dərəcəsi yaşa bağlı olaraq artır.
Uşaqların göz sağlamlığı
u vatikan venesuelada kütləvi etirazlar nəticəsində yaranmış
böhranın tənzimlənməsi üçün vasitəçi rolunda çıxış etməyə hazırdır.
Bu barədə Venesuela KİV-ləri xəbər verir.
Venesuelanın elektron KİV-ləri Müqəddəs Taxt-tacın mətbuat xidmətinin
rəhbəri Federiko Lombardinin bu sözlərini sitat gətirir: “Həm Müqəddəs
Taxt-tac, həm də dövlət katibi Pyetro Parolin Venesuelada sülh və asayiş
naminə mümkün olan hər bir tədbiri görmək istəyir və bunu etməyə
hazırdır”.
KİV-lər xatırladırlar ki, Parolin keçən il avqust ayına qədər Karakasda
nunsi olmuşdur və Venesuelanı çox gözəl tanıyır.
Cənubi Amerika Millətləri İttifaqının Komissiyası bu həftə Venesuelaya
səfər etmiş və ölkədə vəziyyəti öyrənmək üçün iki gün Karakasda
işləmişdir.
Komissiyanın üzvləri yekun sənədində prezident Nikolas Maduronu
“çoxtərəfli dialoqa kömək edəcək xoşməramlı nümayəndənin namizədliyini
dəstəkləməyə” çağırmışlar.
Venesuela Prezidenti Nikolas Maduro cümə axşamı çıxış edərək
bildirmişdir ki, o, ölkədə asayiş yaratmaq üçün vasitəçinin namizədliyinə
etiraz etmir. Dövlət başçısı demişdir: “Qoy Vatikanın bizdə səfiri olmuş
dövlət katibi Pyetro Parolin gəlsin”.
Venesuelada iğtişaşlara çevrilmiş iri miqyaslı etiraz nümayişləri fevralın
12-də başlanmışdır. Rəsmi məlumata görə, o vaxtdan bəri 37 nəfər, o
cümlədən 29 mülki şəxs və asayişi mühafizə orqanlarının 8 nümayəndəsi
həlak olmuş, iğtişaşlar zamanl 559 nəfər yaralanmışdır.
u Adı Ginnesin rekordlar kitabına düşən Kim Unq–onq
Dostları ilə paylaş: |