olaraq  1990-cı  ilin  yanvar 

ayında  getdikcə  güclənən  xalq  hərəkatını  boğmaq  məqsədi  ilə 

Bakıya  qoşunlar  yeridildi,  yüzlərlə  azərbaycanlı  məhv  və  şikəst 

edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli 

görünməyən  divan  tutdu.  Tariximizə  Xocalı  soyqırımı  kimi  həkk 

olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir 

alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.

Azərbaycanın  XIX  -  XX  əsrlərdə  baş  verən  bütün  faciələri 

torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara 

qarşı  düşünülmüş,  planlı  surətdə  həyata  keçirdiyi  soyqırımı 

siyasətinin  ayrı-ayrı  mərhələlərini  təşkil  etmişdir.  Bu  hadisələrin 

yalnız  birinə  -  1918-ci  il  mart  qırğınına  siyasi  qiymət  vermək 

cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 

Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə 

bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə 

siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin