707) Pazvari qüsurun klinik simptomu hansıdır?
A) Dişin formasının dəyişməsi
B) Dişlərin vestibulyar səthində oval şəkilli qüsurun əmələ gəlməsi
C) Diş ətinə yaxın sahədə əmələ gəlmiş şırım şəkilli qüsur
D) Dişin kəsici kənarının və qabarcıqlarının qüsuru
E) Dişin boyun nahiyyəsində pazvari qüsurun olması
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
708) Kökü formalaşmamış dişlərin sınığı baş verdikdə hansı əməliyyat həyata keçirilir?
A) Diş çəkilir
B) Vital amputasiya
C) Devital ekstripasiya
D) Vital ekstripasiya
E) Devital amputasiya
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
709) Süd dişlərinin sancılmış sınığı zamanı hansı əməliyyat məqbul sayılır?
A) Dişin çəkilməsi
B) EOD ilə kontrol
C) Replantasiya
D) Depulpasiya
E) Şinalama
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
710) Dişin sərt toxumalarının patologiyalarından hansı onların inkişafı dövründə baş verir?
A) Dişlərin inkişafının irsi patologiyaları
B) Dişlərin erroziyası
C) Minanın hipoplaziya və hiperplaziyisı, dişlərin flüorozu
D) Pazvari qüsur
E) Turşuların təsirindən baş verən nekroz
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
711) Dişlərin çıxmasından sonra hansı qeyri-karies xəstəliyə daha tez-tez rast gəlinir?
A) Dişlərin irsi patologiyaları
B) Travma, dişlərin erroziyası, pazvari qüsur
C) Minanın hipoplaziyası
D) Dişlərin flüorozu
E) Hiperplaziya
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
712) Hipoplaziyanı törədən səbəblər hansıdır?
A) Travma nəticəsində follikulanın infeksiyalaşması
B) Natamam osteogenez
C) Erkən uşaq yaşlarında baş verən və maddələr mübadiləsi pozğunluqları ilə müşayiət olunnan xəstəliklər
D) İçməli suyun tərkibindəki ftorun miqdarının az olması
E) Naməlum səbəblər
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |