756) Başlanğıc karies zamanı mina toxumasında baş verən əsas proseslər hansılardır?
A) Minanın zülal və karbohidrat komponentləri arasında əlaqənin pozulması
B) Dismineralizasiya və remineralizasiya
C) Minada zülal matrisasının dağılması
D) Minanın rezorbsiyası
E) Minanın demineralizasiyası
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
757) Kariesin ləkə mərhələsi və minanın hipoplaziyası arasında differensial diaqnostika zamanı həlledici nə hesab olunur?
A) Zədələrin simmetrikliyi
B) Zədələnmənin sistemliliyi
C) Prosesin lokalizasiyası
D) Ləkə səthinin konsistensiyası
E) Prosesin proqressivliyi (kariesdə nəzərəçarpacaq dərəcədə olur, hipoplaziyada isə olmur)
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
758) Kariesin ləkə mərhələsi və flüoroz arasında differensial diaqnostika zamanı həlledici nə hesab edilir?
A) Prosesin lokalizasiyası
B) Prosesin proqressivləşməsi
C) Zədələnmənin sistemliliyi
D) Ləkə səthinin konsistensiyası
E) Zədələrin simmetrikliyi
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
759) Başlanğıc kariesin müalicəsində əsas nə sayılır?
A) Ftor preparatlarının yerli istifadəsi
B) Gigiyenik və pəhrizli rejim
C) Minerallaşdırıcı məhlullar (remineralizə edici müalicə)
D) Ümumi möhkəmləndirici müalicə
E) Ftor preparatlarının daxilə təyini
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
760) Karbohidratların mina toxumasına təsirini necə tənzimləmək olar?
A) Qida rasionuna ciddi riayət etməklə
B) Bütün cavablar doğrudur
C) B1 vitamini qəbul etməklə
D) Ağız boşluğunun gigiyenası yolu ilə
E) Qidanın tərkibindəki karbohidratların miqdarını azaltmaqla
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |