834) Lateral kondensasiya üsulu ilə kök kanallarının plomblanmasında hansı sayda huttaperça ştiftindən istifadə olunur?
A) Dörd-beş
B) Kök kanalının tam doldurulmasına lazım olan sayda
C) İki-üç
D) Bir-iki
E) Bir
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
835) Heyts borları nə zaman istifadə olunur?
A) Diş boşluğunun dibinin hamarlanmasında
B) Plomb materialının sıxlaşdırılmasında
C) Diş boşluğunun divarlarının işlənməsində
D) Kök zirvəsinin rezeksiyasında
E) Kök kanalının girəcəyini genişləndirilməsində
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
836) Kök kanalının düzgün plomblanması hansı kriteriya ilə qiymətləndirilir?
A) Kanalın 2/3 hissəsinin plomb materialı ilə dolması
B) Kök kanalının 1/2 hissəsinin dolması
C) Kök kanalının 1/3 hissəsinin dolması
D) Kök kanalının bütünlükdə dolması
E) Plomb materialının zirvədən periodonta çıxması
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
837) Kök kanallarının işlənməsini asanlaşdırmaq üçün nədən istifadə edilir?
A) EDTA-dan
B) 3%-li hidrogen peroksiddən
C) Ortofosfor turşusundan
D) Fizioloji məhluldan
E) 1%-li xlor-heksidindən
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
838) Kök kanallarını doldurarkən kanaldoldurucunun maksimal fırlanma sürəti nə qədər olmalıdır?
A) Dəqiqədə 3000
B) Dəqiqədə 1500
C) Dəqiqədə1000
D) Dəqiqədə 200
E) Dəqiqədə 500
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
839) Kök kanallarının girəcəyi nə ilə genişləndirilir?
A) Heyts bor ilə
B) Kanal doldurucu ilə
C) Pulpoekstraktorla
D) Drel-bor ilə
E) Almaz turbin bor ilə
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |