Üz-çənə nahiyyəsinin iltihabı prosesləri Müəllif: H.Ə.Əsədov



Yüklə 445 b.
tarix25.11.2016
ölçüsü445 b.
#29


  • Üz-çənə nahiyyəsinin iltihabı prosesləri

  • Müəllif: H.Ə.Əsədov




Periodontit stomatoloji praktikada ən çox rast gəlinən xəstəlikdir. Demək olar ki, bütün odontogen iltihabi xəstəliklərin ilk səbəbi perio-dontun infeksion-iltihabı xəstəliyidir. Periodontit öz kliniki gedişatına görə kəskin, xroniki və xronikinin ağırlaşmış formasına bölünürlər.

  • Periodontit stomatoloji praktikada ən çox rast gəlinən xəstəlikdir. Demək olar ki, bütün odontogen iltihabi xəstəliklərin ilk səbəbi perio-dontun infeksion-iltihabı xəstəliyidir. Periodontit öz kliniki gedişatına görə kəskin, xroniki və xronikinin ağırlaşmış formasına bölünürlər.

  • Kəskin periodontitin kliniki şəkili seroz və irinli olur. Seroz mərhə-lədə zədələnmiş dişdə küt, sızıltılı, gecə güclənən ağrılar baş verir. Xəstə diş antaqonist dişlə toxunularsa ağrılar artır. Ağrılar irradiasiya olunmadığına görə xəstə zədələnmiş dişi göstərir. Sonra hiss olunur, elə bilki diş uzanıb. Yumşaq toxumada о nahiyədə şişkinlik qeyd edil-mir, limfatik düyünlər böyümüş, azca ağrılı olurlar. Dişin az hərəkətliyi və şaquli perkusiya zamanı ağrı qeyd edilir. Seroz mərhələnin irinə keçməsi kəskin ağrılarla başlayır, ağrılar pulsasiya edir, çox vaxt gicgaha, qulağa, gözə, boyuna irradiasiya olunur. Zədələnmiş diş laxlayır, ona toxunma kəskin ağrılar verir. Xəstə dişlərini sıxa bilmir və ona görə ağzını yarımaçıq vəziyyətdə saxlayır. Dişəti bu diş nahiyəsində şişkinlidir, hiperemiyalıdır. Dişə ya-xın nahiyədə yumşaq toxumada kollateral şişkinlik, limfatik düyünlərin böyüməsi, ağrılı olması ilə müşahidə olunur. Xəstədə ağrılara görə qida qəbulu çətinləşir, yuxu pozulur, halsızlıq, ümumi zəiflik baş verir. Bədən temperaturası 37,2-37,4 °C olur. Leykositlərin sayı çoxalır, EÇS-10-12 mm/sola bilər.

  • Kəskin periodontit zamanı rentgenoloji müayinədə sümükdə des-truktiv dəyişikliklər qeyd olunmur, peridont yarığı dəyişilmir.

  • Kəskin periodontiti ilk növbədə odontogen periostit və osteomie-litlə differensasiya etmək lazımdır. Periostitdən fərqli olaraq periodon­tit zamanı dişdə kəskin ağrılar olur, keçid pərdəsi sərbəstdir.

  • Periostitdə irinin sümüküstlüyü altına keçməsi ilə bir qədər ağrılar azalır, keçid pərdəsində şişkinliyin, absesin yarandığına görə dayazlıq müşahidə edilir.





Çənələrdə sümüküstlüyünün iltihabi - periostit ən çox xroniki pe-riodotitin ağırlaşmasından sonra başlayır. Sümükdə gedən rezobsiya nəticəsində infeksiya peridont toxumasından sümüküstlüyünə keçir. Retensiya olunmuş dişlərdə periostitin əmələ gəlməsinə səbəb ola bilər. Kəskin odontogen osteomielitdə sümüküstlüyünün irinli - iltihabi prosesi ilə özünü biruzə verir. Bir sıra müəlliflərin məlumatına görə çənələrin periostiti ilə xəstələr ambulator və klinik xəstələrin 3.5 - 5% - ni təşkil edirlər.

  • Çənələrdə sümüküstlüyünün iltihabi - periostit ən çox xroniki pe-riodotitin ağırlaşmasından sonra başlayır. Sümükdə gedən rezobsiya nəticəsində infeksiya peridont toxumasından sümüküstlüyünə keçir. Retensiya olunmuş dişlərdə periostitin əmələ gəlməsinə səbəb ola bilər. Kəskin odontogen osteomielitdə sümüküstlüyünün irinli - iltihabi prosesi ilə özünü biruzə verir. Bir sıra müəlliflərin məlumatına görə çənələrin periostiti ilə xəstələr ambulator və klinik xəstələrin 3.5 - 5% - ni təşkil edirlər.

  • Periostitin kliniki baş verməsi, gedişatı, axır vaxtlar müxtəlif for-malarda ayırd olunur. Onlar mikrofloranın dəyişilməsindən, virulentli-yindən, xəstədə bədən reaktivliy'min vəziyyət'mdən, iltihabi reaksiya-nın növündən asılıdırlar. Xəstələrin birində iltihabi proses başlanğıc dövründə sürətlə gedir, başqasında əks/nə sak/'t, tədricən baş venr. Xəstələrdə zəiflik, özünü hissetmə pisləşir, bədənin temperaturu qal-xır, baş ağrıları olur, iştah və yuxu pozulur. Xəstələr diş ağrısının çə-nənin yarısına keçməsini, gicgaha, qulağa vurmasını qeyd edirlər. Tədricən ağrılar azalır.

  • Çənəətrafı yumşaq toxumada şişkinlik yaranır, sifətin konfiqurasi-yası dəyişir. Səbəbkar dişdən asılı olaraq yaranmış şişkinlik nəticəsin-də xəstədə üzün asimmetriyası qeyd olunur. Dəri tərəfdən palpasiya zamanı toxumada sərt və ağrılı infiltrat müəyyən edilir. Limfatik dü-yünlər böyümüş olurlar və ağrılıdırlar.

  • Ağız boşluğunun müayinəsi zamanı zədələnmiş diş yaxınlığında dişəti, keçid pərdədə selikli qişa şişkinlidir, qızartılıdır. Keçid pərdəsi sığallı olur, dayazlaşır, sümüküstlüyüaltı abses yarandığına görə yum-ru formada qabarma əllənir, bəzən flyuktuasiya qeyd olunur. Infeksi-ya mənbəyi olan dişin müayinəsində - tac hissəsi, kanal çürüntü ilə dolu olur ya ola bilər diş plomblanmış olsun. Dişin perkusiyası zamanı küt ağrılar olur, diş yüngül laxlayır.

  • Periostit zamanı rentgenoloji sümükdə qeyd olunan patoloji dəyi-şikliklər xroniki periodontitə xas olan əlamətlərdir.

  • Periostit zamanı adətən bədən temperaturu 37.2 -37.5° dərəcə olur. Qanda leykositoz gözlənilə bilər, bəzən leykositlərin sayı norma-da qalır, hətta leykopeniya gözlənilə bilər. Limfositlərin faizcə azalma-sı qeyd olunur, EÇS 10-15mm/s səviyyədə ola bilər.

  • Yuxarıda qeyd olunmuş yerli əlamətlərlə bərabər iltihabi prosesin yerləşdiyi nahiyədən asılı olaraq xəstəlik müəyyən xüsusiyyətə malik-dir. Periostit ən çox alveol çıxıntısında vestibulyar - ağız dəhlizi tərə-fındən baş verir (83-86%). Bu da çənələrin anatomik quruluşu ilə izah olunur, alveolun xarici sümük divarı nazikdir.



Çənədə kəskin irinli periostitin müalicəsi. İrinli ocağın cərrahi yolla açılması, yerli, ümumi medikamentoz müalicənin aparılması.

  • Çənədə kəskin irinli periostitin müalicəsi. İrinli ocağın cərrahi yolla açılması, yerli, ümumi medikamentoz müalicənin aparılması.

  • Yerli naqili və infıltrasion anesteziya altında (lidokain, ultrakain) keçid pərdəsində selikli qişa sümüküstlüyü 1.5 - 2 sm uzunluğunda ya üç diş ərəfəsində, səbəbkar diş ortada olmaq şərti ilə kəsilir, yara genişlənir, irin xaric olduqdan sonra yara antiseptik məhlulla (furasi-lin, rivanol) yuyulur və nazik rezin drenaj yaraya qoyulur. Eyni vaxtda irinlik açılan zaman səbəbkar diş kosmetik və funksional keyfiyyət da-şımırsa, konservativ müalicəyə imkan yoxdursa о çəkilir. Çox vaxt kəskin periostit dişin çəkilməsinə göstəriş deyildir.

  • İnfiltrasion anesteziya aparmaqdan qabaq selikli qişanı aplikasi-on anesteziya ilə keyləşdirmək məsləhət görülür.

  • Müəyyən xəstələrdə, ən çox uşaqlarda göstəriş əsasında əməliy-yatı ümumi ağrısızlaşdırma altında aparmaq olar.

  • Xəstələrə ağız boşluğunu antiseptik məhlullarla qarqara etmək təyin olunur. iltihabi infıltratın sorulması üçün 30% - li dimeksid məh-lulu ilə dəri tərəfdən sarğı qoyulur, antibakterial tabletlər, antihistamin preparatlar təyin edilir.

  • Cərrahi əməliyyatdan sonra 1-2 günə irin təmizlənir, xəstənin və-ziyyəti yaxşılaşır, ağrılar keçir, bədən temperaturu normallaşır, infiltrat 1-2 həftəyə sorulur.

  • Xroniki periostit az hallarda təsadüf olunur, ən çox uşaqlarda rast gəlir. Periodontda iltihabi proses sümüküstlüyündə zəif gedən xroniki produktiv komponent yaradır. Proses birincili - xroniki xarakter daşıyır, uzun müddət sümüküstlüyünün qıcıqlandırılmasından meydana çıxır.

  • Xroniki periostit tədricən, qabaqcadan heç bir iltihabi əlamətlər olmadan yaranır. Xəstələr ilkin dövürdə xəstəlik qeyd etmirlər, artıq müəyyən müddətdən sonra alveol çıxıntısında yaranmış sərt, ağrısız qıcıqlanma nəticəsində sifətin asimmetriyası aşkar olunur. Adətən xəstələrin ümumi vəziyyəti dəyişmir.

  • Rentgenoloji müayinə zamanı çənənin aşağı kənarı boyunca işıqlı kölgə fonunda yeni əmələ gəlmiş sümük toxuması aşkar edilir.

  • Xroniki periostitin müalicəsi ilk növbədə patoloji prosesi yaradan səbəbi aradan götürməkdir, konservativ yollardır. Sümükdə yaranmış ossifikat cərrahi yolla çıxarılmalıdır.







































Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin