ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
14
Cədvəl 4. Hamiləlikdə ağırlaşmalar və mamalıq fəsadları, sübutlu təbabətə əsaslanmış bəzi
tövsiyələr və proses göstəricilərinin tərifləri
Təriflər
Ağır postpartum (zahılıq
dövrünün və ya doğuş-
dan sonrakı) qanaxması
Bunlardan biri ilə müşayiət olunan cinsiyyət sisteminin (genital) qanaxması:
1000 ml və ya daha çox həcmdə baş verən qanaxma və ya hipotenziya və
ya qan preparatlarının köçürülməsi ilə müşayiət olunan qanaxma
Ağır preeklampsiya
Sistolik qan təzyiqinin davamlı olaraq 160 mm c.s. və daha çox olması;
Diastolik qan təzyiqinin 110 mm c.s. olması;
24 saatlıq sidikdə zülalın miqdarının (proteinuriya) 5 qram və ya daha çox
olması;
24 saat ərzində ifraz edilmiş sidiyin həcminin <400 ml-dən az olması və
ya oliquriya;
HELLP sindromu və ya ağciyər ödemi.
Eklampsiya istisna edilir.
Eklampsiya Epilepsiyası olmayan xəstələrdə generalizə olunmuş qıcolma (tutma).
Koma ilə müşayiət olunan preeklampsiya.
Ağır dərəcəli sistem
infeksiyası və ya
sepsis
Yüksək hə
rarət (>38°C), təsdiq olunmuş və ya ehtimal edilən infeksiya (məs.,
xorioamnionit, septik abort, endometrit, pnevmoniya) və ən azı aşağıdakılardan
biri: ürək döyüntülərin sayının dəqiqədə 90 vurğudan çox olması, tənəffüs
sayının 20-dən çox olması, leykopeniya (leykositlərin sayının 4000-dən az
olması), leykositoz (leykositlərin sayının 12.000-dən çox olması).
Uş
aqlığın cırılması
Doğuş zamanı baş vermiş uşaqlığın cırılmasının laparotomiya ilə təsdiq
edilməsi.
Xidmət və proses göstəriciləri
Postpartum (doğuşdan sonrakı) qanaxmanın qarşısının alınması
Standart xidmət
Postpartum
qanaxmanın profilaktikası məqsədilə doğuşdan dərhal sonra
bütün qadınlara 10 BV (beynəlxalq vahid) oksitosin vurulur (13).
Proses göstəriciləri Postpartum
qanaxmanın qarşısının alınması məqsədi ilə doğuşdan sonra
oksitosin (bir doza) almış qadınların sayının doğuş keçirən (təbii doğuş və
qeysəriyyə kəsiyi ilə aparılan doğuş) bütün qadınların sayına nisbəti.
Postpartum qanaxmanın müalicəsi
Standart xidmət
Postpartum
qanaxması olan bütün qadınların müalicəsi oksitosinlə aparılır (14).
Proses göstəriciləri Postpartum
qanaxması olan və oksitosinlə müalicə olunmuş qadınların
sayının postpartum qanaxması qeydə alınmış bütün qadınların sayına nisbəti.
Eklampsiya
Standart xidmət
Eklampsiyası olan bütün qadınların müalicəsi maqnesium sulfatla aparılır (15).
Proses göstəriciləri Eklampsiyası olan və magnezium sulfat almış qadınların sayının
eklampsiyası olan bütün qadınların sayına nisbəti.
Ağır sistem infeksiyalarının və ya sepsisin profilaktikası
Standart xidmət
Q
eysəriyyə kəsiyi əməliyyatı keçirən qadınların hamısı profilaktik antibiotik
almalıdır (16).
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
15
Proses göstəriciləri
Q
eysəriyyə kəsiyi əməliyyatı keçirən və profilaktik antibiotik alan
qadınların sayının qeysəriyyə kəsiyi əməliyyatı keçirən bütün qadınların
sayına olan nisbəti.
Ağır infeksiyaların və sepsisin müalicəsi
Standart xidmət
Ağır dərəcəli sistem infeksiyası və ya sepsisi olan bütün qadınlar
venadaxili antibiotiklər almalıdır (17).
Proses göstəriciləri Ağır dərəcəli sistem infeksiyası və ya sepsisi olan və venadaxili antibiotik
almış qadınların sistem infeksiyası və ya sepsisi olan bütün qadınların
sayına nisbəti.
Dölün ağciyərlərinin yetişməsi
Standart xidmət
Körpənin vaxtından əvvəl doğulması gözlənilən bütün qadınlara dölün
ağciyərlərinin yetişməsi üçün kortokosteroidlərin verilməsi tələb olunur (18).
Proses göstəriciləri Xəstəxanada 3 saatdan çox qaldıqdan sonra sağ körpənin doğuşu ilə
nəticələnmiş və dölün ağciyərlərinin yetişməsi üçün kortikosteroidlər
almış hamilə qadınların sayının həmin xəstəxanada 3 saatdan çox qalan və
sağ körpənin doğuşu ilə nəticələnmiş bütün hamiləliklərin sayına olan
nisbəti.
a
Aşağı göstəricilər xidmətin yaxşılaşdırılması tələb olunan sahələri göstərir. Göstəricilərin yüksək olması isə xidmətin keyfiyyətli
olduğunu müəyyən edir.
Tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi
və təkmilləşdirilməsi prosesinin hər il
keçirilməsi məsləhət görülür. Tədqiqatın
aparılması üçün aşağıdakı müddətlərin nəzərə
alınması tövsiyə edilir:
–
tədqiqat üçün klinik halların ilkin
qiymətləndirilməsi: 4 ay,
–
toplanmış məlumatın təhlili və klinik
praktikanın təkmilləşdirilməsi üçün planın
tərtib edilməsi: 2 ay və
–
tibbi xidmətlərin təkmilləşdirilməsi üçün
tədbirlərin icrası: 6 ay.
İlkin qiymətləndirmədən 1 il sonra ölümlə
nəticələnməyən hamiləlik ağırlaşmaları və
mamalıq fəsadlarının tədqiqi təkrar aparıla bilər.
Bunun nəticəsində tibbi xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması prosesi davam
etdirilə bilər. Alternativ olaraq ilkin
qiymətləndirmədən sonra məlumatların
toplanması və təhlili fasiləsiz aparıla bilər. Bu
zaman xidmətlərin keyfiyyətinin
təkmilləşdirilməsi üçün aralıq tədbirlər həyata
keçirilir.
Bütün hallarda ilkin qiymətləndirmə prosesi
yekun hədəf olmamalıdır. Hədəf kimi məhz
qiymətləndirmənin nəticəsi əsasında səhiyyə
sisteminin və tibb müəssisələrinin göstərdiyi
xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması
olmalıdır. Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadları olan
qadınlardan, tibb işçilərindən və tibb
müəssisəsinin rəhbər işçilərindən əldə olunmuş
məlumatlar klinik auditin aparılması (Diaqram
1-də təsvir edilib) üçün istifadə edilə bilər.
2.1.6. Vəziyyətin təhlili
Vəziyyətin təhlili ölümlə nəticələnməyən
hamiləlik ağırlaşmaları və mamalıq fəsadları və
proses indikatorları əsasında aparılır. Ölümlə
nəticələnməyən hamiləlik ağırlaşmaları və
mamalıq fəsadlarının indikatorları və onların
izahı, habelə hesablanması üzrə təlimat Cədvəl
3-də təqdim edilib. Cədvəl 4-də ciddi hamiləlik
ağırlaşmaları və ağır mamalıq fəsadlarının
tərifləri, seçilmiş sübutlu təbabət prinsipləri
əsasında tövsiyələr və proses göstəriciləri
verilib. Toplanmış məlumatlar nümunə kimi
verilmiş cədvəl vasitəsilə təqdim oluna bilər.
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
16
Əlavə 3-də məlumatların təqdim olunması üçün
cədvəllərin nümunələri və məlumatları
interpretasiyası üçün təlimat yerləşdirilib.
2.1.7. İcra metodu
ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi
metodikası” səhiyyə sistemi çərçivəsində
xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması
məqsədilə istifadə edilmə üçün nəzərdə tutulub.
Tibb müəssisələrində bu yanaşma mövcud
platformalar və ya mexanizmlər (məs., yan
təsirlərin araşdırılması üçün təsis edilmiş
komitələr, ölüm hallarının tədqiqi üçün
yaradılmış komitələr və s.) əsasında həyata
keçirilə bilər. Ölümlə nəticələnməyən
hamiləlik/mamalıq ağırlaşmalarının tədqiqi
üçün mövcud olan bu cür komitələr və ya
komissiyalardan istifadə və ya yeni
komitə/komissiyaların yaradılması yanaşmanın
daha keyfiyyətli və uzun müddətli (davamlı)
tətbiqinə, habelə onun nəticələrinin tibbi
xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına
yönəlmiş tədbirlərin həyata keçirilməsinə
xidmət edə bilər.
Bütün hallarda metodikanın tətbiq edildiyi tibb
müəssisəsində tədqiqatın aparılmasına məsul
olan və fəaliyyəti koordinasiya edən bir nəfərin
müəyyən edilməsi tövsiyə olunur. Həmin şəxsin
hamiləlik və mamalıq ağırlaşmaları və onların
müalicəsi sahəsində müvafiq klinik bilik və
təcrübəyə, habelə liderlik bacarıqlarına və
həmkarları arasında müəyyən avtoritetə malik
olması tədqiqatdan əldə edilmiş tövsiyələrin
icrasına təkan verə bilər.
2.1.8. Etik normaların nəzərə alınması
“Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi
metodikası” iki variantda istifadə edilə bilər.
“Tam variant” metodikanın tətbiqində
xəstəxanada saxlanılan tibbi sənədlərin təhlili
ilə yanaşı ayrı-ayrı xəstələrlə müsahibələrin
aparılmasını nəzərdə tutur. “Baza variant” isə
yalnız xəstəlik tarixləri, ambulator kartlar və
digər müvafiq tibbi sənədlərin analizini əhatə
edir, lakin xəstələrlə bir başa müsahibələrin
aparılmasını istisna edir. Beləliklə, metodikanın
“baza variantının” tətbiqi zamanı xəstələrlə
birbaşa ünsiyyətin qurulması tələb olunmur.
Bütün lazım olan məlumatlar tibb
müəssisəsində saxlanılan xəstəlik tarixləri,
ambulator kartlardan əldə edilir. Buna görə də
xəstələrlə fərdi müsahibələr aparılmır. Düzdür,
nadir hallarda müəyyən məlumatlara aydınlıq
gətirmək və ya çatışmayan məlumatları əldə
etmək üçün xəstələrlə ünsiyyətin qurulması
faydalı ola bilər. Konkret iştirakçıların kimliyi
haqqında məlumat xüsusi kitabçada məlumatı
toplayandan gizli saxlanılır və ancaq çatışmayan
və ya şübhəli məlumatların təsdiqi üçün istifadə
olunur. Lakin nəzərə almaq lazımdır ki,
xəstələrin kimliyini özündə əks etdirən jurnallar
(məlumat bazası) məxfi saxlanılır və yalnız
nadir hallarda istifadə edilir.
Məlumatların əsasən xəstəlik tarixləri,
ambulator kartlar və tibb müəssisəsinin
saxladığı digər sənədlərdən əldə olunduğunu
nəzərə aldıqda, xəstələrdən heç bir razılığın
alınması da tələb olunmur. Lakin tədqiqatın
aparıldığı tibb müəssisəsinin rəhbərliyinin
icazəsi əldə edilməlidir. Bütün hallarda
xəstələrə aid məlumatların məxfiliyinin
qorunmasına xüsusi önəm və diqqət
yetirilməlidir. Tədqiqatın bu cür metodologiya
əsasında aparılması ÜST və digər etik komitələr
tərəfindən etik normalara uyğun qəbul edilib
(21, 22). Diaqram 1 ölümlə nəticələnməyən
hamiləlik/mamalıq ağırlaşmalarının tədqiqinin
“tam variant” üzrə aparılmasını təsvir edir. Bu
variantdan istifadə zamanı əlavə etik məsələlər
nəzərdən keçirilməlidir.
2.1.9. Qiymətləndirmədən sonrakı tədbirlər
Ümumiyyətlə, klinik halları ölümlə
nəticələnməyən hamiləlik/mamalıq
ağırlaşmalarının tədqiqi prosesinə cəlb edilmiş
qadınların təqibi tələb olunmur. Lakin
tədqiqatın nəticələrindən asılı olaraq həmin
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
17
qadınların keyfiyyətli tibbi xidmətlərlə təmin
olunması üçün tibb müəssisəsi müvafiq
addımlar ata bilər. İlkin qiymətləndirmə
bitdikdən sonra tibb müəssisəsi tərəfindən
tövsiyələrin yerinə yetirilməsi üçün müvafiq
tədbirlər görülməlidir.
Beləliklə, qiymətləndirmə və təkmilləşdirmə
prosesi dövrü olaraq aparılır (adətən ildə 1
dəfə). Bəzi böyük tibb müəssisələrində bu
metodika əsasında tədqiqat davamlı olaraq
aparılır.
Nəhayət vaxtaşırı və ya davamlı aparılan bu cür
qiymətləndirmələr tibbi xidmətlərin
təkmilləşdirilməsi üçün görülmüş tədbirlərin və
ya qəbul edilmiş təlimatların nəticəsini də
qiymətləndirməyə imkan verəcəkdir.
3. Gözlənilən nəticələr
Gözlənilən nəticələrə aşağıdakılar aid edilə
bilər:
–
hamilə və zahı qadınların xəstələnmə və
ölüm hallarının yerli xüsusiyyətləri barədə
məlumatlığın artması,
–
hamilə qadınların xidmətlərə
yönəldilməsini təmin edən sistemin (qadın
məsləhətxanaları, doğum evləri, təcili tibbi
yardım müəssisələri, poliklinikalar və s.)
güclü və zəif tərəflərinin müəyyən edilməsi,
–
hamiləlik və mamalıq ağırlaşmalarının
müalicəsində klinik və digər növ
müdaxilələrinin istifadəsi.
Yuxarıda təsvir edilmiş metodikanın (“Ölümlə
nəticələnməyən hamiləlik ağırlaşmaları və
mamalıq fəsadlarının tədqiqi metodikası”)
şəhər/rayon və ya ölkə səviyyəsində tətbiqi isə
ağırlaşmaları olan hamilə və zahı qadınlara
göstərilən tibbi xidmətlərin çatışmazlıqları və ya
üstünlüklərini təhlil etməyə imkan verir.
Ümumiyyətlə, qeyd edilmiş metodikanın
istifadəsində üstünlük onun standartlaşdırılmış
metodologiya əsasında aparılmasıdır. Həmin
metodologiyanın düzgün tətbiqi etibarlı və
müqayisə edilə bilən (şəhər və rayonlar
arasında, tibbi müəssisələr arasında) nəticələrin
əldə edilməsinə kömək edir.
“Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi
metodikası”nın istifadəsi həmçinin tibb
müəssisəsində sübutlu təbabətə əsaslanan
tövsiyələrin tətbiqini araşdırmağa imkan verir.
Həyat üçün təhlükə yaradan ağırlaşmalarla
müşayiət olunan klinik halların təhlili gələcəkdə
oxşar ağırlaşmaların erkən aşkar edilməsi və
qabaqlayıcı hazırlıq tədbirlərinin görülməsinə
təkan verə bilər.
4. “Ölümlə nəticələnməyən
hamiləlik ağırlaşmaları və
mamalıq fəsadlarının tədqiqi
metodikası”nın şəhər/rayon və
ya ölkənin səhiyyə sistemi
səviyyəsində tətbiqi
“Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi
metodikası” əsasən ayrı-ayrı tibb
müəssisələrində tətbiq olunmaq üçün nəzərdə
tutulub. Əgər bu metodika şəhər/rayon
səviyyəsində tibbi xidmətlərin keyfiyyətinin
qiymətləndirilməsi üçün istifadə edilirsə, bu
zaman həmin şəhər/rayonda hamilə qadınlara
xidmət göstərən bütün tibb müəssisələri
tədqiqata daxil edilməlidirlər. Şəhər/rayon
səhiyyə sisteminin qiymətləndirilməsi zamanı
ikinci və üçüncü səviyyəli tibb müəssisələrində
bu metodika ayrı-ayrı tibb müəssisələrində
olduğu kimi tətbiq olunur.
Qeyd edilmiş metodikanın şəhər/rayon səhiyyə
sisteminə tətbiq edilməsi zamanı tədqiqatçılar
aşağıdakı fərziyə ilə çıxış etməli olurlar: icmada
daxilində yaşayan və hamiləliklə bağlı kəskin
orqan çatışmazlığı qeydə alınan və vaxtında və
ya ümumiyyətlə müvafiq tibb müəssisələrinə
çıxışı olmayan hamilə qadınlar ölür (yəni
onların sağqalma ehtimalı çox aşağı olur; hətta
5%-dən də az). Bu fərziyyədən irəli gələrək
icma daxilində ana ölümlərinin sayı və ağır
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
18
hamiləlik/mamalıq fəsadları ilə tibb
müəssisəsinə gələn qadınların nisbəti
qiymətləndirilə bilər.
Tibb müəssisəsindənkənar baş verən ana
ölümlərinin sayından (ümumi ana ölüm
hallarının faizi) asılı olaraq müvafiq coğrafi
ərazidə müəyyən vaxt çərçivəsində ana ölümü
hallarının etibarlı dərəcədə dəyərləndirilməsi
çətin ola bilər. Əksinə, hamiləliyi olanlara
nisbətən ağır hamiləlik və ya mamalıq
ağırlaşması ilə tibb müəssisəsinə gələn
qadınların faizini müəyyən etmək daha asandır
və aşağıdakı sualları cavablandırmağa kömək
edir:
–
mövcud halın ağır hamiləlik və ya mamalıq
ağırlaşması kimi tanınmasında ləngimə və
ya gecikmə,
–
halın ağır hamiləlik və ya mamalıq
ağırlaşması kimi təsdiq edilməsindən sonra
xəstələrin tibb müəssisəsinə gəlməsində
gecikmələr.
Şəhər/rayonda ilkin səhiyyə xidməti
səviyyəsində fəaliyyət göstərən tibb
müəssisələrində ağır hamiləlik və mamalıq
ağırlaşmalarının qeydə alınması çox az sayda
baş verə bilər. Belə ki, bu cür ciddi
ağırlaşmaları olanlar, adətən müvafiq
ixtisaslaşdırılmış tibb müəssisələrinə müraciət
etmiş olurlar. Lakin xatırlamaq lazımdır ki,
əksər ölkələrdə (müəllifdən - o cümlədən
Azərbaycanda qadın məsləhətxanalarında) ilkin
səhiyyə xidməti müəssisələrində bütün
hamilələrin qeydiyyatı aparılır. Həmçinin bu
müəssisələr qadınların ikinci və ya üçüncü
səviyyəli tibb müəssisələrinə yönəldilməsini
təmin edir. Buna görə də qadın
məsləhətxanalarında ağır hamiləlik və ya
mamalıq fəsadları olan qadınların qeydiyyatı
üçün ayrıca qeydiyyat jurnalının saxlanması
tövsiyə edilə bilər. Şəhər və ya rayon
səviyyəsində ölümlə nəticələnməyən hamiləlik
və mamalıq ağırlaşmalarının tədqiqini aparan
mütəxəssislər həftədə bir dəfə həmin jurnalda
qeydə alınmış halların siyahısını əldə
etməlidirlər. İlkin səhiyyə xidməti
müəssisələrində ölümlə nəticələnməyən
hamiləlik və mamalıq ağırlaşmalarının qeydə
alınması qaydaları və meyarları barədə plakatlar
və ya yaddaş qeydləri olmalıdır. Bütün aidiyyəti
halların qeydə alınması üçün təsvir edilən
mexanizmin bütün şəhər/rayon üzrə həyata
keçirilməsi ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi ilə
bağlı metodikanın tətbiqi üçün önəmlidir.
Bu metodika əsasında tədqiqatın şəhər/rayon
səhiyyə sistemi çərçivəsində aparılmasına
alternativ kimi metodika, məsələn, yalnız bəzi
seçilmiş müəssisələrdə də tətbiq oluna bilər:
–
çoxlu sayda hamilə və zahı qadına xidmət
göstərən seçilmiş böyük tibb
mərkəzlərində,
–
fərqli sayda hamilə və zahı qadına xidmət
göstərən seçilmiş tibb müəssisələrində,
–
səhiyyə sisteminin fərqli səviyyələrinə aid
tibb müəssisələrində (məs., ilkin səhiyyə
xidməti, ikinci və ya üçüncü səviyyəli tibb
müəssisələri),
Bu zaman həmin müəssisələr ölkənin müxtəlif
coğrafi bölgələrindən seçilə bilər. Seçilmiş
müəssisələrdə tədqiqatın aparılması ümumi
səhiyyə sistemi üzrə hamilə və zahı qadınlara
göstərilən tibbi xidmətlərin keyfiyyətini
qiymətləndirməyə imkan verə bilər. Məsələn,
seçilmiş rayonlar üzrə metodikanın yalnız qadın
məsləhətxanalarında tətbiqi həmin
müəssisələrdə qadınlara göstərilən tibbi
xidmətlərin keyfiyyətini dəyərləndirməyə yardım
edir. Ümumiyyətlə, metodikanın seçilmiş
müəssisələrdə tətbiqi onun bütün ölkə üzrə
tətbiqi prosesində ilk addım ola bilər.
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
19
5. Nəticələrin paylaşılması və
davamlı fəaliyyət
ÜST-nin ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları ilə bağlı tədqiqatının nəticələri
müzakirə olunduqdan sonra növbəti addım
onların ictimaiyyətlə paylaşılmasıdır. Müvafiq
tibb müəssisəsində müzakirə edildikdən sonra
onların geniş ictimaiyyətə açıqlanması
faydalıdır. Bu məlumatların paylaşılması
önəmlidir. Bu məqsədlə geniş əhali, siyasi
liderlər, ictimai qurumlar və digər müxtəlif
hədəf qrupları üçün təqdimatlar və s. məlumat
xarakterli materiallar hazırlana bilər. Nəticələrin
geniş paylaşılması mamalıq və perinatal
xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi
üçün maliyyə və s. resursların ayrılmasına təkan
verə bilər, müvafiq qanunlar və siyasətlərin
formalaşdırılmasına yardım edə bilər. Həmçinin
ÜST və digər təşkilatlar həmin nəticələr
əsasında sistemli təhlillər apara bilər və dünyada
hamilə və zahı qadınların ehtiyaclarını və habelə
hazırda onlara göstərilən tibbi xidmətlərin
vəziyyətini qiymətləndirə bilərlər.
Səhiyyə sistemi çərçivəsində göstərilən
xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi
üçün ölümlə nəticələnməyən hamiləlik/mamalıq
ağırlaşmalarının tədqiqi ilə yanaşı digər xüsusi
yanaşmaların tətbiqinə ehtiyac yarana bilər
(Şəkil 1). Xüsusi yanaşmalara, məsələn, sübutlu
təbabətə əsaslanmış klinik protokollar və klinik
təlimatların tərtib edilməsi və tətbiqi, davamlı
klinik auditlərin aparılması və s. aid edilir
(23,24).
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
20
Biblioqrafiya
1.
World Health Organization, UNICEF,
UNFPA and The World Bank. Trends in
maternal mor- tality: 1990 to 2008. Geneva:
World Health Organization, 2010
2.
Campbell OM, Graham WJ, Lancet
Maternal Survival Series Steering Group.
Strategies for reducing maternal mortality:
getting on with what works. The Lancet,
2006,368:1284–1299.
3.
Freedman LP et al. Practical lessons from
global safe motherhood initiatives: time for
a new focus on implementation. The
Lancet, 2007, 370:1383– 1391.
4.
Pattinson RC, Hall M. Near misses: a use-
ful adjunct to maternal death enquiries.
British Medical Bulletin, 2003, 67:231–243.
5.
Say L et al. WHO systematic review of
mater- nal morbidity and mortality: the
prevalence of severe acute maternal
morbidity (near miss). Reproductive Health,
2004, 1(1):3 (DOI:10.1186/1742–4755–1-
3).
6.
Cecatti JG, et al. Research on severe
maternal morbidities and near-misses in
Brazil: what we have learned. Reproductive
Health Matters, 2007, 15:125–133.
7.
Say L et al., WHO working group on
Maternal Mortality and Morbidity
Classifications. Maternal near miss–towards
a standard tool for monitor- ing quality of
maternal health care. Best Practice &
Research Clinical Obstetrics &
Gynaecology, 2009,23:287–296.
8.
Pattinson R et al. WHO maternal death and
near- miss classifications. Bulletin of the
World Health Organization, 2009, 87:734–
734A.
9.
Graham WJ. Criterion-based clinical audit
in obstetrics: bridging the quality gap? Best
Practice & Research Clinical Obstetrics &
Gynaecology, 2009, 23(3):375–388.
10.
Introducing WHO’s sexual and
reproductive health guidelines and tools
into national pro- grammes: principles and
process of adapta- tion and implementation.
Geneva, World Health Organization, 2007.
11.
Report on the World Health Organization
Working Group on the Classification of
Maternal Deaths and Severe Maternal
Morbidities. Geneva, World Health
Organization, 2009.
12.
International statistical classification of dis-
eases and related health problems. Tenth
revision, Volume 2. Geneva, World Health
Organization, 1993.
13.
WHO recommendations for the prevention
of postpartum haemorrhage. Geneva, World
Health Organization, 2007.
14.
WHO Guidelines for the management of
postpar- tum haemorrhage and retained
placenta. Geneva, World Health
Organization, 2009.
15.
Duley L et al. Magnesium sulfate and ther
anticonvulsants for women with pre-
eclampsia. Cochrane Database of
Systematic Reviews, 2007; Issue 4. Art.
No.: CD000025 (DOI:
10.1002/14651858.CD000025).
16.
Smaill F, Hofmeyr GJ. Antibiotic
prophylaxis for cesarean section. Cochrane
Database of Systematic Reviews,
2007;Issue 4. Art. No.: CD000933 (DOI:
10.1002/14651858.CD000933).
17.
Dellinger RP et al.; International Surviving
Sepsis Campaign Guidelines Committee;
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
21
American Association of Critical-Care
Nurses; American College of Chest
Physicians; American College of
Emergency Physicians; Canadian Critical
Care Society; European Society of Clinical
Microbiology and Infectious Diseases;
European Society of Intensive Care
Medicine; European Respiratory Society;
International Sepsis Forum; Japanese
Association for Acute Medicine; Japanese
Society of Intensive Care Medicine; Society
of Critical Care Medicine; Society of
Hospital Medicine; Surgical Infection
Society; World Federation of Societies of
Intensive and Critical Care Medicine.
Surviving Sepsis Campaign: international
guidelines for manage- ment of severe
sepsis and septic shock: 2008. Critical Care
Medicine, 2008, 36:296–327.
18.
Roberts D, Dalziel S. Antenatal
corticosteroids for accelerating fetal lung
maturation for women at risk of preterm
birth. Cochrane Database of Systematic
Reviews, 2007, Issue 4. Art. No.:
CD004454 (DOI:
10.1002/14651858.CD004454. pub2).
19.
Lauritsen JM, Ed. EpiData data entry, data
man- agement and basic statistical analysis
system. Odense, Denmark, EpiData
Association, 2000– 2008 (available at:
http://www.epidata.dk).
20.
Epi-Info. Atlanta, GA, Centers for Diseases
Control and Prevention (available at: http://
wwwn.cdc.gov/epiinfo).
21.
Souza JP et al. The World Health
Organization Multicountry Survey on
Maternal and Newborn Health: study
methods. BMC Health Services Research,
2011.
22.
Cecatti JG et al.; Brazilian Network for
Surveillance of Severe Maternal Morbidity.
Brazilian network for the surveillance of
maternal potentially life threatening
morbidity and mater-nal near miss and a
multidimensional evaluation of their long-
term consequences. Reproductive Health,
2009, 6:15.
23.
Althabe F et al. Guidelines Trial Group. A
behav- ioral intervention to improve
obstetrical care. New England Journal of
Medicine, 2008, 358:1929– 1940.
24.
Rogers, E.M. Diffusion of innovations.
Fifth edi- tion. New York, Free Press, 2003.
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
22
Əlavə 1. Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq
fəsadlarını müəyyən edən meyarların izahlı lüğəti
Kəskin ağır azotemiya
Qanda
kreatinin səviyyəsinin ≥300 µmol/l və ya ≥3.5 mq/dL-dən yüksək olması.
Ürək dayanması
Qəflətən nəbzin itməsi və huşun itirilməsi.
Ürək-ağciyər
reanimasiyası
Ürək dayanması hallarında ürəyin xarici masajı
və süni tənəffüsün
verilməsindən ibarət ilk təcili tibbi yardım prosedurları.
Laxtalanmanın
pozulması
Laxtalanmanın pozulması və ya damardaxili disseminasiya (yayılmış) olunmuş
laxtalanmadır. Klinik baxımdan, periferik venanın kateterizasiyası yerindən və
ya cərrahi tikişlərin qoyulduğu nahiyədə 7-10 dəqiqədən sonra laxtalanmanın
baş verməməsi laxtalanma pozulmasına dəlalət edir.
Laxtalanma sisteminin pozulması xəstənin yatağı başında aşağıdakı testlərlə
müəyyən edilə bilər:
7 dəqiqədən sonra qan laxtasının formalaşmaması və ya
formalaşmış qan laxtasının yumşaq və asanlıqla dağılan olması.
Laxtalanmanın pozulması, həmçinin bir sıra laborator testlərlə də yoxlanıla bilər:
kəskin trombositopeniya (trombositlərin sayının 1 ml-də 50.000-dən az
olması),
fibrinogenin səviyyəsinin aşağı olması (<100 mq/dL),
protrombin vaxtının uzanması (>6 saniyə, BNN>5) və ya
D-dimerin səviyyəsinin yüksəlməsi (>1000 nq/dL).
Xəstənin yatağı başında aparılan test laxtalanmasının ilkin qiymətləndirilməsinə
imkan verir və aşağıdakı kimi aparılır: (1) venadan götürülmüş 2 ml venoz qan
laborator şüşə boruya (10 mm × 75 mm) yerləşdirilir; (2) Borunu isti saxlamaq
üçün onun yumruqda sıxılması tələb olunur (+37°C); (3) 4 dəqiqədən sonra
borunu bir qədər əyərək laxtanın formalaşdığını yoxlayın. Laxtanın tam
formalaşması və qanın dağılmaması şərti ilə borunun başı aşağı çevrilməsi
mümkün olanadək sonuncu addımı hər 1 dəqiqədən bir təkrarlayın. (4) 7
dəqiqədən sonra laxtanın formalaşmaması və ya asanlıqla dağılan yumşaq
laxtanın formalaşması koaqulopatiyaya dəlalət edir.
Çətinləşmiş tənəffüs
Terminal hallarda baş verən tənəffüsdür.
Nəfəsalmanın fasilələrlə baş verdiyi
eşidilir.
Histerektomiya
Ölümlə nəticələnməyən hamiləlik/mamalıq ağırlaşmaları baxımından
infeksiya və ya qanaxma səbəbindən uşaqlığın cərrahi ekstirpasiyasıdır.
Həyat üçün təhlükə
yaradan hallar
Orqan çatışmazlığı ilə müşayiət olunan ağır klinik vəziyyətdir. Ölümlə
nəticələnməyən hamiləlik/mamalıq ağırlaşmalarının tədqiqi baxımından orqan
çatışmazlığı ya ana ölümünə, ya da ölümlə nəticələnməyən hamiləlik/mamalıq
ağırlaşması halı ilə nəticələnə bilər.
Çoxlu həcmdə qan
preparatlarının (
masiv)
transfuziyası
Böyük həcmdə q
an və ya qırmızı qan hüceyrələrinin köçürülməsidir. Adətən ≥5
vahiddən çox qan və ya qan preparatlarının transfuziyası massiv transfuziya
adlanır.
Ölümlə nəticələnməyən
hamiləlik və mamalıq
ağırlaşmaları olan
qadınlar
Hamiləlik dövründə, doğuş zamanı və ya doğuşdan sonra 42 gün ərzində
yaranmış ciddi ağırlaşmalar və ya fəsadlar səbəbindən ölümə yaxın olan, lakin
sağ qalmış qadınlardır.
Metabolik koma
Huşun itirilməsi, sidikdə glyukoza və ketoasidlərin mövcud olması ilə müşayiət
olunur.
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
23
Maye infuziyası və ya
diuretiklərlə korreksiya
olunmayan o
liquriya
4 saat ərzində ifraz olunan sidiyin həcmi saatda 30 ml-dən az və ya 24 saatda 400
ml-dən az olan və maye infuziyası və ya diuretiklərlə korreksiya olunmayan sidik
ifrazıdır.
H
uşun uzunmüddətli
itirilməsi (pozulması)
12 saatdan çox davam edən və xarici qıcıqlandırıcılara reaksiyanın olmaması
və ya çox zəif olması ilə müşayiət olunan huşun pozulması və ya
itirilməsidir. Qlazqo Koma Şkalası üzrə göstərici 10-dan aşağıdır.
Ağır dərəcəli asidoz
Q
anın pH-nın 7.1-dən aşağı olması.
Ağır dərəcəli kəskin
hiperbilirubinemiya
Qanda bilirubinin səviyyəsinin 100 µmol/l və ya 6.0 mq/dL-dən yüksək olması.
Ağır dərəcəli kəskin
trombositopeniya
Qanda trombositlərin sayının 1 ml-də <50.000 trombosit sayınadək kəskin
azalması.
Ağır dərəcəli
bradipnoye (tənəffüs
sayının normadan az
olması)
Tənəffüs sayının 1 dəqiqədə 6-dan az olması.
Ağır dərəcəli
hipoperfuziya
Qanda l
aktatın səviyyəsinin 5 mmol/l və ya 45 mg/dL-dən çox olması.
Ağır dərəcəli
hipoksemiya:
≥60 dəqiqədən çox müddət ərzində
o
ksigenin saturasiyasının 90%-dən aşağı
olması və ya PaO2/FiO2 nisbətinin 200-dən aşağı olması.
PaO2/FiO2 indeksi arterial qanda oksigenin saturasiyası ilə (PaO2) sərbəst
tənəffüs və ya süni tənəffüs zamanı ağciyərlərə verilən oksigenin fraksiyası
(FiO2) arasında nisbətdir.
Arterial qanda oksigenin saturasiyası arterial qan qazlarının analizi ilə təyin
edilir. Tənəffüs zamanı ağciyərlərə verilən oksigenin fraksiyası isə xəstənin
ehtiyaclarından asılı olaraq 21%-dən (otaq havası ilə nəfəsalma zamanı) 100%-
dək (mexaniki ventilyasiya zamanı) dəyişə bilər. Oksigenin fraksiyası arterial
qan qazlarının təyini üçün arteriyadan qan götürüldükdə qeyd edilməlidir.
Oksigenin fraksiyası aşağıdakı kimi dəyişə bilər: mexaniki ventilyasiya zamanı
0.21-1.00, burun kanulyası ilə tənəffüs zamanı - 0.25; oksigen maskası ilə
tənəffüs zamanı 0.25-1.0 ola bilər.
Ağır dərəcəli taxipnoye
(tezləşmiş tənəffüs)
Tənəffüs sayının dəqiqədə 40-dan çox olmasıdır.
Şok Sistolik
qan
təzyiqinin davamlı olaraq 80 mm c.s.-dan aşağı olması və ya
sistolik qan təzyiqinin davamlı olaraq <90 mm c.s. olması ilə yanaşı nəbzin
dəqiqədə 120 vurğudan çox olmasıdır.
Tam iflic
Bədənin hər iki tərəfinin tam və ya hissəvi iflicidir. Adətən ağır xəstəlik
fonunda diffuz neyroəzələ pozuntusu ilə bağlıdır. Bu vəziyyət, həmçinin ağır
xəstəlik fonunda polineyropatiya kimi də tanınır.
Kontrol olunmayan
tutmalar və ya
qıcolmalar
Kontrol olunmayan, davamlı tutmalar və ya qıcolmalar. Epileptik vəziyyət (lat.
Status Epilepticus).
Vazoaktiv
preparatların fasiləsiz
istifadəsi
Dofamin, adrenalin və ya noradrenalinin istənilən dozada fasiləsiz istifadəsidir.
Vazoaktiv dərmanların fasiləsiz infuziyası dedikdə tərkibində vazoaktiv
dərmanlar olan məhlulların fasiləsiz infuziyası başa düşülür. Vazoaktiv
dərmanların aralıqlı inyeksiyası da mümkündür.
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
24
Əlavə 2. Məlumatların toplanılması üçün sorğu vərəqi
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
25
Əlavə 3. Cədvəllər və onların interpretasiyası
Bu əlavədə məlumatların toplanılması və
interpretasiyası üçün cədvəllər təqdim edilib.
Cədvəl 1-də tədqiqata daxil edilən qadınların
xəstəlikləri sadalanıb. Cədvəldə verilmiş
məlumatların təhlili vasitəsilə ölən və sağ qalan
qadınlarda təyin edilmiş orqan çatışmazlığı
hallarının xüsusiyyətlərini müəyyən etmək
mümkün olacaq. Bu cədvəldəki məlumatların
təhlilinin praktikaya təsiri onunla bağlıdır ki,
tez-tez rast gəlinən orqan çatışmazlığı hallarını
müəyyən etməklə tibb müəssisəsi və ya ölkə
üzrə ən çox ehtiyac duyulan tibbi müdaxilələri
müəyyən etmək olar. Belə ki, məsələn, ölüm
hallarının böyük hissəsi respirator distress
sindromu və ya tənəffüs çatışmazlığı
səbəbindən baş verirsə, bu, xəstələrdə
tənəffüsün təmin edilməsinə yönəlmiş tədbirlərə
daha çox diqqətin yetirilməsinin vacib olduğunu
göstərir. Bu cür məlumatların toplanması təcili
yardım və intensiv terapiyanın planlaşdırılması
və təşkili üçün önəmlidir.
Cədvəl 2-də təqdim edilmiş məlumat Cədvəl 1-
də verilmiş məlumatı tamamlayır. Burada
hamilə qadınlarda müşahidə edilən ciddi
ağırlaşmaların inkişafına təsir göstərən əsas və
yanaşı səbəblər təsvir edilib. Cədvəl 2-də
məlumatlar qruplar üzrə verilib: tədqiqata cəlb
edilmiş bütün qadınlar; yalnız ölümlə
nəticələnməyən hamiləlik/mamalıq
ağırlaşmaları qeydə alınmış qadınlar; ancaq ana
ölümü halları. Həmin məlumatların təhlili ciddi
ağırlaşmaları olan qadınlarda gözlənilən
uzunmüddətli fəsadların müəyyən edilməsi və
həmçinin risk faktorları aşkar edilməsinə (məs.,
anemiya və ya əvvəl keçirilmiş qeysəriyyə
kəsiyi əməliyyatları) imkan yaradır. Cədvəl 2-də
həm də yerli xüsusiyyətlərə uyğun hallar qeyd
olunub (məs., malyariya, talassemiya və s.
endemik xəstəliklər).
Cədvəl 3-də hamiləliyin bitməsi və perinatal
nəticələr sadalanıb. Bu cədvəldə ölümlə
nəticələnməyən hamiləlik/mamalıq
ağırlaşmaları, ana ölümü, doğuş
metodu/hamiləliyin bitməsi və perinantal
nəticələr arasında münasibətlər göstərilib.
Cədvəl 4-də ölümlə nəticələnməyən
hamiləlik/mamalıq ağırlaşmaları ilə bağlı
indikatorlara əsasən məlumatlar təqdim edilir və
tədqiqatın aparıldığı tibb müəssisələrində
yardım alan qadınların xüsusiyyətlərini
müəyyən etməyə imkan verir. Ana ölümü
nisbətinin düzgün hesablanması üçün tədqiqatın
aparıldığı müddətdə həmin müəssisədə canlı
doğuşla nəticələnmiş bütün doğuşların sayı
müəyyən edilməlidir.
Ağır mamalıq fəsadlarının nisbəti və ölümlə
nəticələnməyən hamiləlik/mamalıq
ağırlaşmalarının nisbəti əhali arasında müvafiq
halların baş vermə tezliyini müəyyən edən
indikatorlardır. Həmin indikatorlar tibb
müəssisəsinin xidmət göstərdiyi əhali qrupunun
ehtiyac duyduğu mamalıq xidmətinin növləri
barədə fikir irəli sürməyə imkan verir. Məsələn,
nisbətin yüksək olması (hər 1000 canlı doğuşa
10 hal) onu göstərir ki, sağ qalmaq üçün həmin
qadınların daha mürəkkəb tibbi müdaxilələrə
ehtiyacları olacaqdır. Ölüm indeksi və ölümlə
nəticələnməyən hamiləlik/mamalıq
ağırlaşmalarının ölüm hallarına olan nisbəti tibb
müəssisəsinin fəaliyyətinin ümumi göstəricisi
hesab edilir. Əgər ölüm indeksi yüksəkdirsə
(20%-dən çox), bu, o deməkdir ki, ciddi
ağırlaşmalarla müşahidə olunan hallarda
göstərilən xidmətlərin keyfiyyətinə yenidən
baxılmalıdır. Əgər qeydə alınmış ölüm
hallarının sayı azdırsa (məs., 5%-dən az), bu, o
deməkdir ki, tibbi müəssisəsi və ya bütövlükdə
səhiyyə sistemi mürəkkəb və ya ciddi
ağırlaşmalarla müşayiət olunan halların
müalicəsinin öhdəsindən yaxşı gəlir.
Həmçinin Cədvəl 4 ağır hamiləlik və mamalıq
fəsadlarının tibbi xidmətin hansı mərhələsində
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
26
baş verdiyini müəyyən etməyə imkan verir.
Bunun səhiyyə sistemi üçün xüsusi əhəmiyyəti
vardır. Belə ki, əgər qadınların böyük bir hissəsi
(məs., 70%-dən çoxu) xəstəxanaya artıq ağır
hamiləlik və ya mamalıq fəsadları ilə müraciət
edirsə, bu, o deməkdir ki, birinci və ikinci
mərhələlərdə gecikmələr mövcuddur.
Xəstəxanaya qəbul edildikdən sonra baş verən
ağır hamiləlik və mamalıq ağırlaşmalarının
təhlili ilə xəstəxanadaxili tibbi xidmətin
dəyərləndirilməsini həyata keçirmək olar.
Cədvəl 5 intensiv terapiya və ya reanimasiya
xidmətlərini qiymətləndirir. İntensiv terapiya və
ya reanimasiya şöbəsinə qəbul edilən qadınların
hallarını təhlil edərək, həmin şöbələrin ümumi
yüklülüyünü qiymətləndirmək mümkündür.
Reanimasiya şöbələrinə qəbul olunan halların
çox aşağı olması (0.5%-dən az) reanimasiya
şöbəsində çarpayı fondunun çatışmamasından
xəbər verə bilər. Reanimasiyaya qəbul edilən
halların yüksək olması (3-5%) isə çarpayı
fondunun səmərəsiz istifadəsinə dəlalət edir.
Əlbəttə ki, rəyin çıxarılması üçün əhalinin
xüsusiyyətləri və tibb müəssisəsinin göstərdiyi
xidmətlərin çeşidinə diqqət yetirmək tələb
olunur. Əgər qiymətləndirilən tibb müəssisəsi
ilkin və ya ikinci səviyyəli tibb müəssisəsidirsə,
reanimasiya şöbəsinə qəbul edilən halların
sayının aşağı olması ağır fəsadlar və ya ciddi
ağırlaşmaları olan qadınların ümumi sayının az
olması ilə əlaqələndirilə bilər.
Əksinə, audit üçüncü səviyyəli tibb
müəssisəsində aparılırsa və həmin müəssisə ağır
fəsadlar və ya ciddi hamiləlik ağırlaşmaları olan
qadınları qəbul edirsə, bu zaman reanimasiya
şöbəsinin yüksək yüklülüyü anlaşılır. Cədvəl 5-
də təqdim edilən digər indikatorlar ümumi
vəziyyəti qiymətləndirməyə imkan verir. Orqan
çatışmazlığı ilə daxil olan qadınların klinik
vəziyyəti ağır olur və onların intensiv terapiya
və ya reanimasiya şöbəsində göstərilən
xidmətdən faydalanması məlumdur. Bu
səbəbdən də ağır hamiləlik və mamalıq fəsadları
olan qadınların (70%-dən çox) böyük
əksəriyyətinin reanimasiyaya qəbul edilməsi
gözləniləndir. Əgər təhlildən bunun əksi
görünürsə, bu, həmin tibb müəssisəsinin
reanimasiya şöbəsində çarpayıların
çatışmazlığından xəbər verə bilər.
Digər tərəfdən reanimasiya şöbəsinə hamiləlik,
doğuş və zahılıq dövründə qəbul edilmiş
qadınlar arasında ağır dərəcəli hamiləlik və
mamalıq ağırlaşmaları olan xəstələrin az olması
həmin şöbəyə xəstələrin sadəcə monitorinq
üçün qəbul edilməsini göstərir. Bu isə səhiyyə
sisteminin resurslarının optimallaşdırılması
baxımından nəzərdən keçirilməlidir (məs.,
reanimasiya şöbəsinə daha ağır xəstələrin qəbul
edilməsi və ya reanimasiya şöbəsində mama-
ginekoloji xəstələr üçün nəzərdə tutulmuş
çarpayı sayının azaldılması).
Nəhayət bu cədvəldə sonuncu indikator
reanimasiya şöbəsindən kənarda baş verən ana
ölümlərini göstərir. Əgər reanimasiya
şöbəsindən kənarda baş verən ana ölümlərinin
faizi yüksəkdirsə (məs., 10%-dən çox), bu,
reanimasiya şöbəsində mövcud olan çarpayı
sayının azlığından xəbər verə bilər.
Qeyd edilməlidir ki, Cədvəl 4 və 5-də verilmiş
indikatorlar və hədəflər yerli şəraitə
uyğunlaşdırılmalıdır.
Cədvəl 6-da xüsusi hallara aid digər proses
göstəriciləri sadalanıb. Hər halla bağlı hədəf
əhali qrupu müəyyən edilir və onların arasında
sübutlu təbabətə əsaslanan müdaxilə almış
xəstələrin faizi hesablanır (məs., eklampsiyası
olan qadınların ümumi sayından maqnesium
sulfat preparatı ilə müalicə almış qadınların
sayı). Sübutlu təbabətə əsaslanan məlumatlara
görə eklampsiyası olan qadınların çox az bir
hissəsində maqnesium sulfatla müalicəyə əks-
göstəriş olur. Bu səbəbdən də eklampsiyası olan
bütün qadınlar (100%) maqnezium sulfat
preparatı ilə müalicə almalıdırlar. Əgər təhlildə
eklampsiyası olan bütün qadınların maqnezium
sulfatla müalicə almadıqları müəyyən edilərsə
(<95%), bu, göstərilən xidmətin
təkmilləşdirilməsini tələb edir.
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
27
Cədvəl 6-da verilmiş digər fərqli bir proses
indikatoru uşaqlığın cırılması ilə hospitalizasiya
edildikdən sonra 3 saat ərzində laparotomiya
olunmuş qadınların faizini göstərir. Belə ki,
doğuşu gecikmiş və ya uşaqlığın cırılması ilə
hospitalizasiya olunmuş bütün qadınların hamısı
3 saat ərzində əməliyyat olunmalıdır. Bu
səbəbdən də laparotomiyanın hospitalizasiya
olunduqdan sonra 3 saatdan gec aparılması
uşaqlığın cırılması və ya doğuşun gecikməsi
hallarının müalicəsinin ləngidilməsindən xəbər
verir.
Bu cədvəl, həmçinin hədəf əhali qrupuna aid
göstəriciləri ölüm indeksi və ölümlə
nəticələnməyən hamiləlik və mamalıq
ağırlaşmalarının nisbəti ilə əlaqələndirməyə
imkan verir. Məsələn, ağciyərlərin yetişməsi
üçün kortikosteroidlərlə müalicə almış
vaxtından əvvəl doğulmuş körpələr və erkən
neonatal ölüm hallarının çox olması müvafiq
tibbi xidmətin təkmilləşdirilməsinin tələb
olunduğundan xəbər verir.
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
28
Cədvəl 1. Həyat üçün potensial təhlükə yaradan hallar və ağır mamalıq fəsadları
olan qadınlar arasında xəstələnmə
Xəstəliklər
Say Faiz
1. Həyat üçün potensial təhlükə yaradan hallarla üzləşmiş qadınlar
1.1 Ağır fəsadları olan qadınlar
Ağır dərəcəli postpartum (doğuşdan sonra) qanaxma
Ağır preeklampsiya
Eklampsiya
Sepsis və ya ağır sistem infeksiyası
Uşaqlığın cırılması
Ağır hamiləlik və mamalıq ağırlaşmaları ilə əlaqədar digər hallar
1.2. Təcili və təxirəsalınmaz tibbi müdaxilələr alan qadınlar
Qan preparatlarının köçürülməsi
İnvaziv radiologiya
Laparotomiya
İntensiv terapiya/reanimasiya şöbəsinə qəbul edilmə
2. Ölümlə nəticələnməyən ciddi hamiləlik və mamalıq ağırlaşmaları zamanı orqan
çatışmazlığı
Ürək-damar çatışmazlığı
Tənəffüs çatışmazlığı
Böyrək çatışmazlığı
Koaqulopatiya/hematoloji pozuntular
Qaraciyər çatışmazlığı
Nevroloji pozuntu
Uşaqlığın atoniyası/histerektomiya
Çoxsaylı orqan çatışmazlığı
3. Ana ölümündə orqan disfunksiyası
Ürək-damar çatışmazlığı
Tənəffüs çatışmazlığı
Böyrək çatışmazlığı
Koaqulopatiya/hematoloji pozuntular
Qaraciyər çatışmazlığı
Nevroloji pozuntu
Uşaqlığın atoniyası/histerektomiya
Qeyri-spesifik orqan çatışmazlığı
Çoxsaylı orqan çatışmazlığı
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
29
Cədvəl 2. Həyat üçün təhlükə yaradan və ölümlə nəticələnməyən ciddi hamiləlik və
mamalıq ağırlaşmalarının əsas səbəbləri
Əsas səbəblər və müşayiət edən
vəziyyətlər
Həy
at üçün
potensial təhlükəli
halları olan qadınlar
Ölümlə nəticələn-
məyən hamiləlik
və mamalıq
ağırlaşmaları
Ana ölümü
Ümumi
say
Ümumi
say
Ümumi
say
n
%
n
%
n
%
1. Əsas səbəblər
Abortla nəticələnmiş hamiləlik
Mamalıq prosedurları səbəbindən
qanaxmalar
Hipertoniya xəstəliyi
Hamiləliklə bağlı infeksiya
Digər mamalıq xəstəlikləri və
ağırlaşmaları
Daxili və cərrahi xəstəliklər, psixi
pozuntular və ya ağırlaşmalar
G
özlənilməyən ağırlaşmalar
Yanaşı təsadüfi hallar
Naməlum
2. Yanaşı səbəblər/əlaqəli hallar
Anemiya
İİV infeksiyası
Əvvəl keçirilmiş qeysəriyyə kəsiyi
əməliyyatı
Gecikmiş/uzanmış doğuş
Digər pozuntular
Digər pozuntular
Digər pozuntular
Digər pozuntular
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
30
Cədvəl 3. Hamiləliyin sonu və hamiləliyin nəticələri
Hamiləliyin nəticəsi
Həy
at üçün potensial
təhlükəli halları olan
qadınlar
Ölümlə
nəticələnməyən
hamiləlik və
mamalıq
ağırlaşmaları
Ana ölümü
Say
%
Say %
Say %
1. Hamiləliyin bitməsi
Fizioloji doğuş
Q
eysəriyyə kəsiyi əməliyyatı
Tam abort
Küretaj/vakum aspirasiyası
Tibbi üsullarla keçirilən abort
Ektopik hamiləliklə bağlı aparılan
laparotomiya
Digər/Naməlum
Xəstəxanadan evə yazılarkən
hamilə olan və ya ölən hamilə
qadınlar
2. Qeysəriyyə kəsiyi
əməliyyatların faizi
a
3. Vaxtından əvvəl doğuşlar
4. Ölü doğuş
5. Perinatal ölümlər
b
a
Ümumi doğuşlar arasında qeysəriyyə kəsiyi əməliyyatı ilə tamamlanmış doğuşların faizi
b
Bətndaxili ölüm + xəstəxanadaxili erkən neonatal ölüm.
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
31
Cədvəl 4. Ağır mamalıq fəsadları və ölümlə nəticələnməyən hamiləlik/mamalıq
ağırlaşmalarının indikatorları
Fəsadlar/Nəticələr
Ölümlə
nəticələnməyən
hamiləlik və
mamalıq
ağırlaşmaların
indikatorları
1. Əhatə edilən əhali arasında diri doğulan uşaqların sayı
2. Ağır mamalıq fəsadları ilə müşayiət olunan halların sayı
Ana ölümü (say)
Ölümlə nəticələnməyən hamiləlik və mamalıq ağırlaşmaları ilə müşayiət olunan
hallar (say)
3. Ölümlə nəticələnməyən hamiləlik və mamalıq ağırlaşmalarının ümumi
indikatorları
Ağır mamalıq fəsadlarının nisbəti (hər 1000 diri doğuşa)
Ölümlə nəticələnməyən hamiləlik və mamalıq ağırlaşmalarının nisbəti (hər 1000 diri
doğuşa)
Ölümlə nəticələnməyən hamiləlik/mamalıq ağırlaşmalarının ölüm hallarına olan
nisbəti
Ölüm indeksi
4. Xəstəxana göstəriciləri
Orqan çatışmazlığı ilə müşayiət olunan ağır mamalıq fəsadları ilə olan hallar və ya
hospitalizasiyadan sonra 12 saat ərzində baş vermiş ana ölümü (AMF12) (say)
Ağır mamalıq fəsadları ilə müşayiət olunan hallar içində orqan çatışmazlığı və ya
hospitalizasiyanın ilk 12 saatı ərzində baş vermiş ana ölümü hallarının payı
Digər tibb müəssisələrindən ağır mamalıq fəsadları ilə daxil olan xəstələr arasında
orqan çatışmazlığı və ya hospitalizasiyanın ilk 12 saatı ərzində baş vermiş ana ölümü
hallarının payı
O
rqan çatışmazlığı ilə müşayiət olunan ağır mamalıq fəsadları və ya
hospitalizasiyanın ilk 12 saatı ərzində baş vermiş ana ölümü hallarının həyat üçün
təhlükə törədən halları olan qadınlara nisbəti
5. Hospitalizasiya zamanı qayğı
Xəstəxanada AMF halları (say)
Xəstəxanada AMF nisbəti (hər 1000 diri doğuşa)
Xəstəxanadaxili ölüm indeksi
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
32
Cədvəl 5. İntensiv terapiya
İntensiv terapiya və ya reanimasiya
Say
Doğuş keçirən qadınların ümumi sayı
İntensiv terapiya və reanimasiya şöbəsinə (İTRŞ) qəbul olunanların sayı
A
ğır mamalıq fəsadları olan və İTRŞ-yə qəbul edilmiş qadınların sayı
İTRŞ-də müalicə alan qadınlar arasında ağır mamalıq fəsadları olan qadınların faizi
İTRŞ-dən kənar baş vermiş ana ölümü hallarının faizi
Cədvəl 6. Xüsusi vəziyyətlərlə əlaqədar proses və nəticə göstəriciləri
Göstəricilər
Say
Faiz
1. Postpartum (doğuşdan sonra) qanaxmanın profilaktikası
Hədəf əhali: tibb müəssisələrində doğuş keçirən qadınlar
Oksitosinin* istifadəsi
Uterotonik preparatların istifadəsi (oksitosin daxil olmaqla)
2. Ağır postpartum (doğuşdan sonra) qanaxmasının müalicəsi
Hədəf əhali: ağır PPQ olan qadınlar
Oksitosinin
a
istifadəsi
Erqometrin
Misoprostol
Digər uterotonik preparatlar
Yuxarıda sadalanmış uterotoniklərdən biri
Traneksamik turşu
Uşaqlıq boşluğunun boşaldılması
Balonla və ya hava ilə doldurulmuş prezervativlə uşaqlığın tamponadası
Arteriyanın bağlanması
Histerektomiya
Abdominal bərkitmə
Ağır mamalıq fəsadları olan halların faizi
Ölüm halları
3. Eklampsiyaya görə antiepileptik dərmanlar
Hədəf əhali: eklampsiyası olan qadınlar
Maqnezium sulfat a
Digər antiepileptik dərmanlar
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
33
Hər hansı antiepileptik dərman
Ağır mamalıq fəsadları olan halların faizi
Ölüm halları
4. Qeysəriyyə kəsiyi əməliyyatının infeksion ağırlaşmalarının profilaktikası
Hədəf əhali: qeysəriyyə kəsiyi əməliyyatı keçirən qadınlar
Q
eysəriyyə kəsiyi əməliyyatı zamanı profilaktik antibiotik almış qadınlar
5. Sepsisin müalicəsi
Hədəf əhali: sepsisi olan qadınlar
Parenteral (venadaxili, əzələdaxili) antibiotiklər almış qadınlar
Ağır mamalıq fəsadları olan halların faizi
Ölüm halları
6. Uşaqlığın cırılması
Hədəf əhali: uşaqlığın cırılması qeydə edilmiş qadınlar
Laparotomiya
Hospitalizasiyadan sonra 3 saat ərzində aparılmış laparotomiya
Ağır mamalıq fəsadları olan halların faizi
Ölüm halları
7. Vaxtından əvvəl doğuş
Hədəf əhali: hospitalizasiyadan sonra 3 saat
ərzində aparılmış laparotomiya
Uşağın ağciyərlərinin yetişməsi üçün kortikosteroidlərin təyini*
Erkən neonatal ölüm halları
a.
Hədəf əhali qrupu üçün sübuta əsaslanmış müdaxilə əsasında təyin edilmiş əsas indikator.
ISBN 9789952828580
Document Outline - Near Miss final barkod.pdf
- Page 1
- Page 2
- Page 3
- Page 4
- Пустая страница
- Пустая страница
- Near Miss final barkod.pdf
- Page 1
- Page 2
- Page 3
- Page 4
- Пустая страница
90>100>400>
Dostları ilə paylaş: |