Ц Н В А Н Ы М Ы З:
Мярданов гардашлары - 100
2-ъи мяртябя,
тел.: 595-24-97
tabibqazeti@gmail.com
Ëèñåíçèéà Н - 022633
Èíäåêñ -0269
Ñàéû 4000
Ñèôàðèø: 141
Polis işçisi yolda sərxoşa rast gəlib
soruşur:
-Hara gedirsən?
-Evə, mən Yeni il şənliyindən qayıdıram.
-Belə də gop olar! Yeni il doqquz ay
bundan əvvəl olub. Indi sentyabrdır.
-Bilirəm. Elə ona görə də tələsirəm.
Arvadım deyəsən narahatdır.
* * *
Stokholmda içki əleyhdarı restorana
gəlib qabağında bir şüşə araq olan
adamdan soruşur:
-Siz bilirsinizmi ki, araq ildə bir neçə min
isveçlini o dünyalıq edir?
-O mənə aid deyil,-deyir kişi,-mən isveçli
deyiləm, danimarkalıyam.
* * *
Barmen:
-Deyirsiniz ki, hər şeyi unutmaq üçün
içmək istəyirsiniz?
-Əlbəttə!
-Onda pulu əvvəlcədən verin.
* * *
Sərxoş qapı ağzında dayanıb əlləşir,
heç cür qapını aça bilmir.
Yolçu ona deyir:
-Açarı ver, mən açım!
-Sağ ol, yaxşısı budur ki, sən evi tut
yırğalanmasın, qapını özüm açaram.
* * *
-Dünən mən yenə də səni meyxanadan
çıxan gördüm.
-Deyirsən ki, mən bütün günü orada
oturum, heç bayıra çıxmayım?
* * *
Bir sərxoş səkidə oturur. Polis işçisi ona
yanaşıb:
-Siz burada nə edirsiniz?-deyə soruşur.
-Deyirlər ki, yer fırlanır...
-Hə, nə olsun ki?
-Evim gəlib mənə çatanda duracağam...
* * *
Polis işçisi çəlləkdən tutub onun ətrafına
dolanan sərxoşa yaxınlaşıb soruşur:
-Siz nə eləyirsiniz?
-Evə gedirəm. Bu hasar qurtaranda
sağa dönəcəm.
Dostları ilə paylaş: |