791) Blek təsnifatına görə IV sinfə daxil olan karies boşluqları hansı topoqrafik zonada yerləşir?
A) Molyar və premolyarların qabarcıqları
B) Molyar və premolyarların kontakt səthləri
C) Bütün dişlərin boyun nahiyyəsi
D) Kəsici və köpək dişlərin kontakt səthləri (kəsici kənarı və küncləri zədələnmədən)
E) Kəsici və köpək dişlərin kontakt səthləri (kəsici kənarı və küncləri zədələnməklə)
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
792) Blek təsnifatına görə V sinfə daxil olan karies boşluqları hansı topoqrafik zonada yerləşir?
A) Kəsici və köpək dişlərin kontakt səthləri (kəsici kənarı və küncləri zədələnməklə)
B) Molyar və premolyarların fissurları, təbii çökəklikləri. Frontal dişlərin kor çuxurları.
C) Molyar və premolyarların kontakt səthləri
D) Bütün dişlərin boyun nahiyyəsi
E) Kəsici və köpək dişlərin kontakt səthləri (kəsici kənarı və küncləri zədələnmədən)
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
793) Xroniki qanqrenoz pulpit nə ilə differensiasiya edilmir?
A) Minanın eroziyası ilə
B) Xroniki qranulomatoz periodontit ilə
C) Xroniki fibroz pulpit ilə
D) Xroniki qranulə ediji periodontitlə
E) Xroniki fibroz periodontit ilə
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
794) Xroniki qanqrenoz pulpit zamanı pulpanın elektrik qıcıqlanması hansı həddə olur?
A) 50-80 mkA
B) 100-200 mkA
C) 20-40 mkA
D) 1-2 mkA
E) 2-6 mkA
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
795) 27-ci dişin pulpitini müalicə edərkən mərgümüş pastası hansı müddətə qoyulur?
A) 36 saata
B) 24 saata
C) 3 saata
D) 72 saata
E) 48 saata
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |