845) Tək köklü dişdə xroniki periodontitin bir seansda müalicəsinə göstəriş varmı?
A) Bəli, plomblama aparılmalı və keçid pərdəyə 0,5 ml hidrokortizon yeridilməlidir
B) Yox, çünki əvvəlcə periostit aradan qaldırılmalı, sonra isə diş müalicə olunmalıdır
C) Bəli, kanal doldurulmalı və keçid pərdədə kəsik aparılmalıdır
D) Yox, çünki belə diş çəkilməlidir
E) Bəli, kanal ciddi işləndiyi halda plomblama aparmaq olar
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
846) Periodontitin müalicəsində diş hermetikliyə tab gətirmirsə, kanala nə qoymaq daha yaxşıdır?
A) Formalinlə fenol
B) Antibiotiklər
C) Hidrokortizonla antibiotiklər
D) Tripsin
E) Mədə şirəsi
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
847) Periodontit zamanı zondlama ağrı və kanaldan qanaxma baş verdikdə nə etməli?
A) Elektroodontometriya edilməlidir
B) Diş çəkilməlidir, çünki sonra qranulyasion toxuma dentini və kök sementini rezorbsiyaya uğradacaq
C) Diatermokoaqulyasiya aparmalı və diş (kanal) birbaşa plomblanmalıdır
D) Diş müalicəvi sarğı qoyulmaqla bağlanmalıdır
E) Mərgümüş pastasından istifadə etməli, çünki belə dişlər pulpit kimi müalicə olunmalıdır
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
848) Kök kanallarını plomblamaq üçün işlənən materiallara olan əsas tələbat hansıdır?
A) Antimikrob və periodont toxumalarının regenerasiyasını stimulə edici təsirə malik olmalıdır
B) Plomblama zamanı yaxşı hermetizm
C) Bioloci tolerantlıq
D) Kanala asan daxil edilməli
E) Rentgenokontrast olmalı
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
849) Yaxşı keçilən kanalları rezorsin-formalin pastası ilə (katalizatorsuz) plomblamaq olarmı?
A) Olar, çünki o, kanalın germetizmini təmin edir
B) Olmaz, çünki o hermetik deyil
C) Olar, çünki o, antiseptik və mumifikasiya edici təsirə malikdir
D) Olar, çünki o, prosesi kəskinləşdirir, bununla da sağalma prosesini sürətləndirir
E) Olmaz, çünki o, periodontu qıcıqlandırır və dişin rəngini dəyişir
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |