Soya
.
Soya məhsulları heyvani qida məhsullarının ən yaxşı əvəzləyicisidirlər. Soya
dənələri bütün mühüm amin turşularına sahib yüksək miqdar-
da zülal tərkibinə malikdir (bu növ tək tərəvəz məhsuludur).
Soya həmçinin kalsiumun, dəmirin, sinkin, fosforun, maqneziu-
mun, B vitamininin, omeqa 3 yağ turşularının və liflərin zəngin
mənbəyidir. Çoxsaylı elmi araşdırmalar göstərir ki, əhəmiyyətli
miqdarda soya zülalına malik pəhriz ürək xəstəliklərinə fayda-
lı ola bilər. Bundan əlavə nəşr olunan bir çox araşdırmalarda
soyanın prostat və süd vəzisi xərçəngi, həmçinin osteoparoz
kimi xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli olduğu
göstərilir.
Göyərti.
Kələm, çuğundur, çin kələmi, brokkoli, quşqon-
maz, yaşıl paxlalar və s. vitamin A və C, dəmir, kalsium və
fitonutrientlərlə zəngindirlər. Yaşıl tərəvəzlər çox doyumlu,
yüksək lifli və aşağı kalorilidirlər. Amerika Ürək Assosiasiyası
(American Heart Association) tərəfindən işlənmiş yeni pəhriz
gündə ən azı 4 dəfə müxtəlif növ tərəvəzlər yeməyi tövsiyyə
edir.
Giləmeyvələr.
Giləmeyvələr şərtsiz ən sevimli meyvələrdəndir!
Onlar C vitamini, fol turşusu, lif və fitonutrientlərlə zəngindir.
Həqiqətən də, yüksək antioksidant xüsusiyyətinə malik ol-
duqlarına görə təzə gilemeyvələr xəstəlik əlehinə ən güclü
qida məhsullarıdır. ORAC- Oksigen Radikalları Udma Həcmi
(antioksidant aktivliyi ölçmək üçün metod) siyahısında birinci
yerlərdə dururlar. Giləmeyvəni yeməyə hazırlamaq da asan-
dır- sadəcə yuyur və yaxalayırsan və qabıq soymağa da heç
ehtiyac yoxdur! Üstəlik siz giləmeyvələri desert olaraq da (təzə
və ya bişmiş) təqdim edə bilərsiniz.
Dostları ilə paylaş: |