796) Kəskin ümumi pulpit zamanı EOD-nın göstəricisi hansı intervalda olur?
A) 150-200 mkA
B) 2-6 mkA
C) 20-40 mkA
D) 100-150 mkA
E) 60 mkA
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
797) 16, 26, 36 və 46 dişlərdə adətən neçə kök kanalı olur?
A) Bir
B) Dörd
C) İki
D) Beş
E) Üç
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
798) Kök kanalından pulpa nə ilə xaric edilir?
A) Hedstrem buravı ilə
B) Pulpoekstraktorla
C) Raşpillə
D) Zondla
E) Kanaldolduruju ilə
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
799) Kök kanallarının kimyəvi işlənməsi zamanı natrium hipoxloridin hansı konsentrasiyası tətbiq edilir?
A) 0,5-1%
B) 10-12%
C) Doymuş məhlul
D) 2,5-3%
E) 5-10%
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
800) Xroniki fibroz pulpitin differensial diaqnostikası nə ilə aparılmır?
A) Xroniki fibroz periodontitlə.
B) Pazvari qüsurla
C) Kəskin ocaqlı pulpitlə
D) Dərin karieslə
E) Xroniki qanqrenoz pulpitlə
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
801) 24-cü dişdə adətən neçə kök kanalı olur?
A) Beş
B) Bir
C) Üç
D) Dörd
E) İki
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
802) Vital ekstirpasiya dedikdə nə nəzərdə tutulur?
A) Pulpanın anesteziyasız çıxarılması
B) Pulpanın anesteziya altında çıxarılması
C) Pulpanın anesteziya altında qismən çıxarılması
D) Pulpanın devitalizasiya edilərək çıxarılması
E) Pulpanın devitalizasiya edilərək qismən çıxarılması
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |