700) Flüoroz zamanı baş verən patoloji dəyişikliklər hansı hüceyrələrin funksional dəyişikliyi nəticəsində yaranır?
A) Odontoblastların
B) Ameloblastların
C) Osteoklastların
D) Sementoblastların
E) Osteoblastların
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
701) Flüorozda dişlərin zədələnməsini hansı qrup xəstəliklərə aid edirlər?
A) Genetik xəstəliklərə
B) İnfeksion xəstəliklərə
C) Sistem xəstəliklərinə
D) Peşə xəstəliklərinə
E) Yerli xəstəliklərə
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
702) Flüorozun differensial diaqnostikası üçün əlavə hansı metoddan istifadə olunur?
A) Rentgenoloji müayinədən
B) Stomatoskopiyadan
C) Sitoloji metoddan
D) Dişin EOD-dan
E) Vital rəngləmədən
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
703) Flüorozun profilaktikası hansı yaşadək aparılır?
A) 10-12 yaşadək
B) 5-6 yaşadək
C) 12-14 yaşadək
D) 8-10 yaşadək
E) 6-8 yaşadək
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
704) Dişin sərt toxumalarının oval formalı zədələnməsi hansı xəstəlik üçün xarakterikdir?
A) Minanın eroziyası üçün
B) Hipoplaziya üçün
C) Flüoroz üçün
D) Pazvari qüsur üçün
E) Mərmər xəstəliyi üçün
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
705) Dişin sərt toxumalarının erroziyası hansı toxumaları zədələyir?
A) Ancaq minanı
B) Mina və dentini
C) Ancaq sementi
D) Sement və dentini
E) Ancaq dentini
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
706) Patoloji sürtünmə zamanı qüsurlar dişin hansı səthində yerləşirlər?
A) Çeynəmə və dil
B) Vestibulyar və çeynəmə
C) Aproksimal
D) Kəsici və çeynəmə
E) Vestibulyar və kəsici
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |